stress faktorların təsın» mövzusunda dissertasiya işini müdafiə edərək, baytarlıq
elmləri namizədi alimlik dərəcəsini almışdır, 1988-ci ildə “Epizootologiya,
mikrobiologiya və Parazıtologıya" kafedrasında assistent, 1993-cü ildə isə həmin
kafedranın dosenti seçilib. 1996-1999-cu illərdə Zoobaytarlıq və Əmtəəşünaslıq
fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır. 2002-2008-ci illərdə
«Qoyunların ınfeksıon xəstəlıkləri»ni öyrənən elmi-tədqiqat laboratoriyasının elmi
rəhbəri kimi fəaliyyət göstərmiş və bu problemlə əlaqədar olaraq məqsədyönlü elmi-
tədqiqatlar aparmaqda davam edir. O, 60-dan çox elmi əsərin, 3 dərslik, 2 dərs
vəsaiti və 2 monoqrafiyanın müəllifidir.
Z. Ələsgərovun elmi əsərlərinin bir qismi Türkiyə, Rusiya, Gürcüstan,
Belarus və Ukraynanın nüfuzlu elmi jurnal və külliyatlannda dərs edilmişdir,
heyvanların və quşların bəzi ınfeksion xəstəliklərinin profilaktikasına və onlara
qarşı mübarizə tədbirlərinə həsr olunmuş bir sıra elmi tövsiyələrin müəllifidir. O,
bir sıra xarici ölkələrdə (Türkiyə, Rusiya, Fransa, Gürcüstan, Ukrayna və
Norveçdə) Bavtarlıq elminin və praktikasının aktual problemlərinə həsr olunmuş
beynəlxalq elmi konqres, simpozium, konfrans və seminarlarda elmi məruzələrlə
çıxış etmiş və müvafiq sertifikatlar almışdır, Respublikanın «Qabaqcıl təhsil
işçisi» döş nişanı ilə təltif edilmişdir.
Z. Ələsgərov "Azərbaycanda qoyun və quzulann Salmonellyozunun
öyrənilməsi və ona qarşı səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsi»
mövzusunda doktorluq dissertasiyası işini yekunlaşdırmışdır.
O, 2011-cı ildən icrasına start verilmiş «Norveç Təbiət Elmləri Universiteti
ilə ADAU-nun birgə həyata keçirdiyi akademik layihə»nin bir istiqaməti olan
«K/t heyvanlarında brusselyozunun öyrənilməsi» layihəsinə rəhbərlik edir,
2000-ci ildən ADAU-nun “Epizootologiya. Mikrobiologiya və Parazıtologiya”
kafedrasının müdiri vəzifəsində çalışır
Məmmədli Ə şrəf Teym ur oğlu
(1939)
Məmmədli Əşrəf Teymur oğlu 1956-ci ildə
orta məktəbi “Gümüş” medalla bitirmiş və Gəncə
şəhərində H.Zərdabi
adına pedaqoji institutun
fizika-riaziyyat fakültəsinə daxil olmuş, bu institutda
bir il oxuduqdan sonra ADAU-nin baytarlıq təbabəti
fakültəsinə
kecəcək əvvəlcə ən yüksək dövlət-
Stalin, sonra isə Lenin təqaüdlərinə layiq görülmüşdür, hələ IV kursda oxuyarkən
“İmmunitetinin əmələ gəlməsində antibiotiklərin rolu” adlı elmi maqəlasi açıq
mətbuatda dərc olunmuşdur. Alim 1962-d ildə ADAU-nun baytarlıq təbabəti
fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1962-1964-cü illərdə müxtəlif kənd
90
təsərrüfatı sahələrində işlədikdən sonra 1964-cü ildə Azərbaycan Elmi-Tədqiqat
Baytarlıq İnstitutunda helmintologiya üzrə aspiranturaya daxil olmuş və 1968-ci ildə
Gürcüstan respublikasının Zoobaytarlıq Elmi-Tədqiqat və Tədris İnstitutunda
müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmişdir. 1968-1972-ci illərdə
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi sistemində müxtəlif
vəzifələrdə-Baş Baytarlıq və Otlaqlar idarələrində böyük və baş baytar həkimi və
Respublikanın Baytarlıq laboratoriyasının direktoru vəzifələrində çalışmışdır. O,
1972-ci ildə Kənd Təsərrüfatı Nazirinin əmri ilə Azərbaycan Elmi-Tədqiqat
Baytarlıq İnstitutuna baş elmi işçi vəzifəsinə təyin edilmişdir. 1978-ci ildə keçmiş
SSRİ-nin Ali Attestasiya Komissiyasının qərarı ilə “Baytarlıq Sanitariyası” üzrə baş
elmi işçi rütbəsi diplomuna layiq görülmüşdür. Ə.T.Məmmədli 1980-ci ildən
AzETBI-nin “Ekologiya, sanitariya, ekspertiza və yoluxmayan xəstəliklər”
laboratoriyasının müdiridir. Onun rəhbərliyi ilə göstərilən sahələr üzrə
laboratoriyada çox dəyərli, iqtisadi cəhətdən səmərəli və praktiki əhəmiyyətli
tədqiqatlar aparılmış və sanballı təkliflər verilmişdir. Laboratoriyanın apardığı geniş
miqyaslı elmi təfqiat işləri nəticəsində çox qiymətli tətqiqat işləri təsərrüfatlarda
həyata keçirilmişdi: “Yüksək keyfiyyətli südün alınma texnologiyası”, “İri buynuzlu
heyvanlann saxlanmasında optimal mikroiqlim parametrləri”, “Sağım avadan-
lıqlannın və süd qablarının hipoxlorit natrium məhlulu ilə yuyulub-dezinfeksiya
edilməsi”, “Camış saxlanan heyvandarlıq binalarında optimal mikroiqlim
parametrlərinin təmin olunması”, “Müasir heyvandarlıqda mastit xəstəliklərinə qarşı
kompleks tədbirlər konsepsiyası”, “İnəklərin mastit xəstəliklərinin diaqnozu,
müalicə və profilaktikasına dair təlimat”, “Qaramalın yelin xəstəlikərinə qarşı
kompleks tədbirlər sistemi” və s. Respublika heyvandarları və zoobaytar
mütəxəssisləri onu zəhmətkeş, yüksək intellektual səviyyəli və eridusiyalı, qayğıkeş
insan kimi tanıyırlarlar. Ə.T.Məmmədli 5 kitabın, 18 kitabçanın və broşuranın, 7
tövsiyənin, 3 metodiki göstərişin, 2 metodiki vəsaitin, 1 təlimatın, 150 -dən artıq
elmi məqalənin, çox saylı elmi-populyar məqalələrin,
vərəqələrin, buklet və
plakatların, 1 ixtiranın, 4 diaqnostik testin və 1 yerli sənaye məhsulundan hazırlanan
dezinfeksiyaedici preparatın müəllifidir. Hazırda ekologiya, sanitariya və
yoluxmayan xəstəliklər sahəsində laboratoriyada fundamental tədqiqat işlərinin
aparılmasına və həyata keçirilməsinə rəhbərlik edir və elmi axtarışlarım davam
etdirir.
1.4. Baytarlıq təbabəti genetikasının praktiki əhəmiyyəti
Müasir qloballaşma dövründə bəşəriyyətin davamlı inkişafına maneçilik
törədən və olduqca neqativ təsir göstərən ən başlıca amillərindən biri də dünyada
baş verən ərzaq çatışmazlığı problemidir. Hazırda dünyanın bütün inkişaf etmiş
ölkələrində, xüsusilə Çin, Hindistan, Pakistan, İndoneziya, Afrika ölkələrində və
s. taxıl, bitkiçilik və heyvandarlıq məhsulları çatışmazlığı mövcuddur. Bu
problemin yaranmasının əsas səbəbi isə planetimizin bütün regionlarında
fasiləsiz olaraq tüğyan edən, arealı gündən-günə genişlənən ekoloji böhranlar və
təbii fəlakətlərin (leysan yağışlar, sel, daşqınlar, sunnami, tomada, qasırğa və
torpaq sürüşmələri, zəlzələ, vulkan püskürmələri və s.) fəsadlarının kənd
91