Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə82/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   94

 
 
328 
 
Kütləvi  sorğu  metodları.  Kütləvi  sorğu  metodları  – 
ekspert qrupunun apardığı sorğu və sonrakı müddətdə on-
ların  informasiyası  analizi  və  işlənməsinə  əsaslanan  me-
todlardır. Bu metodların məqsədi son qərarlar qəbul etmək 
üçün bütünlüklə qrup adından ekspert qiymətlən-dirilməsi 
almaqdır. 
 
Ekspert metodları 
Ekspertlərin 
qrup şəklində 
sorğu 
metodu
 
Ekspert 
qiymətləndirilməsinin 
riyazi-statistik işlənməsi 
metodu
 
Keyfiyyət 
göstəricilərinin 
ekspert 
qiymətləndirilməs
inin metodu
 
Delfı 
metodu
 
POTTER  
N metodu
 
Kombinə 
edilmə 
metodu
 
Boya görə sıraya 
düzülmə 
Bilavasitə 
qiymətləndirmə 
metodu
 
Ardıcıl 
üstünlüklər 
metodu
 
Əsas nöqtələr 
Kompleks 
qiymətləndirm
ənin ekspert 
metodları 
Çəki əmsal-
larının təyini 
metodları 
Səviyyələrə 
görə hərəkət 
metodlar
 


 
 
329 
 
Şəkil 14.4. Ekspert metodların təsnifatı  
 
Qrup şəklində ekspert qiymətləndirmənin əsas üstün-
lükləri təyinat probleminin kəmiyyət və keyfiyyət aspekt-
lərinin  hərtərəfli  analizi  imkanı  və  ya  ayrı-ayrı  malların 
xüsusiyyətlərini  və  yaxud  bütövlükdə  məcmusunu  proq-
nozlaşdırmaqdan ibarətdir. Ekspertlər aralarında mübadilə 
qrupunun  istənilən  üzvünün  malik  olduğu  informasiya  ilə 
müqayisədə ekspertlər qrupunun nəzarətdə saxladığı infor-
masiya cəmi informasiya həcminin xeyli artmasına imkan 
verir. Bundan əlavə qəbul olunacaq qərarın yüksək nəticə-
sinə  təsir  edən  qrup  şəklində  hesaba  alınmış  faktorların 
miqdarı,  bir  ekspert  tərəfindən  hesaba  alınmış  faktorların 
cəmindən  çoxdur.  Qrup  şəklində  qiymətləndirmə  zamanı 
problemin həlli üçün əsas əhəmiyyəti olmayan faktorların 
əsas faktor kimi qəbul olunma ehtimalı az olacaqdır. Ona 
görə də qrup şəklində qiymətləndirmənin vacib üstünlüyü 
ümumiləşdirilmiş  və  səlahiyyətli  nəticənin  verilməsidir. 
Bir çox hallarda qrup şəklində qiymətləndirmə bir eksper-
tin qiymətləndirilməsindən daha etibarlıdır. Bundan başqa, 
kollektiv  cavabdehlik  mütəxəssislərə  daha  riskli  qərarlar 
qəbul etməyə imkan verir. 
 
14.4. Əmtəəşünaslıq və sanitar-gigiyenik 
ekspertizası 
 
Ekspertiza  zamanı  sifarişçi  təşkilat  müəyyən  olun-
muş  əmtəə  ekspertizasında  bir  və  ya  bir  neçə  kompleks 
xarakteristikalarını müəyyənləşdirmək iqtidarına malikdir. 
Qeyri-ərzaq  qruplarının  bəziləri  üçün  komplektlilik  (dəst-


 
 
330 
 
lilik) də vacib sayıldığı üçün, ekspertiza zamanı ekspertin 
qarşısında  komplektliliyin  seçilməsi  məsələsi  də  qoyula 
bilər. Əmtəəşünaslıq ekspertizası aşağıdakı növlərə ayrılır: 
keyfiyyət,  kəmiyyət,  çeşid,  sənədli  və  kompleks.  (Şəkil 
14.6.) 
Kəmiyyət ekspertizası. Bu ekspertiza ölçü metodla-
rının istifadəsi mümkün olmadıqda və ya müstəqil tərəfin 
ölçü nəticələrinin düzgünlüyünü təsdiq etməsi zərurəti or-
taya çıxdıqda, ekspert tərəfindən malın kəmiyyət xarakte-
ristikasının  qiymətləndirilməsi  zamanı  aparılan  kəmiyyət 
ekspertizasının təyinatı malın mal partiyasında miqdarı və 
ya tək-tək nümunələrinin,  yaxud kompleks qablaşdırılmış 
təkliflərin kəmiyyət xarakteristikalarını müəyyən etməkdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
331 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əmtəə ekspertizası 
Əmtəəşünaslıq ekspertizası 
Kompleks ekspertiza
 
Keyfiyyət ekspertizası 
Gömrük ekspertizası 
Sənəd ekspertizası 
Operativ ekspertiza
 
Funksional göstəricilərin 
ekspertizası 
 
Sanitar-gigiyenik 
göstəricilərin ekspertizası 
Baytar-sanitariya 
ekspertizası 
Ekoloji ekspertiza
 
Erqonomik göstəricilərin 
ekspertizası 
Etibarlılıq göstəricilərinin 
ekspertizası 
İstismar göstəricilərinin 
ekspertizası 
Texnoloji göstəricilərin 
ekspertizası 
Kəmiyyət 
ekspertizası 
Çeşid 
ekspertizası 
Estetik göstəricilərin 
ekspertizası 


 
 
332 
 
Şəkil 14.6. Əmtəə ekspertizasının təsnifatı 
Malların kəmiyyət ekspertizası zamanı ekspert malın 
ölçü vahidlərinə fikir verməlidir, çünki mal göndərən tərəf 
özünün Milli ölçü vahidlərindən istifadə edərək onu Milli 
ölçü vahidlərinə çevirməlidir. Əgər mal müşayiət edən sə-
nədlər xarici dildə doldurulmuşdursa, o, azərbaycan dilinə 
tərcümə edilməlidir. 
Kəmiyyət  ekspertizası  zamanı  ekspertin  qarşısına 
çıxan  maneələrdən  biri  də  malın  netto  və  brutto  çəkisini 
müəyyən etməkdir. 
Brutto  çəkisi  mal  və  qabın  kütləsinin  birlikdə  cə-
midir. Əgər bütün qablaşdırılmış vahidlər konkret kütləyə 
malikdirlərsə, onu hesablamaq çox asandır. Beləliklə, qab-
laşdırılmış malın brutto kütləsi bütün mal partiyasının çə-
kilməsi  yolu  ilə  və  ya  malın  həcmini  saymaqla  ümumi 
kütlənin miqdarını tapmaq olar. 
Netto çəkisi – malın xalis kütləsidir. Belə ki, son is-
tehsalçıya mal çox vaxt netto kütləsi ilə satılır və mal alanı 
isə  həmişə  malın  bu  xarakteristikası  maraqlandırır.  Qab-
laşdırılmış malların netto kütləsi çəkmə yolu ilə və aşağı-
dakı düsturla aparılır: 
                                       
 
   
 
   
 
       (14.2)    
Burada, N
n
 - netto kütləsi; 
N
b
 - brütto kütləsi; 
N
t
 - qabın kütləsi. 
Bəzən qablaşdırılmış malın qabı konkret çəkiyə ma-
lik olur, bu halda boş qabların ölçülməsi ilə orta çəki mü-
əyyən edilir və hesablanır. 
Qablaşdırılmış malların kəmiyyət ekspertizasını apa-
ran  zaman  ekspert  bilməlidir  ki,  malın  yerdəyişməsi  və 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə