Dərslik baki-2017 s giriş. Мящсулдар лайларын чирклянмясинин гаршысынын алынмасы 4



Yüklə 9,87 Mb.
səhifə13/36
tarix21.04.2022
ölçüsü9,87 Mb.
#85785
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   36
tamamlama mühazrə

Hava, yaxud qaz halında olan işçi agentlər
Burada, baltanın dağıtdığı süxur hissəcikləri quyuya vurulan hava, yaxud qazın köməyi ilə quyudan çıxarılır, başqa sözlə desək, qazıma məhlulunun vəzifələrindən birini, yəni qazılmış süxur hissəciklərinin yerin üstündə qaldırılmasını quyuya böyük sürətlə vurulan qaz, yaxud hava yerinə yetirir. Üfürmə ilə qazımada qazıma məhlulu ilə qazımaya nisbətən daha böyük mexaniki sürət əldə edilir. Odur ki, hazırda bu sahənin inkişafına daha çox fikir verilir. Yüksək mexaniki effekt əldə etmək üçün quyuya vurulan havanın, yaxud qazın sürəti 1040 m/san olmalıdır ( m/san).

Üfürmə ilə qazımada quyu ağzı qapalı olur və xüsusi avadanlıqla təchiz edilir.

Üfürmə ilə qazımanın nöqsan cəhətləri:

-su layına rast gəldikdə əksər hallarda üfürmə ilə qazıma mümkün olmur;

-qarmağa düşən yük artır;

-qazıma qıfılları daha çox abraziv yeyilməyə məruz qalır;

-partlayış və yanğın baş verməsi ehtimalı artır.
Qazıma məhlullarının kimyəvi emalı

kimyəvi reagentlər


Neft və qaz çıxarılması məqsədilə qazılan quyuların dərinliklərinin durmadan artması, yüksək təzyiq və temperatur, digər texnoloji və geoloji çətinliklər şəraitində öz keyfiyyət parametrlərini itirməyən qazıma məhlulları yaradılmasını tələb edir. Adi, normal qazıma məhlulu bu tələbləri ödəyə bilmədiyindən hər bir konkret şərait üçün qazıma məhlulunun resepti hazırlanır. Bu məqsədlə qazıma məhlulunu müxtəlif kimyəvi reagentlərlə işləyirlər, ona bəzi maddələr və materiallar əlavə etməklə, qazıma məhlulunun keyfiyyət parametrlərini dəyişdirməyə nail olurlar.

Qazıma məhlulunun kimyəvi emalı iki mərhələ üzrə aparılır: ilkin emal və təkrar emal. İlkin emalda dövran sistemi üzrə hərəkət edən qazıma məhluluna nəzərdə tutulan kimyəvi reagent az həcmdə əlavə edilir. Təkrar emal zamanı isə əlavə edilən kimyəvi reagentin həcmi hesablanmış həcmə çatdırılır. Su əsaslı qazıma məhlullarını kimyəvi emal etmək üçün istifadə olunan kimyəvi reagentlərin təsnifatı belədir:

1)stabilləşdirici reagentlər (bunlar qazıma məhlulunun su verməsini və özlülüyünü azaldır);

2)qazıma məhlulundakı kalsium ionlarını əlaqələndirən reagentlər;

3)qazıma məhlulunu kalsium ionları ilə təmin edən reagentlər;

4)struktur əmələ gətirən reagentlər;

5)qələviliyi tənzim edən reagentlər;

6)emulqator reagentlər;

7)köpüksöndürən reagentlər;

8)qazıma məhlulunun temperatur təsirinə qarşı davamlılığını artıran reagentlər;

9)səthi aktiv maddələr;

10) yağlayıcı əlavələr.



Stabilləşdirici reagentlər kimi, kömür qələvi, yaxud torf qələvi reagentlərindən istifadə edilir. Bunların tərkibində 35-50% qumin turşuları olur və belə işarə edilir: KQR-13-2,5. Burada birinci rəqəm boz kömürün, ikinci rəqəm isə quru kaustik sodanın miqdarını göstərir. Bunlar məhlulun özlülüyünü və suverməsini azaldırlar.


Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə