Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə9/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   94

 
 
31 
 
fəaliyyətini gücləndirir və ya cəlb etdirir ki, bu da məhsu-
lun istehlak dəyərinin yüksəlməsində ifadə olunur. 
Daimi dəyərlər – bu, məhsulun bütün həyat dövrün-
də  fəaliyyət  göstərən,  lakin  təməl  dəyərlərinə  birbaşa  de-
yil, dolayısı aidiyyatı olan əlavə istehlak dəyərləridir. Mə-
sələn, məhsulu hazırlayan şirkətin imici, nüfuzu, keyfiyyət 
sisteminə sertifikat, ticarət markasının şöhrətliliyi və s. Bu 
dəyərlər  müxtəlif  reytinqlərə  malikdirlər.  Onların  alıcıya 
təsiri  məhsulun  istehlakçı  dəyərini  olduqca  yüksəltməyə 
imkan  verir.  Ayrı-ayrı  hallarda  yalnız  bu  dəyərlərin  təsiri 
məhsulun uzunmüddətli satışını təmin edir, hətta əgər o tə-
məl göstəricilərinə görə rəqiblərinə uduzursa da. 
Müvəqqəti  dəyərlər  məhsulun  növünə  və  keyfiyyə-
tinə birbaşa münasibəti olan, lakin müvəqqəti, malın həyat 
dövründən  az  fəaliyyət  göstərən  əlavə  dəyərləridir:  yeni-
lik,  dəb,  nüfuz.  Bu  dəyərlər  bir  qayda  olaraq  hansısa  bir 
vaxt ərzində məhsulun yüksək qiymətini saxlamağa imkan 
verir. İdeal odur ki, malın həyat dövrü müvəqqəti dəyərlə-
rin  müddəti  ilə  uyğunluq  təşkil  edir.  Müvəqqəti  dəyərlər, 
zamanda əriyən, malın maya dəyərinə əlavə qiymət qoyu-
luşunun potensial imkanları ilə reallaşırlar. 
Müşaiyətedici  dəyərlər  məhsul  ilə  bilavasitə  bağlı 
olmayan,  lakin  onun  əldə  edilməsi  və  ya  istismarı  şərtlə-
rini asanlaşdıran və  ya çətinləşdirən  əlavə istehlak dəyər-
ləridir:  məhsula  mövsümi  tələbat,  inflasiyanın  səviyyəsi 
(ixrac və  ya idxal olunan mallar üçün). Müşaiyətedici də-
yərlər  həm  məhsulun  satın  alınmasına  yardım  edə  bilər, 
həm  də  onun  reallaşdırılmasını  çətinləşdirə  bilər.  Müşa-
yətedici dəyərlərin fəaliyyəti hesabına məhsula əlavə qiy-
məti zamandan asılı olaraq dəyişə bilər. 


 
 
32 
 
Qoşulmuş dəyərlər öz-özlüyündə məhsulla nə birba-
şa, nə də dolayı yolla  əlaqəsi olmayan dəyərlər haqqında 
yeni və ya təkrarlanan informasiya xəbərləri – reklam, sər-
gilər,  müsabiqələr  hesabına  artırılır.  Qoşulmuş  dəyərlərə 
həmçinin şayiələr, rəylər, həyat təcrübəsi də aiddir. Qoşul-
muş dəyərlərin təsiri həm müvəqqəti, həm də daimi ola bi-
lər  (məsələn, reklam).  Qoşulmuş dəyərlər  müəyyən  müd-
dət ərzində müşaiyətedici dəyərlərlə oxşar olaraq fəaliyyət 
göstərir.  Əlavə  qiymətin  dəyişkən  xarakteri  vaxt  ərzində 
informasiya  tədbirlərinin  təsirinin  zəifləməsindən  irəli 
gəlir (onun bərpa olunmasınadək). 
Məhsulun çox hissəsi,  bir qayda olaraq, əlavə isteh-
lak dəyərlərinə malik deyildir. Xüsusilə bu, dəyərlərin is-
tehlakçılar tərəfindən təməl xüsusiyyətləri üzrə peşəkarca-
sına qiymətləndirilən materiallara, yarımfabrikatlara, komp-
lektləşdirici  məmulatlara  aiddir.  Buna  görə  də  onların 
bazardakı  dəyəri  hələ  işlənmə  dövründə  böyük  ehtimalla 
proqnozlaşdırıla bilər. Əlavə dəyərlər maya dəyərinə əlavə 
qiymət  kimi  ifadə  olunduğundan  əlavə  qiymətin  payını 
konkret  istehlak  dəyəri  hesabına  məhsulun  rentabelliyi 
saymaq olar. 
Universal dəyərlər məhsulun bazar dəyəri və ya qiy-
mətidir.  Qiymət  əsas  dəyərdir.  Lakin  bu,  qiymət  və  key-
fiyyətin asılılığının statistik xüsusiyyətindən  yaranmış xə-
taya  malikdir. Bununla  yanaşı,  məhsulun xüsusiyyətindən 
asılı olmayaraq universal ölçüyə (pulla ifadəyə) malikdir, 
yəni onunla görkəm və keyfiyyətdə müxtəlif olan məmu-
latların dəyərini müqayisə etmək olar. 
Yeni  məmulatın  bazara  uğurlu  irəliləyişi  məhsulun 
satışına təsir göstərən bütün amillərin düzgün hesablanma-
sından,  xüsusən  də,  məhsulun  təməl  keyfiyyətini  qüvvət-


 
 
33 
 
ləndirən əlavə istehlak dəyərlərinin istehlakçı müəssisə tə-
rəfindən aşkar edilmə və formalaşdırma imkanından asılıdır. 
Beləliklə,  bütün  deyilənlərdən  belə  nəticə  çıxarmaq 
olar ki, istehlakçı dəyərlərinin əsas kateqoriyası olan key-
fiyyət  göstəriciləri  məhsulun  ilkin  keyfiyyətlərindən  asılı 
olaraq onun qiymət və maya dəyərinin formalaşması üçün 
təməl (əsas) yaradırlar. Təməl dəyərlərinin (keyfiyyət gös-
təricilərinin)  əsasında  məhsulun  istehsal  dəyəri  tərkibinə 
daxil olan sonrakı dəyərlər formalaşır. Yuxarıda qeyd olu-
nanlar isə təməl dəyərləri ilə heç bir əlaqəyə malik deyildir. 
 
2.3. Məhsulun keyfiyyət göstəricisinin əlamətləri 
 
Məhsulun bir və ya bir neçə keyfiyyətini təşkil edən 
kəmiyyət əlaməti məhsulun keyfiyyət göstəricisi adlanır. 
Məmulatların  yüksək  keyfiyyəti  müxtəlif  amillərlə 
müəyyən edilir, onlardan əsasları aşağıdakılardır: 
-
 
texniki xarakterli amillər (maliyyə, normativ, mad-
di və s.); 
-
 
iqtisadi xarakterli amillər (maliyyə, normativ, mad-
di və s.); 
-
 
sosial xarakterli amillər (təşkilatı, hüquqi, kadr). 
Məmulatların yüksək keyfiyyət göstəricilərini aşağı-
dakı əlamətlər üzrə ayırmaq olar: 

 
əlamətlərin  xüsusiyyətlərinin  (tək,  kompleksli  və 
inteqrallı göstəricilər) sayı üzrə; 

 
məhsulun  müxtəlif  xüsusiyyətlərinə  münasibətdə 
(etibarlılıq, texnolojilik, erqonomiklik və s. göstəriciləri); 

 
müəyyənləşdirmə mərhələsi üzrə (layihə, istehsalat 
və istismar göstəriciləri); 


 
 
34 
 

 
müəyyənləşdirmə metodu üzrə (hesablanma, statis-
tik, sınaq, ekspert göstəriciləri); 

 
keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsi  üçün  is-
tifadə olunan xarakter üzrə (təməl və nisbi göstəricilər); 

 
ifadə olunma üsulu üzrə (ölçü göstəriciləri və ölçü-
nün ölçü vahidləri, məsələn, ballarla, faizlərlə ifadə olun-
muş göstəricilər). 
Məhsulun xüsusiyyətlərindən birini xarakterizə edən 
keyfiyyət göstəricisi məhsul keyfiyyətinin vahid göstəri-
cisi adlanır (məsələn, yanacağın gücü, kaloriliyi). 
Məhsulun  keyfiyyətinin  nisbi  göstəricisi  -  məhsu-
lun  keyfiyyət  göstəricisinin  müvafiq  (yəni  başlanğıc  kimi 
qəbul  edilmiş)  əhəmiyyətinə  münasibəti  ölçüsüz  rəqəm-
lərlə və  ya faizlərlə ifadə olunur, aşağıdakı düstur ilə he-
sablanır. 
 
 
   
 
̅  
  
̅̅̅̅   (2.1) 
burada K
i
 - keyfiyyətin nisbi göstəricisi; 
P
i
  -  qiymətləndirilən  məhsulun  keyfiyyətinin  vahid 
göstəricisi; 
P
ib
 - keyfiyyətin vahid baza göstəricisidir. 
Kompleks  metodun tətbiqi zamanı hər bir göstərici-
nin  çəki  əmsalının  köməyi  ilə  ayrı-ayrı  göstəricilərin  bir 
yerdə  birləşməsi  ilə  müəyyən  olunan  keyfiyyətin  komp-
leks göstəricisi tətbiq olunur. 
Bu  zaman  aşağıdakı  funksional  asılılıqdan  istifadə 
oluna bilər: 
K = f (n, b
i
, k
i
), İ=l,2,3, ..., n
i

(2.2) 
burada, K - məhsulun kompleks keyfiyyət göstəricisi;  
n - nəzərə alınan göstəricilər ədədidir;  


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə