Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə81/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   94

 
 
323 
 
ayrı  şəxslərin  fikirlərinə  əsaslanan  ehtimallardır.  Evristik 
metodda hər bir yarımqrupun metodları bir-birini əvəz et-
mir, lakin tamamlayır və ya müstəqil tətbiq olunma dairə-
sinə malik olur. 
Evristik  yarımqruplarm arasındakı fərq onların təyi-
natında  və  istifadə  etdikləri  vasitələrdə  və  ya  işlədilən 
üsullardadır. 
Orqanoleptik  metodları malların orqanoleptik göstə-
ricilərini təyin etmək,  ekspert metodları  - qeyri-müəyyən-
lik və risk şəraitində malların xassə və göstəricilərini qiy-
mətləndirmək,  sosioloji  metodlar  alıcıların  sorğusu  yolu 
ilə istehlakçı qiymətinin təyin edilməsi üçündür. 
Orqanoleptik metodların əsas vasitələri hissiyyat or-
qanlarıdır. Sosioloji metodlarda istənilən vasitələr işlədilir, 
o  cümlədən  digər  yarımqruplar  üçün  xarakterik  olan  ob-
yektiv və evristik metodlar da vardır. 
 


 
 
324 
 
 
Şəkil 14.3. İstehlak mallarının ekspertizasının metodlarının təsnifatı 
 
Obyektiv
 
Evristik 
Orqanoleptik 
Alət 
Qeydetmə 
Ekspert
 
Sosioloji
 
Viz
ua

La
mi

 
Qo
xubil

Te
xnoloj

Da
dbil

Te
xoloj

Audiometod
 
Ekspe
rt qr
upunun 
sorğusu
 
Göstə
ric
il
ərin e
ksp
ert 
qiym
ətl
əndiril
məsi
 
R
iyaz
i st
ati
sti
ka
 


 
 
325 
 
Orqanoleptik metodlar – hissiyyat orqanları vasitəsi-
lə  keyfiyyət  göstəricilərinin  qiymətinin  təyin  olunması 
metodlarıdır. 
İstehlakçı  səviyyəsində  sadə  orqanoleptik  qiymət-
ləndirmək üçün çoxsaylı rəng, dad, qoxu çalarlarını ayırd 
etmək tələb olunur. 
Ekspert qiymətləndirilməsi zamanı, hətta keyfiy-yətli 
orqanoleptik  göstəricilərin  qiymətləndirilməsində  azacıq 
fərq olduqda belə böyük əhəmiyyəti olur. Ekspertlər özü-
nün imkanlarını bilməli və onları tətbiq etməyi bacarmalı-
dırlar.  
Orqanoleptik  metodların  çatışmayan  cəhətlərindən 
biri  qiymətləndirmənin  subyektivliyidir,  onun  nəticə-ləri-
nin nisbi olması (rəng - yaşıl, qırmızı vəs., dad - yaxşı se-
çilən  şirin,  kəmşirin,  dadsız  və  s.)  nəticələrin  müqayisə 
olunması və lazımınca bərpa edilməməsi. 
Digər orqanoleptik metodlar yarımqrupları bütün is-
tehlak malları üçün spesifıkdir. 
İybilmə  metodu  bütün  ərzaq  mallarının  iyinin  qiy-
mətləndirilməsi üçün, eləcə də qeyri-ərzaq mallarının ayrı-
ayrı  qrupları  üçün,  məsələn,  ətriyyat,  kosmetika,  yuyucu 
tozlar,  başqa  yuyucu  vasitələr  və  s.  istifadə  olunur.  Dad-
bilmə  metodu  bütün  ərzaq  mallarının  qiymətləndirilməsi 
üçün  ümumi  və  vacib  metoddur,  qeyri-ərzaq  mallarında 
tətbiq edilmir. Ərzaq mallarının qiymətləndirilməsi zama-
nı dadbilmə metodu ilə yanaşı, qoxubilmə metodundan da 
istifadə edilir. 
Audiometod (akustik) ən çox qeyri-ərzaq malları üçün 
işlənir. Nadir hallarda ərzaq mallarına da tətbiq olunur. Ən 
çox bu metod musiqi alətləri, audio və videotexnika, qab-


 
 
326 
 
qacaq üçün istifadə edilir. Göstərilən hər bir orqanoleptik 
metodlar insanın müəyyən hiss orqanları vasitəsilə həyata 
keçirilir  və  konkret  olaraq  keyfiyyət  göstəriciləri  qiymət-
ləndirilir. 
Vizual  metod  –  bu  metod  görmə  vasitəsilə  obyektin 
xarici görünüşünün və rənginin dərk edilməsidir. 
Xarici  görünüş  –  kompleks  göstəricidir  ki,  forma, 
rəng (rəngləmə), xarici örtüyün vəziyyəti bütövlükdə daxil 
edilir və vizual təyin edilir. 
Görmə  vasitəsilə  insan  böyük  informasiya  alır  (70-
80%). Vizual qiymətləndirmə – xüsusən ticarətdə daha ge-
niş yayılmış və asan qiymətləndirmədir. 
Cədvəl 14.1 
Orqanoleptik metodlar və keyfiyyət 
göstəricilərininqarşılıqlı əlaqəsi 
 
Orqanoleptik 
metodların 
yarımqrupları 
İstifadə olunan  
hissiyyat orqanları 
Keyfiyyətin orqanoleptik 
 göstəriciləri 
Vizual 
Göz - görmə orqanı 
Xarici görünüş, forma, 
 rəng, üstün vəziyyəti, 
 bütövlüyü 
Lamisə 
Taktil orqanlar(lamisə) Konsistensiya (qatılığı) 
Qoxubilmə 
Qoxubilmə orqanı – 
burun nahiyələri 
Qoxu (ətir) 
Dadbilmə 
Dadbilmə orqanı – 
ağız nahiyəsi 
Dad 
Audiometod 
Səs eşitmə orqanı 
(səsbilmə aparatı) 
Səs (səslənmə) 
Hiss  olunan  dərəcədə  subyektivizm  olduğuna  görə 
ekspert  metodlar  müəyyən  məhdudlaşdırmalara  malikdir. 
Onlardan istifadə iki halda səmərəlidir. 


 
 
327 
 
1.
 
Ekspertlər  qarşısında  qoyulan  məsələlərin  başqa 
metodlarla həlli mümkün deyil. 
2.
 
Əldə  olan  alternativ  metodlar  dəqiq  və  düzgün 
nəticələr verir və böyük xərclərlə əlaqədardır. 
Bu çatışmazlığın aradan qaldırılması üçün əmtəə-pul 
ekspertizası  aparılan  zaman  ekspert  metodlar  başqa  me-
todlarla  uyğunlaşdırılır.  Daha  tez-tez  ekspert  və  orqano-
leptik  metodlar  birləşdirilir.  Bundan  əlavə,  orqanoleptik 
bal qiymətləndirilməsində dərəcələrin işlənil-məsi zamanı, 
keyfiyyət göstəricilərinin nomenklaturasının seçilməsində, 
çəki  əmsalların  təyin  olunmasında  ekspert  metodlar  əvəz 
olunmazdır.  Yüksək  subyektivlik  dərəcəsi  ilə  seçilən  or-
qanoleptik və ekspert metodlarının birliyi ölçü metodların-
dan istifadə zamanı mümkün olmayan daha  dəqiq nəticə-
lər almağa imkan yaradır. 
Ekspert  metodlar  kifayət  qədər  əmək  tələb  edəndir, 
bu da onların aparılmasına sərf edilən xərclərlə izah edilir. 
Ekspert  qruplarının  tərtib  edilməsi,  ekspert  sorğusunun 
aparılması və peşəkar səriştəliliyinin nəticələrinə görə apa-
rılır.  
Ekspert  metodlarının  təsnifatı.  Ekspert  metodlar  3 
yarımqrupa bölünür: 
1.
 
Ekspertlərin kütləvi sorğu metodu. 
2.
 
Ekspert  qiymətləndirilməsinin  riyazi-statistik  he-
sablama metodu. 
3.
 
Keyfiyyət  göstəricilərinin  ekspert  qiymətləndiril-
məsi metodu. 
Ekspert metodun hər qrupu öz növbəsində növlərə və 
siniflərə  bölünür  ki,  onlar  da  tədricən  nəzərdən  keçirilə-
cək. Ekspert metodların təsnifatı şəkil 14.4-də göstərilmişdir. 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə