Dərslik baki-2017 s giriş. Мящсулдар лайларын чирклянмясинин гаршысынын алынмасы 4



Yüklə 9,87 Mb.
səhifə25/36
tarix21.04.2022
ölçüsü9,87 Mb.
#85785
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   36
tamamlama mühazrə

Keçiricilər – müxtəlif ölçülü qoruyucu kəmərləri, müxtəlif tip profilli yivi olan boruları qazıma boruları ilə birləşdirmək üçün istifadə olunur. Onlar standarta uyğun hazırlanır. Standartda 55 ədəd müxtəlif tipli və ölçülü keçirici nəzərdə tutulur. Bu keçiricilərin xarici və daxili diametrləri istifadə olunan qoruyucu kəmərin ölçülərinə uyğun olmalıdır. Keçiricilərin hazırlandığı polad material borunun möhkəmlik qruppasının eyni olmalıdır.

Qoruyucu kəmərin başmağı quyuya buraxılan qoruyucu kəmərin quyu lüləsi ilə hərəkətinə istiqamət verir. Eyni zamanda quyu lüləsinə buraxılan qoruyucu kəmərin quyu gövdəsindəki kahılarda oturmasının qarşısını alır. Kəmər başmağı çuğundan, alüminium materialından, betondan və ağacdan hazırlanır. Kəmər ucu uzunluğu 0,8 m, qalınlığı isə 15÷20 mm olan polad borucuqdan hazırlanır. Kəmər başmağının yuxarı hissəsi standart yivə malik olub qoruyucu kəmərin aşağı ucu ilə birləşir, aşağı ucu isə kəsik konusvari və ya şar formasında olur. Ağır çəkili qoruyucu kəmərin quyuya buraxılması başa çatdıqdan sonra boru kəmərinin ağırlığının bir hissəsi quyu dibinə verildiyindən başmağın ucu çox vaxt quyu dibindəki süxura daxil olduğundan məhlulun yuma çıxışı bağlanır. Bu halın baş verməməsi üçün başmağın yuxarısına uzunluğu 1,0÷1,5 m və onun üzərində yiv istiqamətində açılmış deşikləri olan borucuq bağlanır.

Çuqun uclu kəmər başmağı БП



Sement uclu kəmər başmağıБП



Əks klapan – qoruyucu boruları quyuya buraxan zaman maye içərisindəki çəkisinin azaldılmasına və kəmər arxasına qaldırılmış sement məhlulunun qoruyucu borunun içərisinə qayıdaraq daxili olmasının qarşısını alır. Bunlardan əlavə əks klapan quyuya qoruyucu kəmər buraxıldıqda kəmər arxasında yuma getməsini təmin edir və kəmər arxasında təmizliyin yaranmasına səbəb olur. Əks klapan quyuya buraxılan kəmərin aşağı ucundan 10-25 m yuxarıda yerləşdirilir.

Hal-hazırda işlədilən əks klapanlar boşqab tipli və təkmilləşmiş forması SKOD tiplilərdir.



Boşqab tipli əks klapan:



1-yay, 2-ştok, 3-boşqab, 4-yəhər, 5-gövdə

Sementlə drossel tipli əks klapan ЦКОД-2:



1-gövdə, 2-sıxıcı üzük, 3-kəsik şayba, 4-diafraqma, 5-dayaq üzüyü, 6-şar, 7-saxlayıcı, 8-membran, 9-drossel

Əks klapan tam yığıldıqdan sonra 1,5 MPa təzyiqə (işçi təzyiqə) hidravliki sınaqdan keçirilir.



Ayırıcılar – vasitəsilə qoruyucu kəmərlər bölmələrlə və yaxud qazıma boruları vasitəsilə quyruq kəmərləri ilə quyuya buraxılır. Mürəkkəb geoloji şəraitdə quyu lüləsinə buraxılan qoruyucu kəmər bir neçə bölmə (hissə) ilə quyuya buraxılır. Belə halda quyuya buraxılan qoruyucu borunun uzunluğu müəyyən edildikdən sonra onun yuxarı ucuna ayırıcı bağlanır. Ayırıcının yuxarı bilərziyinə sağ yivli qazıma boruları bağlanır. Qazıma boruları vasitəsilə quyuya buraxılan qoruyucu kəmər layihə dərinliyinə çatdırıldıqdan sonra sementləmə aparılır. Sementləmə qurtaran kimi qazıma borularını sağ istiqamətə fırlatmaqla ayırıcı trapesiya profilli sol yivdən açılaraq qoruyucu kəmərdən ayrılır.

Universal ayırıcı




Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə