Şərh olunan bütün mövzular bir-birini tamamlayır, onların arasında
qarşılıqlı dialektik və fəlsəfi vəhdət təşkil edir. Ayrı-ayrı mövzularda heyvan
və quşların endemik növlərinin genefondunun qorunub saxlanmasına və
mühafizə olunmasına, çoxlu sayda rəngli və rəngsiz foto təchizatına xüsusi
önəm verilməsi dərsliyin daha da qiymətli və oxunaqlı olmasına ümdə zəmin
yaradır. Genetika, molekulyar biologiya, gen mühəndisliyi və biotexnologi
yanın yeni, son elmi-praktiki əhəmiyyətli nailiyyətlərinin şərh olunmasına
kitabın bütün fəsillərində olduqca önəmli yer verilmişdir. Hər bir fəslin
bişlanğıcmda və ayrı-ayrı mövzuların mətnində dünya şöhrətli, korifey
alimlərin və tarixi şəxsiyyətlərin dəyərli kəlamlarının, qiymətli sözlərinin,
fikirlərinin şərhinə geniş yer verilməsi həm yenilik, həm də dünya elminə,
təhsil sisteminə inteqrasiya kimi dəyərləndirilməklə, müəlliflərin kəşfi hesab
edilməlidir. Əsərdə nəinki baytarlıq təbabəti və heyvanların genetikasının
əsas məsələləri, eləcə də ümumi genetika, biologiya və təbabətin qlobal prob
lemləri, insan və hər bir ailə üçün ümdə sayılan aspektlər (gen pozğum
luğunun törətdiyi sindromlar, cinsiyyətin genetikası, rezus amili və qan
qrupu ilə bağlı olan məsələlər və s.) şərh olunduğu üçün o, bütün oxucularda
böyük maraq doğuracaq və oxucular ondan çox bəhrələnəcəkdir. Güman
edirik ki, ölkəmizdə ilk dəfə olaraq tərtib olunan həmin dərslik baytarlıq
təbabəti və onunla qırılmaz vəhdət təşkil edən bioetika, biologiya və təbabət
sahəsində yüksək ixtisaslı kadr potensialının hazırlanmasına pozitiv təsir
göstərəcəkdir. Dərslik hazırlanarkən 200-dən artıq dünya, xüsusilə Rusiya
Federasiyası və vətən alimlərinin klassik və müasir dərslik, dərs vəsaiti,
monoqrafiya, kitab və elmi məqalələrinə istinad olunması onun fundamen
tal və olduqca dəyərli, oxunaqlı bir əsər olmasına çox böyük zəmin yaradır
və maraq dairəsini daha da artırır. Dərslik təkcə «Baytarlıq təbabəti və əcza
çılıq» fakültəsinin tələbələri üçün deyil, həm də Tibb Universiteti və
kolleclərinin və bioloji təmayüllü bütün ali məktəb fakültələrinin müəllimləri,
tələbələri, magistrlər, doktorantlar və ümumilikdə isə geniş oxucu ictimaiy
yəti, yeni ailə qurmağa səy göstərənlər və gənc reproduktiv ailələr və şagird
lər üçün də çox qiymətli və dəyərli töhfə olacaqdır. Güman edirik ki, müasir
dünya, xüsusilə Qərb və Avropa dövlətlərinin elmlərinə inteqrasiya edən hə
min dərslik ölkəmizin elmi elitar ictimaiyyəti arasında olduqca böyük maraq
doğuracaq, rəğbətlə qarşılanacaq, yüksək dəyərləndiriləcək və sevilə-sevilə
oxunacaqdır.
Ramiz Səfərov
Baytarlıq elmləri doktoru,
professor
ÖN SÖZ
«Elm sərvətdən daha qiymətlidir. Çünki
sərvəti sən qoruyursan, amma səni elm qo
ruyur».
Həzrəti Əli
«Siz həmişə özünüzdən soruşmalısınız:
mən öz təhsilim və Vətənim üçün nə etmişəm?
Yorulmadan oxuyun və işləyin, onda xoş
bəxtlik Sizin üzünüzə güləcək və bəşəriyyətin
gələcəyi naminə mütərəqqi nəsə edəcəksiniz.
Əgər bu uğurlara nail ola bilməsəniz də mən
bacardığımın
«hamısını
etdim»
sözünü
deməyə haqqınız olsun».
Lui Paster (27 dekabr 1892-ci ildə
Fransa akademiyasının məşhur Sorbonnı
zalında 70 illik yubileyindəki çıxışından)
«İnsanın sağlamlığı, ekoloji vəziyyət,
udduğumuz hava, içdiyimiz su - bütün bunla
ra biz çox böyük diqqət göstərməliyik».
İlham Əliyev
XXI əsr bəşəriyyətin tarixinə mədəniyyətlərarası sivilizasiyaların dialoqu,
elmi-texniki tərəqqinin dinamik düz xətlə yüksələn inkişafı və bütün dünya
ölkələrinin Davamlı İnkişafa inteqrasiyası əsri kimi daxil olmuşdur.
İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT), internet
şəbəkəsi və kompyüter sisteminin, robot texnikasının, nanotexnologiyanın
insanın həyatının bütün sferalarında tətbiq olunması bəşəriyyətin Davamlı
İnkişafının intensiv xarakter almasına çox böyük zəmin yaratmış və təkan ver
mişdir.
Nanotexnologiya -
XXI əsrin ən mütərəqqi, yeni texniki tərəqqisi
olmaqla,
İnformasiya Cəmiyyətinin
formalaşması üçün müasir elmi nailiy-
yətldərdən və texnologiyalardan istifadə olunması nəticəsində daha sadə, kiçik
ölçülü, partativ, yüksək dəqiqliyə malik olan cihaz və telekommunikasiya
vasitələrinin yaradılmasından və onların geniş istifadə olunan sahələrinin, o
cümlədən aqrar, biologiya, baytarlıq təbabəti və təbabət elmlərinin intensiv və
çox sürətli inkişafı üçün də geniş yol açmışdır. Biologiyanın yeni və elmi-
praktiki cəhətdən ən səmərəli sahəsi olan molekulyar biologiya təbabətin və
baytarlıq təbabətinin qlobal və prioritet problemlərinin radikal həlli yollarının
işlənib hazırlanmasını təmin etmiş, olduqca uğurlu nailiyyətlərə və nəticələrə
nail olunmuşdur.
6