Dərslik baki-2017 s giriş. Мящсулдар лайларын чирклянмясинин гаршысынын алынмасы 4



Yüklə 9,87 Mb.
səhifə7/36
tarix21.04.2022
ölçüsü9,87 Mb.
#85785
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   36
tamamlama mühazrə

Təbaşrin sıxlığı, 2600 kq/m3

Təbaşrin sıxlığı, 2400 kq/m3

Təbaşir suspenziyasının sıxlığı, kq/m3

Suspenziyanın tərkibində təbaşirin miqdarı, t/m3

Təbaşir suspenziyasının sıxlığı, kq/m3

Suspenziyanın tərkibində təbaşirin miqdarı, t/m3

1

2

3

4

1600

0,982

1600

1,028

1880

0,942

1880

0,994

1560

0,910

1560

0,960

1540

0,877

1540

0,926

1520

0,846

1520

0,891

1500

0,812

1500

0,587

1480

0,780

1480

0,823

1460

0,747

1460

0,788

1440

0,714

1440

0,754

1420

0,682

1420

0,720

1400

0,650

1400

0,686

1380

0,617

1380

0,651

1360

0,584

1360

0,617

1340

0,562

1340

0,583

1320

0,520

1320

0,548

1300

0,487

1300

0,514

1280

0,455

1280

0,480

1260

422

1260

0,446

1240

0,390

1240

0,411

1220

0,357

1220

0,377

1200

0,325

1200

0,343

1180

0,293

1180

0,309

1160

0,260

1160

0,274

1140

0,227

1140

0,240

1120

0,195

1120

0,206

1100

0,163

1100

0,171

Bu anda aparıcı boru rotorun daxilində olmalıdır ki, onu fırlatmaq mümkün olsun. Qarışıq basıldıqdan sonra, qazma boruları 50-75 m qaldırılır və quyu, gips-təbaşir qarışığından tam təmizlənənə qədər yuyulur.

e)Xüsusi sementlər əsassında qarışıqlar.

Tez tutuşan qarışıq hazırlamaq üçün heltorpaqlı və gips- heltorpaqlı sementlərdən istifadə etmək olar.

Su ilə nisbəti 0,5 olan heltorpaqlı sement məhlulunun tutuşma müddəti yavaş gedir (10 saat). Tez tutuşan qarışıq hazırlamaq üçün tamponaj sementinə, qarışığın çəkisinin 10-20%-i qədər heltorpaqlı sement əlavə edilir.

Heltorpaqlı sementə natrium ftorid (NaF) əlavə edildikdə qarışıqlar tez tutuşur və tez də bərkiyirlər.

Gips-heltorpaqlı sement, büzüşmə, genişlənmə, tez bərkimə xassələrinə malikdir. Suyun sementə nisbəti 0,5 olduqda tutuşma 1,5 saatdan sonra başlayır və tam tutuşma isə 2 saatdan sonra qurtarır.

Gips-heltorpaqlı sement baha olduğuna görə onun başqa sement və doldurucularla qarışığından istifadə edirlər.

Tez tutuşan və genişlənən qarışığı, tamponaj sementinə çəkisinin 20-30%-i qədər, gips-heltorpaqlı sement əlavə etməklə almaq olar.

Yüngülləşmiş genişlənən sement almaq üçün tamponaj və gips heltorpaqlı sementlərin qarışığına 30%-ə qədər, nəmliyi 5%-dən çox olmayan diatomit əlavə edilir.

Mədən şəraitində, tez tutuşan və genişlənən sementi, gil-torpaqlı sementə 25% tikinti gipsi əlavə etməklə almaq olar.

j)Karbohidrogen əsasında tampon qarışıqları.

Karbohidrogen əsasında (dizel yanacağı, neft) doldurucular və tutuşma müddətini azaldan maddələr ilə tamponaj sementi hazırlayarkən, elə qarışıqlar alınır ki, onlar ancaq karbohidrogen məhlulu əvəz edən su ilə kontaktda qatılaşmaq qabiliyyətinə malik olurlar. Qarışığın istifadə edilən məhlula inresiyalı olması, onu təhlükəsiz, qazma boruları ilə istənilən dərinliklərə nəql etmək mümkündür. Udulma zonasında su ilə kontaktda olan qarışıq, yüksək özlülüklü (axmaz), az müddətdə tutuşan və bərkiyən pastaya çevrilir. Buna görə axıcı və yüngül vurula bilən tərkibində ağır hissəciklərin faizlə miqdarı çox olan məhlul almaq üçün, ona səthi aktiv maddələr (sulfanol və s.) əlavə etmək təklif olunur.

Udulma zonalarının izolə edilməsi üçün, 30-40% dizel yanacağı, 0,5-1% SAM (sulfanol) və quru sementin çəkisinin 6:-nə qədər tozvari, tutuşma müddətini azaldan (kalsium karbonat) maddədən istifadə etmək olar. Sement daşının çox möhkəm olması üçün, qarışığa 30-50% kvars qumu əlavə edilir. Neft sementli məhlulun tutuşma müddətini azaltmaq üçün ona 25%-ə qədər bentonit gili əlavə etməklə əldə etmək olar.

İstehsalatda ən çox tətbiq edilən solyarka bentonitli sement qarışığı (SBSQ) aşağıdakı tərkibdən ibarətdir: 1 m3 dizel yanacağı, 1000-1200 kq bentonit gili, 300-500 kq sement, qarışığın çəkisinin 0,5-1% qədərdə SAM. Adətən, vurulma üçün qarışığın miqdarı 3-5 m3 götürülür.

SBSQ - solyarka bentonitli sement qarışığı aşağıdakı kimi hazırlanır: tutuma hesablanmış miqdarda dizel yanacağı tökülür və ona SAM əlavə edilərək həll olunur. Məhlula əvvəlcədən hazlanmış bentonit gili və sement qarışığı əlavə edilir və əsaslı sürətdə eyni cinsli kütlə alınana qədər qarışdırılır. Qarışıq sementləmə aqreqatları ilə (3 ədəddən az olmayaraq), udulma zonasından 20-30 m yuxarıda yerləşdirilmiş qazma borularının açıq ucundan quyuya vurulur. SBSQ qazma aləti vasitəsilə vurulursa, o, qazma məhlulundan 0,5 m3 miqdarında dizel yanacağından ibarət olan yuxarı və aşağı bufer mayelərilə izolə olunmalıdır.

Qarışıq, qazma borularının açıq ucundan çıxan andan tam basılana qədər, həlqəvi fəzaya, qarışığın 0,5-1 həcmi qədər qazma məhlulu vurulur, eyni vaxtda preventor bağlı halda, qarışıq udulma zonasına basılır və quyuda 0,2 m3 həcmində saxlanılır. Qarışıq basılan zaman, həlqəvi fəzada təzyiq 10,0MPa-dan artıq olmamalıdır. Qarışıq basıldıqdan sonra alət qoruyucu kəmərin başmağına qaldırılır. Qarışığın bərkimə müddətini (3-5 saat) gözlədikdən sonra qazma məhlulunun dövranı yaradılır. Qazma məhlulunu kimyəvi işləyib verilən parametrlərə çatdırdıqdan sonra quyu dərinləşdirilir.



Polimerlər və polimerlər kompozisiyası və prosesi sürətləndirici əsasında tampon qarışıqları

Məhlul udulan zonaların izolə edilməsində plastik kütlədən istifadə təcrübəsi göstərir ki, onlar sürətləndirici maddələrin məhlullarına qarşı bir sıra üstünlüklərə malikdirlər:

-hazırlanmış tampon qarışıqların sıxlığının az olması;

-qarışığın tutuşma müddətini tənzimləmək üçün xüsusi reagentlərin lazım gəlməməsi;

-qarışıq yüksək filtrasiya qabiliyyətinə malik olduğu üçün məhlul udulan kiçik məsaməli layların izolə edilməsi;

-quyuda qoyulmuş sement körpülərini qazıyarkən, plastik kütlə şlamının qazma məhluluna görə neytral olması.



Helsement və poliakrilamid əsasında qarışıq.

Poliakrilamid (25%-dən az olmayan konsentrasiyası) həll olunmuş su ilə sement qarışığını qarışdırarkən sıxlığı 1330-1400 kq/m3, təbii yatma bucağı 80-900 və tutuşma müddəti 3 saata qədər olan, yüksək strukturlu tampon qarışığı alınır. Bu qarışıq AzNİİ konusunda yayılmır, bilavasitə quyuda alınır. Quyuya qazma boruları ilə poliakrilamid əldə edilmiş sement məhlulu, həlqəvi fəzaya isə lazımi miqdarda qazma məhlulu (sıxlığı 1200 kq/m3-dan az olmamalıdır) vurulur.



Sement-polimer məhlulları.

Bu məhlullar yüksək tamponluq xüsusiyyətinə və xeyli möhkəmliyə malikdirlər. Onlar portland sementindən, fenol-formaldehid qətranından (TTD-9, DP-12) və bərkidici maddələrdən istifadə edərək hazırlanır. Bu məhlulların filtratları bərkitmə xassəsi daşıyırlar.

Sement-polimer məhlullarına ətraf mühitin dəyişməsi çox təsir göstərir və temperatur artdıqda, onların tutuşma vaxtı azalır.

Gips-polimerli qarışıqlar.

Gips daşının suya dözümlüyünü, bərkiməyə başlanan mərhələdə lazımi möhkəmliyini saxlamaq üçün gipsli məhlullara mikro-molekulyar birləşmələr (fenol-formaldehidli və s. qətranlar) əlavə etmək olar. Texnologiyaya uyğun tutuşma müddətini almaq üçün gips qarışdırılmış suya tutuşma müddətini azaldan maddə (natrium polifosfat və s.) əlavə edilir. Gips-polimer qarışıqları, qatılaşma başlanan ana qədər yüksək sürətlə struktur yaradır və onu qarışdırarkən qarışığın özlülüyü dəyişmir.

3.Quyuların mənimsənilməsi.

QAZIMADA MƏHSULDAR LAYIN AÇILMASI VƏ PERSPEKTİVLİ HORİZONTLARIN SINANMASI

Neftli-qazlı layların açılması

Neftli-qazlı layın səmərəli istismarını aparmaq üçün həmin layların açılması qazıma prosesinin mox vacib etapıdır. Məhsuldar layın qazılması zamanı onların təbii xassələrinin saxlanılması istismar vaxtı neft-qaz vermə qabiliyyətinin artmasına səbəb olur.

Su əsaslı qazıma məhlulunun laya daxil olması layın keçiriciliyinin azalmasına səbəb olur.məhlulu ilə uzun illər aparılan qazıma təcrübəsi göstərir ki, məhsuldar laya qazıma

Müəyyən edilmişdir ki, qazıma məhlulundakı suyun laya keçməsi layın təbii keçiriciliyini 50% azaldır. Məsaməli layın məsaməliliyinin bərpa əmsalı laya daxil olan suyun tərkibindən çox asılı olur.

Lay təzyiqi quyudakı hidrostatik təzyiqdən çox az olduqda, layın çirklənməsi daha çox olur. Məhsuldar layın az çirklənməməsi üçün qazıma texnologiyası tələbinə uyğun dərinliyi 1200 m qədər olan quyularda qazıma aparan zaman quyudakı hidrostatik təzyiq lay təzyiqindən 1,10-1,15 dəfə, 1200 m-dən dərin olan quyularda isə 1,05 dəfədən artıq olmaması nəzərdə tutulur.

Qazıma məhlulu və yaxud onun filtratı (suyu) laya daxil olduqda məsamələrin quruluşu dəyişdiyindən layın quyudibi ətrafında keçiricilik azalır. Qazıma məhlulu laya daxil olduqda məhlulda olan kiçik ölçülü dispers fazalar laydakı məsamələrə keçir və nisbətən böyük ölçüdə olan dispers fazalar quyu divarında gil qabığı əmələ gətirir, məhlulun filtratı isə layda xeyli məsafəyə qədər gedir. Bərk hissəciklərin quyu divarına daxil olduğu məsafə kolmatasiya zonası adlanır, filtratın quyu divarına daxil olduğu zona - filtrat zonası adlanır.



Çatlı laylarda kolmatasiya zonasının məsafəsi 10 sm-lərlə olur. Kolmatasiya zonasında layın keçiriciliyinin pisləşməsi 10 dəfədən çox olur.

Fitrasiya zonasındakı məsamələrdə baş verən mürəkkəbləşmələr daha mürəkkəbdir və onlar aşağıdakılardan ibarətdir:

-tərkibində müxtəlif kimyəvi reagentlər olan filtrat laya daxil olaraq süxuru isladır və fiziki bağlı olub hidrat təbəqəsinin yaranması səbəbindən məsamələrin en kəsiyi azalır;

-məhsuldar laylarda müəyyən miqdar gil mineralı olduğundan qazıma məhlulundan ayrılmış filtrat gil hissəcikləri ilə hidratlaşaraq öz həcmlərini artırır (şişir) və filtratın tərkibində olan qələvi, gil hissəciklərini parçalayaraq onların səthini artırır. Bu səbəbdən məsamə kanallarının en kəsiyi azalır;

-filtrat məhsuldar laya daxil olaraq özlülüyü neftin özlülüyündən az olması səbəbindən laydakı nefti (qazı) quyu dibindən uzaqlaşdırır və neftlə qarışaraq emulsiya yaradır ki, bu səbəbdən Jamen effekti nəticəsində laydan quyuya lay məhsulunun gəlmə müqaviməti artır;

-filtratda bir çox kimyəvi maddələr həll olduğundan bu maddələr məhsuldar laylarda olan bəzi maddələrlə birləşərək həll olmayan çöküntü yaradır; filtratda olan kalsium ionları üzvi maddələrlə birləşərək kalsium sabunu yaradaraq məsamə kanallarını bağlayır. Eyni zamanda osmotik təzyiqdən və müxtəlif minerallaşma dərəcəsi səbəbindən yaranan çöküntülər məsamələri bağlayır.

Məhsuldar layların səmərəli qazılma üsulları

Məhsuldar layı qazan zaman qazıma məhlulu filtratın yaratdığı mənfi təsirləri aradan qaldırmaq üçün aşağıda göstərilən istiqamətlər müəyyən edilir:

-SAM maddələrin qazıma məhluluna əlavə edilməsi ilə su əsaslı məhlulun keyfiyyətlərinin yaxşılaşdırılması

-neft əsaslı qazıma məhlulundan istifadə edilməsi

-təbaşir əsaslı qazıma məhlulundan istifadə edilməsi

-köpük yuyucu agentindən istifadə edilməsi

-qaz agentindən istifadə edilməsi




Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə