olur, sinir mərkəzlərinin oyanmasının artması zamanı isə qısalır.
Qıcıqlanma
(qıcıq amillərinin reseptorlara təsiri) və oyanma
(qıcığın təsir göstərdiyi yerdə
əmələ gələrək sinir lifləri ilə yayılma prosesi)
sinir lifləri
vasitəsi ilə həyata
keçirilir. Sinir liflərinin əsas xassələrinə
oyanma, lingimə, labillik, oyanmanın
sinirlərdə nəql olunması, sinir oyanmasının polyarlıq qanunu (impulsun
sinir lifinin hansı hissəsində əmələ gəlməsi və hansı istiqamətdə nəql
edildməsi), parabioz (müxtəlif amillərin təsirindən sinir lifinin funksional
qabiliyyətinin itməsi və əlverişli şəraitdə onun bərpa olunması) və s. aiddir.
Qeyd olunanların məntiqi nəticəsi ondan ibarətdir ki, sinir sisteminin ali
orqanizmlərin bioloji varlıq kimi mövcud olmasında, onun genetik statusunun
sabitliyinin təmin edilməsində, bütün fizioloji və biokimyəvi proseslərin
icrasında və tənzimlənməsində, nəslin davam etməsində, populyasiyanın
dayanıqlı inkişafında rolu əvəzolunmazdır və ən aparıcı prioritetdir. Sinir
sisteminin funksional fəaliyyəti isə onun maddi əsasını təşkil edən neyronlann-
sinir hüceyrələrinin nüvəsində yerləşən xromosom dəstləri və onlara məxsus
olan quruluş, məlumat-informasiya, nəqliyyat, operator-funksional və
nəzarətçi genlərin daimi nəzarəti altında olur,
bütün prosesləri onlar
stimullaşdırır və tənzimləyir, son nəticədə isə ali orqanizmlər materiyanın canlı
varlığı kimi formalaşır və dinamik həyat fəaliyyətini davam etdirir, öz nəslini
saxlayır və populyasiyasını inkişaf etdirir. Beləliklə, orqanizmin canlı varlıq
kimi mövcud olması, onun genetik statusunun təmin edilməsi, daxili mühitinin
təmin olunması üçün olduqca geniş areallı zəmin yaranır.
Orqanizm
- onu cansız materiyadan əsaslı surətdə fərqləndirən həyati vacib
proseslərin (maddələr mübadiləsi-metabolizm, böyümə, çoxalma, inkişaf, sinir
sistemi vasitəsilə qıcıqlanmaya cavab vermə, hərəkət etmə, özünə məxsus
davranış qabiliyyəti və s.) məcmuundan ibarət mürəkkəb sistem olub, hüceyrə,
toxuma, orqan və üzvlər sistemindən təşkil olunan canlı bir varlıqdır. Onun tək
və çoxhüceyrəli növləri vardır. Sonuncuların ən xarakterik və fərqləndirici
xüsusiyyəti homeostaza və homeokinezə malik olmasıdır.
Homeostaz
-
orqanizmin genetik və daxili mühitinin-fıziki-kimyəvi
sabitliyinin-konstantının (reaksiyası-pH, qanın və limfa mayesinin tərkibi,
osmotik və arterial təzyiqi, bədən temperaturu, su-duz mübadiləsi, turşu-qələvi
müvazinəti, zülal, karbohidrat, yağ, duzlar və ion tərkibi-elektrolitlərin - Na, K,
Ca, Mq, P, C1 miqdarı və s.) nisbətən saxlanması, tənzim olunması prosesindən
ibarətdir. Əgər homeostazın genetik sabitliyi mövcud olmasaydı, onda insan və
ali çoxhüceyrəli heyvanların yaşaması və həyat fəaliyyəti qeyri-mümkün olardı.
Bu termin biologiya elminə ilk dəfə Amerika filosofu və riyaziyyatçısı İ.Kennon
tərəfindən daxil edilib. Heyvanlar arasında ən təkmilləşmiş və formalaşmış
homeostaz məməlilərə və quşlara məxsusdur. Orqanizmdə müxtəlif maddələrin
nisbətən sabit saxlanması əsasən qan, limfa, haram ilik mayesi-likvor və
bağırsaq şirəsində-ximusda və s. maye mühitdə təmin olunub. Homeostazın
pozulması neyro-humoral yolla tənzimlənir və bərpa olunur. Məsələn, homo-
yoterm (mühitdən asılı olmayaraq sabit temperatura malik olan) heyvanların
hüceyrələri yalnız homeostazın sabit olduğu şəraitdə öz normal funksiyalarını
97
dayanıqlı və dinamik surətdə davam etdirir. Həmin hüdudun astanasının-
sərhəddinin pozulması orqanizmin həyat fəaliyyətinin dəyişilməsi, hətta məhv
olması ilə nəticələnir. Homeostaz həzm traktı və tənəffüs sistemində, qan və
limfa dövranında, qaraciyərdə, sümük iliyində baş verən proseslərin hesabına
təmin edilir. Belə ki, daxili mühitə həzm sistemindən zülallar, karbohidratlar,
yağlar, su, duzlar və vitaminlər, ağciyərlərdən 0 2, qaraciyərdən onun özündə
sintez olunan bəzi maddələr (öd turşuları və s.), cinsiyyət vəzilərindən
hormonlar, sümük iliyindən qanın formalı elementləri, ürəkdən mediatorlar
(asetilxolin, yaxud noradrenalin-simpatin), böyrəklərdən isə renin fermenti daxil
olur. Daxili mühitdən isə böyrəklər vasitəsilə su, ammonyak, sidik cövhəri və
turşusu, müxtəlif qcyri-üzvi maddələr, həzm traktı ilə-duzlar, sidik cövhəri və
digər aralıq məhsulları, ağciyərlərlə C 0 2 və s. qazlar ekskresiya-xiric edilir. Bu
olduqca mürəkkəb proseslər daimi və fasiləsiz olaraq davam edir və orqanizmin
homeostazı təmin olunur. Homeostazın təmin edilməsində ən başlıca funksiyam
hüceyrə mübadiləsi yerinə yetirir. Daxili mühitə maddələr yalnız hüceyrə
membranı ilə daxil olur, mübadilə məhsullan-metabolitlər isə hüceyrədən
çıxaraq hüceyrəarası mayedə hər hansı bir maddənin çatışmaması, yaxud artıq
olması hüceyrələrin funksiyasını ya gücləndirir, ya da tormozlayır. Məsələn,
daxili mühitdə zülallar çatışmadıqda hüceyrələrdə onların sintezi güclənir, artıq
olduqda isə-əksinə proses baş verir. Hüceyrəarası mayedə zülalların artıq olması
hüceyrənin ribonukleaza fermentini fəallaşdırır və həmin ferment RNT-yə təsir
etdiyi üçün o, zülal sintezində iştrakım dərhal dayandırır. Daxili mühitin daimi
sabitliyi neyro-humoral yolla tənzimlənir.
H omeokinez-
orqanizmin dəyişilmiş xarici mühit şəraitində həyat
fəaliyyətini davam etdirməsi üçün olduqca vacib və həyati əhəmiyyətli
funksiyalann-eneıjinin ayrılması, lokomator fəallıq (hərəkətetmə)- daimi
saxlanmasından ibarət olub, bəzən homeostazın dəyişildiyi, yaxud ondan asılı
olmayan şəraitdə baş verir. Orqanizmin homeostazınm və homeokinezin
dayanıqlı davamiyyəti və saxlanması üçün ən vacib şərtlərdən biri maddələr
mübadiləsidir.
Maddələr mübadiləsi
(metabolizm) - xarici ətraf mühitdən orqanizmə
müxtəlif maddələrin daxil olması və əmələ gələn parçalanma aralıq
məhsullarının orqanizmdən xaric edilməsindən ibarət olmaqla, bu zaman
yaranan potensial eneıji ayrılaraq kimyəvi, mexaniki, istilik və elektrik
eneıjisinə çevrilir. Həmin sərbəst enerji növləri orqanizmdə əzələ işinin həyata
keçirilməsi, genetik sabitliyin, bədən temperaturunun daimi dinamik saxlanması,
hüceyrənin quruluş və funksiyalarının, onun böyümə və inkişafının təmin
olunması üçün istifadə olunur. Metabolizm iki bir-biri ilə həm dialektik vəhdətdə
olan, həm də əks istiqamətdə gedən prosesdən-assimilyasiya-anabolizm və
dissimilyasiya-katabolizm ibarətdir.
Anabolizm -
xarici mühitdən orqanizmə daxil olan ən bəsit maddələrin
hüceyrələr tərəfindən mənimsənilməsi və onlardan daha mürəkkəb birləşmələrin
hasil olunmasıdır.
98