Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   245

 
14
(fovqəlüzvi) komponentinə – digər dəyər, norma və mənəvi sərvətlərinə görə təyin etmək və başa düşmək olar 
ki, bu da mədəni xassədir. Mədəniyyət – bir-biri ilə qarşılıqlı əlaqədə olan insanların mənsub olduqları dəyərlər, 
normalar toplusudur. P.Sorokinin fikirncə, mədəniyyət geniş mənada özünün inkişaf mərhələsində cəmiyyətin 
əldə etdiyi topludur. Bu inkişaf prosesində müxtəlif mədəniyyət sistemləri formalaşır: dini, etik, estetik, hüquqi 
və s. Bütün bu mədəni sistemlərin başlıca xüsusiyyəti onların ali səviyyədə birləşmə tendensiyasıdır. Bu 
tendensiyaların inkişafı prosesində  mədəni fövqəl-sistemlər formalaşır. Sorokinin sözlərinə görə, bu mədəni 
fövqəltəbii sistemlər «özünün mentallığı, həqiqət və biliklərin xüsusi sistemi, müstəqil fəlsəfi və dünyagörüşü, 
dini və «müqəddəslik» nümunələri, hüquqi təsəvvürləri, incəsənət formaları, davranış kodeks və qanunları, 
sosial münasibətlərin üstünlük təşkil edən formaları, iqtisadi, siyasi təşkilatları, mentalitet və davranışına xas 
xüsusi şəxsiyyət tiplərinə xasdır». 
Müəllif dəyərləri hər hansı bir mədəniyyətin əsası və özəyi hesab edir. Dəyərlərin dominantlıq xüsusiyyətlərinə 
görə Sorokin mədəni fövqəlsistemləri üç tipdə təsnif edir: ideasional, idealist və hissi. 
Mədəniyyətin ideasional sistemi yeganə reallıq və  dəyərlənən nümunəsi olan Allahın fövqəlhissi və 
fövqələqli prinsipinə əsaslanır. Mədəniyyətin bu tipinə Sorokin ilk öncə, orta əsrlər Avropa mədəniyyətini aid 
edir. Müəllifin sözlərinə görə, bu mədəniyyətdə «hakim əxlaq və ənənələr, həyat tərzi, təfəkkür tərzi ali və son 
məqsəd olan Allahla vəhdət təşkil edir». Sorokin bu mədəniyyət tipinə  həmçinin, Hindistanın Brahman 
mədəniyyətini, b.e.ə. VIII və VI əsr yunan mədəniyyətini, Budda və Laoist mədəniyyəti aid edir. 
Mədəniyyətin idealist sistemini isə Sorokin ideasional və hissi sistem arasındakı mədəniyyət kimi qəbul 
edərək onun dəyərinin Aya, Göyə, Yerə istiqamətlənməsini söyləyir. Obyektiv reallığın bir qisminin fövqəlhiss, 
bir qismini isə hisslər təşkil etdiyindən bunların sonsuz rəngarəngliyi nəzərə çarpır. Sorokin bu tipdən olan 
mədəniyyətə b.e.ə. V-IV əsrlərdə qədim yunan və XIII-XIV yüzilliklərin Qərbi Avropa mədəniyyətini aid edir. 
Mədəniyyətin müasir tipi Sorokinə görə hissi mədəniyyətdir. O, aşağıdakı prinsipə əsaslanır: «Obyektiv 
gerçəklik, onun mahiyyət və mənası hiss ediləndir». «Yalnız gördüklərimiz, eşitdiklərimiz, dərk etdiklərimizi öz 
duyğu orqanlarımız vasitəsilə  mənimsədiyimizə görə, onlar real və ideal məna kəsb edəndir!». Hissi 
mədəniyyətin formalaşması XVI əsrdən başlayaraq XX əsrin ortalarınadək davam edir. Bu mədəniyyət 
dindənəəə. Əxlaq və ideasional mədəniyyətin digər dəyərlərindən azad olmağa cəhd göstərir. Bu mədəniyyətin 
əsas qəhrəmanları – fermerlər, fəhlələr, evdarlar və hətta cinayətkarlardır. 
Müasir «hissi» mədəniyyət Sorokinə görə qürub etməkdədir. Lakin bu heç də insan mədəniyyətinin tamamilə 
süqutu demək deyildir. Müəllifin fikirincə, heç bir mədəniyyət sonsuz deyil, özünün imkan dairəsinə görə bütün 
mədəniyyətlər məhduddur. Onun dediyinə görə, insan yaşadıqca mədəniyyət də olub və olacaqdır. 
Beləliklə, mədəniyyətin yaranması, inkişafı tarixində onu müxtəlif mövqelərdən şərh edən kulturoloqların 
nəzəriyyə, təlim və konsepsiyalarını ümumiləşdirən yeganə  cəhət ondan ibarət idi ki, mədəniyyət – bəşəri, 
dünyəvi bir ictimai hadisə olmaqla cəmiyyətin həyatında mühüm rol oynamış, insan əqlinin, zəkasının məhsulu 
kimi dəyərləndirilməlidir. 
 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
15
1.5. Mədəniyyət və təbiət 
 
 
Mədəniyyətin zaman və  məkan çərçivəsində mövcudluğu haqqında söhbət açarkən hələ antik dövrlərdə 
coğrafi determinizmin geniş yaydığı ideyalarla – yəni təbiət amillərinin ayrı-ayrı sivilizasiyaların təşəkkülünə, 
inkişafına təsiretmə müddəaları haqqında fikirlə tanışıq. Başqa sözlə desək, bəşər mədəniyyətinin «vəhşi», «ram 
edilməyən» təbiətə təsiri haqqında əks təsiri də məlumdur.  
Marks və Engelsin fəlsəfəsində qeyd edilir ki, kortəbii  şəkildə inkişaf edən mədəniyyət  əgər  şüurlu 
qaydada təkmilləşmirsə, özündən sonra boşluq yaradır. Onların fikirincə insanın təbiət üzərindəki hər bir 
qələbəsi, həm də onun sivilizasiyaya etdiyi ziyanla eyni olur. 
Z.Freyd təbiətin insanlara yönəldilmiş əzəmətli, qorxunc gücünə qarşı qüvvələri bir yerə toplayaraq ona 
qarşı mübarizəsini vacib məsələlərdən biri hesab edirdi. Məhz bunu nəzərə alaraq görkəmli alim yazırdı: 
«Mədəniyyətin başlıca vəzifəsi, onun həqiqi əsası – bizi təbiətdən qorumaqdır.» 
Antropologiya elminin təxmini hesablaşmalarına görə canlı orqanizm kimi insan da bir çox milyon illər 
əvvəllərə təsadüf edirsə, onun «mədəniyyət» təzahürlərinin tarixi yarımmilyon illik tarixə təsadüf edir. Tanınmış 
kulturoloq-alim N.A.Berdyayev bu zaman kəsiyində insanın təbiətə olan münasibətlərinin dörd mərhələsini 
təsnif edir: 
1)
 
insanın təbiətə yüklənməsi; 
2)
 
təbiətdən qopma, təbiətə qarşıdurma və onunla mübarizə; 
3)
 
təbiəti mənimsəmək üçün ona müraciəti; 
4)
 
təbiətin mənən bərpası. 
Freydin fikirləri sözsüz ki, Berdyayev sxeminin 2 və 3-cü müddəalarını  nəzərdə tutur. Bu sxem bizə 
bəşəriyyətin yazı dilindən başlamış müasir sivilizasiyaya qədərki inkişaf prosesini bir daha xatırladır. 
Fəlsəfi-antropoloji nöqteyi-nəzərə görə insanın  əl  əməyi və zehninin əməyi ilə yaradılan qeyri-bioloji 
mexanizmlərinin sistemi «mədəni təbəqə», «ikinci təbiət» kimi dərk edilməlidir. 
Mədəniyyət və təbiət arasındakı qırılmaz vəhdətin şərhi görkəmli rus təbiətşünası V.İ.Vernadskiyə (1863-
1945) aiddir. Alimin ən böyük nailiyyəti ondan ibarət idi ki, o, dünyanı həm təbiətşünaslıq, həm də hümanitar 
elmlərin vəhdəti əsasında şərh edir. Bununla o, kulturologiyanı hərtərəfli elm kimi izah etməyə çalışaraq insanın 
taleyini təbiət və kosmosla vəhdətdə təsvir edir. 
Müasir kulturologiya üçün onun gətirdiyi yenilik noosfer (yunanca – «noos» – zəka, əql, «sfera» – kürə) 
haqqındakı təlimdir. «Noosfer» termini ilk dəfə elmə fransız alimləri E.Lerua və P.Teyar de Şarden tərəfindən 
gətirildiyinə baxmayaraq Vernadski onun təlimini yaratmışdır. Belə ki, o, noosferi əqlin kürəsi adlandırmaqla 
biosferin davamı  və ali forması kimi izah edir. Əslində Vernadski dünyəvi mənəvi və maddi mədəniyyətdən 
söhbət açır. O maddi və  mənəvi mədəniyyət ki, bitki və canlı aləmdən milyon illər  ərzində törənmişdir. 
Vernadski belə bir fərziyyə irəli sürdü ki, canlı varlıqların biokimyəvi və digər enerjiləri ilə yanaşı, insanın 
təşəkkülü, psixoloji fəaliyyəti, əqli və zəkası nəticəsində yeni bir enerji növünün əsası qoyuldu, bu da planetin 
yeni görkəminin formalaşmasında başlıca amilə çevrildi. 
Bu cəhətinə görə, Vernadskinin ideyaları fransız alimi və ilahiyyatçısı P.T. de Şardenin (1881-1955) 
ideyaları ilə üst-üstə düşür. Yeganə fərq Şardenin təliminin, materialist əsaslara deyil, dini zəminə söykənməsi 
idi. Planet və insanın qeyri-üzvü və üzvi inkişafının mərhələlərinin dərin bilicisi olan Şarden «xristianlıq 
təkamülü»nün banisi oldu. Bu təkamülün  əsasını dünyanın yaradıcısı olan Allah ideyasında Yerin və  həyatın 
mövcudiyyətində elmi əsasların vəhdət götürülməsi təşkil edir. Bir-birinə zidd olan «materializm», «idealizm» 
cəbhələri Şarden tərəfindən qəbuledilməzdir. 
Şarden «İlahi aləm», «İnsan fenomeni» adlı  əsərlərində Vernadski kimi noosfer anlayışı aktında Yer 
üzünün «düşünən» ideal təbəqəsini başa düşür. Noosferin yaradıcısı yeganə düşünən varlıq olan insandır. 
Şardenə görə, Yer özünün təkamülündə dörd mühüm mərhələni keçmişdir: həyatdan əvvəlki dövr («litosfer»), 
həyat («biosfer»), düşüncə («noosfer») və nəhayət, fövqəlhəyat (ilahi aləm). Sonuncu mərhələ insanın Allahla 
vəhdətini, birləşməsini əhatə edir.  
Fəaliyyətini mədəniyyətin mühüm problemlərindən birinə həsr edən fəlsəfi, kulturologji məktəblərdən biri 
də Roma klubu idi. Bu fəlsəfi məktəbin öyrəndiyi qlobal problemlər təkcə ayrıca bir xalqa aid deyil, bütün 
bəşəriyyəti narahat edən həyati problemlərin toplusudur. Bu mənada elmdə yeni formalaşan «qlobalistika» 
sahəsinin nümayəndələri bəşəriyyətin adından çıxış edirlər. A.Peççeyin «İnsani keyfiyyətlər» adlı kitabında 
«Yeni humanizm»ə keçid üçün üç mühüm müddəanın zəruriliyi vacib hesab edilir: ayrıca ölkə və xalqın nüfuz-
danxaric bütün bəşəriyyətə  məxsusluğunun hiss edilməsi və ya dərki; «suverenlik» və eqoist maraqlardan 
qismən kənarlaşmaq; ziddiyyətlərin həll edilməsində zorakılıqdan qəti əl çəkmək». 
Qlobal problemlər digər elmlərlə (sosiologiya, demoqrafiya, iqtisadiyyat, psixologiya və s.) sıx  əlaqə 
saxlamalı, həm də kulturologiya tərəfindən öyrənilməlidir. Gələcəkdə ümumiyyətlə, «qlobalistika» müxtəlif bi-
lik sahələrinin nüfuzlu istiqamətlərindən birinə çevriləcəkdir. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə