Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə87/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   94

 
 
350 
 
 
 
Keyfiyyətin  idarə  edilməsinin  informasiya  təminatı-
nın  tərkibi  və  məzmunu  məhsulla,  xidmətlə  və  onların 
xüsusiyyətləri ilə, həmçinin müəssisənin idarə edilməsinin 
Şəkil  15.1.Keyfiyyət  sisteminin  informasiya  və 
sənədləşməsinin  xarici  mühitlə  avtomataşdırılmış 
mübadiləsinin prinsipial sxemi 
 


 
 
351 
 
təşkilati  strukturu  və  keyfiyyətin  idarəedilməsi sisteminin 
funksiyalan  ilə  təyin  olunur.  Bu  halda  o,  məhsulun  ömür 
tsiklinin  bütün  mərhələlərində  və  istehsalın  idarəedilməsi 
səviyyələrində  həyata  kcçirilməlidir.  Burada  informasiya 
təminatının xarakterik çatışmazlıqlarını qeyd etmək lazım-
dır.Onlardan ilk əvvəl məhsulun texniki səviyyəsi, ən yax-
şı xarici analoqları və keyfiyyətə çəkilən xərclər barədə ki-
fayət qədər dolğun elmi-texniki və iqtisadi informasiyanın 
olmamasını göstərmək olar. İkinci, çox vaxt daxil olan in-
formasiya,  yeni  məhsul  layihələndirilərkən  layihəçilər  tə-
rəfindən istifadə edilmir.Üçüncü, informasiya təminatı ki-
fayət qədər normativ-tcxniki sənədlərlə, fərdilikdə məhsu-
lun  standart  tələbləri  ilə  reqlamentləşdirilmir.Dördüncü, 
keyfiyyət  haqqında  informasiyanın  toplanması  və  işlən-
məsi avtomatlaşdırılmış sistemlərin müasir tələblərinə ca-
vab vermir. Əsasən əmək keyfiyyətinin yalnız fərdi məsə-
lələri zaydan və reklamasiyalardan itkilər, az dərəcədə təd-
qiqat  və  layihələndirmə  məsələlərində  keyfiyyətin  idarə-
edilmə  prosesləri  (xüsusilə  keyfıyyətin  yüksəldilməsinin 
texniki  səviyyəsinin  planlaşdırılması,  tələblərin  proqnoz-
laşdırılması, istismar şəraitində məlumatların təhlili) avto-
matlaşdırılır.  Məhsulun  istehsalı  zamanı  müəssisələr  tərə-
findən zayın mümkün olan səbəblərinin vahid sinifləşdiri-
cisindən istifadə edilməsi rast gəlinən qüsurları sistemləş-
dirməyə, kompüter texnikasının tətbiqi ilə keyfiyyət sahə-
sində  bütün  informasiyanın  işlənməsinə  imkan  verir. 
Bundan  başqa,  sinifləşdiricilərin  olması  nəinki  məhsulun 
keyfıyyəti və əməyin qiymətləndirilməsi ilə əlaqədar olan 
məsələləri həll etməyə, həmçinin o, keyfiyyətin ümumiləş-
dirilmiş  göstəricilərini  və  məhsulun  keyfiyyət  səviyyəsini 


 
 
352 
 
operativ və obyektiv təyin etməyə imkan verir.Burada mü-
fəttiş nəzarəti üçün lazım olan zayın əhəmiyyəti təyin edi-
lərkən,  texniki-nəzarət  şöbəsinin  işinin  keyfiyyəti  müəy-
yənləşdirilərkən  böyük  imkanlar  əldə  edilir.  Onu  da  de-
mək lazımdır ki,elektron-hesablama texnikasından istifadə 
etməklə  istehsal  qüsurları  barədə  informasiyanın  operativ 
alınması, sınaqlar zamanı imtinaların və nasazlıqların əhə-
miyyət  dərəcəsinin  müəyyənləşdirilməsi,  istehlakçıların 
şikayətlərinin  həlli  və  reklamasiyaların  hesabının  aparıl-
ması təmin edilir. 
Bundan  başqa,  sinifləşdiricinin  tətbiqi  məhsulun 
keyfiyyəti  barədə  texniki-iqtisadi  informasiyanı  işləməyə, 
onun nomenklatur göstəricilərini genişləndirməyə, həmçi-
nin keyfiyyət üzrə daxili istehsalat uçot-hesabatını və key-
fiyyətin  texniki-iqtisadi  təhlilini  yaxşılaşdırmağa  imkan 
verir.Texniki nəzarət şöbəsi tərəfındən sinifləşdiricidən is-
tifadə edilməsi keyfiyyət üzrə statistik hesabatın obyektiv-
liyini yüksəltməyə imkan verir. 
Keyfiyyət haqqında statistik informasiyanın işlənmə-
si  zamanı  Pareto  diaqramı  üsulundan  istifadə  edilməsi 
ümidverici  praktiki  nəticələr  verir.  Bu  üsulun  köməyi  ilə 
zay məhsulun bütün sinifləşdirilmiş növləri üzrə müəssisə-
nin bütövlükdə itkilərini obyektiv və dolğun qiymətləndir-
mək və məhsulun keyfiyyət göstəricilərində bu və ya digər 
amillərin mümkünlüyünü aşkar etmək olar. Bu üsulun kö-
məyi ilə aparılan tədqiqatlar göstərir ki, istehsalatda əmələ 
gələn bütün itkilərin demək olar ki, 80%-ni material itkilə-
rinin  əsasını  təşkil  edən  bir  çox  zay  məhsulun  növləridir 
(təxminən 50-60%). 


 
 
353 
 
Pareto diaqramı üsulu hazırlanan məhsulun keyfıyyət 
səviyyəsinin  təmin  edilməsi,  istehsalatda  zay  məhsulun 
qarşısının alınması, məhsulun keyfiyyətinin yüksəldilməsi 
məqsədilə  aparılan  idarəetmə  işləri  üçün  səmərəli  vasitə-
dir. Diaqramlar ayrı-ayrı sahələrdə istehsalın faktiki vəziy-
yətini  obyektiv  göstərməklə,  keyfiyyətlə  əlaqədar  olan 
məsələləri  kompleks  tam  həll  edir,  fərdi  qaydada  onları 
müəyyənləşdirir. Bu üsul həmçinin zay  məhsul  hallarının 
növlər üzrə  miqdarını, zay  məhsuldan itkilərin miqdarını, 
daxil  olan  reklamasiyaların  məzmununu,  zay  məhsulun 
kənarlaşdırılması  üçün  sərf  edilən  xərcləri,  məmulatın 
nəqli  prosesində  sınma  hallarının  miqdarını,  reklamasiya 
iddialarının təmini ilə əlaqədar çəkilən xərcləri və istehsal 
smetasının  ayrı-ayrı  maddələri  üzrə  istehsala  edilən  xərc-
lərin  (xammalın  və  materialların,  yardımçı  materialların, 
əmək məsrəflərin və s.) cəmini tapmağa kömək edir. 
Bir sıra zavodların texniki nəzarət şöbələrinin məlu-
matlarına əsasən məhsulun keyfiyyəti haqqında toplanmış 
ilkin  informasiyanın  Pareto  diaqram  üsulunun  köməyi  ilə 
statistik  işlənməsi  göstərir  ki,  istehsalatda  zayın  70%-i 
konstruktor və texnoloji sənədlərin keyfiyyətsiz işlənməsi 
nəticəsində baş verir. 
 
15.5. Keyfiyyət sistemində informasiyanın  
 təkmilləşdirilməsi 
 
 Məhsulun keyfiyyətinin və əməyin obyektiv qiymət-
ləndirilməsində, onun müəssisələr üzrə müqayisəvi imkan-
larının  yüksəldilməsində,  keyfiyyət  haqqında  texniki-iqti-
sadi informasiya təsəvvürünün vahid formalarda unifikasi-
yalaşdırılmasının  böyük  əhəmiyyəti  vardır.  Bura  müəssi-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə