Dərslik baki-2017 s giriş. Мящсулдар лайларын чирклянмясинин гаршысынын алынмасы 4



Yüklə 9,87 Mb.
səhifə24/36
tarix21.04.2022
ölçüsü9,87 Mb.
#85785
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   36
tamamlama mühazrə

C1

C2

C3

C4

Su

0,05

(0,023)


0,97

0,02

0,4

Neft

0,1

(0,55)


0,94

(0,97)


--

--

Qeyd: mötərizə içərisindəki qiymətlər keçidi hamar borulara aiddir.
Sement daşı əmələ gəldikdən sonra quyuya qazıma kəməri ilə balta buraxıb körpünün üst sərhədini müəyyən edirlər və onun üst qatındakı zəif hissəsini qazıyırlar. Sonra sement körpüsünün hermetiliyini yuxarıdan təzyiqi azaltmaqla və ya yuxarı borularla layı yoxlama cihazı buraxmaqla və bəzən də aerasiya ilə səviyyəni azaltma yolu ilə yoxlayırlar.

Əgər yoxlama müsbət nəticə verməzsə və ya sement körpüsü dağılıb, yuxarıya qalxarsa, onda körpünü qazıyıb sement körpüsü qurulması prosesini təkrar aparmaq lazımdır.

Çox vaxt sement körpülərinin qurulması zamanı etibarlılıq və keyfiyyət müşahidə olunur, çünki sement körpüsü ətraf səthlə (qoruyucu kəmər və yaxud quyu divarı ilə) pis kontaktda olur, tez-tez mexaniki yüklərə davam gətirmir və kipliyi təmin etmir.

Ona görə quyularda sement körpülərinin keyfiyyətli qurulması üsulu təklif edilir, belə ki, tıxacların və NQSQ (nəzarət edilən quyudibi sementləmə qurğusu) tipli qurğunun istifadə edilməsi ilə sement məhlulunun nəzarət altında qazma yaxud nasos-kompressor boruları ilə vurulmasını özündə birləşdirən, quyularda sement körpülərinin qurulmasının bu üsulunda sement körpüsünün aşağı ucuna plaşkalı-rezin tıxac bərkidilir, yuxarıya isə daxili hidrodinamik deşiyi olan (hidrodinamik sabitləşmə ilə) tamamilə rezindən hazırlanmış sementləmə tıxaclarının istifadə edilməsi ilə sement körpüsünün qurulması inervalında sementlənmiş bprular vasitəsilə nəql edilən sement məhlulu vurulur. Həm də qazma, sement və bufer məhlullarını ayıran üç sementləmə tıxacı istifadə edilir, prosesin aparılması zamanı isə boruların asmasının fırladılması və bas-boş edilməsi lazımdır. Qazma yaxud nasos-kompressor borularının fırladılması və bas-boş edilməsi (qaldırma və endirmə) qazma məhlulunun daha yaxşı sıxışdırılıb çıxarılması və onun sement məhlulu ilə əvəz edilməsi üçün lazımdır. Sement məhlulundan əvvəl vurulan bufer mayesinin istifadə edilməsi sement məhlulu boruarxası fəzaya çıxan zaman, onun qazma məhlulu ilə qarışmasının qarşısını alır. Üç ayırıcı tıxacın tətbiq edilməsi qazma (yaxud nasos-kompressor) borularının asması daxilində qazma, sement və bufer məhlullarının qarışmasının qarşısını almağa imkan verir (sonuncuların borularda nəql edilməsi zamanı). Beləliklə, proses quyu ağzındakı manometrin nəzarəti gedir, körpü intervalında sement məhlulunun (qazma məhlulu ilə qarışmamış) keyfiyyəti isə üç sementləmə tıxacları ilə (boruların daxilində) və boruarxası fəzada bufer mayesi ilə təmin edilir. Ondan başqa yuxarıda təsvir edilən texnologiya üzrə NQSQ (ilə yanaşı) yerinə istifadə edilmək üçün təklif edilən xüsusi qurğu işlənmişdir.

İşlənmiş qurğu gövdədən, uzununa metal bucaqlardan, şpiklardan, istiqamətləndirici tıxacdan və tamamilə rezindən hazırlanmış iki tıxacdan ibarətdir. Qurğunu yığılmış şəkildə (tamamilə rezindən hazırlanmış tıxaclar olmadan) sement körpünün qurulma intervalını aşağı nişanına (qeyd) qədər endirirlər. Sonra doldurucu kəmərinin (qazma yaxiud nasos-kompressor borularının) üstünə sementləmə başlığını qururlar, hansında ki, iki tıxac yerləşdirirlər. Quyunun yuyulmasından və bufer mayesinin vurulmasından sonra tamamilə rezindən hazırlanmış birinci tıxacı azad edirlər, hesablama miqdarında sement məhlulu vururlar, tamamilə rezindən hazırlanmış ikinci tıxacı azad edirlər və birinci tıxacın uzununa metal bıcaqlarla kəsilməsinə qədər (və onun qalıqlarnın quyuya düşməsinə qədər) onları basırlar ki, bu təzyiqin artmasına görə təyin edilir. Sonra sement məhlulunun bütün həcmi vurulur və uzununa metal bıcaqlarla tıxacın kəsiləsi baş verir ki, bu da təzyiqin artmasına görə təyin edilir.

SKQQ-nin (sement körpülərinin qurulması üçün qurğu) sement körpüsünün qurulma intervalının yuxarı nişanına qədər qaldırılmasından sonra doldurucu borularının kəmərində şaquli və radial deşiklər vasitəsilə düz yaxud körpü tavanının kəsilməsi zamanı əks yuyulma həyata keçirilir. İşlənmiş texnika və texnologiya, dərinlikləri və diametrləri məhdudlaşdrımadan qazmada, hasilatda, konsrvasiyada, qəzalı və b. Olan quyularda keyfiyyətli və nəzarət edilən sement körpülərinin qurulması üçün təyin edilmişdir.


Quyularda sement körpülərinin quraşdırılması üsulu

14. SEMENTLƏMƏ TEXNİKASI

Qoruyucu kəmərin hissələri

Qoruyucu kəmərləri quyu lüləsinə buraxmaq üçün kəmər hissələrindən istifadə olunur. Bu hissələr qoruyucu kəməri quyu dibinə çatdırılması, baş verə biləcək mürəkkəbləşmə və qəzanın qarşısının alınması, kəmər arxasında sementləmənin aparılmasını təmin etmək, kəmər arxasındakı həlqəvi fəzada olan layları bir-birindən keyfiyyətli təcrid etmək üçün lazım olan texnoloji hissələrdir.


Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə