Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.

səhifə1/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   205
29460

FƏ X R Ə D D İN   M U STA FA Y EV , ELDA R  H ÜSEYN O V

MƏMMƏD  SALMANOV



BAYTARLIQ TƏBABƏTİ 

GENETİKASI

Ali məktəblər üçün dərslik 

I HİSSƏ


Azərbaycan 

Respublikası 

Təhsil 

Nazirinin 



01.10.2010-cu  il  tarixli,  1275  saylı  əmri  ilə  ali 

məktəblər üçün dərslik kimi təsdiq edilmişdir.

BAKI  -  “ELM” -2 0 1 3



Elmi  redaktor:  Ramiz Səfərov -  

Baytarlıq elmləri doktoru, professor

R edaktor:  Rübail Allahverdiyev  -  



ADAU-nunprofessoru

Rəyçilər:  Ələddin Əsgərov 

-  

ADAU-nun professoru,  baytarlıq

elmləri doktoru,  əməkdar elm xadimi

Pənah Muradov  -  



AMEA-nın müxbir üzvü,

biologiya elmləri  doktoru

Məcnun Babayev -  



BDU-nun «Təkamülün genetikası» kafedrasının 

professoru,  biologiya elmləri doktoru,

Canbaxış Nəcəfov  -  



ATU-nun «Tibbi biologiya və genetika» 

kafedrasının müdiri,  biologiya elmləri 

doktoru, professor

Nizami  Seyidəliyev 



-  ADAU-nun elm və texnika üzrə

prorektoru,  biologiya üzrə fəlsəfə doktoru, 

dosent

Səhman Bayramov  -  



Azərbaycan Elmi Tədqiqat Baytarlıq 

İnstitutunun  (Az.ETBİ) direktoru, 

baytarlıq üzrə fəlsəfə doktoru

M ustafayev  F,  Hüseynov  E,  Salmanov  M.  Baytarlıq  təbabəti  genetikası.  Ali 

məktəblər üçün dərslik.  Bakı:  «Elm», 2013, səh.

Dərslikdə  genetikanın  pıedmeti,  məqsəd  və  vəzifələri,  əhəmiyyəti,  qısa  inkişaf  tarixi, 

tədqiqat  üsulları,  qanunları,  irsiyyətin  maddi  əsaslan,  xromosom  nəzəriyyəsi,  irsiyyət  və 

dəyişkənlik,  ontogenezin,  cinsiyyətin,  populyasiyanın,  immunitetin  genetikası,  genetik  kod  və 

informasiyalar,  onların  saxlanması,  ötürülmə  və  realizasiya  olunması  mexanizmi,  dəyişilməsi 

geniş və ətraflı şərh olunmuşdur.  Mkroorqanizmləıin və virusların genetikası,  heyvan və quşların 

anomaliyalan,  irsi  və  teratogen xəstəliklər,  qan  qruplan  və  biokimyəvi  polimorfizm,  heyvanların 

ümumdünya genetik resurslarının müasir durumu, ekopatologiyalar və s.  məsələlər də dərslikdə öz 

əksini  tapmışdır.  Dərslik  ADAU-nun 

baytarlıq  təbabəti,  əzcaçıhğı,  zootexnik,  aqronomluq, 

biologiya,  ekologiya,  balıqçılıq  və  balıqçılıq  təsərrüfatı  işi  ixtisasları  üzrə  təhsil  alan  tələbələr, 

magistrlər  və  doktorantlar  üçün  nəzərdə  tutulmuşdur.  Həmçinin  digər  universitetlərin  tibb, 

biologiya,  tibbi  biologiya  ixtisaslarında  oxuyan  tələbələr,  magistrlər,  ali  məktəblərin  müəllimləri, 

baytarlıq  təbabəti,  tibb  və  biologiya,  genetika,  biotexnologiya,  mikrobiologiya,  aqronomluq 

sahəsində  çalışan elmi  işçilər,  mütəxəssislər,  orta məktəblərin biologiya  müəllimləri  və  şagirdləri 

də  istifadə  edə bilərlər.  Mikrobiologiya,  virusologiya,  molekulyar biologiya,  gen  mühəndisliyi  və 

biotexnologiyanm  elmi-texniki  tərəqqisinin  ən  yeni  nailiyyətlərinin  əsərdə  geniş  təsvir  olunması 

oxucu kütləsinin arealının daha da artması üçün əsash zəmin yaradır.

© “Elm” nəşriyyatı, 2013




ELMİ REDAKTORDAN

Müasir qloballaşma dövrü elmi-texniki tərəqqinin dayanıqlı və davamlı 

inkişafa inteqrasiyasının sürətlə davam etməsi və bütün elmlərin,  o cümlədən 

biologiya,  təbabət,  baytarlıq  təbabəti,  molekulyar  biologiya,  gen  mühən­

disliyi  və  biotexnologiya  sahəsində  fundamental-tətbiqi  xarakterli  tədqi­

qatların diapozonunun çox genişlənməsi ilə səciyyələnir. Lakin bütün bioloji 

elmlərin, xüsusilə təbabət və baytarlıq təbabətinin dinamik tərəqqisi və inki­

şafının  əsasında  genetika  elmi  durur.  Məhz  genetika  elminin  yeni  elmi 

nailiyyətləri bioloji elmlər, o cümlədən təbabət, baytarlıq təbabəti, tibbi bio­

logiya,  Baytarlıq təbabəti  biologiyası mikrobiologiya,  immunologiya, viruso- 

logiya,  bioetika,  gen  mühəndisliyi  və  biotexnologiya  sahəsində  yeni  və 

səmərəli nailiyyətlər qazanıla bilər.  Molekulyar biologiyanın ən yeni, müasir 

sahələri  olan  gen  mühəndisliyi  və  biotexnologiya  genlər  səviyyəsində 

öyrənilir və bu üsulla həm aqrar sahənin, həm də sənayenin, xüsusilə tibbi və 

baytarlıq  sənayesinin  sürətli  inkişafı  təmin  olunacaqdır.  Qeyd  edilənlər 

genetika,  molekulyar  genetika,  immunogenetika  və  ekoloji  genetika  elmi 

istiqamətlərinin daha sürətlə inkişaf etməsi bütün dünya ölkələrində Davamh 

İnsan  İnkişafımn  təmin  olunmasında  müstəsna  əhəmiyyətə  malik  olduğunu 

bir  daha  təsdiqləyir.  Bu  baxımdan  ölkəmizdə  ilk  dəfə  olaraq  tərtib  edilən 

«Baytarlıq təbabəti genetikası» adlı ali məktəb dərsliyini biologiya, baytarlıq 

təbabəti,  təbabət,  biotexnologiya,  gen  mühəndisliyi,  tibbi  biologiya,  elm­

lərinin  ən  böyük  elmi-pedaqoji  nailiyyəti  kimi  dəyərləndirmək  lazımdır. 

Müəlliflərin  uzun  müddətli  elmi-pedaqoji  fəaliyyəti,  təcrübəsi,  yüksək  elitar 

elmi  eridusiya  və  intellektual  səviyyəyə  malik  olması  və  həmin  dərsliyin 

hazırlanması üçün  14 ildən artıq çox gərgin işləməsi, böyük əmək sərf etməsi, 

fundamental-tətbiqi  və  xüsusi  elmi,  nəzəri-praktiki  əhəmiyyətli  ali  məktəb 

dərsliyinin  müasir  dünya  təhsilinin  tələblərini  ödəyən  səviyyədə  tərtib 

olunmasına zəmin yaratmış və böyük stimul vermişdir.

Dərslik  klassik  və  müasir  dünya  ədəbiyyatı,  eləcə  də  vətən  alimlərinin 

məlumatları və ədəbiyyatlarına istinad  olunmaqla, mövcud ali məktəb dərs­

likləri  və  «Baytarlıq  təbabəti  genetikası»  fənninin  tədris  proqramı  əsasında 

tərtib edilmiş,  elmi yeniliklərlə  çox zəngin və  olduqca maraqlı,  ensiklopedik 

xarakterli,  fundamental bir əsərdir. Dərslikdə genetikanın məqsədi, vəzifələ­

ri,  inkişaf  tarixi,  elmin  inkişafında  dünya  və  vətən  alimlərinin  xidmətləri, 

genetikanın  müayinə  üsulları,  irsiyyətin  sitoloji  və  molekulyar  əsasları,  xro- 

mosom  nəzəriyyəsi,  cinsiyyətin,  ontogenezin,  populyasiyaların,  mikroorqa- 

nizmlərin,  virusların  genetikası,  immunogenetikanın  əsasları,  qan  qrupları 

və  biokimyəvi  polimorfizm,  kənd  təsərrüfatı  heyvanları  və  quşların  genetik 

anomaliyaları, xəstəliklərə irsi davamlılıq və həssaslıq, mühit və ekoloji amil­

lərinin təsiri, heyvanların ümumdünya genetik rezurslarının müasir durumu, 

qlobal  ekoloji  böhran  və  kataklizmlərin  genetik  aspektləri  və  s.  elmin  həm 

klassik,  həm  də  yeni,  son  və  müasir  nailiyyətləri  və  inkişaf  etmiş  dünya 

ölkələri alimlərinin məlumatları əsasında geniş və müfəssəl şərh olunub.





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   205


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə