Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə8/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   4   5   6   7   8   9   10   11   ...   205

Ekspedisiya qrupunun  fikrincə  bu  fundamental  layihə  çox  uğurla nəticələnəcək  və 

dinazavrlann  nəsli  bərpa  olunacaqdır,  lakin  layihə  bir  neçə  il  davam  edəcəkdir. 

Alimlər  müasir  genetik  müayinə  üsullarının  vasitəsilə  başqa  nəsli  kəsilən  heyvan 

növlərinin  də  nəslinin  bərpa  olunması  üçün  böyük  imkanlar  açılacağına  çox 

israrlıdırlar.  Göründüyü  kimi,  müasir  svilizasiyalı  cəmiyyətdə  biologiya  elminin, 

təbabətin və baytarlıq təbabətinin bütün problemləri və tədqiqatları yalnız genetika 

və gen  səviyyəsində öyrənilməlidir.

 

Bu, bütün dünya alimlərinin gəldiyi  son nəticə 



və  qənaətdir.  Biologiyanın bütün elmi istiqamətləri məhz bu  yolla inkişaf edə bilər 

və  mövcud  problemlərin  həlli  yollan  aşkarlanar.  Azərbaycan  Dövlət  Aqrar 

Universitetində  (ADAU)  tədris  edilən  «Baytarlıq  təbabəti  genetikası  və 

biotexnologiyanın  əsaslan»  fənni  müasir  biologiya,  tibb  və  baytarlıq  təbabətinin 

dialektik  fəlsəfi  vəhdədindən  yaranan,  formalaşan,  baytarlıq  təbabətinin  apancı, 

fundamental  ixtisas  prioritetidir.  Yüksək  ixtisaslı  baytarlıq  təbabəti  həkimlərinin 

hazırlanması  üçün həmin  fənnin müstəsna əhəmiyyətə  malik olması hazırda dünya 

alimlərinin  diqqət  mərkəzindədir.  Çünki  hazırda  bütün  xəstəliklər  yalnız  hüceyrə, 

onun  orqanoidləri,  xüsusilə  xromosom  və  genlər  səviyyəsində  öyrənilir.  Bu 

baxımdan  həmin  fənnin  yüksək  səviyyədə  tədris  edilməsi  günün  tələbidir.  Lakin 

həmin fənn üzrə ali məktəb dərsliyinin olmaması, onun yüksək səviyyədə və müasir 

tələblərə  uyğun tədris  edilməsi  prosesinə ciddi maneçilik törədir.  Baytarlıq təbabəti 

genetikası  və  biotexnologiya  fənləri  baytarlıq  təbabəti  ixtisasının  spesifik  baza 

fənləridir.  Çünki  həmin  ixtisas  fənləri  bir-biri  ilə  qınlmaz  surətdə  bağlı  olmaqla, 

onların əsas məqsədi heyvanların, quşların, balıqların və anların yoluxucu (infeksion 

və  invazion)  xəstəliklərinin  genetik  xüsusiyyətlərinin,  anomaliyalannın  və  genetik 

xəstəliklərin,  immunitetin  və  qan  qruplannm  genetik  aspektlərinin  öyrənilməsi, 

bioloji preparaüann (vaksinlər, dıaqnostikumlar, antibiotiklər, hormonlar, fermentlər 

və  s.)  hazırlanması  üsullannı  öyrənməkdən  ibarətdir.  Buna  görə  də  həmin  fənlər 

yalnız  baytarlıq  təbabəti  alimləri  tərəfindən  sərbəst fənlər  kimi  tədris  olunmalıdır. 

Həmin  fənlər  hazırda  dünyanın  bütün  inkişaf etmiş  ölkələrinin  baytarlıq  təbabəti 

fakültələrində  yalnız  «Baytarlıq  təbabəti  genetikası»  və  «Biotexnologiya»  adı  ilə 

baytarlıq təbabəti  ixtisası  olan  alimlər tərəfindən tədris olunmaqla,  yüksək  ixtisaslı 

kadrların  hazırlanmasında  çox  böyük  pozitiv  rol  oynayır.  Hazırda  beynəlxalq 



praktikada  baytarhq  təbabəti  genetikası  variasion  statistikadan  (biometriyadan) 

tamamilə  ayrılaraq  biotexnologiya  ilə  paralel  tədris  olunur.  Bu  isə  baytarhq 

təbabəti  genetikası  və  biotexnologiyanın  yüksək  ixtisaslı  baytarlıq  təbabəti 

həkimlərinin hazırlanmasında olduqca böyük və çox ümdə əhəmiyyət kəsb etməsi 

ilə  əlaqədardır.  Tibb  universitetlərinin  hamısında  bu praktikaya  çox  önəmli yer 

verilir.  Həmin  təcrübəyə  baytarhq  təbabəti fakültəsində  də  geniş  istinad  olun­

malıdır.

Son  zamanlar  dünyanın  bütün  inkişaf  etmiş  ölkələrinin  tibb  fakültələrinin 

hamısında  «Tibbi  biologiya»  fənni  tədris  olunur.  «Tibbi  biologiya»  həkimlik 

ixtisasının  əsas  aparıcı  fənni  olmaqla  yoluxucu  xəstəliklərin  bioloji  aspektlərini  və 

mübarizə  üsullannı  öyrənən  yeni  ixtisas  sahəsidir.  Onun  baytarlıq  təbabəti 

fakültəsində də tədris olunmasına dünya praktikasında geniş önəm verilir.  Bu, 

artıq günün ən vacib tələbi sayılır və ölkəmizdə də ona önəmli yer verilməlidir.

18



Yaxşı  olar  ki,  tibbidə  olduğu  kimi,  baytarlıq  təbabətində  də  həmin  fənn 

baytarlıq  təbabəti  genetikası  ilə  birlikdə tədris  olunsun.  Güman  edirik  ki,  bu 

vacib  məsələ  tezliklə  öz  müsbət  həllini  tapacaqdır.  Çünki  tibbi  biologiyanı 

bilməyən, onun haqqmda müfəssəl anlayışı olmayan həkim öz fəaliyyətində heç 

bir uğur qazana və məşhurlaşa bilməz.  Qeyd edilənləri nəzərə alaraq müəlliflərin 

birlikdə  14  ildən  artıq  müddət  ərzində  çox  gərgin  zəhmətə  qatlaşıb  «Baytarlıq 

təbabəti genetikası» adlı fundamental, ölkəmizin məşhur alimləri tərəfindən müsbət 

rəylə  dəstəklənən,  Təhsil Nazirinin  əmri  ilə  qrif verilən  və  nəşr olunması məsləhət 

bilinən, müasir tələblərlə uzlaşan ilk ali məktəb dərsliyi kimi ərsəyə gəlməsi diqqəti 

cəlb  edir.  Dərslik hazırlanarkən «Baytarlıq təbabəti genetikası və biotexnologiyanın 

əsaslan» fənni üzrə mövcud olan son (2009) tədris proqramına,  dünya, xüsusilə rus 

alimlərinin və milli elm xadimlərimizin əsərlərinə geniş istinad edilmişdir.

Dərslik  Azərbaycan  Respublikası  Təhsil  Naziri  tərəfindən  «Baytarlıq təbabəti 

genetikası  və  biotexnologiyanın  əsaslan»  adı  ilə  dərslik  kimi  təsdiq  olunmaqla iki 

hissədən -  “Baytarlıq təbabəti genetikası” və “Biotexnologiyanın əsaslan” ibarətdir. 

Dərsliyin ikinci hissəsi -  “Biotexnologiyanın əsaslan” -  üzərində müəlliflər hazırda 

gərgin  işlər  apanr  və  yaxın  gələcəkdə  oxuculara  təqdim  ediləcəkdir. 

Biotexnologiyanın  əsaslan  müasir  qloballaşma,  dövrünün  ən  prioritet  tələbi  kimi 

gündəmə  gəlməklə,  onsuz  kənd  təsərrüfatı,  baytarlıq  təbabəti  və  tibb  sahəsində 

yüksək  ixtisaslı  mütəxəssiz  hazırlığından  heç  bir  söhbət  gedə  bilməz  və  bu  qeyri 

mümkündür.  Çünki  hazırda  bütün  kənd  təsərrüfatı,  sənaye  və  digər  istehsal 

texnologiyalan  yalnız  biotexnoloji  proseslərə  əsaslanır,  ona  istinad  edir,  müasir 

nanotexnologiya elmi-texniki tərəqqiyə  inteqrasiya olunur.  Biotexnoloji proseslərin 

hamısı  fundamental,  tədbiqi  xarakter  daşıyır  (qida  və  yeyinti  məhsullan,  zülallar, 

hormonlar,  fermentlər,  bioloji  preparatlar  -   antibiotiklər,  diaqnosrikumlar, 

diaqnostiki  və  immunseriumlar, testlər,  vaksinlər,  immunoqolobinlər və  s.  Dərman 

preparatları əsasən bu üsulla alınır).

Müəlliflər dərsliyin nəşr olunmasında çox böyük xidmətləri olan, dərsliyə rəy 

verən  tanınmış  alimlərimizə,  elmi  redaktora  və  məsləhətçilərə,  redaktorlara  çox 

dəyərli elmi məsləhətlər verən və müvafiq köməklik göstərən professorlar ADA II- 

nun  sabiq rektoru hazırda İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı, əməkdar 

elm  xadimi Mirdaməd Sadıqova,  ADAU-nun  rektoru  İbrahim  Cəfərova,  ATU- 

nun  «Tibbi mikrobiologiya  və  immunologiya»  kafedrasının  müdiri Zakir  Qara­

yevə,  «Tibbi  biologiya  və  genetika»  kafedrasının  müdiri  (unbaxış  Nəcəfova, 

BDU-nun  professoru  Məcnun  Babayevə,  «Biologiya» fakültəsinin  dekanı A k if 

Quliyevə,  «Onurğalılar  zoologiyası»  kafedrasının  müdiri,  ƏEX  Qara  Musta­

fayevə,  kafedranın əməkdaşı Anar Məmmədova,  «Genetika və darvinizm» kafed­

rasının  müdiri  R auf  Quliyevə,  nəşriyyat  redaktoru  Səbuhi  Qəhrəmanova, 

kompüter  tərtibatçısı  Ramil  Əzizova  dərin  minnətdarlığını  bildirirlər.  Dərslik 

haqqında  irad  və  təkliflərini  bildirən  bütün  alimlərə,  oxucu  və  tələbələrə 

müəlliflər  öz  dərin  təşəkkürünü  bildirir  və  gələcək  nəşrlərdə  onların  iradlarını 

nəzərə alacaqlar.

m ü ə l l i f l ə r



19


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə