Dərslik «Əl-məHDİ (əc)»


------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik)



Yüklə 296,56 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix14.06.2018
ölçüsü296,56 Kb.
#48882
növüDərslik
1   2   3   4   5   6   7   8

 

 

------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik) 



---------------------------------------------------------------------------   «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 

  

15 



 

 

 



 

əsla  boş  və  puç  bir  söz  eşitməzlər,  (eşitdikləri)  yalnız  salamdır  və  orada  ruziləri 



onlar üçün səhər-axşam (hazırdır)”. 

 َر 

ْ

ن ِم  ًءا

َ

ز

َ

ج

ا

ً

با َس ِح  ًءا

َ

ط

َ

ع 

َ

ك

ر

ب

 

36. “(Bu) sənin Rəbbinin tərəfindən bir mükafatdır, kifayət qədər olan və 

keçmiş əməllərə görə verilən bir bəxşişdir”. 

Sonda isə bu mükafatlardan daha üstün olan məsələyə toxunulur. Belə ki, 

zəif və aciz bəndəyə Allah kimi əzəmətli xaliqin diqqət yetirərək onu dəyərli hesab 

etməsi və nemət verməsindən də üstün bir şey ola bilərmi?!  

Ayədə  “rəbb”  kəlməsinin  2-ci  şəxsin  təkində  olan  şəxs  əvəzliyi  ilə  ( 

َ

ک) 



işlənməsi və ondan sonra “ətaən” (bəxşiş) ifadəsinin gəlməsi də Allahın sonsuz lütf 

və mərhəmətinə işarədir. 

“Hisabən” sözü isə “kifayət qədər” mənasını verir. Yəni təqvalılara kifayət 

qədər nemət və mükafat veriləcəkdir.  

Əmirəl-möminin  Əli  (ə)  buyurur:  “Qiyamət  günü  Allah  möminlərin 

mükafatını  on  dəfədən  yeddi  yüz  dəfəyə  qədər  artıracaq  və  bu  barədə  Allah 

Quranda  buyurur:  “(Bu,)  sənin  Rəbbinin  tərəfindən  bir  mükafatdır,  kifayət  qədər 

olan və keçmiş əməllərə görə verilən bir bəxşişdir”.

18

  



Bu  rəvayətdən  başa  düşülür  ki,  Allahın  bəndələrə  mükafatı  öz  fəzilətinə 

uyğun  olmaqla  yanaşı,  eyni  zamanda,  onların  əməlləri  ilə  də  mütənasibdir. 

Ayədəki “hisabən” kəlməsi həmin məsələyə dəlalət edir. 

 ا َم َو  ِض

ْر

َ ْ

لْا َو  ِتا

َوا َم َّسلا  رب َر

ا

ً

با

َ

ط ِخ 

ُ

ه

ْ

ن ِم 

َ

نو

ُ

ك ِل

ْمَي  َلَۖ 

ِن

ََٰ

م

ْ

ح َّرلا ا َم

ُ

ه

َ

ن ْي

َ

ب

 

37.  “Göylərin,  yerin  və  onların  arasındakıların  Rəhman  olan  Rəbbindən 

(göndərilən  bəxşişdir).  Onlar  (məxluqat)  Onun  hüzurunda  heç  bir  söz  deməyə 

qadir olmazlar!”. 

Bu  ayədə  Allahın  böyüklüyünə  və  mükafatların  Rəhman  olan  Allah 

tərəfindən  verilməsinə  işarə  edilmişdir.  Aləmlərin  rəbbi,  idarəçisi  olan  Allahın 

rəhməti  hər  şeyi  əhatə  etmişdir.  Möminlərə  Qiyamətdə  dəyərli  və  əzəmətli 

mükafat verən də Odur. Eyni zamanda, dünyada da bu cür nemətlər ilahi rəhmət 

olaraq yer və göy əhlinə göstərilmişdir. 

“La yəmlikunə” – “qadir deyillər” cümləsindəki şəxs əvəzliyinin bütün yer 

və  göy  əhlinə  və  yaxud  da  məhşərə  toplaşan  təqvalı  və  ya  zalımların  hamısına 

şamil olduğu ehtimal edilir. Yəni Qiyamətdə  heç  kəs nəzərdən qaçırılmayacaq və 

Allah  ədalətli  və  hər  şeyi  dəqiqliklə  ölçüb-biçdiyi  üçün  kimsə  etiraz  edə 

bilməyəcək.  Həmçinin,  Allahın  icazə  verdiyi  kəslərdən  başqa,  heç  kəsin  şəfaət 

etmək haqqı da olmayacaq.  

Bu  məsələyə  “Bəqərə”  surəsinin  255-ci  ayəsində  də  işarə  edilir:  “...İzni 

olmadan  onun  hüzurunda  kim  vasitəçilik  və  şəfaət  (bu  dünyada  səbəblərlə 

nəticələr arasında qeyri-ixtiyari vasitəçilik, o dünyada isə əməllərin cəzasının ləğvi 

və savabların artırılması üçün olan ixtiyari şəfaət) edə bilər?!”. 

Bir sıra əhəmiyyətli mətləblər 

1. Təqvalı şəxslərə verilən savablar və zalımların cəzası 

Əvvəlki  ayələrdə  təqvalılara  verilən  mükafat  və  zalımlara  nəsib  olan 

cəzalardan söhbət açılır və onlar bir-biri ilə müqayisə edilir.  

                                                      

18

 “Nurus-Səqəleyn” təfsiri, c. 5, səh.495, hədis 29. 




 

 

------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik) 



---------------------------------------------------------------------------   «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 

  

16 



 

 

 



 

Mömünlər  üçün  “məfaz”, yəni  “nicat  və  qurtuluş”  yeri,  zalımlar  üçün  isə 



“mirsad” – “pusqu yeri və tələ” ifadəsindən istifadə olunur.  

Təqvalılara veriləcək üzüm bağlarından söhbət açılır, kafirləri isə sonsuz və 

ağrılı əzab gözlədiyi bildirilir.  

Möminlər  cənnətdə  dadlı  şərablara,  kafirlər  isə  cəhənnəmdə  irin  və 

çirkdən ibarət olan qaynar suya qonaq ediləcəklər.  

Eyni  zamanda,  möminlərə  nemət  veriləcəyi,  kafirlərin  isə  əzabının 

artırılacağı bildirilir. Xülasə, bu iki dəstə əməl baxımından fərqli qütblərdə durduğu 

kimi, mükafat və cəza baxımından da fərqlərə malikdir. 



2. Cənnət şərabları 

Quranın  digər  ayələrində  də  cənnət  şərablarından  söhbət  açılmış  və 

bildirilmişdir  ki,  ondan  içənlərin  duyduğu  ləzzəti  vəsf  etmək  mümkün  deyil. 

Ayələrə diqqət yetirin: 

“İnsan” surəsi, 21-ci ayədə buyurur: “Onların əyinlərində yaşıl rəngli, nazik 

və  qalın  ipəkdən  libaslar olacaq,  gümüş  bilərziklərlə  zinətləndiriləcəklər və  Rəbbi 

onlara  pak  olan  və  (bütün  kin-küdurətdən  təmizləyən)  pak  edici  bir  şərab 

içirəcəkdir.” 

“Saffat” surəsinin 45-47-ci ayələrində bu şərabın baş ağrısına, məstliyə və 

ağlın aradan getməsinə səbəb olmadığı da bildirilir: “Onların dövrəsində (cənnətdə 

axan bulaqdan götürülən) saf şərabla dolu kasalar dolandırılar. 

Ağappaq və içənlər üçün başdan-başa ləzzət olan bir şərab.  

Nə  onda  bir  baş  ağrısı  və  bədən  zərərləri  vardır,  nə  də  onun  vasitəsilə 

ağılları başdan çıxar.” 

Digər  bir  ayədə  həmin  şəraba  sərin  olması  üçün  kafur  qatıldığı  da 

bildirilmişdir:  “Şübhəsiz,  yaxşı  əməl  sahibləri  (o  aləmdə  sərin  və  xoş  ətirli)  kafur 

qatılmış camdan içəcəklər”.

19

  



Növbəti  ayələrdə  böyük  gün,  onun  bəzi  xüsusiyyətləri  və  o  gündə  baş 

verəcək hadisələr haqqında açıqlamalar verilir: 



ا

ً

با َو َص  َلا

َ

ق َو 

ُ

ن

ََٰ

م

ْ

ح َّرلا 

ُ

ه

َ

ل 

َ

ن ِذ

َ

أ 

ْ

ن َم 

َّ

لَ ِإ 

َ

نو ُم

َّ

ل

َ

ك

َ

ت

َ

ي 

َ

لَ 

ۖ

ا

ًّ

ف َص 

ُ

ة

َ

ك ِئ

َ

لَّ َم

ْ

لا َو 

ُ

حو ُّرلا  ُمو

ُ

ق

َ

ي  َم ْو

َ

ي

 

38.  “Ruhun  (Cəbrail  və  ya  mələk  cinsindən  olmayan  başqa  şərafətli  bir 

varlıq)  və  mələklərin  səf-səf  duracağı  gün  Rəhman  (olan  Allahın)  izn  verdiyi 

kəslərdən başqa, heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq”. 

Şübhəsiz, “ruh” və “mələklər”in o gündə bir sırada dayanması, Allahın izni 

ilə danışmaları yanlız və yanlız Allahın fərman və göstərişlərini icra etmək üçündür. 

Onlar  bu  dünyada  da  Allahın  əmrlərini  icra  edirlər.  Axirət  aləmində  bu  məsələ 

daha da geniş olacaqdır. 

Sual: Bu ayədə “Ruh”dan məqsəd kimdir?  

Cavab: Bu barədə təfsirçilər müxtəlif nəzəriyyələr irəli sürmüşlər: 

1. Mələk cinsindən olmayan və onlardan üstün olan məxluq. 

2. Cəbrail (ə). 

3. İnsanların ruhu. 

4. Cəbraildən (ə) də üstün olan bir mələk. Bu mələk bütün peyğəmbər və 

məsum imamlarla birgə olmuşdur və onlarladır. 

                                                      

19

 “İnsan” surəsi, ayə 5. 




 

 

------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik) 



---------------------------------------------------------------------------   «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 

  

17 



 

 

 



 

Bəzi ayələrdə Allah-taala “ruh”u özünə nisbət verərək buyurur: 



“Elə  ki,  ona  surət  verib  Öz  ruhumdan  (mübarək  və  Özümə  layiq  ruhdan) 

üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!”.

20

  



“Beləliklə  onların  qarşısında  özü  üçün  (xəlvət  bir  yer  düzəldərək  Allaha 

ibadətlə  məşğul  olmaq  məqsədi  ilə)  bir  pərdə  çəkdi.  Bu  halda  Biz  öz  ruhumuzu 

(Cəbraili)  onun  yanına  göndərdik  və  o,  onun  üçün  kamil  bir  insan  surətinə 

düşdü.”


21

  

Bu açıqlamalardan belə başa düşülür ki, “ruh” müxtəlif və fərqli mənalarda 



işlədilmişdir,  lakin  bizim  bəhsimizlə  uyğun  olan  fikir  “Ruh”un  Allahın  böyük 

mələklərindən,  hətta  Cəbrail  mələkdən  üstün  olması  fikridır.  Belə  ki,  bir  hədisdə 

İmam  Sadiqdən  (ə)  nəql  edilmişdir:  “O,  (yəni  Ruh)  Cəbrail  və  Mikaildən  böyük 

mələkdir.”

22

 

Hər  halda  bu  varlıq  qiyamət  günündə  digər  mələklərlə  birlikdə  Allahın 



itaətində olacaqdır. 

Sonra  Allah-taala  insan  və  mələklərin  səf-səf  duracağı  və  həm  də 

günahkarlara  əzab,  təqvalılara  mükafat  verilən  o  böyük  günə  işarə  edərək 

buyurur: 



ا

ً

بآ َم  ِه

ر

ب َر  َٰ

َ

لَ ِإ 

َ

ذ

َ

خ

َّ

تا  َءا

َ

ش 

ْ

ن َم

َ

فۖ 

ُّ

ق

َ

ح

ْ

لا  ُم ْو َي

ْ

لا 

َ

ك ِل

َٰ َذ

 

39.  “O  gün  haqq  olan  gündür,  odur  ki,  kim  istəyirsə  (elə  indidən)  öz 

Rəbbinə  tərəf  bir  dönüş  yolu  tutsun  (elə  əqidə  və  əməllər  seçsin  ki,  ona 

yetişsin)”. 

“Haqq”  həqiqəti  olan,  sübuta  yetirilmiş  mənalarını  ifadə  edir.  Bu  məna 

qiyamət  barəsində  tamamilə  sadiqdir.  O  gündə  hər  kəsin  haqqı  özünə 

qaytarılacaq.  Məzlumların  haqqı  zalımlardan  alınacaq,  sirlər  və  həqiqətlər 

tamamilə aşkar olacaq. 

Bu  həqiqətlərə  diqqət  yetirmək  insanda  Allaha  doğru  hərəkət  və  onun 

göstərişlərinə  əməl  etmək  üçün  maraq  və  həvəs  yaradır.  Yəni  bu  ilahi  hərəkət 

üçün bütün səbəb və vasitələr hazırdır. Peyğəmbərlər bəşəriyyət üçün lazım olan 

bütün hidayət yollarını açıqlamışlar. Eyni zamanda insanın daxili peyğəmbəri olan 

“əql”  də  bütün  yaxşı  və  pis  yolları  onun  üçün  müəyyən  edib  göstərmişdir.  Onu 

seçmək insanın öz ixtiyarı əsasındadır. Yalnız güclü iradə lazımdır ki, Allahın insana 

verdiyi bu ixtiyardan istifadə edib irəliləsin. 

“Məab” qayıdış yeri və bəzən də yol mənasında işlədilir. 

Sonda  Allah-taala  günahkarların  cəzalanması  və  o  böyük  günün  yaxın 

olması məsələsi üzərində təkid edərək buyurur: 

 

ُ

ك  ي ِ

 

ن

َ

تْي

َ

ل ا

َ

ي  ُر ِفا

َ

ك

ْ

لا  ُلو

ُ

ق

َ

ي َو 

ُ

ها

َ

د

َ

ي 

ْ

ت َم

َّ

د

َ

ق ا َم  ُء ْر َم

ْ

لا  ُر

ُ

ظ

ْ

ن

َ

ي  َم ْو

َ

ي ا ًبي ِر

َ

ق ا

ً

با

َ

ذ

َ

ع  ْم

ُ

كا

َ

ن ْر

َ

ذ

ْ

ن

َ

أ ا

َّ

ن ِإ

 

ْ

ن

ا

ً

با َر

ُ

ت 

ُ

ت

 

40. “Həqiqətən, biz sizi yaxın olan əzabla qorxutduq – elə bir günlə ki, (o 

gün)  hər  kəs  öz  əlləri  ilə  öncədən  göndərdiklərinə  baxar,  kafir  deyər:  “Kaş  ki, 

torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)””. 

Dünyanın  ömrü  nə  qədər  də  olsa,  axirət  ömrü  ilə  müqayisədə  bir  neçə 

saata  bənzəyir.  Allah-taala  “Məaric”  surəsi  5-7-ci  ayələrdə  öz  Peyğəmbərinə 

buyurur:  “Belə  isə,  gözəl  bir  şəkildə  səbr  et  (belə  ki,  onda  heç  bir  narazılıqdan, 

                                                      

20

 “Hicr” surəsi, ayə 29. 



21

 “Məryəm” surəsi, ayə 17. 

22

 “Məcməul-bəyan” təfsiri, c.10, səh. 427. 




 

 

------------------------------------------------------------------------------------------------------------------  QURAN  TƏFSİRİ (Dərslik) 



---------------------------------------------------------------------------   «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ - 

  

18 



 

 

 



 

dözümsüzlükdən  əsər-əlamət  olmasın).  Onlar  onu  (o  günü)  uzaq  görürlər 



(mümkünsüz bilərlər). Biz isə onu (mümkün, ya baş verməyə) yaxın görürük.” 

Həmçinin, İmam Əli (ə) bu barədə buyurur: “Hər bir gələcək, yaxındadır.”

23

  

Niyə  də  yaxın  olmasın?!  Halbuki,  ilahi  əzabın  səbəbi  insanların  öz 



əməlləridir  və  həmişə  də  onlarla  birgədir.  “Ənkəbut”  surəsi  54-cü  ayədə 

buyurulur:  “Onlar  səndən  əzabın  tez  gəlməsini  istəyirlər.  Halbuki,  Cəhənnəm 

kafirləri əhatə edir, yaxud əhatə edəcəkdir.” 

O  əzəmətli  gündə  böyük  bir  dəstə  qəm-qüssə  və  həsrət  içərisində 

olacaqlar.  Bu  peşmançılıq  və  həsrətin  onlar  üçün  heç  bir  faydası  olmayacaqdır. 

Belə bir xəbərdarlığın ardınca buyurur: “...Elə bir günlə ki, (o gün) hər kəs öz əlləri 

ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: “Kaş ki, torpaq olaydım (və heç bir 

məsuliyyətim olmayaydı)””. 

Ayədə  işlədilən  “Yənzuru”  cümləsi  barəsində  təfsirçilər  müxtəlif  fikirlər 

söyləmişlər: 

1.  “Yənzuru”  (baxır)  cümləsi  bu  ayədə  “Yəntəziru”  (gözləyir)  mənasına 

təfsir  olunmuşdur.  Məqsəd  budur  ki,  insan  o  gündə  öz  əməllərinin  cəzasını 

gözləyəcəkdir. 

2. “Əməl dəftərinə baxmaq” mənasında təfsir edilmişdir. 

3. Məqsəd əməllərin cəza və mükafatını müşahidə etməkdir. 

“Qəddəmət  yədahu”  ibarəsinin  işlədilməsi  insanın  əksər  işləri  əlləri  ilə 

yerinə  yetirməsinə  görədir.  Təkcə  əl  ilə  görülən  işlərlə  şamil  edilmir,  əksinə  dil, 

göz, qulaq, ayaqla da yerinə yetirilən əməllər hamısı bu qanuna daxildir. 

Quran  o  böyük  gün  (Qiyamət)  çatmadan  öncə  bizə  xəbərdarlıq  edərək 

buyurur:  “Ey  iman  gətirənlər,  Allahdan  qorxun!  Hər  kəs  (özünün)  sabahı  üçün 

qabaqcadan nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır. Allahdan qorxun ki, 

Allah etdiklərinizdən xəbərdardır!”

24

  

Hər halda kafirlər bütün ömürləri boyu etdikləri əməllərini öz qarşılarında 



müşahidə  etdikdə,  qəm-qüssəyə  batıb  həsrət  çəkərək  deyərlər:  “Ey  kaş,  torpaq 

olaydıq!”  Yəni  ey  kaş,  insan  yaranıb  və  ölüb  torpaq  olduqdan  sonra  Qiyamətdə 

yenidən  dirilməyəydik!  Kafirlər  və  günahkarlar  qiyamət  səhnəsi,  ilahi  ədalət  və 

əməllərinin cəzasını müşahidə etdikdə, özlərindən müxtəlif əksül-əməl göstərərlər. 

Quran ayələrində bu barədə oxuyuruq: 

“...(Qiyamət günü) “əfsus, Allah barəsində etdiyim səhlənkarlığa görə!...”

25

  

“Kaş  günahkarlar  öz  Rəbbinin  hüzurunda  başlarını  aşağı  salaraq  “Ey 



Rəbbimiz!  (söz  verdiyin  şeyi  öz  gözümüzlə  və  qulaqlarımızla)  gördük  və  eşitdik, 

belə  isə  bizi  geri  qaytar  ki,  yaxşı  işlər  görək,  şübhəsiz,  biz  tam  yəqinliklə 

inananlardanıq!” – (deyəndə) görəydin.”

26

  



“...Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)”.

27

  



                                                      

23

 “Nəhcül-bəlağə”, xütbə 102. 



24

 “Həşr” surəsi, ayə 18. 

25

 “Zümər” surəsi, ayə 56. 



26

 “Səcdə” surəsi, ayə 12. 



27

 “Nəbə” surəsi, ayə 40. 



Yüklə 296,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə