Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə14/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   10   11   12   13   14   15   16   17   ...   205

nüvəsində  yerləşən  xromosomlarda  cəmləşir.  T.Morqan  və  onun  tələbələri  ilk 

dəfə  olaraq  genetik  xəritənin  tərtib  edilmə  üsulunu  və  onun  mexanizmini 

müəyyən  etmiş,  həmçinin  cinsiyyətin təyin  olunmasında xromosomlann  rolunu 

elmi  əsaslarla aşkarlamışlar.  Xromosom nəzəriyyəsinin kəşfi genetikanın sərbəst 

elm  kimi  inkişafina  böyük  təkan  vermiş  və  molekulyar  biologiyanın  təşəkkül 

tapmasma zəmin yaratmışdır.

-  

üçüncü  mərhələ  1925-1940-cı  ildən  başlayaraq

 

müasir genetika mərhələsi 



adlanır və irsiyyətin molekulyar səviyyədə  öyrənilməsi ilə xarakterlənir.  Bu dövrdə 

F.Krik,  C.Uotson  tərəfindən  DNT  molekulunun  quruluşu,  F.Krik,  M.Nirenberq, 

C.Oçoa,  D.Mettey tərəfindən  genetik  kod  kəşf olunmuş,  Q.Korana tərəfindən  isə 

kimyəvi  yolla  gen  sintez  edilmişdir.  Hazırda  genin  bir  orqanizmdən  digərinə 

köçürülməsinə  əsaslanan  genetika  mühəndisliyi  elmi,  mikroorqanizmlərin, 

virusların, göbələklərin, ibtidailərin genetikasının molekulyar səviyyədə öyrənilməsi 

istiqamətində  fundamental  elmi-tədqiqatlar  apanlmaqla,  çox  böyük  uğurlar  əldə 

olunmuşdur.  Rus  alimlərindən  N.Koltsov,  U.Filipçenko,  N.Vavilov,  Q.Nadson, 

Q.Filippov  süni  yolla  mutasiya  almış,  N.Vavilov  isə  irsiyyət  dəyişkənliyinin 

homoloji sıralar qanunu kəşf etmişlər.

-  

dördüncü  və  müasir  mərhələ

 

molekulyar  biologiyanın,  molekulyar 



genetikanın,  immunogenetikanın,  gen  mühəndisliyi  və  biotexnologiya  kimi 

bəşəri  əhəmiyyətli,  mütərəqqi  və  dinamik  yüksələn  düz  xətlə  inkişaf edən  elmi 

prioritetlərin yavranması və təşəkkül tapması ilə səciyyələnir.

Hazırda həmin elm sahələrinə əsaslanaraq, biologiyanın, kənd təsərrüfatının, 

sənayenin,  təbabətin,  baytarlıq  təbabətinin,  ümumilikdə  isə  molekulyar 

biologiyanın  ən  aktual  və  qlobal  miqyaslı  problemləri  ətraflı  öyrənilir,  bu 

istiqamətdə  elmi  axtarışlar  davam  etdirilir  və  böyük  elmi-praktiki  əhəmiyyətli 

uğurlar əldə  olunur.  S.Çetverkov populyasion genetikanın, akademik L.Emst isə 

baytarlıq  təbabəti  genetikasının  yaradılmasında  çox  böyük  işlər  görmüşdür. 

Azərbaycanda  genetika  elminin  yaranmasında,  formalaşmasında  və  inkişafında 

milli  təbiətşünaslıq  elmimizin  banisi  H.Zərdabinin,  akademiklər

 

F.Məlikov, 



M.Sadıqov,  A.Qarayev,  H.Həsənov,  Ş.Tağıyev,  M.Musayev,  H.Əliyev, 

Ə.Quliyev,  A.Ağabəyli,  İ.Mustafayev,  V.Tutayuk,  M.Qəniyev,  N.Şirinov, 

Y.Hacıyev,  C.Əliyev,  U.Ələkbərov,  M.Salmanov,  S.Məmmədova, professorlar 

Y.Səfərov,  Ə.Əsgərov,  RQədimov,  R.Ağabəyli,  E.Axundova,  C.Axundov, 

E.Əliyev,  Z.Verdiyev,  RMehdiyev,  T.Turabov,  A.Məmmədov,  M.Axundov, 

Q.Mustafayev,  Z.Qarayev,  C.Nəcəfov,  M.Babayev,  R.Quliyev,  A.Quliyev, 

Q.Abdullayev,  E.Ağayeva,  İ.Əzimov,  E.Əliyev,  R.Səfərov və  b.  olduqca böyük 

xidmətləri  olmuşdur.  Ölkəmizdə  kənd  təsərrüfatı  heyvanlarının  və  bitkilərinin 

genetik  fondunun,  seleksiyasının  və  yetişdirilməsinin  öyrənilməsi  və  təkmilləş- 

dirilmə sinin  əsas  elmi  mərkəzi  ADAU  olmuşdur.  Bu  təhsil  ocağında  elmi- 

pedaqoji  fəaliyyəti  ilə  fomalaşan  və  məşhurlaşan  korifey  sələflərin  irsi,  yolu 

onların xələfləri tərəfindən  nəinki təkcə baytarlıq təbabəti və  zootexniya elmləri 

sahəsində,  eləcə  də  aqronomluq,  meyvə-tərəvəzçilik,  bitki mühafizəsi

 

və  başqa 



sahələrdə  də  uğurla  davam  etdirilir.  Akademik  Siddiqə  Məmmədova, 

professorlar Bəhmən Xəlilov və ibrahim Cəfərov entomologiya, Amin Babayev

28


ekoloji kənd təsərrüfatı, Zaur Həsənov yeni və yüksək məhsuldar meyvə, Şikar 

Əliyev tərəvəz,  Famil Şərifov üzüm sortlarmın seleksiyası,  Qəmbər Abdullayev 

endemik  qoyun  cinslərinin  yetişdirilməsi,  Rübail  Allahverdiyev  ekoloji 

patologiyaların  öyrənilməsi Nazim  Yusifov yem  bitkilərinin  biokimyasımn  və 

səmərəliliyinin  artırılması,  Vaqif Novruzov,  Zaur Hümbətov  bitki  örtüyünün 

botaniki  tərkibi  və  genefondunun,  Elman  Mövsümov  ekoloji  kimyanın 

genetika ilə əlaqəsinin  və qida kimyasının  öyrənilməsi, Hasil Fətəliyev heyvan 

və  bitki  mənşəli  yeyinti  məhsullarının  genetik  və  keyfiyyət  aspektlərinin, 

genetik  modifikasiya  olunmuş  məhsulların  neqativ  fəsadları,  dosentlər 

Firudin  Qurbanov yeni  qarğıdalı  sortunun  yetişdirilməsi,  Nizami  Seyidəliyev 

pambıqçılıq  sahəsində fundamental-tətbiqi  və  mühüm  təsərrüfat

  əhəmiyyətli 

elmi  axtarışlar apararaq uğurlu nəticələrə nail olmuşdur.  Dərslik tərtib olunarkən 

müəlliflər  təbiətşünaslıq,  biologiya,  təbabət,  baytarlıq  təbabəti,  tibbi  biologiya, 

genetika, 

seleksiya, 

mikrobiologiya, 

viınsologiva, 

biotexnologiya 

və 


immunologiya  elmlərininin  inkişafında  çox  böyük,  misilsiz  xidmətləri  olan 

klassik  və  müasir dünya və  vətən  alimlərinin,  eləcə  də  onların  xələflərinin  elmi 

irsi,  yaradıcılıqları,  keçdikləri  şərəfli,  çətin  və  mənalı  həyat  yolu  barədə 

tələbələrə  və  oxuculara  qısa  və  lakonik  bıoqrafık  məlumat  verməyi 

məqsədəuyğun  hesab  etdi.  Onların  elmi  irsi  gənclərimiz,  oxucularımız  və 

gələcək nəsillər üçün nümunə və başlıca həyat amalı  olmalıdır 



«Tariximizin hər 

səhifəsi  bizim  üçün  əzizdir.  Tarixi  olduğu  kimi  qəbul  etmək,  dərk  etmək  və 

qiymətləndirmək  lazımdır».

 

«Tariximiz  bizim  üçün  dərs  olmahdır.  Tarix  heç 



nəyi silmir. Xalq gərək daim öz kökünü xatırlasın».  (Heydər Əliyev)

Johann Q reqor M endel 

(1822-1884)

Genetika  elminin  banisi,  Çexiya  təbiətşünas 

alimi  Johann  Qreqor  Mendel  1843-cü  ildə 

Olmyutsa  Universitetinin nəzdində  fəlsəfə  sinfim 

bitirib,  həmin  il  Bryunna  kilsəsinin  dinləyicisi 

olub.  O,  1849-1868-ci  illərdə  orta  məktəbdə 

təbiətşünaslıq  müəllimi  işləyib;  1851-1853-cü 

illərdə  Vyana  Universitetində  fizika,  riyaziyyat, 

zoologiya,  fitopatologiya,  ümumi  paleontologiya 

və  entomologiya  elmlərinin  öyrənilməsi  ilə 

məşğul  olub  Q.Mendel  10  il  müddətində  (1853-1863)  27.225  noxud  bitkisi 

(Pisum  sativum)  üzərində  analiz  aparmış,  1865-ci  ildə  Brunna  təbiətşünaslıq 

cəmiyyətində  aldığı  nəticələr  haqqmda  mənizə  etmiş  və  1866-ci  ildə 

"Təbiətşünaslar  cəmiyyətinin  əsərləri" jurnalında  "Bitkilərin hibridləri  üzərində 

təcrübələr"  adlı  ilk  elmi  məqalələrini  dərc  etdirmişdir.  Genetikanın  3  əsas 

qanununu  (1-ci  qanun  -   dominamlıq  -   nəslin  eyniliyi,  2-ci  qanun  -   əlamətlərin

29



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə