Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə3/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   2   3   4   5   6   7   8   9   ...   205

Molekulyar  biologiya  bəşəriyyət  üçün  fundamental-tətbiqi  və  nəzəri 

əhəmiyyətli,  geniş  diapozmlu  və  mütərəqqi  elm  sahəsi  olmaqla,  hazırda  onun 

aşağıdakı müasir və prioritet sahələri formalaşmışdır:

-  Molekulyar genetika

-  Molekulyar sitologiya

-  Molekulyar fiziologiya

-  Molekulyar biokimya

-  Molekulyar mikrobiologiya

-  Molekulyar virusologiya

-  Molekulyar biofızika

-  Molekulyar immunologiya

-  Molekulyar immunogenetika

-  Molekulyar enzimologiya

-  Genetika (gen) mühəndisliyi

-  Biotexnologiya

-  Vaksinologiya və s.

Əlbəttə,  bu  elm  sahələrinin hamısının  əsasında hüceyrə,  onun  orqanoidləri, 

xüsusilə  xromosom  dəstləri  (yığımları)  və  genlər  durmaqla  onlar  molekulyar 

biologiyanın  əsas  maddi  bazasını  və  tədqiqat  obyektini  təmin  edir.  Həmin  elm 

sahələri  bir-biri  ilə  qarşılıqlı  dialektik  vəhdət  təşkil  edir,  onların  arasında 

qırılmaz  bağlılıq  vardır.  Bunun  başlıca  səbəbi  isə  həmin  elmlərin  tədqiqat 

obyekti  kimi  məhz  hüceyrədən,  onun  orqanoidlərindən  və  digər  kom­

ponentlərindən  genetik  marker

 

formasında  istifadə  olunmasıdır.  Materiyanın 



bütün  canlı  aləminin  (mikroflora,  makroflora,  mikrofauna,  makrofauna) 

mövcudluğu,  onların  həyat  fəaliyyəti,  öz  nəsilləri  və  populyasiyalarının 

dayanıqlı,  davamlı  inkişafı  yalnız  hüceyrədə  gedən  metabolizm  prosesi 

(maddələr mübadiləsi) və onun formaları olan anabolizm (assimilyasiya prosesi) 

və  katabolizm  (dissimilyasiya  prosesi),  dezoksiribonuklein  (DNT)  və 

ribonuklein (RNT) turşuları, orqanoidlər və s. hesabına təmin olunur. Lakin canlı 

aləmin  nəslinin,  populyasiyalarının,  morfoloji  və  funksional  xüsusiyyətlərinin, 

irsiyyətinin,  cins  və  növlərinin,  cinsiyyətinin  saxlanmasının  əsas  apancı 

komponenti və  daşıyıcısı  məhz xromosomlar və genlərdir. Xromosomlar, genlər, 

onların quruluşu, morfofunksional xüsusiyyətləri, o cümlədən təminatçısı olduğu 

irsiyyət,  dəyişkənlik,  ontogenez,  hüceyrədə  baş  verən  bütün  proseslərin 

molekulyar mexanizmi məhz genetika elmi vasitəsilə öyrənilir və tədqiq olunur.



Genetika -  bütün  biologiya elmlərini birləşdirən,  onları istiqamətləndirən, 

materiyanın  canlı  aləminin  mütəşəkkilliyinin  mövcud  olan  səviyyələrində 

(molekulyar,  submolekulyar, hüceyrə, toxuma, orqan,  orqanlar,  üzvlər sistemi, 

orqanizm  və populyasiya),  onun  iki  başlıca prioritetinin-irsiyyət  və  dəyişkən­

liyin,  eləcədə  ontogenezin,  cinsiyyətin,  çoxalmanın fəlsəfi,  dialektik  qanunlar 

əsasında  və  onunla  dialektik  vəhdətdə  öyrənilməsi  ilə  məşğul  olan  bəşəri, 

planetar  əhəmiyyətli,  mütərəqqi  düzxətlə  yüksələn,  dinamik  sürətlə  inkişaf 

edən,  fundamental-tətbiqi  və  nəzəri  xarakterli  elm  sahəsidir.

 

Əgər  genetika 



elminin  əsas  tədqiqat  obyektləri-hüceyrə,  onun  orqanoidləri  və  komponentləri,

7


xüsusilə  xromosomlar  və  genlər  olmasaydı,  canlı  materiyanın  və  onun 

amillərinin mövcudluğu heç bir vəchlə mümkün olmazdı.  Çünki canlıların bütün 

həyat  fəaliyyəti,  çoxalması,  böyüməsi,  inkişafi,  fizioloji  və  biokimyəvi 

prosesləri,  nəslin  davamı,  əlamət  və  xassələrin  gələcək  nəsil  törəmələrinə 

keçməsi, populyasiyalann dayanıqlı inkişafi və s. məhz genetikanın əsas tədqiqat 

obyekti  sayılan  hüceyrə,  xromosom  və  genlər  vasitəsilə  təmin  və  icra  olunur. 

Genetika  elminin  molekulyar  biologiyanın,  seleksiyanın,  təbabətin,  baytarlıq 

təbabətinin, 

bitkiçiliyin, 

heyvandarlığın, 

gen 

mühəndisliyinin, 



biotexnologiyanın, 

tibbi  biologiyanın, 

ekologiyanın 

və 


ətraf  mühitin 

mühafizəsinin,  ekoloji  genetikanın,  təkamülün  öyrənilməsinin  inkişafi  və  tərəq­

qisində  çox  böyük  rolu  vardır.  Bütün  qeyd  edilənlərə  baxmayaraq,  genetika 

elminin  başlıca  prioriteti  irsiyyət,  dəyişkənlik,  ontogenez,  onlann  yaranma 

mexanizmi  və  dinamikasının  öyrənilməsindən  ibarətdir.  Baytarlıq  təbabəti 

genetikası  isə  daha  geniş  diapozona  malik  planetar,  regional  və  lokal 

problemlərin-bütün  növ  heyvanların,  quşlann,  anların,  balıqlann  genetik 

aspektlərinin fəlsəfə və təbabət elmləri ilə qarşılıqlı, qınlmaz bağlılıq formasında 

öyrənir.  Müasir genetika elminin aşağıdakı istiqamətləri vardır:

-  Heyvanlann ümumi genetikası və biometriya

-  Tibbi genetika

-  Baytarlıq təbabəti genetikası

-  Aqronomluq genetikası  (bitkiçilik genetikası)

-  Molekulyar genetika

-  İmmunogenetika

-  Fizioloji genetika

-  Ekoloji genetika

-  Biokimyəvi genetika

-  Populyasiya genetikası

-  Genetika mühəndisliyi

-  Riyazi genetika

-  Ontogenezin genetikası

-  Mutagenez

-  Sitogenetika

-  Genetik bioetika

Materiyanın  canlı  aləminin təkamülünü təmin  edən  başlıca  amillər  irsiyyət 

və  dəyişkənlik  hesab  olunub.  İrsiyyət  -   genetik  informasiyaların  nəslə 

verilməsi, nəsil və populyasiyalar arasında maddi və funksional varisliyi,  onto- 

genezi  təmin  edən,  nəsildə  valideyin fərdlərə  məxsus  olan  səciyyəli  xüsusiy­

yətlərin  (əlamət və xassələrin) formalaşmasını təmin  edən  hadisədən  ibarətdir. 

İrsiyyət həm  də müxtəlif nəsil törəmələrində mövcud olan fərqli xüsusiyyətləri 

saxlayan  hadisə  sayılır.  Dəyişkənlik  -   canlı  aləmin  irsiyyətinin  qeyri-stabil 

olmasını  xarakterizə  etməklə  genlərin  dəyişilməsindən,  ontogenez  zamanı 

genlərin  dəyişilmiş  formasından  ibarət  olan  mürəkkəb  prosesdir.  Genetik 

informasiyalar ümumiləşmiş formada aşağıdakı prinsip əsasında ötürülür:

8



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə