Dərslik baki-2017 s giriş. Мящсулдар лайларын чирклянмясинин гаршысынын алынмасы 4


Qazma məhlulu intensiv udulan zonalara doldurucuların vurulması



Yüklə 9,87 Mb.
səhifə2/36
tarix21.04.2022
ölçüsü9,87 Mb.
#85785
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   36
tamamlama mühazrə

Qazma məhlulu intensiv udulan zonalara doldurucuların vurulması

Quyuda qazma məhlulu intensiv udulan zonalar, sementlənməmişdən əvvəl, quyunun iri kanallar olan hissəsini doldurucular ilə doldurmaq məqsədəuyğundur. Doldurucunun növü və ölçüsü, udulma kanallarının formasına və ölçüsünə uyğun olan hallarda ən yaxşı nəticə verir. Dənəvər, lifli və lopavari dolduruculardan istifadə edilməsi daha məqsədəuyğundur.

Açılmış kanallar haqda dəqiq məlumatlar olmayan hallarda, doldurucuların ayrı-ayrı fraksiyalarından istifadə edilir (kiçik ölçüdən başlayaraq).

Qumun quyuya vurulması iki metodla aparılır. Birinci halda qazma borularının ucu məhlul udulan zonanın tavanına, ikinci halda – zonanın dabanında (zona dəyanətli karbonlu süxurlardan ibarət olduqda zona su ilə yuyulur) yerləşdirilir.

Qazma boruları məhlul udulan zonanın tavanında yerləşdirildikdə, quyu ağzında qoyulan qıfdan qum tökülür və eyni vaxtda aparıcı boru vasitəsilə nasoslara su verilir.

Qazma boruları məhlul udulan zonanın dabanında yerləşdirildikdə, qum-su qarışığı sementləmə qıfı vasitəsilə hazırlanır və sementləmə aqreqatı ilə quyuda dövran yaranana qədər vurulur. Vurulan qumun həcmi 10-100 m3 və artıq ola bilər.

Məhlul udulan layın yerləşdiyi dərinlikdən, layın parametrlərindən və udulmanın intensivliyindən asılı olaraq, doldurucuların su ilə vurulması, ya aşağı ucunda hidravliki-mexaniki paker qoyulan qazma boruları vasitəsilə, ya qazma borularının açıq ucundan və ya quyu gövdəsi ilə aparılır. Sonuncu halda məhlul udulan layın dərinliyi800-1000 m-dən çox olmamalı .Doldurucular vasitəsilə dövran yaradıldıqdan sonra qazma borularını qaldırmadan, məhlul udulan laya, tampon qarışığı vurulur.


Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə