Dərslik «Əl-məHDİ (əc)»



Yüklə 296,56 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix14.06.2018
ölçüsü296,56 Kb.
#48882
növüDərslik
1   2   3   4   5   6   7   8

 

 

------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik) 



---------------------------------------------------------------------------   «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 

  



 

 

 



 

Bu  zaman  səmanın  yolları,  qapıları  insanların  üzünə  açılacaq,  cənnət  əhli 



Cənnətə  gedəcək:  ”Rəblərindən  qorxanlar  (isə)  dəstə-dəstə  cənnətə  tərəf 

aparılarlar.  Nəhayət,  ora  çatanda  onun  qapıları  açılar.  Onun  gözətçiləri  onlara 

deyərlər:  “Salam  olsun  sizə!  (Həm  cism,  həm  də  ruh  baxımından)  pak  oldunuz! 

Buna görə də əbədi məskunlaşmaq üçün ora daxil olun!””.

6

  



Bu  zaman  mələklər  hər  biri  bir  qapıdan  daxil  olub  cənnət  əhlinə  təbrik 

deyərlər. 

Eyni  zamanda  da  cəhənnəmin  qapıları  kafirlərin  və  günahkarların  üzünə 

açılar. Allah-taala “Zümər” surəsi, 71-ci ayədə belə buyurur: “Kafirlər dəstə-dəstə 



Cəhənnəmə tərəf sürüklənəcəklər. Nəhayət, ora çatanda onun qapıları açılacaq və 

gözətçiləri  (məzəmmətlə)  onlara  deyəcəklər:  “Məgər  sizə  özünüzdən  (öz 

cinsinizdən) Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu günün görüşündən qorxudan 

peyğəmbərlər gəlməmişdi?” Onlar deyərlər: “Bəli (gəlmişdilər), lakin (biz öz küfr və 

inadkarlığımıza israr etdik və nəhayət, Allahın) əzab vədəsi kafirlərə qəti oldu””. 

İnsanın  dərk  qüvvəsinin  fövqündə  olan  Qiyamət  məsələlərindən  biri  də 

dağların vəziyyətidir. Belə ki, uca Yaradan bu barədə buyurur:  

ا

ً

با َ َ

سِ 

ْ

ت

َ

نا

َ

ك

َ

ف  ُلاَب ِج

ْ

لا  ِت َ

ر

ِ

يّ ُس َو

 

20.  “Dağlar  (öz  yerlərindən)  hərəkətə  gətirilər  və  (məhv  olar  və 

nəzərlərdə) ilğıma dönər”.  

Dağlar  o  böyük  gündə  müxtəlif  hallara  düşəcək.  Qurani-kərim  “Dağların 

qiyamət günündə vəziyyəti” məsələsinə bir çox ayələrdə işarə edərək buyurur: 

1. “Bütün dağlar (toz kimi havada) gəzişəcək”.



7

  

2.  ”Yer  (öz  oxundan)  və  dağlar  (birləşdikləri  məkandan)  qaldırılar  (və 



uzaqlaşdırılar). Hər ikisi bir zərbə ilə bir-birinə çırpılar”.

8

  

3. “O gün, yer və dağlar titrəyərlər və dağlar yumşaq qum təpələri şəklində 



axarlar”.

9

  

4. “Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır”.



10

  

5.  “Dağlar  möhkəm  dolandırılacaq  və  parçalanacaqdır.  Beləliklə,  dağınıq 



toz halına düşəcəkdir”.

11

  

Sonunda  bəhs  edəcəyimiz  ayədə  isə  buyurur:  “....və  (məhv  olar  və 



nəzərlərdə) ilğıma dönər”. 

Dağların aqibəti 

“Səndən  dağların  (taleyi)  barəsində  soruşurlar.  De:  “Rəbbim  onları  (toz-

torpaq  kimi)  küləyə  verəcəkdir.”  Beləliklə,  bunu  (yeri)  dümdüz  və  bomboş  hala 

salacaqdır”.

.12


  

 

Sual: Bu hadisələr dünyanın sonunda “Sura birinci dəfə üfürüləndə” baş 

verəcək, yoxsa qiyamətin başlanğıcında “Sura ikinci dəfə üfürüləndə”?  

                                                      

6

 “Zümər” surəsi, ayə 73. 



7

 “Tur” surəsi, ayə 10. 

8

 “Haqqə” surəsi, ayə 14. 



9

 “Muzzəmmil surəsi”, ayə 14. 

10

 “Qariə” surəsi, ayə 5. 



11

 “Vaqiə surəsi, ayə 5-6. 

12

 “Taha” surəsi, ayə 105-106. 




 

 

------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik) 



---------------------------------------------------------------------------   «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 

  

10 



 

 

 



 

Cavab:  “Sura  üfürüləcəyi  gün  siz  dəstə-dəstə  gələcəksiniz.”  –  ayəsinə 

əsasən  “Sura  ikinci  dəfə  üfürülmə”  hadisəsinə  aid  olması  məqsədə  uyğundur, 

çünki  insanlar  Sura  ikinci  dəfə  üfürüləndə  diriləcək  və  dəstə-dəstə  Qiyamət 

səhnəsinə gələcəklər. 

Mümkündür,  dağların  ilk  dəfə  hərəkətə  gəlməsi  “Sura  birinci  dəfə 

üfürüləndə”, onun sonu – ilğıma çevrilməsi isə “Sura ikinci dəfə üfürüləndə” olsun. 

Cəhənnəm böyük pusqu yeridir 

Məadı  sübut  edən  dəlillər  və  Qiyamətdə  baş  verəcək  hadisələr  barədə 

açıqlamalar  verdikdən  sonra  Allah-taala  cəhənnəm  və  cənnət  əhlinin  aqibəti  və 

taleyi haqqında danışır. İlk olaraq cəhənnəm əhli haqqında buyurur: 

 

ا

ً

دا َص ْر ِم 

ْ

ت

َ

نا

َ

ك  َم

َّ

ن

َ

ه

َ

ج 

َّ

ن ِإ

 

21. “Əlbəttə, Cəhənnəm (o gün bir) pusqudur”. 

“Mirsad” 



ً

دا َص ْر ِم) sözü pusqu qurulan yerə deyilir.  

 

Sual: Cəhənnəmdə üsyankarlar, günahkarlar üçün kim pusquda duracaq? 



Cavab:  Onlar  üçün  “Əzab  mələkləri”  pusquda  duracaqdır.  “Məryəm” 

surəsi 71-ci ayədə belə buyurulur: “Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. 

Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür”. 

Mələklər “Sirat” körpüsünün yanında möminləri düşməndən qorumaq və 

kafirləri cəhənnəmə çəkmək üçün pusqu qurarlar.  

Bütün  insanlar  cəhənnəmin  müdhiş mənzərəsini onun  körpüsü  üstündən 

keçərkən  öz  gözləri  ilə  görəcəklər.  Cənnətliklər  cəhənnəm  odunun  içindən 

yanmadan,  sağ-salamat  keçəcək,  cəhənnəmliklər  isə  ora  düşüb  əbədi  əzaba 

məhkum  olacaqlar.  Bir  qism  insan  da  müəyyən  müddət  orada  qalıb  günahı 

təmizlənəcək, sonra cənnətə qayıdacaqdır.  



 ا

ً

بآ َم  َ  ِ

ي ِغا

َّ

طل ِل

 

22. “Üsyankarlar üçün dönüş yeridir”.  

“Məab” 



ً

بآ َم) dönüş yeri mənasındadır.  

ا

ً

با

َ

ق

ْ

ح

َ

أ ا

َ

هي ِف 

َ  ِيِثِب

َ

لَ

 

23. “Onlar uzun müddət (əbədiyyətə qədər) orada qalacaqlar”.  

“Əhqab”  



ً

با

َ

ق

ْ

ح

َ

أ)  “huqb”  sözünün  cəm  formasıdır.  Qeyri-müəyyən  bir 

zaman mənasında işlədilir: məsələn, 40 il, 70 il, 80 il və.s.  



Sual:  Bu  ifadədən  cəhənnəm  əhlinin  uzun  müddət  orada  qalacaqı  və 

nəhayət,  bu  əzabın  sona  çatacağı  anlaşılır,  lakin  bu  məsələ  “əbədi  əzab”  və 

“cəhənnəmdə  daimilik”  ayələri  ilə  ziddiyyət  təşkil  edir.  Bunu  necə  həll  etmək 

olar? 

Cavab: Hər bir ayə özünəməxsus tərzdə təfsir olunmuşdur. 

1.  Təfsirçilər  arasında  ən  məşhur  nəzəriyyə  belədir:  Burada  “əhqab” 

sözündən  məqsəd  ardıcıl  olaraq  ötüb  keçən  və  sonu  olmayan  uzun  illər  və 

zamanlardır. Belə ki, ötüb keçən hər zamanın və illərin yerinə yenisi gəlir. 

2.  Digər  nəzəriyyə  isə  belədir:  Bir  sıra  rəvayətlərdən  anlaşılır  ki,  bu  ayə 

əbədi  olaraq  atəşdə  qalan  kafirlər  haqqında  deyil,  əksinə  sonunda  paklaşıb 

cəhənnəm əzabından xilas olan günahkarlar haqqındadır. 

Sonrakı ayələrdə cəhənnəmin dəhşətli əzabları barədə buyurur: 




Yüklə 296,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə