Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə5/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   2   3   4   5   6   7   8   9   ...   205

Çünki  xəstə  heyvanların  yeyinti  məhsulları  insanda  müxtəlif  (200-ə  qədər) 

yoluxucu xəstəliklər,  intoksikasiya və toksikozlar-zəhərlənmələr törətməklə  ağır 

fəsadlarla, hətta ölümlə nəticələnir.

Baytarlıq  təbabəti

 

bəşəri  əhəmiyyətli,  olduqca  geniş  diapozonlu,  insan  və 



heyvanların  sağlamlığının  keşiyində  dayanan  ən  mütərəqqi,  mürəkkəb,  çox 

şaxəli  və  orqanizmlərin  genetik  populyasiyasının  saxlanmasına  və  onun 

dayanıqlı  inkişafının  təmin  olunmasına  xidmət  edən  elm  sahəsidir.  Tibb 

həkimlərinin  pasienti  materiyanm  ən  ali,  sosial-bioloji-psixoloji  varlığı- 

insan  olduğu  halda,  baytarlıq  təbabəti  həkimlərinin  pasienti  fikrini  ifadə 

edə  bilməyən  heyvanat  (heyvanlar,  quşlar,  balıqlar,  arılar)  aləmidir.  Bu  isə 

baytarlıq  təbabəti  həkimlərinin  fəaliyyətinin  daha  çətin  və  mürəkkəb  olduğunu 

bir daha sübut edir.  Bunları  baytarlıq təbabətinin klassiklərinin olduqca məntiqli 

və  dəyərli  kəlamı  da  təsdiqləyir:  «Tibb  həkim hri  yalnız  insanı,  baytarlıq 



təbabəti  həkimləri  isə  bütün  bəşəriyyəti  müalicə  edir».  Doğrudan  da  çox 

qiymətli, müdrik və təqdirə layiq bir kəlamdır. Baytarlıq təbabəti (veterinariya- 

latmca  «veterinarius»-heyvanı  müalicə  edən)-  heyvanların  xəstəlikləri, 

insanların 

zooantroponozları-heyv anlar, 

quşlar, 

balıqlar 

və 

onların 

məhsullarından  keçən  xəstəlikləri  ilə  mübarizə,  sanitariya  cəhətdən  təmiz, 

zərərsiz  və  təhlükəsiz heyvan  mənşəli yeyinti məhsullarının  istehsalı  və  ətraf 

mühitin  mühafizəsinin  qlobal  baytarlıq  problemlərinin  həlli  yollarının 

öyrənilməsi  ilə  məşğul  olan  ən  mütərəqqi,  funtamental-tətbiqi,  nəzəri  və 

praktiki  və planetar  əhəmiyyətli  elm  sahəsidir.  Onun  əsas  obyekti  bütün  növ 

kənd təsərrüfatı  və  vəhşi heyvanlar,  quşlar,  balıqlar,  anlar,  onlann yeyinti və 

gön-dəri  məhsulları,  yemlər,  su  ehtiyatları,  heyvandarlıq  və  quşçuluq 

müəssisələri, fermaları,  broylerlər,  arıçılıq və  balıqçılıq təsərrüfatlan,  otlaqlar 

və  s.  ibarətdir.  Respublika Baytarlıq Xidməti idarəsi isə  həmin  sahənin  bütün 

fəaliyyətinin  rəhbəri,  təşkilatçısı  və  nəzarətçisidir.

 

Həkim  anlayışı,  məvhumu 



isə  daha  qiymətli  və  geniş  diapozona  malikdir.  Bunu  dünya  şöhrətli  klassik, 

eləcə  də  müasir şairlərimiz  də  öz  əsərlərində  çox yüksək  dəyərləndirmiş  və  vəsf 

etmişlər.

«Elmlər elmidir demiş Peyğəmbər 

Din elmi, təbabət elmi, müxtəsər. 

Göbəkdəki ətri bu iki elmin 

Fəqihlə təbibdir, bunu bil yəqin.

Fəqih olsan əgər itaətkar ol,

Hiylədən, riyadan daim kənar ol 

İsa mərifətli həkim ol, amma 

İnsanı öldürən bir həkim olma.

Həm həkim, həm fəqih olsan sən əgər, 

Hamının yanında adın yüksələr.

Həyat da, ölüm də qul olar sana 

Səadət və şöhrət düşər payına.»

11



(Nizami Gəncəvinin oğlu Məhəmmədə nəsihəti)

Həkimlik  ən müqəddəs,  xeyirxah,  bəşəriyyətin tərəqqisinə,  həm insana, həm də 

heyvanat aləminə xidmət edən, onlann sağlamlığını qoruyan və cəmiyyətin dayanıqlı 

davamlı  inkişafına təminat  verən  bəşəri  əhəmiyyətli  bir  sənətdir.  Tibbi  və  baytarlıq 

təbabəti  həkimlərinin  fəaliyyəti  yalnız  bir  istiqamətə-insan  və  heyvanlann  sağlam 

həyat  tərzinin  təminatına yönəldilib.  ÜST  və  BEB  (Beynəlxalq  Epizootiya  Bürosu) 

hazırda  bu  iki  ixtisası  yalnız  dialektik  vəhdət  formasında  qiymətləndirir  və  onlann 

məramının yekdil olmasını ön plana çəkir. Dünya təbabətinin atası, antik təbabətin 

reformatoru  (islahatçısı)  b.e.ə.  460-cı  ildə  Yunanıstanın  Koş  adasının  Meropis 

şəhərciyində  həkim  ailəsində  anadan  olmuş,  məşhur  loğman,  əfsanəvi  şəxsiyyət 

Eskulapm  oğlu  Podaliriyin  törəməsi  Hippokrat  dünyanın  ilk  tarixi  tibb 

məktəblərindən  biri  və  birincisi  sayılan  Koş  məktəbini  yaratmaqla  təbabət 

elmində  böyük  inqilab  etdi.  Onun  atası  məşhur  yunan  həkimi  Heraklid  və  anası 

mama-ginekoloq  Fenareta  Hippokratin  artıq  20  yaşmda  ikən  tanınmış  həkim 

olmasında  olduqca  böyük  rol  oynamışlar.  Təbabətə  meyli  irsiyyətdən  irəli  gəlsə  də 

onu  həkim  kimi  formalaşdıran  məhz  atası  olmuşdur.  O,  təhsilini,  həkimlik  peşəsini 

təkmilləşdirmək  üçün  Misirə  getməsinə  baxmayaraq  Yunanıstanda  tüğyan  edən  və 

əhalinin kütləvi qırğınına səbəb olan taun epidemiyası onu vətəninə qayıtmağa təhrik 

edir, bütün fəaliyyətini onunla mübarizəyə  yönəldir, xəstəliyin qarşısının alınmasında 

misilsiz xidmətlər göstərir. Loğmanın şəfa verdiyi ilk pasientlərdən biri də elmə atom 

nəzəriyyələri  haqda  bilgilər  verən  və  təbabətə  «etiologiya»  terminini  daxil  edən 

məşhur Demokrit olmuşdur.  Klassik müayinə üsulları (palpasiya, perkussiya və s.) da 

məhz onun kəşfləridir.  Dahi Hippokratin qiymətli sözləri bütün həkimlər üçün ömək 

olmalıdır: 



«Təbabətə 

sevgimiz  insaniyyətə  məhəbbətdən  doğur».  «Xəstəliyi  yox, 

xəstəni 

müalicə  etmək  lazımdır».  «Qüvvətli  ruh  zəifləmiş  bədəni  xilas  edir». 

«Təbibük sənətlərin ən vacibdir».

 

Klınıkı təbabətin banisi dahi Hippokrat onun 5 əsas 



prinsipini təklif etmişdir

-  fərdi yanaşma və fərdi müalicə;

-  xarici və daxili amillərin nəzərə alınması;

-   «əksinə  müalicə» -   «quraqlıq»  -   «rütubət»  -   «istilik-soyuq»  -amillərinin 

balanslaşdınlması;

-  cadugərliyi təbabətdən ayırıb, sıxışdırıb təcrid etmək;

-  habitusun (xarici görünüşün) nəzərə alınması və tibbidə tətbiqi.

«Qədim  təbabət  haqqında»  əsərində  loğman  yazmışdır:  «....  Düzgün

müalicə  etmək  istəyən  həkim  soyuq  vasitəsilə  istiyə,  istilik  vasitəsilə  soyuğa, 

rütubət  vasitəsi  ilə  quruya  və  quru  vasitəsi  ilə  rütubətə  qarşı  mübarizə 

aparmalıdır»

 

(bu  sözlər  3-cü  prinsipə  aiddir).  Təbabətdə  200-dən  artıq  dərman 



bitkilərini  ilk  dəfə  tətbiq  edən  loğman  həm  də  onlann  dozasım  və  əks 

göstəricisini ətraflı şərh etmişdir.  Böyük alim  83  yaşmda Larisse şəhərində vəfat 

etmiş və Afinada dəfn olunmuşdur.  Üzərində «Hippokrata-bizim xilaskarımıza» 

sözü  yazılan  əzəmətli  heykəl  afinalılann  ən  müqəddəs  ziyarətgahına 

çevrilmişdir.  Dünyanın  bütün  həkimləri  öz  ilkin  fəaliyyətinə  məhz  Hippokrat 

andı ilə başlayır.



12


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə