Dərslik baki-2017 s giriş. Мящсулдар лайларын чирклянмясинин гаршысынын алынмасы 4



Yüklə 9,87 Mb.
səhifə27/36
tarix21.04.2022
ölçüsü9,87 Mb.
#85785
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   36
tamamlama mühazrə

Mexaniki xassəsi

Poladın möhkəmlik qrupu

C

D

K

E

L

M

P

T

Dəyişən müqaviməti σp, MPa az olmamalıdır

550

657

686

689

758

802

999

1103


Buraxıla bilən axıcılığı, σa, MPa

325

370

490

551

656

758

931

1034


Nisbi uzanma, %:

σ5 olduqda

18

16

12

12

12

12

12

12

σ10 olduqda

14

12

10

10

10

10

10

10

C və D möhkəmlik qruplarına aid olan borulardan başqa qalan borular termiki işləmədən keçir. Bunların poladının tərkibində fosfor və kükürdün miqdarı 0,045-0,05% çox olmamalıdır.

Qoruyucu boruların xarici diametrləri sabit, divarlarının qalınlıqları isə müxtəlif ölçüdə hazırlanır. Onların divarının qalınlığının artması nəticəsində daxili diametrləri azalır. Boruların uzunluğu 9,5-13 m ölçüsündə, uclarının yivləri isə normal və ya uzunlaşdırılmış hazırlanır. Yivlərin profilləri üçbucaq və yaxud trapesiya şəklində olur. Üçbucaq profilli yivin ucundakı bucaq 600 olur, yivlərin aşağı və yuxarı ucları dairəvari şəkildə hazırlanır. Profil bucağının bissektrisası borunun oxuna perpendikulyar olur və yivin addımı S=3,175 mm olduğundan borunun 25,4 mm uzunluğundakı yiv saplarının sayı 8 olur. Borunun ucundan yiv açmaq üçün yonulmuş konusun toxunanı ilə borunun oxu arasındakı bucaq φ=1045’24” olur ki, nəticədə açılmış yivin konusluğu 2tgφ=1:16 nisbətində olur.

Üçbucaq profilli yiv birləşməsinin ölçüləri aşağıdakı kimi olur.

Üçbucaq profilli qoruyucu borulardan başqa, quyuların möhkəmləndirilməsində yivləri trapesiya profilli borulardan da istifadə olunur. Trapesiya profilli borular muftalı OTTM, OTTQ və bilərziksiz TBO borularıdır. Bu profildə yiv birləşməsi olan, diametri 127 mm-dən 194 mm-ə qədər olan boruların yivlərinin addımı 4,23 mm, konusluğu 1:8 olur. Böyük diametrli borularda isə yiv addımları 5,08 mm, konusluğu 1:10 olur. Bu borular 800 kq/sm2 təzyiqlərdə öz hermetikliyini saxlayır. Diametri 114, 127, 140, 146, 168, 178, 194, 219, 245, 273, 299, 324 və 340 mm borularda trapesiya profilli yivlərdən istifadə olunur.

Son zamanlar dərin quyuların qazılmasında qaynaqla birləşdirilən qoruyucu kəmərlərdən geniş istifadə edirlər. Bu növ borulardan istifadə etməklə quyuya buraxılacaq kəmərlərin sayını azaltmaqla bərabər 1 m qazımada işlədilən metal sərfini azaldaraq quyu quruluşunu sadələşdirmək mümkün olur.




Üçbucaq yiv birləşməsinin ölçüləri:

1-yivin sonu, 2-kəsik ucların dövrü, 3-əsas müstəvi, 4-orta diametr xətti

I – mufta, II-boru


Trapesiya profilli yivlər:



1-muftanın yiv mərkəzi, 2-muftanın yivinə paralel xətt, 3-boru yivinin oxu, 4-borunun oxuna parallel xətt,

I – mufta, II – boru

Qaynaq edilən kəmərlər üçün əsasən möhkəmlik qrupu D və asan qaynaq edilən 20XQ2B markalı L, M möhkəmlik qrupu olan polad borulardan istifadə olunur. Qaynaq edilən boruların ucları 150 bucaqla yonulmuş olur.

Qoruyucu borular dəqiq ölçüdə hazırlanırlar. Xarici diametrləri 219 mm qədər olan borularda xəta ±1%, bundan böyük diametrli borularda isə xəta ±1,25% -dən çox olmamalıdır. Diametri 219 mm-ə qədər olan qoruyucu boruların ovallığı 1,6%-dən, 219 mm diametrindən çox olan borularda isə 2%-dən çox olmamalıdır.

Qoruyucu borunun möhkəmlik qrupundakı poladdan hazırlanan kəmər bilərziyinin daxilinin hər iki ucundan yiv açılır. Zavod şəraitində hər iki ucunda yiv açılmışqoruyucu boru kəmər bilərziyi ilə xüsusi dəzgah vasitəsilə möhkəm bağlanır. Beləliklə, hər borunun bir ucu nippel, digər ucu isə bilərzik bağlanmış daxili yivli olur. Yiv açılmış boru ucluqları korroziya əleyhinə yağla yağlanır və uclara qoruyucu nippel və bilərzik bağlanır.

Qoruyucu borular dəqiq hazırlanmağına və keyfiyyətliyinə görə A və B qruplarına ayrılırlar. A qrupunda hazırlanmış borular daha çox möhkəmliyə malikdir.

16 Qoruyucu kəmərin hesablanması

Əsas məqsəd-quyuların qazılması, mənimsənilməsi və istismarı zamanı qoruyucu borulara təsir edən əsas yüklərin müəyyən edilməsi, boruların möhkəmlik qruplarını, ölçülərini və birləşmədəki yivlərin profillərini nəzərə alaraq hesablayıb seçilməkdir.

Qoruyucu kəmərin hesablanması, quyuda baş verən təzahür, mənimsəmə, hermetikliyə yoxlanılma, istismara başlanılmasında əmələ gələn xarici, daxili izafi təzyiqlərə və oxboyu yükə görə aparılır. Bunların birlikdə və ayrılıqda olan təsirləri hesablama zamanı nəzərə alınır.

Aparılmış hesabat nəticəsindən quyuya endiriləcək qoruyucu kəmərin quruluşu - boruların möhkəmlik qrupları, qalınlıqları, uzunluqları təyin edilir. Eyni zamanda boruların yivlərinin profilləri seçilir.

Hesabat aparılan düsturlarda istifadə olunan əsas işarələr:




Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə