Dərslik baki-2017 s giriş. Мящсулдар лайларын чирклянмясинин гаршысынын алынмасы 4



Yüklə 9,87 Mb.
səhifə26/36
tarix21.04.2022
ölçüsü9,87 Mb.
#85785
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   36
tamamlama mühazrə

Mərkəzləşdirici fənərlər vasitəsilə quyuya buraxılmış qoruyucu kəmərlərin quyunun bir divarına söykənməsinin qarşısı alınır. Qoruyucu boru quyu lüləsi divarının bir tərəfinə söykəndiyindən quyuda sementləmə aparılmasına baxmayaraq boru söykənmiş intervala sement məhlulunun daxil olmaması səbəbindən laylar bir-birindən təcrid olunmur. Məhsuldar laylarda belə halın baş verməsi quyulardan neft və ya qaz məhsullarının alınmasına mənfi təsir göstərir. Bir çox hallarda isə istismar zamanı vaxtından əvvəl quyunun sulaşması baş verir.

Qoruyucu kəməri quyuya endirən zaman məhsuldar layların qarısındakı boruların xaricinə mərkəzləşdirici fənərlər qoyulur. Fənərlər olan dərinliklərdə sementləmədən sonra möhkəm sement həlqəsi yaranır və laylar bir-birindən təcrid olunur.



Mərkəzləşdirici fənər

Çəkicin köməyi ilə quraşdırılan “Baker” firmasının “B” tipli oynaqlı stopor halqası: Qoruyucu kəmərin “Baker” firmasına məxsus “M” tipli mərkəzləşdiricisi quyuda bərabər həlqəvi fəzanı almaq üçün əvvəldən seçilmiş nöqtələrdən qoruyucu borunu effektli sürətdə mərkəzləşdirir. Beləliklə də, kanalların əmələ gəlməsi təhlükəsi minimuma endirilir və qoruyucu borunun daimi quraşdırılması təmin edilir. Qoruyucu kəmərin “M” tipli mərkəzləşdiricisi 160 dərəcə qazıma quyusu səthi boyu daimi effektli qaşınıb-təmizlənməni təmin edən divar ərsinləri işləyən zaman qoruyucu borunun bütün intervalları boyu mərkəzləşdiriməsində də istifadə olunur. Qurğunun qabarit ölçüləri cədvəldə verilmişdir.

Cədvəl


“B” tipli oynaqlı stopor halqasının ölçüləri

Ölçü, düym

5-1/2˝

5-3/4˝

6-5/8˝



8-5/8˝

A

231,8

238,1

260,4

269,8

312,7

B

144,4

150,8

173,0

185,7

225,4

C

163,3

169,8

192,0

201,5

244,4

E

88

88

88

88

88

H

508

508

508

508

508

M

685

685

685

685

685

Çəkicin köməyi ilə quraşdırılan “Baker” firmasının “B” tipli oynaqlı stopor halqasından qoruyucu boru kəməri üzərindəki mərkəzləşdiriciləri və ərsinləri saxlamaq üçün istifadə olunur. Stopor halqaları qaynaq işlərinin vacibliyini istisna edir və çəkicin köməyi ilə asan quraşdırılır. Stopor halqaları quyudibi avadanlığın yığılması və qoruyucu borunun quyuya endirilməsi üçün məsləhət görünən proseslərdə təsnif olunduğu kimi qoruyucu boru üzərində müəyyən məsafələrdən bir quraşdırılmalıdır. Stopor halqası qoruyucu kəmər üzərində sərbəst oynaq boltunun xaric edilməsi, stopor halqasının açılması və onun qoruyucu ətrafında bağlanması yolu ilə yerləşdirilir. Sərbəst boltu ilkin dəliyinə quraşdırmaq və çəkicin köməyi ilə yalnız başlığı görsənənə qədər tamamilə aşağı itələmək lazımdır.

Qazma prosesində quyuya qazın daxil olması və onun qarşısının alınması üsulu, quyuların qazılmasında müxtəlif əməliyyatlar zamanı qazneftsu təzahürünün əmələgəlmə şəraiti, müasir texnologiya quyuların qazılmasını bir qayda olaraq pq.d > play olduğu halda nəzərə alır. Halbuki bu münasibət bir neçə səbəblərdən pozulur:

- layın gözlənildiyindən daha yüksək təzyiqlə açılması;

- qazma texnologiyasının pozulmasına görə pq.d layihədən aşağı düşməsi;

- istifadə edilən qazma məhlulunun qeyri-sabitliyi, filtrasiya və kontraksiya effekti;

- udulma ilə əlaqədar olaraq qazma məhlulu səviyyəsinin aşağı düşməsi;

- əks klapanın işinin pozulması.

Sementləmənin yerüstü və yeraltı texnikasının optimal variantı qaz təzahurunun qarşisinin alinmasi usullardan cox asilidir və lay flüidin təzyiqin aşağı salınmasi mexanizmlərin təxlili vacibdir.

Sementləmə aqreqatı, nasos qurğuları. Nasos qurğuları 14,5 və ya 18t yükqaldırıcı gücə malik olan KRAZ üzərində quraşdırılır. Onlar aşağıdakı üstünlüklərə malikdır:

-plunjeri məcburi yağlamaqla bir istiqamətdə işləyən MT-400 üç plunjerli nasos daha etibarlıdır;

- yuxarı davamlılığı ilə fərqlənən şifer örtüyü aşağı təzyiqli manifold xəttində quraşdırılmışdır;

-basıcı manifold xəttində asant idarəedilən silindrik tıxaclı əsas və atqı kranları istifadə olunur;

-ölçü bakında donsiber örtüyünün doldurulma və kiçilməsi üçün rahat idarəetmə sistemi qoyulmuşdur.

Bəzi siber örtükləri pnevmatik idarəediciyə malikdirlər:

-sıxlığı yüksək və özülü olan məhlulların vurulması zamanı əsas nasosun sorucu xəttində silindirlərin doldurulmasının yüksək əmsalının təmini üçün MISSON 6x5x11-10 tipli mərkəzdənqaçan dirək nasosu quraşdırılmışdır. Nasos qurğusu, hidroötürücüsü olan DEMİNG 44-L tipli suverici mərkəzdənqaçan nasosu ilə təchiz edilmişdir;

-idarəetmə kabinası operator pultu üzərində quraşdırılır və qızdırılır.

Əsas nasos dirsəkli valın 2300 dəq/dövr-də gücü 245 kVt (335 at.g.) olan DETROIT 8V-71 yanacağından gətirilir. Əsas nasos qurğusunun faydalı gücü 180 kVt-dır (250 at.g.). Sifarişçinin razılığı ilə digər daha güclü mühərriklərin (430 və ya 490 at.g.) tətbiqi mümkündür. Mühərriklər HQ-750 avtomatik transmissiya ilə təchiz olunmuşdur.

8V-71 mühərrikli nasos qurğusunun texniki səviyyəsi

Faydalı gücü, kVt(at.g.) 180 (250)

Ən böyük təzyiq, MPa 105

Plunjerin diametri, mm 85

Ötürmə qurğusunun dəyişdirilmə sayı

Suverici nasos: 4x4x11

Ən böyük təzyiq, MPa 1,03

Ən böyük verim, dm3/s 60

Dirək nasosu: 6x5x11-10

Ən böyük təzyiq, MPa 0,3

Ən böyük verim, dm3/s 50

Ölçü bakının tutumu, m3 3

Qabarit ölçülər, mm 10250x2500x3800

Tam çəki, kq 21680

HALLİBURTON MT-400 tipli nasos - yüngül, möhkəm, universaldır. Faydalı gücü hal-hazırda 580 kVt(800 a.g.) qədər artırılıb. 1957-ci ildən başlayaraq əsas konstruksiyası daim təkmilləşdirilmişdir. Buna, ABŞ-in bir çox patentləri və hidravliki yarılma zamanı, turşu işlənmələri, sementlənmə, qum və su ilə aparılan işlərdə milyonlarla saatların praktiki olaraq işlənməsi sübutdur .

Oturan bilərzik – bu düyün başmaqdan iki boru sonra quraşdırılan qısa ötürüçü olub, sementləmə tıxacının oturma yerini təmin edir. Bilərziyin kəmərdəki vəziyyətini elə seçirlər ki, məhlulla qatışdırılmış sement qoruyucu kəmər fazasında başmaq ilə bilərzik arasına keçsin, quyruq kəmərinin başmağı ətrafındakı sement məhlulu isə çirklənməsin .

Sementləmənin keyfiyyət cihazı (CBT)

CBT (Schlumberger) cihazı xüsusi olaraq sementləmə keyfiyyətinin karotajı üçün nəzərdə tutulmuşdur. O, yüksək tezlikli səs impulslarının köməyi ilə sement-qoruyucu kəmərlər və sement-lay oxlar arası məsafələrin dəqiq ölçməsini təmin edir.

Qəbuledicisinin buxarları ilə ölçülən səs dalğaları və quyuya təsiri hesabına qismən sönməsi (və ya azalması), eyni zamanda amplitudanın ölçülməsi, sementləmə-təmir işləri aparılarkən, kəmərin qeyri-kip zonası ilə sementləmənin keyfiyyətsiz olduğunu ayrı-ayrılıqda müəyyən edilməsinə imkan yaradır .

Sərbəst borunun dərəcələndirilməsi (kalibrovka) –sönmənin və ya qəbul edicilər arasında siqnalın sönməsi ilə sona yetir. İki mənbə üzrə (yuxarı və aşağı) sönmənin orta qiymətlərinin tapılmasında qəbuledicinin buxarları flüidin hərarət dəyişikliyi ilə cihazın ekssentrik ola biləcək təsir effektini azaldır. Faza korrelyasion diaqramlar və dalğaların çəkilişləri sement-lay münasibətlərində sıxlığının dəyərlənməsinə kömək edir.

CBT cihazı qamma karotaj, təbii qamma spektrometr, qoruyucu kəmərin birləşdirici müftaların yerinin bərpa olunması neytronlarla karotajı və s., cihazlarla qoşalaşa bilir.

Prinsipial təyinatı:

-qoruyucu kəmərlə lay münasibətində sementin sıxlığının qiymətləndirilməsi;

-sementin yuxarı qalxma hündürlüyünün təyini;

-sementləmə keyfiyyətinin qiymətləndirilməsi.

Cihazın parametri

xarici diametr 2 3/4˝

maksimal təzyiq 140 mPa

maksimal temperatur 1500C

quyunun maksimal diametri 13 3/8˝

Quyuların möhkəmləndirilməsi keyfiyyətini təyin edən cihazlar göstərilib və aşağıdakı amilləri xəbərdarlıq və profilaktika kimi göstərmək olar .

Məlumdur ki, quyuların qazılmasında son mərhələlərdən biri olan quyunun sementlənməsi ən vacib məsələlərdən biridir.Quyuların keyfiyyətli sementlənməsi, onların istismara normal çatdırılması və neft-qaz obyektlərindən maksimum məhsulun alınması üçün əsas amillərdən biridir. ARDNŞ sahələrində qazıma böyük diapazonlu dərinliklərdə, temperaturun 10-160 0C arasında dəyişdiyi anomal lay təzyiqi şəraitində həyata keçirilir. Belə hallarda sıxlığı 1,00-2,4 q/sm3 olan tamponaj məhlullarından istifadə etmək tələb olunur. Bu şəraitlər udulma, flüid təzahürü, sement məhlulunun böyük hündürlüyə qaldırılması vacibliyi, bir-birinə yaxın yerləşən neft və su obyektlərinin olması və başqa çətinliklər zamanı tamponaj işlərinin aparılmasında müəyyən əngəlliklər törədir. Bu səbəbdən qazılan quyular üçün tamponaj məhlullarının optimal reseptlərinin seçilməsi düzgün aparılmalıdır. ARDNŞ-in müxtəlif dəniz və quru sahələrindən laboratoriyamıza gətirilən sement nümunələri keçmiş SSRİ istehsalı olan cihazlar vasitəsilə analiz edilir və tamponaj məhlullarının optimal reseptləri təyin edilir. Bununla yanaşı paralel olaraq Chandler Enqineerinq avadanlığında APİ standartlarına uyğun olaraq analizlər keçirilir.

Qazneftsu təzahürü və qrifonlar neft və qaz quyularının qazılması, tamamlanması və istismarında çox ağır mürəkkəbləşmələrdir. Ona görə də əsas məsələ onların xəbərdarlığı və profilaktikasıdır. Qazma, əsasən də qazlı layların açılması prosesi nəzarətsiz olduqda quyuya və ya boruarxası fəzaya flüidin dolmasına gətirib çıxara bilər ki, bu da iqtisadi ziyan vuran qazneftsu təzahürünü və sonra da qrifonların, qaz və ya neft fontanının yaranmasına səbəb ola bilər.

Bunlar daha tez-tez anomal yüksək lay təzyiqi olan qazlı quyularda baş verir. İstismar olunan quyularda əsasən qazın hərəkət yolları quyuların gözlənilən sement qatılaşmasında olduğu kimidir. Qazmada və qaz quyularının istismarında qazneftsu təzahürü ilə əlaqədar xarakterik mürəkkəbləşmələr aşağıdakılardır:

-qazma vaxtı və dayanmalar zamanı qazma məhlulunun qazla doyması;

- yivli kəmərlərin və kəmər başlıqları düyünlərinin hermetik olmaması;

- boruarxası (borulararası) kanal əmələgəlmə;

- borulararası (boruarxası) sahədə qaz yığılması;

- üstdə yatan layların qazla doyması və kəmərlərarası axınlar;

- qrifonəmələgəlmə (quyuların istismarında da xarakterikdir).

Göstərilənlərdən hər biri açıq qaz (neft) fontanının yaranmasına şərait yarada bilər.

Qazma zamanı və xüsusən quyuların sementlənməsindən sonra qaz təzahürünün üzə çıxması, qaz hərəkətinin səbəblərinin izahı, eksperimentlərin izlənilməsi və nəticələrinin bir nəzəriyyədə birləşdirilməsi çətin məsələdir. Qazneftsu təzahürünün yaranması hallarında, ilk növbədə qaz təzahüründə quyu qurulmasının hər hansı mərhələsində bu təzahürlərin fiziki yaranma şəraitinin öyrənilməsi vacibdir. Qazneftsu təzahürünün və açıq fontanların yaranmasının fiziki şəraiti dedikdə, quyuda bir qayda olaraq açıq lülə zonasında (qazma zamanı) və sementlənmiş qoruyucu kəmər arxasında geoloji və texnoloji amillərin olması başa düşülür. Bu amillər də quyunun təchizatı, istismarı və təmiri zamanı onun quyu lüləsinə qarşısı alınmaz flüid dolmasına və nəzərdə tutulmamış texnoloji işlərə gətirib çıxarır.

Fiziki hal kimi qazneftsu təzahürü lay flüdinin kəsilişdəki süxurlardan quyu sahəsini dolduran qazma məhluluna və ya sementlənmiş boruarxası sahədə yaranan kanallara keçməsidir. Obyektin potensial maye və qazla dolması, onun neftqazsu təzahürü və açıq fontan yaranmasının potensial təhlükə yaratdığı obyektinə keçməsi zamanı vacibdir, amma kifayət deyil. Yalnız birgə baş verən hal-lay flüidinin çoxluğu və layın keçiriciliyi bu layı, təzahür yaranmanın potensial amili hesab etməyə imkan verir. Fontan təhlükəli yataqlar – quyu lüləsinə flüid keçməsinə və neftqazsu təzahürünün intensiv inkişafına potensial şərait yaratmaq bacarığı o lay təzyiqindən, yataq fontan vurmasının təbii rejimindən, flüidin sıxlığından, flüid və suxurun sıxılmasından, suxurun filtrasiya xarakteriından və s. asılıdır. Yatağın fontan vurma rejimi, yatağın lay flüidinin lay üzrə hərəkət edərək quyuya və sonra da yer səthinə çıxan qüvvənin yaranması vəziyyətində yekun xarakteridır. Neft yataqlarında əsas hərəkət qüvvə mənbəyi bunlardır: lay sularının kontura güclü axımı, maye və suxurun elastikliyi, sıxılmış qazın təzyiqi, neftdən ayrılan həll olmuş qazın elastikliyi, neftin özünün ağırlıq qüvvəsi. Qaz və qazkondensatının laydan hərəkətinə səbəb olan lay enerjisinin əsas mənbəyi sıxılmış qazın genişlənmə hərəkəti, qıraq lay sularının yerdəyişməsi və qaz maye və süxürün elastikliyidir. Bu mənbələr qaz təzahürünə təsir göstərir. Fontan təhlükəsinin artması dərəcəsinə görə ( deməli, qazın kanallara keçməsi ) neft -qaz yataqlarını lay flüidinin növündən asılı olaraq aşağıdakılara bölmək olar:

- tərkibində az miqdarda həll olmuş qaz olan neft yataqları (5m3/t-a qədər qaz faktoru);

- tərkibində çox miqdarda həll olmuş qaz olan neft yataqları (qaz faktoru 200-250m3/t);

- neftqazkondensat, daha doğrusu neon qazı olan neft yatağı (məhsulun tərkibində neftin miqdarı kondensatdan əhəmiyyətli dərəcədə çoxdur);

- ilkin (və ya ikinci) qaz şapkası ilə olan neft-qaz yatağı, yəni kollektorlar nefti və neftin üzərində sərbəst qazı (qaz şapkası) saxlayır və ya qaz yatağı neftlə konturlanır;

- qaz yataqları, lay-kollektorları yalnız sərbəst qazı saxlayır.

Layların tərkibində olan flüidlərin quyu lüləsinə və yer səthinə keçmə intensivliyi və mümkünlüyünü təyin edən əsas xüsusiyyət aşağıdakılardır:

-lay təzyiqi (əsas parametr – qazneftsu təzahürünün hərəkət qüvvəsi, anomal yüksək lay təzyiqi olan laylar flüidin quyuya daxil olması nöqteyi-nəzərdən daha təhlükəlidirlər);

- keçiricilik;

- elastikliyə davamlılıq (sıxıcılıq);

- keçiricilik əmsalı;

- temperatur (flüidin sıxlığı və özlülüyü) və təzyiqdən asılılıq.



15.Qoruyucu borular. Qoruyucu kəmərlərə təsir edən yüklər

Qoruyucu kəmərlər bir-biri ilə yiv birləşməsi və ya qaynaqla birləşmiş polad borulardır. Bu borularla açıq quyu divarının uçaraq tökülməməsinin, neft-qaz-su təzahürlərinin yaranmamasının və müxtəlif xarakterli layların təcrid olunmasının qarşısı alınır. Bunun üçün qoruyucu boru quyunun tələb olunan dərinliyinə buraxılır və quyuya buraxılmış kəmərlə quyu divarı arasındakı həcm quyu dibindən tələb olunan hündürlüyə qədər sement məhlulu ilə doldurulur. Sement məhlulunun bərkimə vaxtı keçdikdən sonra kəmər arxasında sement daşının həlqəsi əmələ gəlir. Quyuya buraxılan qoruyucu kəmərin sayı və onların buraxılma dərinlikləri yatağın geoloji şəraitindən və qazılan quyunun dərinliyindən asılı olur. Hesablanaraq seçilmiş qoruyucu kəmərlər aşağıdakı şərtləri ödəməlidir.

1.Kəmər arxası süxurların lay təzyiqlərinə davam gətirmək möhkəmliyinə malik olmalıdır. 2.Quyuya buraxılan zaman öz ağırlığından yaranan yükə və quyudan qaldırılan zaman öz ağırlıq qüvvəsi ilə birlikdə quyu lüləsində əmələ gələn sürtünmə qüvvələrindən yaranan yükə davam gətirməlidir.3.Quyuda sementləmə zamanı və açıq lülədən qaz-neft-su təzahürü baş verən zaman yaranan xarici və daxili təzyiqə davam gətirməlidir.Borular poladdan hazırlanaraq bir neçə möhkəmlik qrupuna ayrılırlar. Qrupların poladlarının mexaniki xüsusiyyətləri aşağıdakı cədvəldə göstərilir. Cədvəl



Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə