Dərslik baki-2017 s giriş. Мящсулдар лайларын чирклянмясинин гаршысынын алынмасы 4



Yüklə 9,87 Mb.
səhifə11/36
tarix21.04.2022
ölçüsü9,87 Mb.
#85785
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   36
tamamlama mühazrə

III qayda. Bu üsulda məhsuldar lay II qaydadakı kimi qazılır və qazılmış istismar layına üzərində süzgəc açılmış quyruq kəməri endirilir. Süzgəc kəmərininyuxarı ucu yuxarıdakı kəmərin daxilində paker vasitəsilə təcrid olunur (şəkil с»

IV qayda.Quyu məhsuldar layın üstünə qədər qazılaraq möhkəmləndirildikdən sonra, məhsuldar lay uyğun qazıma məhlulu ilə qazılır. Qazılmış dərinliyə quyruq kəməri buraxılaraq sementləmə aparıldıqdan sonra lazım olan dərinliklərdə perforasiya aparılır (şəkil ç).

V qayda. Quyunun qazılması I qayda ilə aparılır. Quyuya buraxılan istismar kəmərinin aşağı hissəsi süzgəc açılmış borulardan ibarət olur. Quyuda manjet üsulu ilə məhsuldar layın yuxarısından sementləmə aparılır (şəkil d).

Quyudibi hissəsi konstruksiyasının sxemi:



1-qoruyucu kəmər, 2-sement daşı, 3-neftli lay, 4-sulu lay, 5-açıq lülə, 6-asqı, 7-süzgəc, 8-quyu divarı, 9-quyruqcuq kəməri, 10-perforasiya açılmış kanal

4.Çoxlüləli üfqi quyu lülələrin möhkəmləndirilməsi və istismarı

Məhsuldar layların kəmərlə möhkəmləndirilməsi yalnız ona tələbat olduqda aparılır. Məlumdur ki, laydan məhsulun quyu lüləsinə toplanması açıq lülədə daha səmərəli olur. Bu səbəbədən qazıma və istismar vaxtı kəsilişdə tökülən süxurlar olmadıqda monolit və tökülməyə davamlı məhsuldar qatların möhkəmləndirilməsinə ehtiyac olmur.

Təcürbədə saxələnmiş quyu lülələrindən aparılan təmir işləri göstərir ki, çoxlüləli quyuların əsas lülədən çıxan əlavə quyu ağızları uzun müddət uçmayaraq qalır.

Məhsuldar qat monolit (əhəng daşı, qum daşı və s.) və möhkəm süxurlardan olduqda şaxələnmiş lülələr drenaj kanalı kimi uzun müddət qalır.

Çoxlüləli quyuların şaxələnməsinin aparıldığı interval məhsuldar laydan yuxarıda olduqda və bu interval dəyanətsiz, uçulmağa meyilli olduqda həmin interval xüsusi elektro-kimyəvi üsullarla möhkəmləndirilir. Elektro-kimyəvi üsullarla əlavə lülələrin şaxələnmə aparılan intervalındakı süxurlar layihədə nəzərdə tutulan diametrlə tələb olunan dərinliyə qədər qazıldıqdan sonra həmin interval quyuya biraxılan genişləndiricilər vasiəsilə quyu lüləsinin diametri genişləndirilir. Genişləndirilmiş quyunun dibinə açıq ucla qazma kəməri buraxılaraq diametri genişləndirilmiş interval sementlənir. Quyuya vurulan sement məhlulunun bərkiməsinə 48-60 saat vaxt verdikdən sonra quyuya nominal diametrli qazma baltası buraxılaraq sementlənmiş intervalda qama aparılır. Nəticədə əsas quyu lüləsinin uçmağa meyilli intervalındakı quyu lüləsində sement qurşağı yaratmaqla lülənin möhkəmliyi təmin olunur.

Çoxlüləli quyularda qazılan üfqi lülələrin birində lülə divarından süxurun tökülməsi müşahidə olunduqda həmin lüləyə üzərinə süzgəc açılmış və yuxarı ucu qıf şəklində olan quyruqcuq kəməri buraxılır. Ehtiyac olduqda isə aşağı hissəsi süzgəx açılmış borulardan ibarət və həmin boruların aşağı ucunda əlavə lülədəki süzgəcli boruların qıfına daxil olna ucluq və yuxarı ucu quyu ağzında olan ikinci bölmə quyuya endirilir.


Çoxlüləli quyu lüləsinin çıxarıla bilən süzgəclə

möhkəmləndiriıməsi sxemi


Şaxələnmiş (üfqi) digər quyu lülələsində təmir (qun tıxacını, lülədən tökülən süxur hissəciklərini, uçmanı və s.) işlərinin aparılması lazım gəlikdə əsas quyuda olan ikinci kəmər bölməsi quyudan tamamilə qaldırılır. coxlüləli üfqi quyuların mənimsənilməsi üsulları standart neft və qaz quyularının mənimsənilməsindən bir qədər fərqlənir. Şaxələnmiş lülələri qazan zaman qazma məhlulunun parametrlərini elə saxlamaq lazımdır ki, lülənin divarında yaranna gil qabığı qalınlığı və qazma məhlulunun fitrasiyası az olsun. Bu üfüqi şaxələrdə aparılan mənimsənin keyfiyyətini yaxşılaşdırır.

Çoxlüləli üfqi şaxələnmiş lülələrin hər birində mənimsəmə ayrılıqda aparılır. Mənimsəmə vaxtı quyuya buraxılan kəmər quyunun dibinə qədər endirilir və əvvəlcə qazma məhlulu su ilə əvəz olunur.Qazma məhlulunu su ilə əvəz edərkəndrenaj kanalı olan lülədə qalan qazılmış süxur hissəciklərini və quy divarında yaranmış gil qabığını lülədən tamamilə yuyaraq çıxarmaq üçün su ilə yuma aparan zaman həlqəvi fəzada suyun qalxma sürəti 1,3-1,4 m/san az olmamalıdır. Yuma zamanı quyudan təmiz su çıxdıqdan sonra qalan digər lülələrədə də su ilə yuma aparılır. Mənimsəmə aparıldıqda deranj lülələrinin heç birində qazma məhlulu saxlamaq olmaz. Üfqi lülələrin hamısının su ilə yuyulması başa çatdıqdan sonra dərinlik nasosu ilə əsas quyudan su çıxarılır. Beləliklə, məhsuldar laydan üfüqi lülələrə neft axını başlayır.

Çoxlüləli quyuda laydan quyu lüləsinə daxil olan neftin miqdarını artırmaq üçün lülələri turşu ilə işləyərkən hər lülədə proses ayrıca aparılır. Drenaj kanalında turşu ilə işləmə təzyiq altında aparıldıqda əlavə lülə ağzından 10-15 m aşağıda paker qoyulur.

Drenaj kanalları olan əlavə lülələrə məhsuldar laydan süzülərək toplanan neft yuxarı qalxaraq əsas lülədə toplanır və əlavə lülələrdən əsas ülələyə daxil olan neft dərinlik nasosları və yaxud elektrik dalma nasosları ilə qaldırılır.

Çoxlüləli quyuda təmir işinin aparılması lazım olduqda aşağı hissəsi süzgəcdən ibarət olan, əsas quyuya buraxılmış ikinci quyruqcuq kəmərini quyudan qaldırdıqdan sonra əlavə üfqi lülələrdə təmir işi aparılır.

Çoxlüləli quyulada aparılan təmir işləri neft və qaz çıxarılan quyulardakı kimi olur və yalnız çoxlüləli quyuların təmirində quyuya endirilən kəmərin aşağı quruluşu elə yığılmalıdır ki, istənilən quyuağzı “pəncərəyə” girmək üçün özüyönəlmə prosesi baş versin.

Çoxlüləli quyu lülələrinin təmirinin aşağıdakı fərqli cəhətləri var:

-quyunu təmir edən yüngül qurğu ilə quyuya endirilən borunun firlandırılması (rotor və yaxud açarla);

-jelonka və yaxud başqa alətlərin kanatla quyuya buraxılmasının təmin edilməsi;

-lülədə yaranna möhkəm tıxacın turbin qazıyıcısı ilə qazılmasının təmin ediməsi.

5.Sement körpüsünün qoyulmasında baş verən mürəkkəbləşmələr

Dərin quyularda yüksək temperatur, təzyiqvə kiçik həlqəvi fəzanın olması quyu lüləsində sement körpüsünün qoyulmasını mürəkkəbləşdirir. Açıq quyu lüləsində sement körpüsünün qoyulması, kəmərarxası sementləmənin aparılmasından texniki cəhətdən xeyli mürəkkəbdir.

Dərin quyuların açıq lüləsindən qoyulmuş sement körpülərinin faktiki materiallarının təhlili göstərir ki, quyuda qoyulan körpülərin yalnız 40 – 50%-i müsbət nəticə verir.Quyu lüləsində sement körpüsünün qoyulması aşağıdakı hallarda aparılır: maili quyu lüləsi əks istiqamətdə qazıldıqda, baş verənqəza səbəbindən quyunun ikinci lülə ilə qazılması tələb olunduqda, kəşfiyyat quyuların qazılması zamanı açıq lülədə açılmış neftli-qazlı horizontların lay sınayıcısı ilə sınandıqda, quyuların əsaslı təmiri və istismar obyektin yuxarıdakı laylara keçirildikdə, quyular ləğv olunduqda və s. Quyu lüləsində qoyulmuş sement körpüsünün möhkəmliyi elə olmalıdır ki, ondan qazneftsu keçməsin. Sement körpüsünə düşən yükün xüsusiyyətinə görə körpü aşağıdakı tələbata cavab verməlidir: maye və qazın təzyiqinə davam gətirsin, ikinci lüləni qazarkən qazıma kəmərinin və yaxud lay sınayıcısının oxboyu yükünə davam gətirsin. İkinci tələbata aid olan körpülər yüksək mexaniki möhkəmliyə malik olmalıdır.

Dərin quyularda qoyulan sement körpüsünün davamlılığı bir çox faktorlardan asılıdır: təbii faktorlar – temperatur, təzyiq və geoloji şərait (lülənin kahılığı, çatlılığı, su-qaz təzahürü və udulma); texnoloji faktorlar – məhlulun reoloji keyfiyyəti, onun sıxlığı, sement və qazıma məhlulunun sementləyici kəmərin içərisində və həlqəvi fəzada dövranın hərəkət sürəti; subyektiv faktorlar – sementləmə zamanı sementləyici materialın və laboratoriyada aparılan təhlildə reseptin düzgün seçilməsi; quyu lüləsinin sement körpüsünün qoyulmasına keyfiyyətli hazırlanması, sement məhlulunun tutuşmasını gecikdirən reagentin






miqdarının düzgün seçilməməsi, sementləyici aqreqatların sayının düzgün seçilməməsi və sementlənmənin aparılmasının təşkili.

Sement məhlulunu quyuya vurduqda basıcı mayenin miqdarını hesablayaraq elə seçmək lazımdır ki, onun sementləyici kəmər içərisindəki dərinliyi sement məhlulunun quyudakı səviyyəsindən 20-30 m yuxarıda olsun. Göstərilıən tədbirlərin yerinə yetirilməsi nəticəsində qazıma məhlulunun quyuya vurumuş sement məhlulu ilə qarışa bilmədiyindən, quyuda yaranan sement daşının mexaniki möhkəmliyi təmin olunur.

Sement körpüsünün quyu lüləsində qoyulması aşağıdakı ardıcıllıqla aparılır. Sement körpüsü yaratmaq üçün vurulan sement məhlulu sementləyici aqreqatlar vasitəsilə quyuya nəzərdə tutulan dərinliyə buraxılmış qazıma və ya nasos-kompressor kəmərilə vurulur.Sement məhlulunun quyuya vurulmasında istifadə olunan basıcı məhlulun sxılığı sement məhlulunun sıxlığına bərabər olmalıdır.



Təcrübə göstərir ki, dərin quyularda sement körpüsü qoyulan zaman baş verən mürəkkəbləşmə və qəzaların çox hissəsi sementlənmədən əvvəl quyu lüləsinin pis hazırlanmasından, sement və qazıma məhlullarının miqdarının düz hesablanmamasından, sement məhlulunun laboratoriyada təhlili zamanı quyu dibi parametrlərin düzgün nəzərə alınmadığından, sement məhlulunun tutuşma başlanğıcı vaxtının düzgün təyin olunmamasından, prosesin aparılaraq başa çatdırılmasında icraçılar tərəfindən yol verilən gecikmələrdən və tələb olunan normativlərin yerinə yetirilməməsindən yaranır.

Açıq quyu lüləsində sement körpüsü qoyulduqda sementləyici kəmərin quyuda tutulma ehtimalı olduğundan sementləmə və yuma prosesi zamanı kəmərin vaxtaşırı yuxarı-aşğı hərəkət etdirilməsi təmin olunmalıdır. Quyuda sementləmə başa çatdıqdan sonra sementləyici kəmərə bağlanmış sementləmə başlığı açılaraq kənara qoyulur və quyudan 100-130 m sementləyici boru yuxarı qaldırılır, işlək boru ilə sementləyici kəmər birləşdirilərək quyuda qazıma məhlulunun böyük məhsuldarlığı ilə yuma aparılır. Quyuda aparılan yuma zamanı quyudan çıxan qazıma məhlulunun sürəti 1,5 m/s-dən çox olmalıdır. Yuma aparılan dərinlikdən quyunun iki həcmi miqdarında məhlul çıxana kimi yuma dayanmadan aparılmalıdır. Həlqəvi fəzadan çıxmaqda olan artıq sement məhlulun lülədə hərəkətsiz qalaraq tutuşub quyuda mürəkkəbləşməyaratmaması üçün yuma zamanı

quyudakı kəmər fasiləsiz olaraq işçi boru uzunluğunda aşağı-yuxarı hərəkət




etdirilməklə tez-tez rotorla fırlandırılmalıdır.

Quyunun divarı və yaxud quyudakı qoruyucu kəmərin daxili divarı ilə qazıma

borusunun qıfıl birləşməsinin arasındakı məsafənin az olması yuma zamanı

yüksək hidravliki itkilərin çoxalaraq quyuda yuma təzyiqinin artmasına səbəb olur.

Kəmərlərin arxasının sementlənməsindən fərqli olaraq quyuda sement körpüsü qoyulduqda sementləyici boruda başmaq, stop-həlqə, ayırıcı tıxac quraşdırılmır. Bu səbəbdən bəzən mürəkkəbləşmələr yaranır.

Dərinliyin çox olması quyuda aparılan yuma zamanı hidravliki təzyiq itgisinin çox olduğundan məhlulun məhsuldarlığını artırmaq mümkün olmur. Bu səbəbdən sement körpüsü qoyulduqdan sonra artıq qalan sement məhlulunun yuma ilə tez qaldırılması mümkün olmur. Dərin quyularda göstərilən səbəbdən tez-tez



mürəkkəbləşmə və qəzalar baş verir. Baş verən belə qəzalar çox halda quyuların texniki səbəbdən ləğvi ilə nəticələnir.

Cədvəl


Açıq lülədə qoyulan sement körpüsündə quyunun və qazıma borularının nəzərdə tutulan ölçlüləri.

Quyunun diametri, mm

Qazıma borusunun diametri, mm

Qazıma qıfıllarının diametrləri, mm

Tərəflər arasındakı məsafə, mm

394

140-127

171-161

127-133,5

343

140-127

171-161

101,5-108

295

127

161

67

269

127

161

30,5

243

127

161

41

216

127

161

27,5

190

114

140

25

161

102-89

127-108

17




Cədvəl

Qoruyucu kəmər içərisində qoyulan sement körpüsündə kəmərin içi ilə qazıma borularının nəzərdə tutulan ölçlüləri.



Kəmərin diametri, mm

Qazıma borusunun diametri, mm

Qazıma qıfıllarının diametrləri, mm

Tərəflər arasındakı məsafə, mm

324

140-127

171-161

76,5-81,5

299

140-127

171-161

64-69

273

127

161

56

245

127

161

42

219

127-114

161-140

29-39,5

194

114-102

140-127

27-35,5

178

102-89

127-108

25,5-35




Sement körpülərinin hesablanması

Bu tarazlıqda sement körpülərinin quraşdırılması hesablanması metodikası:

1.sement məhlulun miqdarı

Vц =H Sскв.+Vтр.(0,02+ с123)

Burada H - layihə hündürlüyü sement körpüsünün m; Sскв- Quyunun eninə kəsiyi sahəsi, м2; C1 - əmsal Bu divarlarda boruların itki məhlulu; С2 с3 - məhlulun itki əmsalı müvafiq olaraq, aşağı və yuxarı sərhədləri (ayırıcı tıxac yuxarı olduqda C1 =C3 =0), qonşu maye ilə qarışıqda onun yanında;

Vтр.- Daxili həcmi boru tökmə, м3.

2. Bufer mayeləri lazımi həcmdə:

Aşağı sərhədində üçün

Vбуф.н.= С4 Vтр.+ С5 H Sскв ;

Yuxarı sərhədi üçün

Vбуф.в=. С4 (Vтр – h Sтр);

Burada с4; с5- Onun hərəkəti zamanı - bufer mayeləri itkilərin əmsalları müvafiq olaraq tökmə boru və dairəvi məkanına; h Sтр.- sement məhlulun həcmi, buraxılan tökmə borularda, м3.

3.basıci mayenin həcmi:

Vпрод.=Vтр. – hSтр - Vтр (с1+с2 ) - Vбуф.в



Sement körpülərinin quraşdırılması yüksək sürət doğan axınının dairəvi məkanda az və ya 0,5 və ya daha çox 1,5м/с tələb edir.

Bufer mayeləri həcminin hesablanması:

Vбуф.мin <=Vбуф <=Vбуф.Max.

Burada minimum və maksimum yolverilən həcmini bufer mayeləri lazımi Vбуф.мax ,Vбуф.мin.

Ayırıcı tıxac tətbiqi zamanı sərhədlərdə yuyucu maye - - tamponaj məhlulu bufer maye və bufer maye.

Vбуф.мin =1,57 10-4 h [Dс2 - D2д + 2K (Dд + Dt)]

Burada h - birləşdirilən intervalın uzunluğu, m; Dс –kəhi üzrə intervalında nümayiş etdiririk - quyunun orta diametri, sm; Dд- qazma nominal diametri, sm; Dt - qoruyucu borular bayır diametri, sm;K- Əvvəldən gilli qalınlığı, sm, qalınlığı kökü kifayət qədər dəqiqliyi ilə bərabər ВМ-6 və ya 2 saat ərzində müəyyən cihazlar üçün, böyüklüyündən-kiçikliyindən asılı etmək olar 1,3-1,0.

Əmsallar Əhəmiyyətli с1 с2 с3 с4 с5

cədvəl


Qazma boruları nasos-kompressor borular

Mayeni bufer

Əmsal Var Yox Var Yox

С1 0,01 0,03 -- 0,01

С2 0,02 0,04 0,04 0,02

С3 0,02 0,03 0,01 0,02

с4 0,02 -- 0,02 --

с5 0,40 -- 0,40 --

Ayırıcı tıxac olmadıqda:

Vбуф.min =0,18 (Vцем +Vт.) +.Vсм

Burada Vт - bufer maye vurulur ki, boruların daxili həcmi, м3; Vцем - birləşdirilən intervalın həcmi, m 3; Yuyucu maye və tampon qarışığı ilə Vсм.-, bufer mayeləri qovuşduğu həcmi м3;

Vсм.=0,04 (Vт + Vцем)

Vбуф.max =



Burada рпл.- L dərinlikdə lay təzyiqi ,кгс/см2; - müvafiq olaraq yuyucu və bufer mayeləri sıxlığı ,г/см3; Təhlükəsizlik əmsalı(1,051,15); - bucah intervalında nümayiş etdiririk, S-boru arxası məkanının orta sahəsi kəsiyi м2.

6 Məhsuldar layların sınanması

Qazımada perspektivli horizontların sınanması

Axtarış və kəşfiyyat quyularının qazılmasında neftin və qazın olduğu ehtimal olunan laylara qazıma boruları və yaxud karotaj kabeli vasitəsilə lay sınayıcısı buraxılaraq layın yoxlanılması və lay məhsulunun sənaye əhəmiyətli olub-olmaması müəyyən edilir. Bu məsələ müəyən qədrə quyudan kern qaldırmaqla da həll olunur.

Qazıma prosesində lay sınayıcısından istifadə etməklə neft-qaz yatağının kəşfiyyatı sürətlənir, perspektivli olan laylar tez müəyyən edilir, aparılan tədqiqat işlərinin effektliyi artır və məhsuldar olmayan horizonta kəmər buraxılmasını aradan qaldırır.

Neft-qazın olduğu ehtimal olunan layda aparılan sınaq işləri ilə aşağıdakılar müəyyən edilir:

a)sınaq aparılan horizontdan lay məhsulunun alınması

b)lay məhsulunu götürərək onun tərkibi və xüsusiyyətinin laboratoriya şəraiində təhlili

v)horizontun məhsuldarlığının qiymətləndirilməsi

q)horizontun kollektor xüsisiyyətinin qiymətləndirilməsi

d)quyu divarının çirklənmə dərəcəsinin qiymətləndirilməsi

Lay sınayıcısı ilə istənilən horizontun sınaq aparılması üçün quyu dibindən sınaq aparılan horizontun dabanına qədər olan məsafə uzunluğunda və quyu dibində oturmaq üçün başmağı olan nisbətən az diametrli ağır qazıma borusu üzərinə lay sınayıcısı bağlanır. Sınayıcının üstünə isə lazım olan izafi təzyiqi təmin etmək üçün bir hissəsinin içərisi boş buraxılan qazıma borusu bağlanılaraq quyuya endirilir və qazıma borusuna xüsusi başlıq bağlanılır.

Quyuya buraxılmış bu quruluş vasitəsilə sınanması nəzərdə tutulan horizontun yuxarısındakı həlqəvi fəzada olan bütün laylar paekrlə təcrid olunur. Qazıma kəmərinin daxilindəki azaldılmış təzyiqlə sınaq aparılan horizontun lay təzyiqi arasında yarana izafi təzyiqlər fərqindən laydakı məhsul lay sınayıcısından keçərək qazıma borusu ilə yer üzərinə çıxarılır. Laydan çıxan məhsulun bir hissəsi lay sınayıcısında toplanır.

Qazıma prosesində obyektin sınanmasında lay sınayıcısının komplekti (КИИ) istifadə olunur. КИИ cihazı ilə layda sınaq aparmaq üçün aşağıdakı kimi hazırlıq işləri aparılır. Quyuda sınaq işi aparılandan əvvəl karotaj və kavernomerlə ölçü aparılaraq sınaq aparılan horizontun dərinliyini, pakerin qoyulma yerinin diametrini müəyyən edirlər.

Quyu lüləsində pakerin keçməsinin mümkünlüyü və onun pakerləmə vaxtı işinin təminatı quyunun diametri ilə pakerin diametrlərindən asılı olduğu üçün aralarındakı nisbət aşağıdakı kimi olmalıdır.



Burada, – quyunun diametri, - pakerin diametridir.


Pakerin oturdulması üçün seçilmiş interval kahlı olmayaraq möhkəm süxur olmalıdır. Pakerin oturdulma dərinliyi sınaq aparılan layın yuxarısından 4-5 m-dən çox yuxarıda olmalıdır.

Lay sınayıcısı buraxılandan əvvəl quyuda aparılan elektrik ölçü işlərindən sonra quyu lüləsində daralmış intevallarda təkrar işləmə aparmaqla quyu lüləsi normal diametrə çatdırılır.Qazıma kəmərini qaldırıb-endirən zaman oturma və dartıma olan intervallar təkrar işlənilməli və qazıma məhlulunun bütün parametrləri kimyəvi işləmə aparmaqla tələb olunan qiymətə gətirildikdən sonra quyu ülləsində bir neçə dövr yuma aparılmalıdır.

Layda sınaq aparılan КИИ cihazı üç ölçüdə buraxılır:

КИИ-146 – diametri 190-295 mm olan quyularda işlədilir.

КИИ-95 – diametri 118-161 mm olan quyularda işlədilir.

КИИ-65 – diametri 75-112 mm olan quyularda işlədilir.

Sınaq aparılan КИИ cihazın əsas vəzifəsi:

a)sınaq aparılan laydan qaz-neft axınının yaradılması

b)laydan çıxan məhsulun götürülməsi

v)sınaq aparılan layın parametrlərinin təyini


Sınaq aləti komplektinin sxemi:



1-başmaq, 2-ağır qazıma borusundan quyruqcuq, 3-süzgəc, 4-paker, 5-yass, 6, 8 – cihaz keçiricisi, 7-ИРГ, 9, 12 – qazıma borusu, 10- bağlayıcı klapan, 11-dövr etmə klapanı, 13 – nümunə götürülənin yeri, 14-dərinlik manometri və termometrin yerləşdiyi yer.

Layda aparılan sınağın keyfiyyətinə depressiyanın qiyməti təsir edir. Quyuya lay sınayıcısını endirən qazıma kəmərinin möhkəmliyindən, pakerləşdirən elementin və paker oturan süxurun möhkəmliyindən asılı olaraq depressiyanın buraxıla bilən qiyməti müəyyən edilir. Depressiyanın maksimum qiyməti qazıma kəmərinin əzilməyə olan ehtiyat əmsalının 1,3 olma şərti ilə müəyyən edilir. Quyuya boş buraxılan qazıma kəmərinin uzunluğunu seçən zaman qazıma borusunun diametri, qalınlığı, möhkəmlik həddi və qazıma məhlulunun sıxlığı nəzərə alınır. Quyuda pakerləmə aparmaq üçün quyu lüləsinin diametrindən asılı olaraq oxboyu yükün qiyməti aşağıdakı cədvəldə verilir.

Cədvəl



Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə