Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə80/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   94

 
 
319 
 
Ekspert  ayrı-ayrı,  eləcə  də  birlikdə  bu  sənədlərdən 
istifadə  edə  bilər,  lakin  o,  mütləq  burada  bütün  vacib  sə-
nədlərin olmasına əmin olmalıdır; uyğunluq  sertifikatları, 
mal-nəqliyyat  fakturası,  lazım  olduqda  keyfiyyəti  təsdiq-
ləyən sənəd, xarici mallar üçün gömrük deklorasiyası, is-
tehsal üçün sertifikat, arayış və ya onun surəti. 
  Əmtəəşünaslıq ekspertizası zamanı malların kəmiy-
yət və keyfiyyətinə görə qəbulu haqqında təlimatlar geniş 
tətbiq edilir. Markalanma əmtəə-mal haqqında əsas infor-
masiya vasitələrindən  biridir, ona görə də, əmtəə eksper-
tizası  zamanı  geniş  tətbiq  olunur.  Markalanma  –  qablaş-
dırılmış mal üzərinə vurulmuş şərti işarə, şəkil və ya başqa 
köməkçi  vasitədir  ki,  malların  eyniləşdirilməsi  üçün  onun  
ayrı - ayrı xassələrinin göstəricisidir. 
  Ekspert  üçün  markalanmanın  eyniləşdirici  funksi-
yası  daha  vacibdir.  Ona  görə  ki,  məhz  eyniləşdirmədən 
onun ekspert qiymətləndiriməsı başlayır, bu halda ekspert 
malın  adının  onun  çeşid  mənsubiyyətinə  markanın  və  üs-
tündəki  göstəricilərə  uyğunluğunu  aydınlaşdırır.  Sonrakı 
tədqiqatlar  zamanı  ekspert  digər  xarakteristikaların    uy-
ğunluğunu dəqiqləşdirə bilər (çeşidini, kütləsini və s.). 
  Bəzi  hallarda  ekspertə  markalanmanın  müəyyən 
olunmuş  standartlara  əsasən  uyğunluğu  haqqında  məlu-
matları  yoxlamaq  zərurəti  yaranır.  Sənaye  markasının 
mətni asanlıqla  oxunmalıdır.  Mətndən əlavə  ekspert  mar-
kalanmanın  təhlili  zamanı  şərti  və  informasiya  işarələrini 
açmağı bacarmalıdır. 
Xüsusən vacibdir ki, ekspert – istehsalçı ölkənin ey-
niləşdirici  kodlarını,  istehsal  regionunu  və  ya  malların 
kodlaşdırılmasını,  eləcə  də  şifrlərini  nəzərə  alsın.  Şifrin 


 
 
320 
 
açılmasında ekspertlər aşağıdakı mənbələrdən istifadə edə 
bilərlər:  

 
dünya ölkələri təsnifatçısı, məlumat kodları; 

 
baytarlıq damğaları üçün nömrələrin siyahısı; 

 
ölkə daxilində dövlət nəzarəti müfəttişliyinin şifr-
ləri. 
Xüsusi ədəbiyyat ekspertlərin peşəkar və xüsusi ha-
zırlığında  da  görkəmli  yer  tutur.  Ondan  başqa  lazım  gəl-
dikdə  ekspert  qiymətləndirməsinin  hazırlığı  və  aparılması 
prosesində  ondan  istifadə  edilir.  Xüsusi  ədəbiyyatdan  pe-
şəkar  informasiyanın  maraqlı  şəxslərin  nəzərinə  çatdırıl-
ması üçün istifadə edilir. Xüsusi ədəbiyyat informasiyanın 
xarakterindən  asılı  olaraq  növlərə  bölünür:  tədris  (fənn), 
elmi və məlumat. Göstərilən hər bir növdən ekspert fəaliy-
yətində  tam  və  qismən  istifadə  etmək  olar.  Tədris  (fənn) 
ədəbiyyat  –  elmi  və  məlumat  informasiya  elementləri  ilə 
zənginləşdirilmiş əsas məzmunu fənn (tədris) informasiya-
sı təşkil edən nəşrlərdir.  
Əmtəə  ekspertizasının  maddi-texniki  vasitələri. 
İstifadə olunan qurğulardan asılı olaraq bu vasitələri növ-
lərə  bölürlər:  maddi-texniki  baza,  ölçü  vasitələri  və  ava-
danlıqları. 
Bu  vəsaitlərin  seçilməsi  ekspertiza  aparılma  şərtləri 
ilə və əsasən də sifarişçinin maddi-texniki bazası, sifarişçi-
də və sınaq laboratoriyasında olan ölçü vasitələri ilə təyin 
edilir. Bundan başqa, ekspertin axtarış və texniki vasitələri 
ilə təchizatı ekspert təşkilatının maddi imkanlarından asılıdır. 
Ekspert  ekspertiza  aparmaq  üçün  özünə  optimal  iş 
şəraiti yaratmalıdır ki, ona da kompleks maddi-texniki və-
sait vasitəsilə çatmaqolar. 


 
 
321 
 
Maddi-texniki baza. Ekspertin iş yeri lazımi mebel-
lə (yazı və laborator masası, stul), elektrik işıqlandırma ci-
hazları ilə təmin olunmalıdır. 
Əgər  ekspert  qiymətləndirilməsi  istehsalat  ərazi-
sində aparılarsa sexdə, anbarda, mağazanın satış zalında), 
bu vaxt mal partiyalarının həcmindən və partiyalardan ası-
lı olaraq  yükləmə-boşaltma qurğuları, qaldırıcı, ölçü ava-
danlığı, taraları açmaq üçün alətlər, nümunə seçmək üçün 
vəsaitlər (nümunə götürən cihaz, ölçülü mil və s.) lazımdır. 
Ekspert  əvvəlcədən  lazımi  maddi-texniki  vəsaitlərin 
siyahısını  tərtib  edib  sifarişçinin  və  bu  təminatla  məşğul 
olan şəxslərin nəzərinə çatdırmalıdır. 
Bazanı təşkil edən  maddi-texniki vəsaitlər stasionar, 
səyyar, əsas və əlavə növlərə bölünür. Əsas stasionar və-
saitlərə  binaları,  qurğuları,  ticarət  texnoloji  və  labora-to-
riya avadanlığını aid edirlər. 
Əlavə  vəsait  kimi  ticarət  avadanlıqlarından,  nəqliy-
yat  vasitələrindən,  yükləmə  və  boşaltma  avadanlığından 
istifadə olunur. 
Bütün maddi-texniki vasitələrdən ən çox ölçü, axtarış 
vəsaitləri və ticarət texnikası ekspertizaya birbaşa aiddir. 
Ölçü vasitələri - fiziki kəmiyyətlərin ölçülməsi üçün 
texniki qurğudur. Ekspertlər tərəfindən əmtəə ekspertizası 
apararkən  istifadə  olunan  ölçü  vasitələri  fiziki  kəmiyyət-
lərin  ölçü  vasitəsinə,  saxlama  müddəti,  temperatur  rejimi 
göstəricilərini ölçmə vasitələrinə və mürəkkəb texniki qur-
ğulara bölünür. 
 
 
 


 
 
322 
 
14.3. İstehlak mallarının keyfiyyət ekspertizasının 
metodlarının təsnifatı 
 
Əmtəə ekspertizasının metodu - malların ekspert qiy-
mətləndirilməsinin  nəticələrinin  əldə  olunması  üsuludur. 
Ölçü  vasitələrinin tətbiqindən asılı olaraq bütün  metodlar 
qruplara, yarımqruplara və növlərə bölünür. Aşağıda isteh-
lak  mallarının  ekspertizasının  metodlarının  təsnifatı  veril-
mişdir. 
Şəkildən göründüyü kimi, istehlak mallarının eksper-
tizasını apararkən malların qiymətləndirilməsinin müxtəlif 
metodlarından  istifadə  edirlər.  İstehlak  mallarının  eksper-
tizasının  metodları  yuxarıda  deyildiyi  kimi,  iki  qrupa  ay-
rılır: obyektiv və evristik. 
Obyektiv metod - ölçmə yolu ilə malların xarakteris-
tikalarının təyin edilməsi və ya qoyulan tələblərə hər hansı 
uyğunsuzluqları, kənarlaşmanı qeydiyyata alma üsuludur. 
Obyektiv metod üçün xas olan ümumilik ölçmə nəti-
cələrinin ifadə edilməsində və ya qəbul edilmiş vahidlə və 
ya faizlərlə hesablanmasıdır. Belə ki, bu nəticələr müqayi-
sə edilə, yenidən bərpa edilə və yoxlanıla bilər. 
Onların  arasındakı  fərq  ondadır  ki,  ölçü  metod-la-
rının tətbiqi zamanı texniki cihazlardan istifadə edilir, qey-
dəalma metodundan isə vizual hesablanma aparılır. 
Evristik metodları - məntiqi üsulların məcmusuna və 
son nəticəni əldə etmək üçün nəzəri tədqiqatların metodiki 
qaydalarına əsaslanmış metodlardır. 
Bütün  evristik  metodlar  üçün  ümumilik,  qiymətlən-
dirməyə  subyektiv  yanaşma,  hipotezlərin  qurulması,  ayrı-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə