Dərslik «Əl-məHDİ (əc)»


------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik)



Yüklə 296,56 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix14.06.2018
ölçüsü296,56 Kb.
#48882
növüDərslik
1   2   3   4   5   6   7   8

 

 

------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik) 



---------------------------------------------------------------------------   «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 

  



 

 

 



 

 



َّ

لَّ

َ

ك

 

َ

نو ُم

َ

ل ْع َي َس

 

4. “Xeyr, belə deyildir (onların düşündüyü kimi deyil). Tezliklə biləcəklər. 

(Qiyamətin haqq olduğunu)”. 

 

َ

نو ُم

َ

ل ْعَي َس 

َّ

لَّ

َ

ك  َّم

ُ

ث

 

5. “Yenə də xeyr, belə deyildir. Onlar tezliklə biləcəklər”. 

Bu iki ayə “böyük xəbəri” inkar edənlər üçün bir təhdiddir. Qiyamətdə ilahi 

əzab onları əhatə edən zaman həqiqətin nə olduğunu başa düşəcəklər və dünyaya 

qayıtmağı, yaxşı əməllər etməyi arzu edəcəklər, lakin artıq gec olacaq. Onlara bir 

daha dönüş izni verilməyəcək! 

Sual: Nə üçün “məad” məsələsi üzərində bu qədər təkid olunur? 

Cavab:  İnsanları  islah  etmək  üçün  ilk  addım  ondan  ibarətdir  ki,  onlar 

hesab-kitab, sorğu-sual və bir məhkəmənin olduğunu bilsinlər. İnsan bilməlidir ki, 

o məhkəmədə ədalət hökm sürür və rüşvət, qohumbazlıq yoxdur. Orada heç kəsə 

zülm olunmur. İnsan bütün bunlara diqqət etdikdə, yatmış ruhu və vicdanı qəflət 

yuxusundan ayılır, onda məsuliyyət hissi yaranır. Etdiyi hər əmələ görə (istər yaxşı, 

istərsə  də  pis)  cavab  verəcəyini  anlayır.  Belə  bir  iman  onu  hər  növ  günahdan 

saxlayır. Bu səbəblərə görə məad məsələsinə diqqət olunur və əhəmiyyət verilir.  

 

Hər şey insanlar üçün... 

Növbəti ayələrdə  Allahın hikmət  əsasında olan yaradılış aləmi, bu nizam-

intizam  və  saysız-hesabsız  nemətləri  haqqında  açıqlamalar  verilir.  Onlar  insan 

həyatında böyük təsirlərə malikdir. Bütün bunlar, Allahın qüdrət sahibi və hər şeyə 

qadir olmasına aydın dəlildir. Eyni zamanda isə işarə edir ki, bu hikmətli yaradılış 

və  onda  olan  nizam-intizam  mənasız  və  əbəs  yerə  yaradılmamışdır.  Əgər  maddi 

dünya  həyatı  hər  şeyin  sonu  olarsa,  onda  bütün  bunlar  hamısı  mənasız  olar. 

Halbuki,  belə  deyil,  Allah-taala  hər  şeyi  hikmət  əsasında  və  müəyyən  hədəflər 

üçün yaratmışdır!  

Təfsir  edəcəyimiz  növbəti  11  ayədə  Allah-taala  12  böyük  nemətə  işarə 

edir. 

İlk olaraq yerdən başlayır: 



ا

ً

دا

َ

ه ِم  َض

ْر

َ ْ

لْا  ِل

َع ْج

َ

ن  ْم

َ

ل

َ

أ

 

6. “Məgər, biz yeri rahat beşik (döşək) etmədikmi?”. 

“Mihad” kəlməsi lüğət də “hazır”, “düz” və “səliqəli” yer mənasındadır. Bu 

ibarənin yer üçün seçilməsi özündə çoxlu dərin mənalar daşıyır. O cümlədən: 

Birincisi,  yerin  böyük  hissəsi  yumşaq,  düz  və  səliqəlidir,  insan  orada  ev 

tikib bağ-bağça salıb əkinçiliklə məşğul ola bilər. 

İkincisi,  insanın  ehtiyacı  olduğu  şeylər  yerin  üzərində,  yaxud  daxilində 

(mədənlərdə) xammal olaraq mövcuddur. 

Üçüncüsü, yer tullantı maddələri, mikrobları və s. məhv edir. 

Dördüncüsü,  yer  özünün  sabit  və  sürətli  hərəkəti  ilə  öz  oxu  və  günəş 

ətrafında fırlanır, gecə-gündüzü və insan həyatında böyük əhəmiyyətə malik olan 4 

fəsli yaradır. 

Beşincisi,  onun  üzərinə  yağan  qar  və  yağışları,  ehtiyat  olaraq  özündə 

saxlayır, bulaq və kəhriz olaraq bayıra göndərir. 



 

 

------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik) 



---------------------------------------------------------------------------   «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 

  



 

 

 



 

Ümumiyyətlə,  bu  beşikdə  (yataqda)  bütün  rahatlıq  vasitələri  Adəm 



övladları üçün hazırdır. 

Yerin əhəmiyyətini açıqladıqdan sonra dağların əhəmiyyəti və onun həyati 

rolu haqqında danışır: 

ا

ً

دا

َ

ت ْو

َ

أ  َلا َب ِج

ْ

لا َو

 

7. “Dağları (onun səthində) mıxlar – (dirək) etmədikmi?”. 

Dağlar  yerin  dərinliklərində  köklər  atmış  və  orada  bir-birinə  sıx 

bağlanmışdır.  

Əli ibn Əbu Talib (ə) buyurur: “Dağlar mıx kimi yer kürəsini saxlayır. Əgər 

dağlar olmasaydı, yer kürəsi parça-parça olardı.” 

Dağlar  yerin  üst  qabığını  (qatını)  yerin  daxilində  olan  əriyici  maddələrin 

təzyiqindən,  ayın  yerin  üzərində  qoyduğu  dalğaların  təsirindən  qoruyan  qalxan 

hökmündədir. 

Həmçinin, güclü tufan və küləklərin qarşısında divara bənzəyir. Əgər onlar 

olmasaydı, insanların həyatı tufan və küləklər qarşısında dözülməz olardı. 

Dağlar öz daxilində suları toplayır və müxtəlif qiymətli mədənlərə sahibdir. 

Bunlardan əlavə, alimlər deyir ki, əgər yer üzünün hamısı düzənlik olsaydı, 

onun üzərində hərəkət edən hava kütləsi (axını) çətinliklərlə qarşılaşar, o havanın 

hərəkətində  sürüşmələr  yaranar  və  nəticədə  böyük  tufanlar,  qasırğalar  əmələ 

gələr.  Həmçinin,  yer  kürəsi  (üzəri)  o  qədər  isti  və  yandırıcı  olar  ki,  yaşamaq 

mümkün olmaz. 

Yer  kürəsinin  öz  ətrafında  fırlanması  da  çox  təəccüblüdür.  Bunların 

hamısını, yer kürəsinin müxtəlif hərəkətləri ilə yanaşı nəzərə alsaq, görərik ki, əgər 

dağlar olmasaydı, yer kürəsində heç bir əmin-amanlıq, sabitlik olmazdı. 

İki  böyük  təbiət  nişanə  və  nemətlərini  bəyan  etdikdən  sonra,  insan 

vücudunun daxili nemətlərinə işarə edərək buyurur: 

ا

ً

جا َو

ْ

ز

َ

أ  ْم

ُ

كا

َ

ن

ْ

ق

َ

ل

َ

خ َو

 

8. “Biz sizləri (kişi və qadın olmaqla) cüt-cüt yaratdıq”. 

“Əzvac”  –  (جاوزا)  sözü  ”zəvc”  sözünün  cəm  formasıdır  və  ərəb  dilində 

adətən,  erkək  və  dişi  cinslərin  cütlüyünə  deyilir.  Bu  baxımdan  bitkilər  və  ya 

heyvanat  aləmi  arasında  fərq  qoyulmur.  Əgər  həmin  ifadəni  daha  geniş  mənada 

götürsək, bütün mənfi-müsbət yükləri əhatə edir  

İnsan da bu iki cütdən yaranmışdır. Bu iki cüt bir-birinin yanında cismi və 

ruhi  baxımdan  rahatlıq  tapır.  Allah-taala  bu  haqda  “Rum”  surəsi  21-ci  ayədə 

buyurur:  



“Onların yanında aramlıq tapasınız deyə sizin üçün öz cinsinizdən zövcələr 

yaratmağı  və  sizin  aranızda  (ər-arvadın,  yaxud  insanların  arasında)  dostluq 

əlaqəsi,  batini  məhəbbət  yaratması  onun  nişanələrindəndir,  həqiqətən,  bunda 

düşünən  bir  qövm  üçün  (Allahın  tövhidi,  qüdrəti  və  hikmətinə  dair)  nişanələr 

vardır”. 

Başqa sözlə desək, qadın və kişi bir-birinin maddi və mənəvi ehtiyaclarını 

təmin edir və nöqsanlarını aradan qaldırırlar. 

“Əzvac”  sözü  lüğətdə  “təbəqə”,  “növ”  mənalarında  da  işlədilmişdir.  Bəzi 

təfsirçilər  deyir  ki,  bu  ayə  müxtəlif  insan  təbəqələrinə  və  onların  arasında  olan 



Yüklə 296,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə