Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   245

 
46
artırmaqla uzun müddət dövran sürə bilməz.  İnsan insandırsa, xalq xalqdırsa, ona hava kimi, su kimi mənəvi 
sərvətlər də gərəkdir. Mənəviyyatı olmayan xalq simasız, məzmunsuz, jazibəsiz bir kütlədir. Mənəviyyatsız in-
san-qurumuş bitkiyə bənzər, şirəsiz meyvəyə oxşar». «mənəvi ölüm, ruhun ölümüdür».

 
Bir etnik vahid kimi, dil, din və sosial-estetik tərəqqi hadisəsi kimi Azərbayjan xalqının qlobal milli tarix-
i, geneoloci bioqrafiyası isə xalis ərazi mənsubiyyəti ilə  şərtlənən bu iki joğrafi məkana üçünjü konteksti – 
oğuz-türk iç qatını və məkanını da əlavə etməyi vajib elmi vəzifəyə çevirir. Nəhayət, yeddinji əsrdən başlayaraq 
bu üçlüyə növbəti- dördünjü kontekst – islam amili də daxil olur və o, bədii-mənəvi tərəqqidə indi də davam 
edən miqyaslı, qlobal mövqeyə çevrilsə də oğuz-turk mənşəyi etnosun bilavasitə bir xalq və millət kimi fərdi 
təşəkkülünün, fərdi tarixinin və taleyinin ən sabit, aparıjı, davamlı amili olaraq qalır. 
Azərbayjan tarixi və mədəniyyəti sonralar da məhz ən yaxın Şərq ölkələri ilə xüsusən türk və İran xalqları 
ilə ayrılmaz mənəvi vəhdətdə inkişaf etmişdir. Azərbayjan tarixi çox uzun bir müddət özünün inkişaf 
mərhələlərini ümumtürk, şərq və islam miqyasında vahid bir ədəbi-mədəni məkanda keçirmişdir. Lakin təəssüf 
ki, hələ də qədim türk mədəniyyətinin təsnifatı, milli türk ədəbiyyatları arasındakı genetik əlaqələrin səjiyyəsi 
bizim üçün axıra qədər aydınlaşmamış halda qalır. Və nəhayət, ümumtürk (Turan) ədəbiyyatının ümumdünya 
ədəbiyytı kontekstində tarixi mövqeyini də tam dərk və təsbit edə bilməmişik. 
Ümumiyyətlə, türk xalqlarının  ədəbiyyatları arasında irsilikdən və tipologiyadan «əlaqə» səviyyəsində 
danışmaq özünü doğrultmur. Ümumilik, varsilik burada kök və gövdlə, müxtəliflik qol və budaq səviyysindədir. 
Axı bütün türk xalqları indiki tarixi-joğrafi  ərazilərdə  məskən salmazdan qabaq da, əslində eyni br mənəvi, 
bədii, estetik məkanda yaşamışlar.  Şəriklilik bu məkanda həmişə ilişgilikdən güjlü olmuşdur. Kultur ilişgiləri 
burada daha çox genetik ilişgilərin törəməsi və davamı kimi baş vermişdir. Onların hamısının təməlində vahid 
türk əsası, türk ruhu və amili, qohum etink-estetik proqram, qan və gen yaddaşı, müştərək mənəvi məjra və ta-
rixi kontekst durur. 
 Müasir milli türk ədəbiyyatları qədim ümumtürk şifahi və yazılı ədəbiyyatının bilavasitə varisidir və bu 
ədəbiyyatların genetik-fuknksional vəhdətinin metodoloci jəhətdən  ən müasir səviyyədə öyrənilməsinin, 
«ümumtürk  ədəbiyyatı tarixini»nin bütöv yekdil, vahid ədəbi proses halında təhlil olunmasının çoxdan vaxtı 
çatmışdır.
2
 
Dünyanı onun gözəlliklərini, xeyir və şərin bütün ziddiyyətlərini, insanın öləriliyni dərk edən insanın bir 
təskinliyi məhz onun dərk etməsi, mənəvi yaşaması, estetik duyuma və düşünjəyə malik olmasıdır. Həyatı və 
sənəti gözəlləşdirməklə həyatı daha mənalı və gözəl görən insanları təhlil etdikjə, zaman insan təbiət üçlüyünün 
qarşılıqlı münasibətlərindən ortaya çıxan bədii-estetik və gerçək düşünjəni səjiyyələndirdikjə daha faydalı  və 
əhəmiyyətli elmi qənaətlərə  gəlmək olur. R.Rzanın «Rəngləri», dənizi insanləşdirməsi nəjib duyğular oyadır: 
«dəniz-janlı insana bənzəyir. Adi, boz, rəngli insana yox, joşqun, fırtınalı, ehtiraslı, sakit, mülayim, həlim insan 
bənzəyir dəniz. Çünki dəniz hərəkətidir! Dəniz daima dəyişkən, daima gözlənilməz bir varlıqdır. Dəniz-ölçüsüz, 
biçimsiz insandır»!

 
Millilik – təbii-mənəvi, bədii, elmi, ədəbi, estetik və  fəlsəfi sərvət kimi milli əxlaqın və  məfkurənin, 
məişətin, güzəranın, hətta təsərrüfatın təşəkkülündə ən yaxından iştirak edir. Yapon sənaye möjüzəsini məhz bu 
baxımdan açıqlayan bir izah mənə xüsusilə müdrik və inandırıjı göründü: möjüzənin sehri odur ki, yapon 
sənayesi ilə yapon təbiəti, həyat tərzi, milli yapon məişəti və güzəranı arasında  ən böyük uyğunluq var! əgər 
belə bir uyğunluq hətta sənayeni texnologiyanı bu səviyədə şərtləndirirsə, gör o, ədəbi, mədəni, mənəvi fəaliyyət 
sahələrində nejə təsir güjünə malik olar! Bu təbiət, relyef amilinin milli gerçəklikdə roluna əlavə dəlalətdir. 
Taleyüklü, müqəddəs bir sərvət kimi milli vəhdət ideyası  ərazidən də  əvvəl  əhaliyə aid bir ideyadır. 
Milləti loxma-tikə etməyə hazır olan bir jəmiyyət (etnos, tayfa, qrup, tirə, qövm) gej-tez torpağın bölünməsinə, 
ərazinin itməsinə  də  gətirib-çıxara bilər.  Ərazi vəhdətini bir problem kimi ümummilli vəhdət ideyasından 
ayırmaq qeyri-mümkündür. «Azərbayjan» sözü Azərbayjandakı bütün qövmlərin vəhdət və birliyi deməkdir. 
Bunu gözbəbəyi kimi qorumaq, qədrini-qiymətini bilmək lazımdır. Təkjə qövmi yox, sinfi vahidləri və qütbləri 
də (təbəqə, qrup, qat, silk, firqə) eyni, bütöv milli vəhdətin tərkib hissələri hesab etmək lazımdır. Belə 
qütbləşmələr, şaqqalara ayrılmalar həmişə bizimlə vuruşan jinaha xidmət edib və yenə də edir.  
İnsanın kamilliyi eyni zamanda onun fərdi xüsusiyyətlərinin də təmilləşdirilməsinə səbəb olur. Lakin bu 
kamillik də eyniyyətə gətirib çıxarmır, yəni hamı bir qəlibin adamı olmur. Qara Qarayev də, Rəsul Rza da ka-
millik həddinə çatsalar da. Fərqli xüsusiyyətləri ilə «kamillik» qəlibinə  sığınıb qalmamışlar, hətta  Şekspirin 
«zamanın tələbinə uyğunlaşmalı» prinsipi də onların vüsətli ilhamını ram edə bitlməmişdir. G.Əlibəyli estetik 
tədqiqatlarını sənət əsərlərinin bədiilik hüdudlarından çıxarır, həyati problemləri və şəxsiyyətlri də təhlilə jəlb 
etməklə dövrün sərt məqamlarını, sənətkarların isə səbr, dözüm mübarizə və fədakarlıqlarını müqayisəli üsullar-
la nəzərimizə çatdırır. Mikayıl Rəfili, Jəfər Jəfərov, Mirzə İbrahimov kimi şəxsiyyətlərin sənətdə və həyatdakı 
xidmətlərini xatırlayır. Akademiyanın böyük salonunda M.Rəfili və J.Jəfərovun «xalq düşmənləri» kimi 
                                                           
1
 Йеня орада. с.45,93 
2
 Йашар Гарайев. Тарих: йахындан вя узагдан. С.62-63 
3
 Исмайыл Вялийев. Эюстярилян ясяри. с.282 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə