Dərslik baki-2017 s giriş. Мящсулдар лайларын чирклянмясинин гаршысынын алынмасы 4



Yüklə 9,87 Mb.
səhifə12/36
tarix21.04.2022
ölçüsü9,87 Mb.
#85785
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   36
tamamlama mühazrə

Dəyişilən rezinin diametri, mm

Dəyişilən rezinə uyğun olan quyu lüləsinin diametri, mm

Ən böyük oxboyu yük, ton

270

298

25

245

269

22

220

243

20

195

214

18

180

190-214

18

170

190

16

145

161

10

130

145

8

126

140

8

122

135

8

116

129

7

108

118

7

95

105

6

85

95

5

74

85

4

65

75

3

Lay sınayıcısına oxboyu yük verərək laydan axın yarandıqda pakerdən aşağıdakı süxurların uçaraq qazıma kəmərinin tutması gözlənildikdə sınaq vaxtı 10-30 dəq, süxurlar möhkəm olduqda isə sınaq vaxtı 2 saata qədər olur.

Quyuda sınaq işləri qurtardıqdan sonra qazıma borusunu kiçik sürətlə yuxarı qaldırmaqla oxboyu yükü götürdükdən 1,5-2 dəq. sonra qazıma kəməri qaldırılır.

Karotaj kabeli ilə quyuya buraxılan lay sınayıcısı
Quyu lüləsinin müxtəlif dərinliklərində yerləşən laylarda sınaq aparmaq üçün karotaj kabeli ilə quyuya buraxılan ОПК və ОПТ tipli lay sınayıcılarından istifadə olunur. Göstərilən növ lay sınayıcısı sınaq aparılan laydan maye və qaz nümunələrini götürmək üçün istifadə olunur.

Cədvəl


Lay sınayıcılarının texniki xarakteristikaları

Əsas elementlər

Sınayıcılaırn növləri

ОПК-7-10

ОПК-4-5

ОПТ-7-10

Cihazın diametri, mm

100

70

102

Cihazın uzunluğu, mm

3000

3000

2800

Cihazın çəkisi, kq

90

50

90

Balonun həcmi, l

6,3

3,8

8

Quyunun diametri, mm

190-270

118-145

190-290

Buraxıla bilən hidrostatik təzyiq, kq/sm2

500

350

1000

Karotaj kabeli ilə quyuya buraxılan lay sınayıcısı aşağıdakı qayda ilə işləyir. Cihaz sınaq aparılan inetrvalda saxlanılır, kabeldəki elektrik xəttinə cərəyan verilir. Aşağıdakı kamerada barit partlayıcısında partlayış baş verir və nəticədə hərəkət edən qol cihazı quyunun bir divarına, cihaz isə hermetikləyici başmaqla quyu divarının əks istiqamətinə sıxılır.

Karotaj kabelinin növbəti xəttinə cərəyan verdikdə baş verən kumulyativ partlayış nəticəsində prokladka dağıldıqdan sonra lay təzyiqi nəticəsində laydakı məhsul balonadaxil olur.

Sınaq aparılan zaman lay məhsulunun yığılmasına 3-5 dəq vaxt sərf olunur

Karotaj kabeli ilə quyuya buraxılan lay sınayıcısı ОПК-7-10:



1-başlıq, 2-asqı, 3-yuxarı kamera, 4-örtük, 5-şam, 6-barit partlayıcısı kamerası, 7-yuxarı silindr, 8-güc hissəsi, 9-porşenlə olan aşağı silindr, 10-aşağı kamera, 11-nümunə yığılan sahə, 12-kumulyativ perforator, 13-rezin başmaq, 14-sıxıcı qurğu, 15-porşen, 16-teleskopik üzük, 17-trubka, 18-balon, 19-klapan

Sınaq aparılan zaman lay məhsulunun yığılmasına 3-5 dəq vaxt sərf olunur.

Yuxarı kamerada partlayış aparılacaq balon bağlandıqdan sonra sınayıcı cihaz əvvəlki hala qaytarılması üçün karotaj kabelindəki növbəti elektrik xəttinə cərəyan verilir.Laydan sınayıcı cihazla qaldırlan lay məhsulu və layın fiziki-kimyəvi xassələri laboratoriya şəraitində təhlil olunur.

7.Məhsuldar layların ilkin açılışı ucun qazıma məhlulları


Emulsiyalı qazıma məhlulları
Emulsiyalı qazıma məhlulları elə məhlullara deyilir ki, kimyəvi işlənmiş qazıma məhlulu içərisində neft və ya neft məhsulları bərabər yayılmış olsun və onların həcmi qazıma məhlulu həcminin 10-25%-ni təşkil etsin. Neftin və neft məhsullarının qazıma məhlulu içərisində bərabər yayılması üçün emulqatorlardan, detergentlərdən və yaxud qazıma məhlulunun kimyəvi işlənməsində istifadə edilən stabilləşdiri­ci­lərdən istifadə olunur. Ən fəal və yaxşı emulqator kömür qələvi reagentidir. Emulsiyalı qazıma məhlulu, qazıma məhlulunun dövranı zamanı neftin və neft məhsullarının məhlula əlavə edilməsi ilə əldə edilir. Bu məqsədlə qazıma məhluluna xam neft, sulu neft, dizel yanacağı və s. əlavə edilir. Emulsiyalı məhlul əldə etmək üçün qazıma məhlulu çox kiçik suverməyə malik olmalıdır.
Susuz, gilsiz, yaxud neft əsaslı qazıma məhlulları
Neft əsaslı məhlullarda dizel yanacağı dispers sistemi, oksidləşdirilmiş bitum isə dispers fazanı təşkil edir. Bu məhlulun struktur əmələgətirmə qabiliyyəti zəif olduğu üçün ona struktur əmələ gətirən maddələr (yağlı qələvi sabunu və ya kalsium oksidi) əlavə edirlər. Bu məhlullarda bitum dizel yanacağında qızdırıldıqda həll olaraq həqiqi məhlul əmələ gətirir, soyuq halda bu proses çox vaxt tələb edir.

Lazım gəldikdə, neft əsaslı məhlullara hidrofoblaş­dırılmış gil, yaxud su da əlavə etmək olar. Neft əsaslı məhlulun tərkibi: 1) dizel yanacağı (70-85%), oksidləşdirilmiş bitum (15-20%), oksidləşdirilmiş parafin (1%) və kaustik sodadan (1%) ibarətdir; 2) qazıma məhlulu dizel yanacağı mazut, solyarka, yağlı turşunun natrium duzu və sönmüş əhəngdən ibarət olur.

Neft əsaslı qazıma məhlullarına aid olan sintetik qazıma məhlulları son zamanlar geniş tətbiq edilir. Sintetik qazıma məhlullları ilə dayanıqsız süxurlarda dərin quyuların qazılması və qazıma ilə məhsuldar layların açılması üçün istifadə olunur. Struktur-mexaniki və kolloid-kimyəvi xüsusiyyətlərinin idarə olunmasına görə bu qazıma məhlulu quyu divarının dayanıqlılığını və məhsuldar layların kollektorluq xüsusiyyətlərinin qorunmasını təmin edir.

Bu qazıma məhlulunun fiziki-mexaniki göstəriciləri aşağıdakı kimidir:

Sıxlığı-0,75-2,3 q/sm3; şərti özlülüyü-35-55san; statik sürüşmə gərginliyi-9-27 MPa; dinamik sürüşmə gərginliyi-8-14 Pa; suverməsi-2,5-3,0 , .
Kiçik xüsusi çəkiyə malik qazıma məhlulları
Belə məhlulları əldə etməyin ən sadə yolu yüksək kolloidli gilli qazıma məhlullarına su əlavə etməkdir. Bu yolla xüsusi çəkisi q/sm3 olan qazıma məhlulları əldə etməyə imkan var. Neft əsaslı qazıma məhlullarında q/sm3 xüsusi çəkiyə nail olmaq mümkündür.

Bundan da kiçik xüsusi çəkiyə malik qazıma məhlulu hazırlamağa ehtiyac olarsa, xüsusi çəkisi q/sm3 olan aerizə edilmiş məhlullardan istifadə edirlər.



Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə