Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə86/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   94

 
 
346 
 
həmçinin, keyfiyyətin təşkili və idarə edilməsi üzrə mütə-
xəssislər daxil edilir. Onlardan biri bu qrupa başçılıq edir. 
İdarəetmə  prosedurunun  bölmələrinin  tərkibi  təxmi-
nən  aşağıdakı  kimi  ola  bilər:  titul  vərəqi  və  mündəricat; 
şərti  işarələr  və  ixtisaslar;  təyinatı;  əməliyyatların  şərhi; 
əlavə; ədəbiyyatın siyahısı; dəyişikliklərin qeydiyyat vərəqi. 
Xarici  ölkələrin  təcrübəsinə  görə  prosedurun  əsas 
bölmələri  aşağıdakı  şəkildə  ola  bilər:  onların  təyinatı  və 
yayılma sahəsi; istinadlar (verilmiş proseduru yerinə  yeti-
rərkən istifadə olunan digər normativ sənədlərin siyahısı); 
təyinlər (terminlər və anlayışlar);  şərhi; köməkçi sənədlər. 
KS-nin tərkibində digər NTS və NMS, məsələn, me-
todikalar, metodiki təlimatlar, qaydalar, TŞ, MS, dövlət və 
digər  standartlar,  texnoloji  kartalar  və  s.  fəaliyyət  göstərə 
bilər.  Burada  əsas  odur  ki,  məhsulun  keyfiyyətinin  və  rə-
qabət qabiliyyətinin bütün kompleks məsələləri sənədlərdə 
öz əksini tapsın. 
 
15.3.Keyfiyyət sistemində informasiyanın 
  xarakteri 
 
 Keyfıyyətin  sistemli  idarə  edilməsi  kifayət  qədər 
operativ xarakterli obyektiv informasiyanın olmasını tələb 
edir.  Bunun  üçün  informasiya  təminatı  ilə  əlaqədar  olan 
funksiyaları yerinə yetirmək lazımdır. 
Bazar  iqtisadiyyatı  şəraitində  istehlakçılara  lazım 
olan məhsulun keyfıyyətinin formalaşması və onun qoru-
nub saxlanması proseslərində informasiyanın səmərəliliyi-
nin  yüksəldilməsi  prinsipial  əhəmiyyət  kəsb  edir.  Bu,  bir 
tərəfdən  elmi-texniki tərəqqinin  inkişafına, digər  tərəfdən 


 
 
347 
 
isə  informasiyanın  gücünə  əsaslanan  bir  sıra  amillərdən 
asılıdır.İnformasiyanın ənənəvi üsulla işlənməsi və axtarış 
formaları istehlakçını dəqiq və dolğun məlumatlarla təmin 
edə bilmədiyindən, buraxılan məhsulun yüksək texniki-iq-
tisadi göstəricilərinin əldə edilməsi mümkün deyildir. Bu-
nun üçün əsas problemlər, o cümlədən keyfıyyət səviyyə-
sinin idarəedilməsi prosesinin informasiya təminatı, infor-
masiya  sisteminin  təkmilləşdirilməsi,  informasiyanın  yeni 
növ mənbələrindən istifadə edilməsinin təhlil üsullan həll 
edilməlidir. 
Demək  lazımdır  ki,  bazar  iqtisadiyyatı  şəraitində 
keyfıyyətin idarə edilməsi üzrə informasiyaya müvafıq tə-
ləblər  qoyulur.  İlk  əvvəl  belə  tələblərdən  biri  keyfiyyət 
sistemində idarəetmə qərarlarının  qəbul edilməsi üçün in-
formasiyanın olmasıdır. 
Göstərilənlərlə  yanaşı,  keyfıyyətin  sistemli  idarə 
edilməsinin  sənədləşmə  təminatına  qoyulan  tələblərə  uy-
ğun olaraq, baxılan informasiyaya açıqlıq, münasiblik, uy-
ğunluq, daxil etmənin birdəfəliyi və etibarlılıq kimi tələb-
lər də qoyula bilər. 
Açıqlıq, keyfıyyət haqqında informasiyanın istifadə-
çilər üçün başa düşülən formada olmasıdır. Lazım gəldik-
də  bu,  kifayət  qədər  mürəkkəb  informasiyanın  təqdim 
edilməsini istisna etmir. Münasiblik (uyğunluq) informa-
siyası  yalnız  məhsulun  keyfıyyətinə  aid  olmaqla,  keyfiy-
yətin  idarə  edilməsi  üçün  vaxtında 
preventiv-permanent 
xarakterli  qərarların  qəbuluna  imkan  verir.Münasiblik  in-
formasiyanın  məzmunu  onun  əhəmiyyət  dərəcəsi  və  vax-
tında verilməsi ilə təyin olunur. Məsələn, əgər informasiya 


 
 
348 
 
keyfiyyətin  idarə  edilməsi  üzrə  qərarların  qəbul  edilməsi-
nə əhəmiyyətli təsir göstərmirsə, onu az əhəmiyyətli kimi 
qəbul  etmək  olar.  Daxil  etmənin  birdəfəliyi  -keyfıyyətin 
idarə  edilməsi  üzrə  informasiya  məlumatlarının  (sonrakı 
çoxdəfəlik  istifadəsilə)  banka  birdəfəlik  daxilolma  tələbi 
kimi  baxılmalıdır.  Belə  informasiya  sonradan  təkrarən 
istifadə  edilə  bilər.  Səhvlərin  baş  vermə  ehtimalını  aşağı 
salmağa  imkan  verir.  Etibarlılıq  informasiyası  heç  bir 
ciddi (əhəmiyyətli) səhvlərin olmadığını göstərir. Bu halda 
o, məhsulun keyfıyyətini və keyfıyyətin idarə edilməsinin 
bütün proseslərinin güman edilən real (həqiqi) vəziyyətini 
düzgün, dolğun və etirazsız (neytral) əks etdirməlidir. 
Keyfiyyətin  idarə  edilməsi  üzrə  informasiya  çoxlu-
ğunu şərti-sabit və  dəyişən hissələrə  bölmək  olar.  Birinci 
keyfiyyətin  idarə  edilməsi  zamanı  müntəzəm  istifadə  edi-
lən  dəyişməyən  əhəmiyyətli  informasiyanı  (elmi-texniki 
və  elmi-metodik  sənədləri,  sorğu  informasi-yasını)  daxil 
edir. İkincisi isə, keyfiyyətin operativ idarə edilməsi, cari 
istehsalat-təsərrüfat  fəaliyyəti,  qüsurluluq  səviyyəsi,  zay 
məhsul, əməyin keyfiyyəti və s. haqqında olan dəyişən in-
formasiyanı özündə birləşdirir. 
Keyfiyyətin idarə edilməsinin istər şərti-sabit, istərsə 
də dəyişən informasiyasını keyfiyyət sisteminin yarımsis-
temlərinə  (keyfiyyətin  idarə  edilməsinin  sistemli  öyrənil-
məsinə,  «ərzaq»  yarımsistemlərinə  və  s.)  və  onların  ele-
mentlərinə görə sinifiəşdirmək məqsədəuyğundur. 
 
 
 


 
 
349 
 
15.4. Keyfiyyətə nəzarətdə informasiya 
təminatnın avtomatlaşdırılmasının prinsipial əsasları 
 
Sistemli  yanaşmada  keyfiyyətin  idarə  edilməsinin 
avtomatlaşdırılmış  informasiyasının  yarımsistemlərinin 
qurulması  və  fəaliyyəti  üçün  o,  mümkün  qədər  maşın isti-
qamətli dilə yaxınlaşdırılmalıdır. Belə  yanaşma istər birbaşa, 
istərsə  də  əks  əlaqəli  kanallarla  hər  bir  yarımsistemin  və 
keyfiyyət  sistemlərinin  daxilində,  istərsə  də  idarəetmənin 
nisbətən  yuxarı səviyyəli  yarımsistem-lərinin və sistemlə-
rinin hər birinin daxilində informasiya mübadiləsini nəzər-
də tutur. Keyfiyyət sisteminin infor-masiya və sənədləşdi-
rilməsinin  xarici  mühitlə  avtomat-laşdırılmış  mübadiləsi-
nin prinspial sxemi şəkil 15.1-də verilir. Bu o deməkdir ki, 
avtomatlaşdırılmış  (yaxud  avtomatik)  rejimdə  idarəetmə 
kadrları iştirak etmədiyindən informasiyaya giriş müəyyən 
fasilələrlə aparılmalıdır. 
İnformasiya  təminatlı  sistemi  keyfıyyətin  unifikasi-
yalaşdırılmış  göstəriciləri  ilə,  onların  sinifləşdirilməsi  ilə 
və bu göstəricilərin qeydiyyatını aparan sənədlərin
 birlipli
 
formasının  məcmuu  ilə  əsaslandırmaq  lazımdır.Bu  halda 
keyfiyyətin  idarə  edilməsində  istifadə  edilən  bütün  infor-
masiyanı genişləndirilmiş formada növlər üzrə sinifləşdir-
mək tələb olunur. Məsələn, məhsulun, xidmətin və əməyin 
keyfiyyət göstəricilərini daxili (məhsulun sınaqları zamanı 
imtinalar, hazırlanma zamanı qüsur və zaylar, istehsalat it-
kiləri  və  s.)  və  xarici  (istismara  edilən  iradlar,  reklamasi-
yaların miqdarı və s.) informasiyaya bölmək olar. 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə