Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə2/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   2   3   4   5   6   7   8   9   ...   205

Şərh  olunan  bütün  mövzular  bir-birini  tamamlayır,  onların  arasında 

qarşılıqlı dialektik və fəlsəfi vəhdət  təşkil edir.  Ayrı-ayrı mövzularda heyvan 

və  quşların  endemik  növlərinin  genefondunun  qorunub  saxlanmasına  və 

mühafizə  olunmasına,  çoxlu  sayda  rəngli  və  rəngsiz  foto  təchizatına  xüsusi 

önəm verilməsi dərsliyin daha  da  qiymətli və oxunaqlı  olmasına ümdə zəmin 

yaradır.  Genetika,  molekulyar  biologiya,  gen  mühəndisliyi  və  biotexnologi­

yanın  yeni,  son  elmi-praktiki  əhəmiyyətli  nailiyyətlərinin  şərh  olunmasına 

kitabın  bütün  fəsillərində  olduqca  önəmli  yer  verilmişdir.  Hər  bir  fəslin 

bişlanğıcmda  və  ayrı-ayrı  mövzuların  mətnində  dünya  şöhrətli,  korifey 

alimlərin  və  tarixi  şəxsiyyətlərin  dəyərli  kəlamlarının,  qiymətli  sözlərinin, 

fikirlərinin  şərhinə  geniş  yer  verilməsi  həm  yenilik,  həm  də  dünya  elminə, 

təhsil  sisteminə  inteqrasiya  kimi  dəyərləndirilməklə,  müəlliflərin  kəşfi  hesab 

edilməlidir.  Əsərdə  nəinki  baytarlıq  təbabəti  və  heyvanların  genetikasının 

əsas məsələləri, eləcə də ümumi genetika,  biologiya və təbabətin qlobal prob­

lemləri,  insan  və  hər  bir  ailə  üçün  ümdə  sayılan  aspektlər  (gen  pozğum 

luğunun  törətdiyi  sindromlar,  cinsiyyətin  genetikası,  rezus  amili  və  qan 

qrupu ilə bağlı olan məsələlər və s.) şərh olunduğu üçün o, bütün oxucularda 

böyük  maraq  doğuracaq  və  oxucular  ondan  çox  bəhrələnəcəkdir.  Güman 

edirik  ki,  ölkəmizdə  ilk  dəfə  olaraq  tərtib  olunan  həmin  dərslik  baytarlıq 

təbabəti və onunla  qırılmaz vəhdət təşkil edən  bioetika,  biologiya və təbabət 

sahəsində  yüksək  ixtisaslı  kadr  potensialının  hazırlanmasına  pozitiv  təsir 

göstərəcəkdir.  Dərslik  hazırlanarkən  200-dən  artıq  dünya,  xüsusilə  Rusiya 

Federasiyası  və  vətən  alimlərinin  klassik  və  müasir  dərslik,  dərs  vəsaiti, 

monoqrafiya,  kitab  və  elmi  məqalələrinə  istinad  olunması  onun  fundamen­

tal  və  olduqca  dəyərli,  oxunaqlı  bir  əsər  olmasına  çox  böyük  zəmin  yaradır 

və maraq dairəsini daha da artırır.  Dərslik təkcə «Baytarlıq təbabəti və əcza­

çılıq»  fakültəsinin  tələbələri  üçün  deyil,  həm  də  Tibb  Universiteti  və 

kolleclərinin və bioloji təmayüllü bütün ali məktəb fakültələrinin müəllimləri, 

tələbələri,  magistrlər,  doktorantlar  və ümumilikdə  isə  geniş  oxucu  ictimaiy­

yəti, yeni ailə qurmağa  səy  göstərənlər  və gənc  reproduktiv  ailələr və şagird­

lər üçün  də  çox  qiymətli və dəyərli töhfə olacaqdır.  Güman  edirik  ki,  müasir 

dünya,  xüsusilə  Qərb və Avropa  dövlətlərinin  elmlərinə  inteqrasiya  edən hə­

min dərslik ölkəmizin  elmi elitar ictimaiyyəti arasında  olduqca  böyük maraq 

doğuracaq,  rəğbətlə  qarşılanacaq,  yüksək  dəyərləndiriləcək  və  sevilə-sevilə 

oxunacaqdır.

Ramiz Səfərov 



Baytarlıq elmləri doktoru, 

professor


ÖN SÖZ

«Elm  sərvətdən  daha  qiymətlidir.  Çünki 

sərvəti  sən  qoruyursan,  amma  səni  elm  qo­

ruyur».

Həzrəti Əli

«Siz  həmişə  özünüzdən  soruşmalısınız: 

mən öz təhsilim və  Vətənim üçün nə etmişəm? 

Yorulmadan  oxuyun  və  işləyin,  onda  xoş­

bəxtlik Sizin  üzünüzə güləcək və  bəşəriyyətin 

gələcəyi  naminə mütərəqqi nəsə  edəcəksiniz. 

Əgər bu uğurlara nail ola bilməsəniz də mən 

bacardığımın 

«hamısını 

etdim» 

sözünü 

deməyə haqqınız olsun».

Lui  Paster  (27  dekabr  1892-ci  ildə 

Fransa  akademiyasının  məşhur  Sorbonnı 

zalında 70 illik yubileyindəki çıxışından)

«İnsanın  sağlamlığı,  ekoloji  vəziyyət, 

udduğumuz hava,  içdiyimiz su -  bütün bunla­

ra biz çox böyük  diqqət  göstərməliyik».

İlham Əliyev

XXI  əsr  bəşəriyyətin  tarixinə  mədəniyyətlərarası  sivilizasiyaların  dialoqu, 

elmi-texniki  tərəqqinin  dinamik  düz  xətlə  yüksələn  inkişafı  və  bütün  dünya 

ölkələrinin  Davamlı  İnkişafa  inteqrasiyası  əsri  kimi  daxil  olmuşdur. 



İnformasiya  və  Kommunikasiya  Texnologiyalarının  (İKT),  internet 

şəbəkəsi  və  kompyüter  sisteminin,  robot  texnikasının,  nanotexnologiyanın 

insanın  həyatının  bütün  sferalarında  tətbiq  olunması  bəşəriyyətin  Davamlı 

İnkişafının  intensiv  xarakter  almasına  çox  böyük  zəmin  yaratmış  və  təkan  ver­

mişdir. 

Nanotexnologiya  -

  XXI  əsrin  ən  mütərəqqi,  yeni  texniki  tərəqqisi 

olmaqla, 

İnformasiya  Cəmiyyətinin

  formalaşması  üçün  müasir  elmi  nailiy- 

yətldərdən  və  texnologiyalardan  istifadə  olunması  nəticəsində  daha  sadə,  kiçik 

ölçülü,  partativ,  yüksək  dəqiqliyə  malik  olan  cihaz  və  telekommunikasiya 

vasitələrinin  yaradılmasından  və  onların  geniş  istifadə  olunan  sahələrinin,  o 

cümlədən  aqrar,  biologiya,  baytarlıq  təbabəti  və  təbabət  elmlərinin  intensiv  və 

çox  sürətli  inkişafı  üçün  də  geniş  yol  açmışdır.  Biologiyanın  yeni  və  elmi- 

praktiki  cəhətdən  ən  səmərəli  sahəsi  olan  molekulyar  biologiya  təbabətin  və 

baytarlıq  təbabətinin  qlobal  və  prioritet  problemlərinin  radikal  həlli  yollarının 

işlənib  hazırlanmasını  təmin  etmiş,  olduqca  uğurlu  nailiyyətlərə  və  nəticələrə 

nail olunmuşdur.

6



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə