Dərslik «Əl-məHDİ (əc)»


------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik)



Yüklə 296,56 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix14.06.2018
ölçüsü296,56 Kb.
#48882
növüDərslik
1   2   3   4   5   6   7   8

 

 

------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik) 



---------------------------------------------------------------------------   «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 

  



 

 

 



 

fərqlərə, o  cümlədən;  (rəng,  soy,  ruhiyyə  və  istedadlara)  işarə  edir.  Bunların  özü 



də Allahın qüdrət və əzəmət nişanələrindəndir. 

Sonrakı  ayədə  Allahın  digər  nemətlərindən  olan  yuxuya  işarə  edərək 

buyurur: 

ا

ً

تا َب ُس  ْم

ُ

ك َم ْو

َ

ن ا

َ

ن

ْ

ل َع

َ

ج َو

 

9. “Yuxunuzu (bədəninizin) rahatlıq vasitəsi etdik”. 

“Subat”  sözü

 

(

 



ً

تا َب ُس

ا

  )


bir  işin  tətil  edilməsi  –  istirahət  mənasında  işlədilir. 

Subat  kəlməsi  bu  ayədə  çox  incə  bir  məqama  işarə  edir,  belə  ki,  yuxu  zamanı 

insanın ruhi və cismi fəaliyyətlərinin böyük hissəsi istirahət edir. Bu qısa müddətli 

tətil və fasilə bədən üzvlərinin istirahət etməsinə, yenidən qüvvə toplamasına, ruh 

və cismin güclənməsinə və insanın şadlanmasına səbəb olur.  

İnsan  ömrünün  üçdə  bir  hissəsinin  yuxuda  keçməsinə  baxmayaraq,  hələ 

də onun sirr və mahiyyəti lazımi qədər tanınmamışdır. Hətta məlum deyil ki, hansı 

amil  insanın  beyninin  müvəqqəti  olaraq  fəaliyyətdən  dayanmasına,  gözlərinin 

yumulmasına səbəb olur. 

Buna baxmayaraq, yuxunun insan həyatında və onun sağlamlığında böyük 

rolu  danılmazdır.  Buna  görə  də  psixoloqlar  ilk  növbədə  xəstələrinin  yuxu 

məsələsini –proqramını tənzimləməyə çalışırlar. 

Təbii  və  normal  şəkildə  yatmayan  insanlar  bir  sıra  problemlərlə 

qarşılaşırlar.  O  cümlədən:  yorğunluq,  narahatlıq,  əsəb  gərginliyi,  qəmgin  olmaq, 

solğunluq və s. 

Amma  qaydasında  yatanlar  yuxudan  şad,  enerjili  qalxırlar.  Normal  bir 

yuxudan sonra mütaliə etmək çox faydalı olur. Belə yuxudan sonra insan elmi və 

fikri  işlərində  müvəffəqiyyətə  daha  tez  nail  ola  bilir.  Bütün  bunların  hamısı 

yuxunun insan həyatındakı böyük rolunu və əhəmiyyətini çatdırır. 

ا ًساَب ِل 

َلْيَّللا اَنْل َع َج َو

 

10. “Biz gecəni (hər şeyi bürüyən) örtük etdik”. 

Uyğun  ayəyə  əsasən,  gecə  yer  üzərinə  və  onda  yaşayan  bütün  varlıqlar 

üçün libas və örtük mənasındadır. Gecə, həyatın yorucu fəaliyyət və çalışmalarını 

məcburi  şəkildə  tətil edir, sakitlik və  istirahət  səbəbi olan  qaranlığı  onlara  hakim 

edir.  Nəticədə  yorğun  ruh  və  bədənlər  istirahət  edir,  yenidən  şad  və  təravətli 

olurlar.  

Bunlardan  əlavə,  gecə  özünün  qaranlıq  pərdəsini  dünyaya  yaymaqla, 

günəşin şüaları, nuru da çəkilir. Əgər günəş mütəmadi olaraq dünyaya nur saçaraq 

şüalarını  yaysa,  bütün  bitkilər  yanar,  heyvanlar  tələf  olar  və  artıq  yer  üzündə 

yaşamaq imkansız olar.  

Ona  görə  də,  Qurani-kərim  dəfələrlə  bu  məsələyə  toxunaraq  buyurur

“De:  “Mənə  deyin  görüm,  əgər  Allah  gündüzü  sizin  üçün  Qiyamət  gününə  kimi 

həmişəlik  bərqərar  etsəydi,  yeganə  Allahdan  başqa  hansı  bir  tanrı  rahatlıq 

tapdığınız gecəni sizə gətirə bilərdi? Məgər görmürsünüz?!””.

4

  



Gecənin  mənəvi  faydaları  da  vardır:  Gecə  namazı  qılmaq,  Allah-taala  ilə 

razü-niyaz etmək, ondan bağışlanmaq diləmək və s. 



ا

ً

شا َع َم  َرا

َ

ه

َّ

نلا ا

َ

ن

ْ

ل َع

َ

ج َو

 

                                                      

4

 “Qəsəs” surəsi, ayə 72. 




 

 

------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik) 



---------------------------------------------------------------------------   «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 

  



 

 

 



 

11. “Gündüzü yaşayış və dolanışıq üçün çalışma vaxtı etdik”.  

Gündüzün  özü  də  İlahi  tərəfindən  böyük  və  misilsiz  bir  nemətdir.  İnsanı 

hərəkətə gətirir, çalışmaq hissi yaradır. Bitkilər, heyvanlar günəşin nuru sayəsində 

inkişaf edir və böyüyür.  

Gecə  ilə  gündüzün  bir-birini  əvəz  etməsi,  onlarda  olan  dəqiq  və  tədrici 

dəyişikliklər  Allah-taalanın  yaradılış  aləmindəki  nişanələrindəndir.  Eyni  zamanda, 

onların  bu  hərəkətləri  insanların  yaşayışını  tənzimləmək  üçün  təbii  bir  təqvim 

hesab olunur. 

Sonrakı ayə göylərin yaranmasına işarə edərək buyurur: 



ا

ً

دا

َ

د ِش ا

ًعْب َس  ْم ُك

َ

ق ْو

َ

ف ا

َ

ن ْي

َ

ن

َ

ب َو

 

12. “Sizin başınızın üstündə yeddi (qat) möhkəm və sabit göy qurduq”.  

“7”  rəqəmi  burada  “çoxluq”  və  “mübaliğə”ni  çatdırır,  çoxlu  səma 

qatlarına,  planet  və  qalaktikalara  və  yaxud  da  yer  ətrafında  olan  çoxsaylı  hava 

qatlarına işarə edir. Bu hava qatları zahirdə nazik və zərif olmasına baxmayaraq, o 

qədər möhkəmdir ki, yer kürəsini göydən gələn səma daşlarından, meteroidlərdən 

qoruyur.  



ا

ً

جا

َّ

ه َو ا

ً

جا َ ِ

سِ ا

َ

ن

ْ

ل َع

َ

ج َو

 

13. “Olduqca parlaq və hərarətli bir çıraq (günəş) yaratdıq”.  

“Vəhhac”  kəlməsinin  mənası  alovdan  yüksələn  “nur”  və  “hərarət”dən 

ibarətdir.  Bu  iki  xüsusiyyətin  Günəş  üçün  qeyd  olunması,  bütün  maddi  dünyanın 

əsasını təşkil edən iki böyük nemətə – nur və istiliyə işarə edir. 

Günəşin  nuru  təkcə  insan  dünyasını,  yer  kürəsini  və  günəş  mənzuməsini 

işıqlandırmır,  əksinə  bütün  canlı  varlıqların  inkişafında  böyük  rol  oynayır.  Onun 

istiliyi  insan,  bitki  və  heyvanların  həyatında  birbaşa  təsirlər  qoyur.  Bunlardan 

əlavə,  buludların  yaranmasının,  küləyin  əsməsinin,  yağışın  yağmasının  əsasını 

təşkil edir. 

Günəş  ultra  bənövşəyi  şüaları  nəticəsində  yer  üzündəki  mikrobları  məhv 

edir. Əgər bu şüalar olmasaydı, müxtəlif xəstəliklər yaranardı, yer kürəsi böyük bir 

xəstəxanaya çevrilər və qısa bir müddət ərzində yer üzündə canlı varlıqların kökü 

kəsilərdi. 

Günəş  öz  sağlam,  havayı,  daimi  və  uyğun  fasilədən  (həddindən  artıq 

yandırıcı və soyuq olmadan) nurunu bizim ixtiyarımızda qoymuşdur. 

Əgər  günəşdən  alınan  enerjinin  qiymətini  digər  enerji  mənbələrinin 

qiyməti ilə müqayisə etsək, çox böyük bir rəqəm fərqi yaranar. 

“Ulduzlar dünyası” kitabının müəllifi Anne Terry White yazır:  



–Əgər  qərar  olsaydı,  günəşdən  alınan  havayı  istilik  və  nur  üçün  pul 

ödənilsin,  yer  üzünün  insanları  hər  saat  üçün  1.750.000.000  dollar  pul  ödəməli 

olardı.  

(İndi siz müqayisə edin, 1gun, 1 ay və 1 il nə qədər olardı.) 

Günəşin Yer kürəsindən neçə dəfə böyük olması barədə fikir ayrılığı vardır:  

1.300.000 dəfə böyükdür.  

437.437 dəfə böyükdür. 

300.000 dəfə böyükdür. 

Onun yer ilə məsafəsi 150.000.000 km-dir. Günəşin xarici səthinin hərarəti 

6.000, daxili hərarəti isə 20 milyon dərəcə ehtimal olunur.  




Yüklə 296,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə