Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 2.8 Kb.

səhifə8/94
tarix14.09.2018
ölçüsü2.8 Kb.
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   94

 
 
27 
 
Beynəlxalq  standart  keyfiyyətin  xarakterik  xüsusiy-
yətlərinin  formasını  xarici  görünüşü  və  tətbiq  şərtlərinin 
cəmi kimi müəyyən edir ki, bunlar da mallarda öz təyina-
tına uyğun gəlmələri üçün olmalıdırlar. Bütün bu element-
lər keyfiyyətdə - xammalın keyfiyyətini, konstruktiv ölçü-
lərini, və s. nəzərdə tutan məmulatın layihələndirilməsi və 
texniki əlamətləri, konstruktor sənədləşdirilməsi və texniki 
şərtlər  mərhələsində  təcəssüm  olunan  tələbləri  ilə  müəy-
yən edilir. 
Xüsusiyyət – məhsul yaradılarkən, istismar və istifa-
də olunarkən aşkar oluna bilən obyektiv qabiliyyətdir. 
Qüsur – məhsulun normativ-texniki sənədləşmə tərə-
findən qoyulmuş tələblərə qarşı uyğunsuzluqdur. 
Çıxdaş  (zay)  –  məhsulun  qüsur  vahididir,  yəni  heç 
olmasa bir qüsura malik olan məhsuldur. 
Məhsulun  keyfiyyətinin  kəmiyyət  qiymətləndirilmə-
sinə  yanaşmaları  xüsusi  elm-kvalimetriya  təyin  edir.  Bu, 
məhsulun  və  xidmətlərin  keyfiyyətinin  ölçülməsi  və  kə-
miyyət qiymətləndirilməsi üsulları haqqında bir elmdir. 
Qüsurların  xasiyyətindən  asılı  olaraq  çıxdaş  (zay) 
düzəldilə bilən və düzəldilə bilməyən (qəti)  ola bilər. Bi-
rinci halda qüsur aradan qaldırıldıqdan  sonra  məmulat tə-
yinatı  üzrə  istifadə  oluna  bilər.  İkinci  halda  isə  qüsurun 
aradan qaldırılması ya texniki cəhətdən mümkün deyil, ya 
da iqtisadi cəhətdən məqsədəuyğun deyil. 
Məmulatın  keyfiyyət  səviyyəsi  dedikdə,  nəzərdən 
keçirilən  məmulatın  xüsusiyyətlərinin  baza,  yəni  rəqiblə-
rin  məmulatları,  perspektiv nümunələri, standartların,  ön-
ləyici standartların və s. xüsusiyyətləri məcmusu ilə müqa-


 
 
28 
 
yisəsinə  əsaslanan  keyfiyyətin  nisbi  qiymətləndirilməsi 
başa düşülür. 
Keyfiyyətə  sərf  olunan  xərclər,  adətən,  aşağıdakı 
kateqoriyalara bölünürlər (şəkil 2.1.): 
-
 
qüsurların yaranmasının qarşısının alınmasına çəki-
lən xərclər; 
-
 
nəzarətə  çəkilən  xərclər,  yəni  keyfiyyətin  çatdığı 
həddin  əldə  olunmuş  səviyyəsinin  müəyyənləşməsinə  və 
təsdiqlənməsinə  çəkilən xərclər; 
-
 
qüsura  çəkilən  daxili  xərclər-keyfiyyətin  nəzərdə 
tutulan  səviyyəsinə  çatdırılmadıqda,  təşkilatın  daxilindəki 
xərclər, yəni məhsul satılanadək itkilərə çəkilən xərclər
-
 
qüsura  çəkilən  xarici  xərclər-keyfiyyətin  nəzərdə 
tutulan  səviyyəsinə çatdırılmadıqda, təşkilatın xaricindəki 
xərclər,  yəni  məhsul  satıldıqdan  sonra  itkilərə  çəkilən 
xərclər. 
Məhsulun  keyfiyyət  səviyyəsinin  qiymətləndirilmə-
sinin hesabat göstəriciləri müəyyən məqsədlərlə təyin edi-
lir.  Onlardan  ən  mühümü  -  məmulatların  müxtəlif  isteh-
lakçı xüsusiyyətlərinin və onların iqtisadi xarakteristikala-
rının  tutuşdurulmasının,  yəni  məmulatların  keyfiyyətinin 
optimal  səviyyəsinin  müəyyən  edilməsidir.  İstehlakçılar 
tərəfindən məhsulun keyfiyyətinə olan tələbin artması ilə, 
buraxılan  məhsulun  qiyməti  və  onun  maya  dəyəri  artımı 
ayrılmaz surətdə bağlıdır.  
 
 
 
 


 
 
29 
 
 
 
Şəkil  2.1. Keyfiyyətə çəkilən xərclərin tərkibi 
 
2.2. Keyfiyyət göstəriciləri istehlakçı dəyərlərinin əsas 
qiymətləndirmə kateqoriyası kimi 
 
Bu  gün  bazarda  böyük  həcmdə  müxtəlif  cür  fərqli 
qiymətlə eyni cür görünən, eyni zamanda alıcının fikrincə 
bu qiymətlərə uyğun gəlməyən mallar çoxdur. Hər bir is-
tehlakçı  özü  üçün  ən  yüksək  dəyərə  malik  məhsul  seçir. 
Onun fikrincə, bu mal keyfiyyətli və istismara davamlı ol-
malıdır.  Bir  sözlə,  satılan  mallar  qoyulan  qiymətə  uyğun 
gəlməlidir. 
Beləliklə, məhsulun dəyərini hansı amillər  müəyyən 
edir  ?  Məhsulun  istehlak  dəyəri  yalnız  istismar  keyfiyyət 
göstəricilərindən deyil, onu birbaşa  və  ya digər  yollar ilə 
xarakterizə  edən  başqa  istehlak  dəyərlərinin  bütöv  bir 
amillərindən asılıdır. 
Keyfiyyətə çəkilən ümumi xərclər 
Uyğunluğa çəkilən 
xərclər 
Hüquqi uyğunsuzluğa 
çəkilən xərclər 
Nəzarət 
Xarici 
itkilər 
Xəbərdar
-edici 
Daxili 
itkilər 


 
 
30 
 
Bütün  istehlak dəyərlərini bir-birindən fərqlənən  bir 
neçə amillərə ayırmaq olar: baza (təməl),daimi, müvəqqəti 
dəyərlər, müşayətedici, qoşulmuş, universal və s. 
Baza  dəyərləri  –  bu,  məhsulun layihələndirmə  mər-
hələsində  qoyulmuş  və  keyfiyyətin  istismar  göstəriciləri 
ilə  xarakterizə  olunan  istehlak  dəyərləridir.  Bura  təyinat 
(funksional), etibarlılıq (müntəzəmlik, uzunömürlülük, tə-
mirə yararlılıq, saxlanılmaqlıq), texniki estetika (kompozi-
siya bütövlüyü, əmtəə şəklinin mükəmməlliyi), ekoloji (fi-
ziki,  kimyəvi,  mikrobioloji),  erqonomik  (iş  zonasında  eq-
ronomik tələblərə uyğunluq), patent-hüquqi (patent təmiz-
liyi,  patent  müdafiəsi),  təhlükəsizlik  və  daşınaqlılıq  gös-
təriciləri aiddir. 
Qeyd olunan göstəricilər məhsulun bütün həyat döv-
rü boyu onu xarakterizə edir. Onlar təkmilləşə, dəyişə bi-
lərlər,  lakin  onların  başlanğıc  nomenklaturaları  dəyişmir. 
Bu  göstəricilər  rəqiblərin  məhsulu  ilə  müqayisəsi  üçün 
əsas olan baza istehlak keyfiyyətini müəyyən edir. Təməl 
dəyərlərinə istehsalçı müəssisənin istehsal-texnoloji baza-
sını və onun ehtiyat potensiyalını xarakterizə edən məhsu-
lun  maya  dəyəri  aiddir.  Məhsulun  hazırlanmasının  maya 
dəyəri faktiki olaraq keyfiyyətin verilmiş təməl göstərici-
ləri ilə məhsulun yaradılmasına və reallaşdırılmasına çəki-
lən  xərclərdir,  yəni  məmulatın  təməl  keyfiyyəti  ilə  onun 
hazırlanmasının  maya  dəyəri  arasında  yüksək  korreksiya 
mövcuddur. 
Daimi,  müvəqqəti,  müşaiyətedici  və  qoşulma  isteh-
lak dəyərləri baza dəyərlərini tamamlayırlar. Əlavə dəyər-
lər  məhsulun  layihələndirilməsi  zamanı  qoyulmuş  təməl 
keyfiyyətini dəyişmirlər, lakin istehlakçının gözündə onun 




Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə