professoru Ağayeva Emma Müzəffər qızının ölkəmizdə mikrobiologiya, immu-
nologiya, immunogenetika, molekulyar biologiya, gen mühəndisliyi və
biotexnologiya elmlərinin öyrənilməsində, tədrisində və inkişafında xüsusi və
təqdirəlayiq xidmətləri vardır. 0 , 1974-cü ildə Azərbaycan Dövlət Aqrar
Universitetinin baytarlıq təbabəti fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən
sonra 1975-ci ildə İnstitutun Elmi Şurasınm qərarı ilə Moskva şəhərindəki sabiq
Ümumittifaq Eksperimental Baytarlıq İnstitutunun mikrobiologiya, virusologiya
və immunologiya ixtisasları üzrə əyani aspiranturaya daxil olmuş və 1981-ci ildə
namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək baytarlıq təbabəti
elmləri namizədi alimlik dərəcəsi almışdır. 0 , «Mikroorqanizmlərin tipizasiyası
və tipospesifık serumun (zərdab) alınmasına aid hazırlanan sabiq Ümumittifaq
miqyaslı tövsivyənin» müəllifi olmuşdur. E.Ağayeva 1982-cı ildə ADAU-nun
«Epizootologiya. mikrobiologiya və virusologiya» kafedrasının assistenti. 1987-
ci ildə isə dosenti vəzifəsində işləmiş, 2000-cı ildə Bakı şəhərində
mikrobiologiya, virusologiya, immunologıya və mikologiya ixtisasları üzrə
doktorluq dissertasiyası müdafiə edərək baytarlıq elmləri doktoru elmi dərəcəsi
adma layiq görülmüşdür. Alim əvvəlcə (2003) Azərbaycan Tibb Universitetinin
«Tibbi biologiya və genetika» kafedrasında dosent, sonra isə (2004) «Tibbi
mikrobiologiya və immunologiya» kafedrasının professoru vəzifəsinə seçilmiş
və hazırda həmin kafedrada öz elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir.
Onun elmi-tədqiqat işlərinin əsas qayəsi müasir biologiya elminin ən prioritet,
mürəkkəb, lakin planetar və bəşəri əhəmiyyətli, hazırda dinamik inkişaf edən,
mütərəqqi elm sahələri-molekulyar biologiya, immunologiya, immunogenetika.
gen mühəndisliyi, biotexnologiya və s təşkil edir. O, həm də ATU-da qeyd
edilən müasir və çətin elm sahələrinin tədrisi ilə məşğuldur Alımın ali
məktəblər üçün hazırladığı fundamental dərsliklər «Biotexnologiya və gen mü
həndisliyi», 2010 (azərbaycan və rus dillərində), «Molekulyar biologiya üzrə
(mikrobiologiya, immunologiya, gen mühəndisliyi) terminlər lüğəti» (2010) və
s. onun yaradıcılığının şah əsərləri sayılır. O, həm də ölkəmizdə elmı-pedaqojı
alim kadrların hazırlanmasında çox böyük xidmətlər göstərərək, hazırda bır neçə
dissertasiya işlərinə elmi rəhbərlik edir, eləcə də bir monoqrafiya, 200-ə qədər
elmi əsər, tədris vəsaitləri və metodik tövsiyələrin müəllifidir. E.Ağayeva ATU-
nun mikrobiologiya, allergologiva, ep i dem i o log ıya və gigiyena üzrə Dissertasiya
Şurasının üzvü kimi də universitetin ictimai həyatında çox fəal iştirak edir.
Hazırda alimin çox geniş dipozonlu elmi-pedaqoji yaradıcılıq planlan vardır. O,
hazırda biologiya elminin qeyd edilən müasir sahələri üzrə öz elmi-pedaqoji
yaradıcılq işlərini çox uğurla davam etdirir.
M ustafayev Q ara Teyfur Oğlu
(1931)
Ölkəmizdə və xarici ölkələrdə nüfuzlu alim kimi
tanınan məşhur bioloq, professor, Beynəlxalq Peda
74
qoji Elmlər Akademiyasının akademiki, Həsən Əliyev adma Ekologiya Mükafatı
Laureatı, «Şərəf Nişanı» ordenli, BDU-nun «Onurğalılar zoologiyası»
kafedrasının müdiri Qara Teyfiır oğlu Mustafayev çoxşaxəli və olduqca geniş
diapazonlu elmi yaradıcılıq yolu keçmiş, milli elimizə və beynəlxalq biologiya
elminə mühüm töhfələr vermişdir. O,
«Omitofaunanın keyfiyyət və
kəmiyyətinin kompleks landşaft-ekoloji təhlili», «Ekoloji rayonlaşdırmanın
prinsipləri», «Faunanın keyfiyyəti və kəmiyyəti ilə yaşama yerinin antropogen
təkamülü arasında paralelizm», «Quru sahə heyvanlarına ətraf mühit amillərinin
təsir mexanizmi», «Nadir və nəsli kəsilmək qorxusu yaranan heyvanların
qoruqdan kənarda saxlanmasının kompleks tədbirlər sistemi» və s. yeni elmi
konsepsiyalarının, «Quru sahə heyvanlarının obyektiv yem xarakteri şkalası»,
«Heyvanların sinantroplaşması şkalası», «Heyvanlarm yem əlaqəsi spektri»
şkalalarınının müəllifidir. Q.Mustafayev həm də «Biotik əlaqələrin üçbucaqlı-
qoşaxətli forması» qanununun, «Ekologiya sxemlərdə», «Ekoloji hüquq» (1999),
«İnsanın ekologiyası» (1999), «Ekologiya» (2001), «Onurğalı heyvanlarm
ekologiyası» (2001) kitabları və çoxlu sayda dərsliklərin müəllifidir. Alimin
apardığı bütün elmi tədqiqat işlərinin əsas qayəsini ətraf mühit amillərinin çirk
lənməsinin fauna və omitofaunaya neqativ təsiri nəticəsində onların genetik
modifıkasiyaya uğraması, bəzi genetik əlamətlərdə dəyişkənliklərinin baş
verməsi və qarşısının alınması üçün yeni üsulların tətbiq olunması təşkil edir.
Alim müasir ekologiya və biologiyanın ən qlobal və aktual problemlərinə həsr
olunmuş yeni elmi axtarışlar sahəsində elmi-tədqiqat işlərini uğurla davam
etdirir. Onun elmi rəhbərliyi ilə çoxlu sayda elmlər namizədi və doktorları
hazırlanmışdır. Q. Mustafayev ümumi biologiya, zoologiya, omitologiya,
teriologiya, ümumi, tətbiqi, regional, insan və heyvanların ekologiyası sahəsində
ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda tanınan, məşhurlaşan, 600-dən
çox elmi əsəri olan, olduqca zəhmətkeş, 38 nəfər alim yetişdirmiş bir elm
fədaisidir. «İndiki dövrdə Q.Mustafayev kimi çox alimləri olan xalq xoşbəxtdir»
(«Qaranın zirvə yolları» əsərinin, 2009, müəllifi jurnalist Tofiq Abdullayev). O,
1959-cu ildə «Azərbaycanda quşlann bəzi kütləvi növlərinin ekologiyası»
mövzusunda namizədlik, 1985-ci ildə isə Moskva Dövlət Universitetində
«Azərbaycan yerüstü ekosisteminin quşlan» (rus dilində) mövzusunda doktorluq
dissertasiyasını müdafiə etmişdir. Alimi şöhrətləndirən həm də onun bir sıra yeni
elmi konsepsiyaları («Omitofannanın keyfiyyət və kəmiyyətinin kompleks
landşaft-ekoloji təhlili», «Faunanın keyfiyyəti və kəmiyyəti ilə yaşama yerinin
antropogen təkamülü arasında paralelizm», «Quru sahə heyvanlarına ətraf mühit
amillərinin təsir mexanizmi», «Nadir və nəsli kəsilmək qorxusu yaranan
heyvanlarm qoruqdan kənarda saxlanmasının kompleks tədbirlər sxemi» və s.)
olmuşdur.
75