Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/238
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2480
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   238

 
19
İnsan qruplarının  inteqrasiyası funksiyası, dünyəvi, bəşəri sivilizasiyaların zənginliyinin yaradılmasına 
xidmət edən milli mədəniyyətlərin qarşılıqlı  zənginləşməyə xidmətini nəzərdə tutur. Mədəniyyət millətlərin 
differensiasiyasının mühüm amili olmaqla yanaşı, həm də insan qruplarının birləşməsi, zənginləşməsi meyarı 
kimi də  çıxış edir. Millətlərarası mübadilə prosesi inkarı – inkar kimi dialektik qanunun müddəalarına uyğun 
müxtəlif tarixi dövr və  mərhələlərin, xalq və millətlərin qarşılıqlı  əlaqəsini yaratmaqla, onların «simfonik» 
vəhdətini formalaşdırır. Dediklərimizin ən mühüm sübutlarından biri müasir mədəniyyətin nəhəng elmi-texniki 
tərəqqisinin təzahürüdür. 
Sosiallaşdırma (humanistləşmə) funksiyası – mədəniyyətin müəyyən  şəxsiyyət tipinin 
formalaşdırılması ilə izah edilir. Bu formalaşma cəmiyyətin maraqlarına uyğundur. Orta əsrlərdə bu tip 
cəngavər, sosializm quruluşunda isə, kommunizm qurucusu sayılan fəal mübariz idi. Bundan belə bir nəticə 
çıxır ki, mahiyyətcə bu funksiya cəmiyyətin yeganə  və  əsas vəzifələrinin yerinə yetirilməsinə xidmət edir. 
Beləliklə, cəmiyyət insanı bioloji varlıqdan  şüurlu, ağıllı ictimai adama çevirir. Ona görə  də insanın 
sosiallaşması prosesi fərd tərəfindən müəyyən edilən bilik, norma və  dəyərlərin mənimsənilməsini praktiki 
fəaliyyətdə tətbiqini nəzərdə tutulur. Ona görə də mədəniyyətin humanistləşmə funksiyası iki mühüm proseslə 
müşayiət olunur: sosiallaşma prosesi (yəni ictimai münasibətlərin mənimsənilməsi) və fərdiləşmə prosesi (yəni 
bu münasibətlərin fərdi formada, təkrarolunmaz şəkildə mənimsənilməsi). 
İctimai inkişafda ideal vəziyyət kollektiv və şəxslər, fərdlər arasında mütənasibliyin mövcudluğu ilə izah 
edilir. 
Beləliklə, cəmiyyətdə mədəniyyətin yuxarıda sadalanan funksiyaları şərti məzmun kəsb etsə də, hər halda 
onları məhdudlaşdırmaq və ya nəzərə almamaq da qeyri-mümkündür. Belə ki, onlar bir-birilə sıx vəhdət təşkil 
edərək vahid bir prosesin əsas meyarları rolunu oynayırlar. 
 
1.8. Mədəniyyətdə milli və beynəlmiləl cəhətlər. 
Mədəniyyətin inkişafında varislik qanunu 
 
 
Mədəniyyətin sadədən mürəkkəbə doğru inkişaf tarixi «varislik» deyilən  ənənə üzərində mümkün 
olmuşdur. Bu, bəşəriyyətin daş çapacaqdan başlamış müasir kompüterə, qayaüstü rəsmlərdən başlamış məşhur 
təsviri sənət nümunələrinin yaranmasına, yaxud primitiv insan sürülərinin düşünülmüş, sistemli dövlət 
quruluşunadək keçdiyi tarixi mədəni inkişaf yoludur ki, bunun da əsasını varislik təşkil edir. Geniş mənada va-
rislik yeni keyfiyyət və xüsusiyyətlər əlavə etməklə mədəniyyətin zamandan-zamana ötürülməsi deməkdir. Bu 
ötürülmə prosesi mənəvi və maddi sərvətlərin mexaniki surətdə istifadə edilərək çatdırılması deyil, onların 
nəsillər tərəfindən qiymətləndirilərək, yeni təcrübələr  əlavə etməklə yeniləşdirilərək, təkmilləşdirilməsi 
formasında ötürülməsi deməkdir. Varislik əcdadlarımızın irsi dəyərlərinin tənqidi təhlili, yaradıcı dəyişdirilməsi 
formasında çatdırılması deməkdir. 
Mənəvi sahədə varislik, ilk növbədə, dil və digər işarə sistemləri, o cümlədən bəşəriyyətin mövcud olduğu 
ilk mərhələlərdən təşəkkül tapan zəngin ikonoqrafiya (rəsm,  şəkil, sxem və s.) ilə  təmin edilir. Maddi 
mədəniyyətdə varislik bir çox nəsillərin hazırladığı  əşyalar və mexanizmlərin ayrı-ayrı nümunələri vasitəsilə 
reallaşdırılır. Bir çox minilliklər bu varisliyin ötürülməsinə xidmət edən sosial institutlar fəaliyyət göstərmişdir. 
Müasir günümüzdə belə  mədəniyyət müəssisələri məktəb, universitet, elmi-tədqiqat mərkəzləri, muzey, kitab-
xana və s.-dir. Onlar həm də mədəni dəyərlərin qoruyucusu və ötürücüləridir. 
Varisliyin ən çox yayılmış vasitəsi tərbiyə və təhsil müəssisələri hesab edilir. Buraya həmin müəssisələrin 
bütün səviyyələrindən olan növlər daxildir. 
Varisliyin  ənənəvi məsələlərindən birini də  mədəni irs anlayışı  təşkil edir. Mədəni irsə bütün dəyər və 
normalar, o cümlədən müəyyən mərhələdə  mədəni nailiyyətlərin bütün növləri daxildir. Burada bir məqama 
diqqət yetirmək yerinə düşərdi. Tarixdə elə mədəni nailiyyətlər əldə edilib ki, öz cəmiyyətində rədd olunub, la-
kin sonrakı tarixi dövrlərdə özünə layiqli yer tutub. 
Mədəni irs və varislik vəhdətdə olan iki kateqoriya kimi bir sıra ümumi cəhətlərə malikdir. Bunlar 
aşağıdakılardır: 
1.
 
Mədəniyyətin inkişafının  ən ilkin çağlarında onun sinkretizmi, təsnif olunmaması, onların «elmlərin elmi» 
sayılan fəlsəfəyə aidliyi
2.
 
Müxtəlif dövr və xalqlarda, böyük mübahisəyə  səbəb olan əbədi mövzuların (materializm ilə idealizmin 
mübarizəsi, şüurun həyata münasibəti, sosial ədalətlilik ideyaları və s.) nəsildən nəslə ötürülməsi; 
3.
 
Mədəni irsin ardıcıl toplanması və beynəlmiləlləşməsi. Onun təzahürü hər bir nəslin mədəni irsə yeni nəyinsə 
əlavə edilməsi ilə müəyyənləşir. Bu irs yazı, kitab nəşri, mətbuat, nəqliyyat və kütləvi informasiya vasitələrinin 
inkişafı nəticəsində ümumbəşəri xarakter kəsb edir; 
4.
 
Bəşəriyyətin son yüzilliklərdə kommunikasiya imkanlarının sürətli artımı  əldə edilən mədəni irsin varisliyini 
daha da inkişaf etdirir. Məsələn, fotoqrafiyanın, video, audio, kino və s. köməkliyi ilə ötən tarixi dövrlərin 
mədəniyyəti, mədəni irsi haqqında ətraflı məlumat və bilik əldə etmək olur


 
20
5.
 
Varislikdən danışarkən onu da qeyd etmək lazımdır ki, mədəniyyətin incəsənət və elm kimi sahələrində varislik 
müxtəlif cür həyata keçirilir. İncəsənətdə  hər bir müəllif  əsərinə  nəticə verərək tamamlayır. Bu, rəsm, kitab, 
mahnı və s. ola bilər. Bunların hər biri ayrıca sənət nümunəsi olduğuna görə varislik özünəməxsus məzmun kəsb 
edir. Elm və texnikada isə, varislik bir başqa cür məzmuna malikdir. Məsələn, amerikalı alim Norbert Vinerin 
(1894-1964) hesablama texnikası haqqındakı  nəzəriyyəsi «kibernetika» adlı elmin yaranmasına səbəb oldu. 
Beləliklə, mədəniyyətdə varislik özünü bu formada da nümayiş etdirir. 
6.
 
Elm və incəsənətdə varisliyi fərqləndirən iki əsas məqam haqqında da danışmağa dəyər; elmdə edilən hər bir 
dövri kəşf özündən əvvəlkilər üzərində çevriliş xarakteri kəsb edir; incəsənət əsərləri isə, əbədi yaşardır. 
Mədəniyyətin hərəkətverici amili kimi varislik iki formada – pozitiv və neqativ formada mövcuddur. 
Pozitiv formanın mahiyyətini əvvəl yaradılmış mənəvi dəyərlərin qorunması təşkil edir: 2500 il əvvəl yaradılan 
Pifaqor teoremi, Mikelancelonun heykəltəraşlıq nümunələri və s. 
Lakin tərəqqi yalnız  əldə edilən nailiyyətlər üzərində deyil, həm də öz vaxtını keçirmiş, ötürmüş 
təcrübədən də yan keçmir. Bu da varisliyin mənfi formasını yaradır. 
Varisliklə  əlaqədar mədəniyyətin  əbədi problemlərindən biri də  ənənə  və novatorluq arasında  əlaqənin 
yaradılmasıdır.  Əslində varisliyin iki əsas tərəfi – ənənə  və novatorluq mövcuddur. Ənənə  və novatorluq 
arasında bərabərlik qorunur. Birincinin üstünlüyü konservatizmə, ikincinin üstünlüyü isə dağıdıcı nihilizmə 
gətirib çıxarır. 
İncəsənətdə ənənə və novatorluq məsələsi daha özünəməxsus məzmun kəsb edir. Ədəbiyyatda ənənə ilə 
novatorluq arasındakı mütənasibliyin qayəsini onun kommunikativlik funksiyası, rəngkarlıqda vizual-estetik
memarlıqda funksionallıq, musiqidə xüsusilə emosionallıq və s. təşkil edir. Əgər bu sənət nümayəndələrindən 
hər hansı biri öz ilkin təyinatını itirmişsə, deməli, onun bədiiliyindən danışmaq düzgün olmazdı. 
Varisliyin əsas aparıcı qüvvəsi nəsildir. Bu fikirdə əslində çox böyük elmi məna mövcuddur. Həqiqətən 
də, mədəniyyətin bir vəziyyətdən digərinə keçməsi birdən-birə baş verən hadisə deyil, o uzun tarixi bir prosesin 
nəticəsi hesab edilməlidir. Çünki mədəniyyətin yeni forma kəsb etməsi üçün cəmiyyətin strukturunda ciddi 
dəyişikliklərin olması qanunauyğundur. Bu dəyişikliklər isə, bir neçə  nəslin yaradıcılığının məhsuludur. 
Ümumiyyətlə «nəsil» anlayışı ümumi ideallar, məqsədlər uğrunda birləşən insan qruplarıdır. Tarix belə 
nəsillərlə zəngindir. Bu zaman sinfi, təbəqə, zümrə, professional və digər fərqlər arxa plana keçir. 
Aparılan hesablamalara görə «həyatın sahibləri» hesab edilən nəsillər hər 30 ildən bir yetişir. Gənc nəsil 
daim irəliyə can atır, daha doğrusu, ata-babaların qoyub getdiyi irsi daha da inkişaf etdirərək yeni-yeni cizgi və 
əlavələr edərək onu təkmilləşdirir. Bu da mədəniyyətin dinamikasının bir qanunauyğunluğudur. 
 
 
1.9. Mənəvi mədəniyyətin tərkib hissələri 
 
 
Mənəvi dəyər  əqli və  bədii fəaliyyətin növləri ilə  təzahür edir. Sözsüz ki, hər yaradıcılıq nümunəsini 
mənəvi dəyər kimi qiymətləndirmək düzgün olmazdı. Burada əsas meyar mədəni məhsulun ictimai əhəmiyyəti 
ilə ölçülür. Məsələn, adi qabiliyyətsiz rəssam tərəfindən təsvir olunan tablo və ya rəsmi sənət əsəri hesab etmək 
düzgün deyil. Ona görə  də  mədəniyyət xəzinəsinin mənəvi dəyərləri aşağıdakı  əlamətlərə görə özünün 
məzmununa və vüsətinə görə müəyyən olunur. 
Məzmununa görə mənəvi dəyərlər üç əsas sahəyə ayrılır: 1)elm; 2)mənəviyyat, əxlaq; 3)incəsənət. 
Elmi sərvətlər – milli və sinfi nəzərə alınmadan obyektiv insani biliklər sistemidir. Düzdür, sovet 
cəmiyyəti dövründə elmdə «burjua», «yalan, böhtançı» elmi mühazirələr adı altında fikirlər söylənilsə də, sonra-
lar tarixin axarında onlar aradan qaldırıldı. Bu məqamda rus yazıçısı, dramaturq A.P.Çexovun aşağıdakı qeydi 
məntiqə müvafiqdir; «Milli elm yoxdur, əgər varsa da, o, elm deyildir.» Lakin elmi dəyərlərin bir çoxlu 
məqamları da mövcuddur. Belə ki, insan əqli və zəkası ilə yaradılan elmi düsturlar, kəşflər, sonralar bəşəriyyətin 
məhvinə doğru yönəlir. Məsələn, atom bombasının hazırlanması buna çox aydın misaldır. 
Mənəvi-əxlaqi dəyərlər kəmiyyətcə elmi dəyərlərdən fərqlənir. Əgər elmin vəzifəsi mövcud reallıqları in-
sanlara öyrətmək, dərk etdirməkdirsə, mənəviyyatın vəzifəsi insanın digər insanlarla münasibətlərini 
aydınlaşdırmaq, təkmilləşdirməkdir. Bütün bunlar əxlaqi norma, adət və ənənələrdə, qanunlarda öz əksini tapır. 
Lakin məlum olduğu kimi, tarixin bəzi mərhələlərində qanun və adətlər, ənənələr əxlaqsız, mənəviyyatsız da ola 
bilər. 
Beləliklə, son nəticədə o münasibətlər əxlaqi cəhətdən düzgün hesab edilir ki, insan həyatında başlıca meyar 
rolunu oynasın. 
Bədii dəyərlər və  sənət dəyərləri – mənəvi fəaliyyətin o sahəsidir ki, burada insanın bütün psixi gücü - 
hissləri və əqli «çalışır». Hələ vaxtilə Kant söyləmişdir ki, incəsənət «maraq dairəsində olmayan zövqdür.» Məhz 
bu cəhətə görə incəsənət, elm, əxlaq, mənəviyyatdan fərqlənir.  İncəsənətin predmeti təkcə insanın zahiri aləmi, 
insanlarla münasibətlər deyil, həmçinin şəxsiyyətin daxili aləmidir. Bədii dəyərlərin yaradılması zamanı insan il-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə