Dərslik baki-2017 s giriş. Мящсулдар лайларын чирклянмясинин гаршысынын алынмасы 4



Yüklə 9,87 Mb.
səhifə23/36
tarix21.04.2022
ölçüsü9,87 Mb.
#85785
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   36
tamamlama mühazrə

Sement körpüsünün qurulması. Quyu divarlarının möhkəmləndiriməsi, quyuda qəza baş verdikdəvə layların ayrılaşdırılması təcrübəsində bəzən sement körpüsü qurulmasından istifadə olunur.

Quyu dibində uzaq olmayan hissədə quyunun (və ya qoruyucu kəmərin) eninə kəsiyini tamam bağlamaq üçün sementdən süni yaradılan tikintiyə sement körpüsü deyilir.

Sement körpüsündən aşağıda göstərilən texnoloji məsələlərin həllində istifadə olunur:

-kəsilişin aşağı hissəsindəki keçirici layların yuxarıdakı keçirici laylardan ayırmaq lazım gəldikdə (misal üçün aşağıdakı işlənilmiş layın istismarından yuxarıdakı layların istismarına keçdikdə, kəşfiyyat quyularında “aşağıdan yuxarıya” metodu ilə layın sınanmasını apardıqda);

-quyunu ləğv etdikdə və ya müvəqqəti konservasiya (bağlandıqda) etdikdən sonra laydan gələn mayelərin quyu ağzından ətrafa axması qorxusunun qarşısı alındıqda;

-perspektivli layların sınanması məqsədi üçünquyuda pakerləmə apardıqda və ya quyu lüləsini yana qazımaq üçün möhkəm dayaq yaradılmasına ehtiyac olduqda;

-quyu divarı dayanıqlı olmayan, tökülən və yuyulma nəticəsində axmaya məruz qalan süxurlardan ibarət olduqda quyu divarlarını möhkəmlətmək lazım gəldikdə.

Ümumiyyətlə, sement körpüsü müxtəlif üsullarla, o cümlədən mədən-geofizika işlərində aparılır. Ən effektli sement körpüsü qurulması aşağıda göstərilən üsulla aparılır.

Prosesi başlamadan quyuda sement körpüsü yradılacaq hissənin alt sərhədindən bir qədər aşağıda qazıla bilən paker və ya manjetli tıxac qoyulur. Bunda məqsəd tamponaj məhlulunun aşağı axmasının qarşısını almaqdır. Əvvəlcə quyuya aşağı sərhədə qədər boru kəməri buraxıb quyunu təmiz yuyurlar. Əgər yuyulan hissədə kahlar varsa, onda buraxılan kəmərdə yanlara yönəldilmiş hidromonitor borucuqları yerləşdirib sürətli maye şırnağı ilə kahlarda xıltlaşmış qazıma məhlulunu yuyurlar. Yuyulma apardıqda kahlar önündə kəməri müəyyən hündürlüyə qədər qaldırıb endirmə aparmaqla fırlatmaq məsləhət görülür.

Yuyulma qurtardıqdan sonra kəmərin içərisinə ardıcıl olaraq əvəlcə bufer mayesinin birinci hissəsi, sonra tamponaj məhlulunu və onun ardınca ikinci hissə bufer mayesi və onun üstündən də basqı mayesi vurulur.

Tamponaj məhlulunu ondan aşağı və yuxarıda olan bufer mayesindən iki ayırıcı tıxacla ayırırlar. Basqı mayesini vurub qurtardıqdan sonra boru kəmərini yavaş sürətlə sement körpüsünün yuxarı sərhədindən bir qədər yüksəkliyə qaldırıb saxlayırlar və quyunun körpüdən yuxarı hissəsini (kəməin içərisini) yuyurlar. Sonra kəməri qaldırıb quyunu tamponaj məhlulunun bərkiməsi üçün dinc saxlayırlar.

Tamponaj məhlulu kəmərin içərisinə vurulduqdan sonra onun bir hissəsini kəmər arxası fəzaya keçirmək lazım gəlir. Bu keçirmə prosesi başmaq səviyyəsində kəmərin içərisində və həlqəvi fəzadakı təzyiqlər bərabərləşməyənə qədər davam etdirilir.

Sementləmə prosesinin dayandırılması vaxtını müəyyən etmək üçün aşağıdakı şərtləri qəbul etmək lazımdır.

1.Birinci və ikinci hissə bufer mayelərinin sıxlığı bərabər götürülməlidir.

2.Qazıma məhlulu ilə basqı mayelərinin sıxlığı həmçinin bərabər götürülməlidir.

3.İkinci hissə bufer mayesinin həcmini elə götürmək lazımdır ki, onun kəmər içərisindəki hündürlüyü, kəmər arxasına keçirilmiş, birinci bufer mayesinin hündürlüyünə bərabər olsun.

4.Basqı mayesinin həcmini elə götürmək lazımdır ki, onun vurulmasının sonunda tamponaj məhlulunun kəmər içərisində və həlqəvi fəzadakı səviyyələri bərabər olsun.

Bu şərtləri qəbul etməklə sement körpüsü qurulmasında tələb olunan həcmləri aparılmış tədqiqatlar nəticəsində alınan aşağıdakı düstrularla hesablamaq olar.

a)tamponaj-sement məhlulunun həcmi

Vsm=Fq·hck·C1Vboru

b)basqı mayesinin həcmi

Vb= C2Vkəm –Fb·hck

c)bufer mayesinin birinci və ikincihissədəki həcmləri

V’buf= C3Vkəm + C4Fhf·hck

V”buf= C3Vkəm (10, 3)

Burada, Fq, Fb, Fhf – uyğun olaraq sement körpüsü qurulan yerdə quyunun, kəmərin və həlqəvi fəzanın en kəsik sahələri; Vkəm – kəmərin daxili həcmi; hck– sement körpüsün uzunluğu; C1, C2– tamponaj məhlulunun boruların içərisində və başqa mayelərin qarışmasından əmələ gələn itkiləri nəzərə alan empirik əmsallar; C3, C4 – bufer mayesinin boruların içərisi və həlqəvi fəza ilə hərəkətində əmələ gələn itkiləri nəzərə alan əmsallardır.

İtki əmsallarının qiymətini, ayırıcı tıxaclar olmadıqda cədvəldən götürmək olar.

Sement körpüsü üçün tamponaj qarışığı (sementi) quyunun verilmiş intervalının temperatur və təzyiqinə uyğun seçilməlidir.

Sement məhlulunun su-sement amili mümkün qədər kiçik qiymətdə, tutuşma və bərkimə vaxtları qısa (sementləmənin aparılmasının mümkün olması qədər) olmalıdır. Sement daşı yüksək möhkəmliyə malik olmaqla təzyiqlə fərqi şəraitində keçiriciliyi olmamalıdır.


Cədvəl

Bufer mayesinin tipi

Empirik əmsallarının qiyməti


Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə