Dərslik baki-2017 s giriş. Мящсулдар лайларын чирклянмясинин гаршысынын алынмасы 4


Prosesi sürətləndirən maddələr əsasında tampon qarışıqları



Yüklə 9,87 Mb.
səhifə6/36
tarix21.04.2022
ölçüsü9,87 Mb.
#85785
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   36
tamamlama mühazrə
2 5348153810248276441, yay mektebi erize, web
Prosesi sürətləndirən maddələr əsasında tampon qarışıqları

a)Sement və tutuşma müddətini azaldan maddələr əsasında qarışıqlar.

Tutuşma müddətini azaltmaq və yüksək möhkəm sement daçşı almaq üçün, bərkimə başlanan anda sement məhluluna, tutuşma müddətini azaldan aşağıda göstərilən maddələr əlavə edilir: kalsium xlorid (CaCl2), natrium karbonat (Na2CO3), kalium karbonat (potaş K2CO3), alüminium xlorid (AlCO3), natrium xlorid (NaCl), natrium ftorid (NaF), alüminium sulfat (Al2(SO4)3, maye şüşə (Na2SiO3), kaustik soda (naOH) və s.

Mədənlərə əsasən bu maddələrin sulu məhlulları gətirilir. Tez tutuşan qarışıqları hazırlayarkən, bu məhlulların tərkibində olan quru maddələrin miqdarını bilmək lzımdır. Cədvəl-də tutuşma müddətini azaldan reagentlərin məhlulunda quru maddələrin miqdarı verilmişdir.

Tutuşma müddətini azaldan məhlulun sıxlığını bilavasitəburuqda yoxlamaq lazımdır. Çünki saxlandıqda və açıq qabda nəql etdirildikdə, onun kondensasiyası və ya atmosfer çökntüləri ilə durulaşması baş verə bilər.

b)Genişlənən qazlı sement məhlulu.

Qazlı sement məhlulu, 1200 m dərinlikdə, quyu dibi temperaturu 500C-dən artıq olmayan quyular üçün təklif olunur.

Qazlı sement məhlulunun tərkibinə aşağıdakı komponentlər daxildir:

Tamponaj sementi – 0,100 kq

Su – 50.10-6 m3

Maye şüşə - 2.1 0-6 m3

Xörək duzu – 0,082 kq

Alüminium tozu – 0,002 kq.

Məhlulda qazın əmələ gəlməsi 15 dəqiqədir və məhlulun həcmi isə 2 dəfə artır. Tozvari materiallar (sement, alüminium tozu) quru halda bunkerdə qarışdırılır. Sementləmə aqreqatının tutumlarına lazımi qədər su doldurulur və reseptə uyğun olaraq reagentlər (xörək duzu, maye şüşə) əlavə edilərək birlikdə həll edilir. Məhlulun hazırlanması və onun quyuya vurulması məlum olan qayda üzrə aparılır. Məhlul vurulduqdan sonra qazma boruları qazlı sementli məhlulun zənn olunan səviyyəsindən yuxarı qaldırılır və quyu yuyulur. Tutuşmanın gözlənilmə müddəti – 10-12 s təşkil edir. Adi sement məhlulundan fərqli olaraq qazlı sement məhlulu hidrogenin çıxması nəticəsində genişlənmə qabiliyyətinə malikdir. Qaz çıxan anda qarışıq kəskin surətdə hərəkətliyini itirir, məhlulun udulma zonasında, həcminin artması və hrəkətliyinin itirilməsi onun ən müsbət cəhətidir və ona görə izolyasiya etibarlı alınır.

v)Sement və doldurucuların əlavə edilməsi, onların sıxlığını azaltmağa və ya artırmağa imkan verir, qarışığın tıxanmaq qabiliyyətini artırır və məhlulun udulması ilə mübarizəyə sərf olunan vaxtı və vəsaiti azaldır. Doldurucular kimi dəri qırıntıları, slüda, sellofan, keramzit, rezin qırıntıları, əhəng daşı, ağac kəpəyi, üzüm tumları, balıqqulaqğı və s. istifadə olunur. Tutuşma müddətini azaltmaq və alınacaq sement daşının möhkəmliyi artırmaq üçün doldurucuya sement məhlulunun tutuşma müddətini azaldan sürətləndirici maddə əlavə edilir.

Məhlul udulan layın kanallarının ölçüləri haqda məlumat olmadıqda, müxtəlif növlü dolduruculardan hazırlanmış qarışıqlardan istifadə etmək məqsədəuyğundur.

Sement məhluluna sementləmə qıfından və ya bilavasitə aqreqtaın qəbul çənində əlavə olunan doldurucunun faizlə miqdarı (çəki ilə semenetə görə) 3-6%-dən, qıfla quyu ağzından və yaxud pnevmatik üsulla əlavə edildikdə 7-15%-dən çox olmamalıdır.

Sementləmə aqreqatlarının normal işlənməisini təmin etmək üçün, doldurucular qatılarkən tampon qarışıqlarının yayılması AzNİİ konusu ilə 0,12-0,14 m-dən çox olmamalıdır.

Sement-keramzit qarışığı, sement məhluluna keramzit əlavə edilərək hazırlanır. Keramzit, gil köpənə qədər yandırıldıqdan sonra alınır.

Sement-bentonit qarışığı, tamponaj sementi ilə bentonit gilindən və yaxud quru gil tozunu və sürətləndirici maddəni qarışdırıb başqa tutuma vurmaqla və yaxud sement məhluluna bentonit gilini əlavə etməklə alınır. Qarışığın tərkibində gilin olması, onun strukturunun bərpa olunma sürətini artırır.

q)Gips-sement qarışıqları.

Gips-sement qarışığı, layda məhlul udulan kanalların bağlanması üçün effektli qarışıqdır və müxtəlif intensivli udulma hallarında tətbiq oluna bilər. Gips-sement qarışığı qısa tutuşma və bərkimə müddətinə malik olaraq hazırlandıqdan 3-4 saat sonra yüksək möhkəmlikli daş yaradr. Bu daşın keçiriciliyi hazırlandıqdan 4 saat sonra 5-9 md-dən, 24 saatdan sonra isə 0,5 md-dən çox olmur.

Gips-sement qarışığı, gipsdən (inşaatda işlədilən və yaxud yüksək möhməlikli), tamponaj sementindən və tutuşma müddətini azaldan maddədən ibarətdir.

Gips-sement qarışığı iki üsulla hazırlana bilər: gipsi və tamponaj sementini quru halda arışdırıb tutuşma müddətini azaldan maddənin məhluluna əlavə etməklə; gips məhlulunu tutuşma müddətini azaldan maddənin məhluluna əlavə edib, sement məhlulu ilə qarışdırmaqla.

Eyni miqdarda qatılaşdırılmış gips ilə sementdən 1 m3 tez tutuşan qarışıq hazırlamaq üçün: suyun quru maddəyə nisbəti C:M=0,5 olduqda, 1,22 ton quru qarışıq, C:M=0,6 olduqda, 1,11 t quru qarışıq lazımdır. Tutuşma müddətini azaldan məhlulun miqdarı C:M hesablanmış miqdarından 1 m3 artıq hazırlanır.

Gips-sement qarışığı, vurma xəttinə sement və gips məhlullarını ayrılıqda vurarkən hazırlanır. Lazım olan həcm nisbətində, məhlulların qarışması, sementləmə aqreqatların mühərrikləriin dövrlər sayını tənzimləməklə əldə edilir.

Qazma borularında gips-semetn məhlulunun tutuşmaması üçün, basıcı məhluldan əvvəl 1m3, tutuşma müddətini azaldan məhlul vurmaq lazımdır.

d)Gips-təbaşir qarışqları.

Məhsuldar laylarda udulma zonalarını izolə etmək üçün gips-təbaşir qarışıqlarından istifadə etmək təklif olunur. Onlar, mənimsəmə aparan zaman, layın xlorid turşusu ilə işlənməsi nəticəsində quyudan asan çıxarılır və bununla da layın məhsuldarlıq qabiliyyətini bərpa edir.

Təbaşirin və suyun miqdarını artırmaqla, qarışığın tutuşma müddətini xeyli azaltmaq olur. Lakin o zaman gips-təbaşir daşının möhkəmliyi azalır. Gips-təbaşir qarışığının tutuşma müddətini, ona tutuşma müddətini azaldan maddələr əlavə etməklə tənzimləmək olar. Bu hallarda qarışığın möhkəmliyi, demək olar ki, dəyişmir.

Gips-təbaşir qarışıqları hazırlandıqdan sonra, yaxşı axıcılıq qabiliyyəti və tutuşmanın sonunda möhkəmliyin tez artması ilə fərqlənirlər. Qarışığa sulfit spirt cecəsi (SSC) əlavə etdikdə, o, qarışığın yüksək axıcılıq qabiliyyətini uzun müddət saxlamağa imkan yaradır ki, bu isə dərinlikdə yerləşən udulma zonalarının izolə edilməsində əsas şərtlərdən biridir. Gips-təbaşir qarışıqlarının keçiriciliyi 8-10 md-dir. Onu, quru komponentləri əvvəlcədən qarışıdırıb və ya gipsli təbaşirin suspenziyasına əlavə edib hazırlamaq olar. Quru təbaşirin suspenziyada miqdarı cədvəl 18-dəki kimi, təbaşirin sıxlığına uyğun götürülür.

Tutuşma müddətini azaldan maddələr, əvvəlcədən hesablanmış miqdarda suda həll olunurlar, sonra quru gips-təbaşir qarışığı və ya təbaşiq suspenziyası ilə qarışdırılır. Qarışdırılmış quru gips və təbaşirdə məhlul hazırlayərkən, sementləmə aqreqatlarına suda həll olunmuş reagentlər vurulur. Sementqarışdıran maşınların bunkerlərinə isə quru gips və təbaşir qarışığı doldurulur. Gips, təbaşir suspenziyasına əlavə edildikdə, təbaşir suspenziyası sementləmə aqreqatlarının tutumlarına vurulur, gips isə sementqarışdıran maşınların bunkerlərinə doldurulur.

Tampon qarışığı udulma zonasına, aparıcı boru (kvadrat), fırlanğıc, buruq şlanğı və qazma boruları vasitəsilə vurulur.

Cədvəl



Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə