Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   245

 
27
sübut etmək lazım gəlir ki, varlığın bütün başqa sahələrində olan və yalnız insandakı və onun həyatındakı gözələ 
işarə etdiyi üçün insanın gözündə gözəl görünən gözəl də həyatdır.
1
 
İnsan gözəlliyə  bənzərlikdir, oxşarlıqdır. Yer həyatı gözəlliyi insanın  əlindən alıb, gözəlliyə çatan, ona 
qovuşan insan deyil, çünki o insan imkanlarının bəndini qırıb, göyə yüksəlib. Bir sözlə,  şərq düşünjəsində 
gözəllik və ölməzlik, ölməzlik isə gözəllikdir. İnsanın böyüklüyü Qədim Şərq düşünjəsinə, əslində dar zamana 
və məkana sığmazlıqdır. 
Gözəllik zamansızlıqdır. Gözəllik anlayışı  Şərq estetik fikrinin ilkinliyindən tutmuş onun ayrı- ayrı 
çağlarında üç aspektdə başa düşülmüşdür. Bu üç aspekt mükəmməlin (kamilin) üç aşkarlığı ilə bağlıdır. Mütləq 
üç şəkildə bəlliləşir. 1) Ruh; 2) qəlb; 3) Obraz və ya bədən. 
Birinji sonsuzdur, ikinji müqəddəslik, üçünjü isə hər ikisinin forma konkretliyidir. Bədənə pərçimlənmiş 
ruh və qəlb özünə yadlaşır, bu da insanı günah işləməyə vadar edir. İnsan öz ruhunu və qəlbini çirkləndirir, jis-
mani ehtiras və duyğuların köləsinə, quluna çevrilir. İnsan özünü tanımır. Mütləq azadlıqdır. Azadlıq isə 
gözəlliyin ən mühüm atributudur. 
Gözəllik həqiqətən əfsanəvi, həyatveriji qüvvəyə malikdir. Gözəllik onu yaradanları da, onu qavrayanları 
da dəyişdirir. 
İjtimai praktikanın inkişkafı və ijtimai əmək bölgüsü əsasında, yuxarıda qeyd edildiyi kimi peşəkarlaşma 
baş verir və estetik fəaliyyət mənəvi- praktik bədii fəaliyyətin xüsusi növü- injəsənəti meydana çıxarır. Estetik 
dəyəri utilitar, mənəvi, idrak dəyərlərindən ayrılmaz olan ijtimai praktikanın digər növləri ilə  əlaqədar estetik 
münasibətlərin və  dəyərlərin istehsalına, onların diapazonunun genişləndirilməsinə  və ijtimai əhəmiyyətinin 
dərinləşdirilməsinə xüsusi yönəltmişdir. Əslində injəsənət elə növ estetik fəaliyyətdir ki, estetik dəyərlər özünün 
mənəvi- predmet ifadəsini burada tapır. Bu isə onların mədəniyyətdə  yığım imkanını  və ümumi əlaqəsini 
asanlaşdırır. İnjəsənətdə estetik dəyər öz predmet varlığını əldə edir, özünü estetik subyektin fəallığını nəzərdə 
tutan xüsusi işarə- obraz kimi göstərə bilir. 
İnjəsənətin spesifik estetik fəaliyyət növü olmaq etibarilə bu fəaliyyətin daxili planı və məqsədi kimi este-
tik münasibəti intensiv inkişaf etdirmək, fərdlərin həyat və sosial təjrübəsinə uyğun gələn yeni, hələ  təşəkkül 
tapmamış estetik dəyərlərə  tələbatı qabaqjadan duymaq qabiliyyəti onun estetik mədəniyyətə münasibətdə 
sistemyaradıjı amili və əsas funksiyasıdır. 
Estetik mədəniyyət mürəkkəb, çoxfunksiyalı sistem yaradır. Tarixi inkişaf prosesində onun funksiyaları 
diferensiasiya olur və ijtimai praktikanın müxtəlif sahələrinə aid müstəqil və ixtisaslaşdırılmış sahələrə çevrilir. 
Onlar bir- biri ilə mürəkkəb koordinasiyada və subordinasiyada olur və  mədəniyyətin fəaliyyətini, onun 
bütövlükdə sosial gerçəkliklə qarşılıqlı təsirini təmin edir. 
Estetik mədəniyyət spesifik daxili qanunlar əsasında inkişaf edir, bununla yanaşı ijtimai praktikaya azad 
çıxış yolu olur. 
Estetik mədəniyyətin əsas funksional- stuktur elementləri aşağıdakılardır: 
a) ijtimai idealın sistemləşdiriji amili kimi çıxış edən estetik münasibət, 
b) bədii sərvətlərin məjmu sistemi, 
j) adamların xüsusi dəstəsi- professional səviyyədə bədii sərvətləri istehsal edən və eləjə də jəmiyyətdə 
onların fəaliyyətini təmin edən ziyalılar, 
ç) bədii sərvətlərin toplanmasını  və translyasiyasını, onların estetik münasibətlər sisteminə daxil 
edilməsini təmin edən tiraclama və kommunikasiya vasitələri, 
d) dövlətin və bütövlükdə  jəmiyyətin nəzarəti altında olan estetik mədəniyyəti və estetik tərbiyəni 
paylaşdırma və yenidən istehsaletmə mexanizmləri və təsisatları. 
Estetik mədəniyyət- ümumbəşəri dəyərlərin məjmuunu  əks etdirir. O dünyanın estetik zənginliyi, onun 
qavranılması, qiymətləndirilməsi, mənimsənilməsi, gözəllik qanunları yaradılan bir fenomendir. 
Dünya mədəniyyətinin tipoloci keyfiyyətlərini, müxtəlif  ərazilərdə yaşayan və ayrı- ayrı dil qruplarına 
mənsub xalqların injəsənət və  ədəbiyyatlarının inkişafında qarşılıqlı  təsir və  bəhrələnməni öyrənməkdə elmi 
fikrin zəngin təjrübəsi olduğu halda milli, regional nəzəri- estetik fikrinin dialektik əlaqədə inkişafının xüsusi 
tədqiqi təsadüfi xarakter daşıyır və bu sahədə konkret elmi metodoloci ənənə yaranmamışdır. Dünya xalqlarının 
iqtisadi, siyasi və mənəvi həyatında Elmi- texnika tərəqqi əsrinin doğurduğu çoxşaxəli ünsiyyət bədii fikrin ta-
rixi inkişaf yolu haqqında ümumi nəzəri təlimlər yaratmağı dünya elmi qarşısında qoyur. Dünya nəzəri estetik 
fikrində mövjud dövrün reallıqlarının əks olunması olduqja vajib bir məsələdir. 
Müasir ijtimai və milli fikirdə mövjud demokratik prinsiplər, ideya- mənəvi dəyərlərə münasibətdə yeni 
metodoloci mövqedən, rasional təhsil və qiymətləndirilmə üsullarından istifadə etməyi tələb edir. Milli, regional 
və dünya bədii fikrinin inkişafındakı fərdi və tipoloci məqamları, onları şərtləndirən ijtimai- fəlsəfi, estetik- kul-
turoloci amillərin rolunu müəyyənləşdirməkdə  və bu zaman «sosial» və «estetik» başlanğıjın yerini düzgün 
təyin etməkdə müasir kulturoloci konsepsiyaların, o jümlədən estetik mədəniyyət sahəsindəki təjrübənin xüsusi 
əhəmiyyəti vardır. 
                                                           
1
 Чернышевски Н.Г. Сянятин варлыьа естетик мцнасибятляри, с.27-28. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
28
Müasir dünya nəzəri- etsteik fikrində estetik mədəniyyət probleminə yönələn ümumi maraq ədəbi- este-
tik- mədəni fikrin tarixi və müasir məsələlərinin hərtərəfli tədqiqi məntiqindən doğur. Elmi tədqiqatlarda etsteik 
aləmin «estetik yaddaşın» rolunu üzə çıxarmağa artıq imkan əldə edilmişdir. 
Estetik mədəniyyətin funksional strukturunu onun estetik fəaliyyətin müstəqil sahələrini təşkil edən 
tərkibindən fərqləndirmək lazımdır.
1
 
Qeyd etmək lazımdır ki, haqqında danışdığımız «Estetik mədəniyyət» anlayışı «bədii mədəniyyət» 
anlayışına tən gəlmir, o daha genişdir. İnjəsənətdən başqa o, «gözəllik qanunu əsasında» yaradıjı əməyin bütün 
növlərini əhatə edir. Eyni zamanda hər bir bədii mədəniyyət heç də dərhal estetik mədəniyyətin malı olmur. Bu, 
onun əhalinin tələbatının ideya- bədii dəyərinə və estetik idrak stereotipinə uyğunluğundan asılı olur. Müəyyən 
hallarda məlum olur ki, dahi rəssamın əsərini xalq heç də dərhal başa düşmür, öz bədii dəyərinə görə ortabab bir 
əsər isə daha çox tanınır. K.Marks yazmışdır ki, injəsənətdən zövq almaq üçün bədii jəhətdən savadlı adam ol-
maq lazımdır.

Bu isə xeyli dərəjədə adamların ümumi mədəni səviyyəsindən, maddi həyat şəraitindən, gərəkli 
vaxt ilə asudə vaxt arasındakı nisbətdən, jəmiyyətin estetik idealda öz əksini tapmış  məqsədli inkişaf və-
ziyyətindən asılıdır. 
Ətraf aləm,  əşyalar, hadisələr insan şüurunda müxtəlif formalarda: elmi qanunlar, siyasi görüşlər 
formasında və injəsənətə xas olan formada əks olunur. 
Bədii obraz – varlığa əks etdirməyin, onu eyni zamanda insanların iradəsi, fikri və hissinə təsir edən for-
mada ümumiləşdirməyin injəsənətə məxsus üsuludur. İnjəsənət obrazında sənətkar təkjə varlığın hər hansı bir 
hadisəsini əks etdirmir, həm də öz dövrünün ijtimai ideallarının ifadəçisi, təbliğatçısı kimi çıxış edir. 
Əslində injəsənət öz təbiəti etibarı ilə ideyalıdır. Sənətkar öz yaradıjılığında jəmiyyətin hər hansı bir 
təbəqə və qruplarını təmsil etsə də, onun yaratdığı bütün jəmiyyətə məxsus olur. Jəmiyyətdə yaşamaq və eyni 
zamanda jəmiyyətdən azad olmaq mümkün deyildir. Bu təkjə sənətkara deyil, həm də jəmiyyətin hər bir üzvünə 
aiddir. 
İnjəsənətin obrazı bir növ xariji aləmin surəti, onun modelidir, lakin xüsusi modelidir. Bədii obraz 
dünyanın modeli olmaqla, eyni zamanda sənətkarın şüur və təxəyyülünün özünəməxsus qavrayışı ilə təsvir olu-
nan həyat hadisələrində ən mühüm, xarakter şeyləri əks etdirir. Lakin həqiqi bədii obraz nə fotoqrafiya, nə də 
surət deyil. Axı sənətkar təkjə əks etdirmir, həm də dünyanı çək- çevir edərək, ona qarşı öz münasibətini bildirir. 
Bədii mədəniyyət, daha dəqiq desək, injəsənət bədii dəyərlərin fəaliyyət göstərən sistemi kimi estetik 
mədəniyyətin özəyini təşkil edir. Bütövlükdə mədəniyyətin insanın qeyri- genetik yaddaşı kimi yayılmış tərifi 
daha çox halda məhz bədii mədəniyyətə uyğundur. Doğrudan da, əgər elm və texnika sahəsində yeni kəşf, ixtira 
köhnəyə  əlavə olaraq onu qeyri- tipik hadisə kimi ümumiləşdirir, bəzən isə tamamilə  gərəksiz edirsə, bədii 
mədəniyyət elə inkişaf edir ki, yeni bədii dəyərlər ümumbəşər mədəniyyətinə daxil olur, əvvəlki dövrlərin bütün 
bədii mədəniyyətlərin məjmuyu- qədimdən qalma böyük və eyni zamanda sadədil eposdan tutmuş onun müasir 
mürəkkəb formalarınadək- jəmiyyətin mədəniyyətinin sonrakı inkişafının  əsası  və eyni zamanda tükənməz 
mənbəyi kimi özünü göstərir.  
Kökləri  ən qədim zamanlara gedib çıxan Azərbayjan  şifahi xalq ədəbiyyatı- folklor dərin məzmuna və 
canr zənginliyi ilə seçilir. Folklorun estetik və  mənəvi tərbiyədəki rolu həmin məziyyətləri ilə müəyyənləşir. 
Əslində folklorun etsteik mədəniyyətin formalaşmasında və inkişafında xidməti həmişə çoxjəhətli və rəngarəng 
olmuşdur. Azərbayjan folkloruna məxsus nağıllar, dastanlar, atalar sözü, bayatılar və s. bilavasitə xalqın 
mənəviyyatına təsir göstərmiş, zövqünü oxşamış və əyləndirmiş, eyni zamanda onu xoşbəxt güzaran, azadlıq və 
ədalət uğrunda mübarizəyə ruhlandırmışdır. 
Folklorun bu ejazkar qüdrətini çoxları qeyd etmişdir. «Xalq kitabının vəzifəsi kəndli axşamçağı işdən so-
nra yorğun halda evə qayıdanda onu əyləndirmək, jana gətirmək, üzüntülü əməyini unutmağa məjbur etmək, 
onun daşlı tarlasını ətir saçan bağa çevirməkdir; ona öz güjünü, öz hüququnu, öz azadlığını anlamağa məjbur 
etməkdir, ondakı mərdliyi, vətən məhəbbəti hissini oyatmaqdır».

 
Deməli, folklor xalqı əyləndirməklə, onun zövqünü oxşamaqla kifayətlənməmiş, həm də onu öz hüququ-
nu başa düşməyə məjbur etmiş, azad və xoşbəxt həyat uğrunda mübarizəyə səsləmişdir. Bununla bərabər folklor 
estetik və ijtimai- fəlsəfi fikrin, konkret desək, estteik mədəniyyətin inkişafına güjlü təsir göstərmişdir. 
Estetik mədəniyyətin sinkretliyi özünü bioantropomorfik bədii obpazların yaradılmasında göstərir. Bu 
mədəniyyətdə insan özünü təbiətdən ayrımır və həm də təbii olanla bəşəri olanı fərqləndirmir. Bu özünü bədii 
düşünjədə daha geniş şəkildə gerçəkləşdirir. Məsələn, «Dədə- Qorqud» dastanında «Təpəgöz boyunda təpəgöz 
obrazı»  əsatiri xatakter daşıyır. Onda təbiətə  məxsus güj, nəhənglik və  həm də insani keyfiyyətlər birləşir. O 
duyur, düşünür, qəzəblənir, lakin xeyirlə- şəri ayırmır, öz güjündən kortəbii surətdə istifadə edir. 
                                                           
1
 Бах: Мядяниййятин марксизм- ленинизм нязяриййяси Б., «Маариф» 1990, с.315. 
2
 Бах: Маркс К., Энгельс Ф. Сочинения, т.42, с.151. 
3
 Маркс К. и  Энгельс Ф. Об искусстве. Т.2, М., 1967, с.530. 
 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə