Dərslik «Əl-məHDİ (əc)»



Yüklə 296,56 Kb.

səhifə4/8
tarix14.06.2018
ölçüsü296,56 Kb.
növüDərslik
1   2   3   4   5   6   7   8

 

 

------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik) 



---------------------------------------------------------------------------   «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 

  



 

 

 



 

Növbəti ayədə Allah-taala digər bir nemətinə işarə edərək buyurur: 



ا

ً

جا

َّ

ج

َ

ث  ًءا َم  ِتا َ ِ

صِ ْع ُم

ْ

لا 

َ

ن ِم ا

َ

ن

ْ

ل

َ

ز

ْ

ن

َ

أ َو

 

14. “(Küləklərin sıxdıqı, təzyiq göstərdiyi) topa halında bir-birinə sıxılmış 

buludlardan (yağış, qar və dolu şəklində) bolluca axar su nazil etdik”.  

Bu  ayədə,  günəş  nuru  və  hərarəti  qədər  əhəmiyyəti  olan  buludlar  və 

yağışdan söhbət açılır. Yağışın önəmli faydalarına toxunaraq buyurur:  

ا

ً

تا َب

َ

ن َو ا ًّب

َ

ح  ِهِب 

َج

ِر

ْ

خ

ُ

ن ِل

 

15. “(Belə ki,) onunla dən və bitkiləri (torpağın köksündən) çıxaraq”.  

  ٍتا

َّ

ن

َ

ج َو

ا

ً

فا

َ

ف

ْ

ل

َ

أ

 

16. “(Eləcə də) çoxlu sayda və bir-birinə sarmaşan ağacları olan bağlar”.  

Son iki ayə insanın istifadə etdiyi qida maddələrinin, həmçinin heyvanların 

yediyi  otların  yerdən  bitdiyinə  işarə  edir,  çünki  bu  qidaların  bir  hissəsini  dənlər, 

digər hissəsini bitki və göyərtilər, başqa bir hissəsini isə meyvələr təşkil edir. 

Doğrudur,  son  iki  ayədə  yağışın  üç  faydası  haqqında  söhbət  açıldı, 

şübhəsiz onun faydaları daha çoxdur. Yağışın yağması xeyir-bərəkətlərlə doludur. 

O cümlədən: 

a) Havanı sərinləşdirir.  

b) Natəmizlikləri yuyub aparır.  

c) Xəstəlik səbəblərini azaldır.  

d) İnsanlara xoş əhval-ruhiyyə bəxş edir. 

f) İnsanın bədəninin 70%-ni su təşkil edir. 

Quranın açıq-aşkar bildirdiyinə  görə, bütün canlı varlıqların yaranması və 

yaşaması  suya  bağlıdır.  Belə  ki, “Ənbiya” surəsi 30-cu  ayədə  buyurur:  ”....Biz  hər 



bir canlı varlığı sudan yaratdıq!”. 

h) Bütün fabrik və zavodlar su olmadan iflic vəziyyətə düşər. 

g) Təbiət özünün füsunkar gözəlliyini itirər.  

j) Dünya ticarətində yükdaşınmanın böyük hissəsi su yolu ilə həyata keçir. 



Sual: Bəhs etdiyimiz ayələrlə “məad” məsələsinin nə əlaqəsi vardır? 

Cavab:  

1.  Bütün  bu  nemətlərin  xatırlanması,  yaradılış  aləmindəki  dəqiq  nizam-

intizam  Allahın  qüdrətinə,  onun  hər  şeyə  qadir  olmasına  aydın  dəlildir.  Belə  ki, 

Quran məadı inkar edənlərin cavabında buyurur: “Məgər göyləri və  yeri yaradan 



kəs  onların  bənzərini  yaratmağa  qadir  deyilmi?!  Əlbəttə  (qadirdir).  Odur  kamil 

surətdə yaradan və (hər şeyi) bilən”.

5

 

2. Digər tərəfdən bu  əzəmətli yaradılış aləmi, kainat mütləq bir hədəf və 



məqsəd  üzərinə  yaradılmışdır  və  sadəcə  bu  maddi  dünya  həyatı  üçün  deyildir. 

Allahın  hikməti  tələb  edir  ki,  bu  yaranış  daha  böyük  hədəflər  üçün,  yəni  əbədi 

həyat və cənnət üçün olsun. 

3. Yatıb-ayılmağın özü ölüb-dirilməyin bir nümunəsidir. 

4.  İnsanların  gözü  önünüdə  ölmüş  torpaqların  yağış  vasitəsilə  yenidən 

canlanması məadı, qiyaməti xatırladır və ölümdən sonrakı həyata işarə edir. 

                                                      

5

 “Yasin” surəsi, ayə 51. 




 

 

------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik) 



---------------------------------------------------------------------------   «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 

  



 

 

 



 

Öncəki  ayələrdə  məadın  haqq  olması  barədə  müxtəlif  dəlillərə  işarə 



olundu.  Bu  ayədən  etibarən  surənin  axırınadək  “böyük  xəbərin”  baş  verməsi, 

bəşər idrakından yuxarı olan o səhnənin hadisələri və həqiqətləri vəsf olunur. 



ا

ً

تا

َ

قي ِم 

َ

نا

َ

ك  ِل

ْص َفْلا  َم ْوَي  َّن

ِإ

 

17.  “Həqiqətən,  ayrılıq  günü  (İlahinin  əzəli  elmində  və  Lövhi-Məhfuzda 

yazılana uyğun olaraq) vəd olunmuş bir vaxtdır”. 

Bu  günün  “Ayrılıq  günü”  adlandırılmasında  çox  incə  məqamlar  vardır.  O 

böyük gündə – Qiyamət günündə olan ayrılıqları bəyan edir:  

a) Haqq ilə batilin ayrılması 

b) Möminlərlə günahkarların ayrılması 

c) Ata-ananın övladından ayrılması 

d) Qardaşın qardaşdan ayrılması 

f) Yaxşı əməlin pis əməldən ayrılması. 

Sonrakı  ayədə  o  böyük  günün  ən  mühüm  hadisələrindən  biri  haqqında 

danışılır: 



ا

ً

جا َو

ْ

ف

َ

أ 

َ

نو

ُ

ت

ْ

أ

َ

ت

َ

ف  ِرو

ُّصلا 

ي ِ

 

ف 

ُ

خ

َ

ف

ْ

ن

ُ

ي  َم ْو

َ

ي

 

18. “Sura üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz”. 

“Nəfx”  sözü  üfürmək,  “sur”  sözü  isə  şeypur  mənasındadır.  Bu  ifadələr 

ikinci surun çalınması ilə yeni həyatın başlanmasını bəyan edir. 

Quran  ayələrindən  istifadə  olunur  ki,  Qiyamət  öncəsi  iki  böyük  hadisə  – 

“Sura üfürülmə” baş verəcəkdir. Birinci hadisədə, yəni Sura birinci dəfə üfürüləndə 

dünya  quruluşu  bir-birinə  dəyəcək,  yer  üzərində  və  göylərdə  olan  varlıqların 

hamısı öləcək. İkinci hadisə zamanı isə (sura ikinci dəfə üfürüləndə) dünya yenidən 

qurulacaq.  Ölülər  diriləcək,  qəbirlərdən  çıxıb  haqq-hesab  olunmaq  üçün  dəstə-

dəstə qiyamət səhnəsinə gələcəklər. 

ا

ً

با َو

ْ

ب

َ

أ 

ْ

ت

َ

نا

َ

ك

َ

ف  ُءا َم َّسلا  ِت

َ

ح ِت

ُ

ف َو

 

19. “(O gün) göy açılar (yarılar) və qapılar şəklinə düşər”.  

 

Sual:  Ayədə  qeyd  olunan  “qapılar”  və  “göyün  açılması”  ifadəsindən 

məqsəd nədir? 

Cavab: Bu barədə söylənilən bir neçə fikri nəzərinizə çatdırırıq:  

1. “Qeyb” aləminin qapıları dünyaya  açılacaq, maneələr, pərdələr kənara 

çəkiləcək. Mələklər aləmi ilə insanlar aləmi bir-birini müşahidə edəcək. 

2. Səma qatlarında və planetlərdə o qədər yarıqlar əmələ gələcək ki, sanki 

qapılara çevriləcək. 

3.  İnsan  indiki  şəraitdə  göylərdə,  planetlərdə  hərəkət  edə  bilmir  (olsada 

çox  az  insan).  Elə  bil  göyün  qapıları  insanların  üzünə  bağlanıb,  amma  qiyamətdə 

insan bu yer kürəsindən azad olacaq, göylər aləminin qapısı onun üzünə açılacaq 

və o, yüksəklərə səfər edəcək. 

Başqa sözlə desək, o gündə ilk olaraq göy parçalanacaq, yeni göylər və yer 

onun yerini alacaq. Belə ki, Allah-taala “İbrahim” surəsi 48-ci ayədə buyurur: “Bu 

yerin  başqa  bir  yerə  çevriləcəyi  (dağların  məhv  olacağı,  dəryaların  buxarlanacağı 

və yer üzünün tamamilə düz olacağı) və həmçinin göylərin (dəyişəcəyi) və hamının 

(bütün ölülərin mühasibə və cəza üçün) hər şeyə qalib tək Allahın hüzurunda zahir 

olacağı gündə!”. 





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə