Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə4/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   2   3   4   5   6   7   8   9   ...   205

DNT 

I tNT  — zrHal  sintezi. Məşhur çex alimi, avqust kilsəsinin rahibi 

(Bmo  şəhəri)  İohan  Qreqor  Mendel  noxud  bitkisi  (Pisum  sativum)  üzərində 

apardığı  təcrübələrlə  genetika elminin elmi əsasını  qoymuş,  De-Friz,  K.Korrens 

və  E.Çermak  35  ildən  sonra  onun  kəşfini təsdiq  etmiş,  Tomas  Çent  Morqan  və 

onun tələbələri  isə  irsiyyətin  xromosom nəzəriyyəsini  yaratmışdır.  Həmin tarixi 

kəşflər genetikanın sonrakı inkişafına çox böyük təkan və stimal vermişdir.

Genetika canlı  aləmi tədqiq edən, geniş və ətraflı öyrənən ən mürəkkəb, çox 

şaxəli,  eləcə  də  olduqca  maraqlı  elmdir.  Erkək  və  dişi  fərdlərin  doğulması, 

törəmələrin  bəzi  əlamətlərə  görə  əcdadlarına oxşaması,  qadından  uşaq,  inəkdən 

buzov,  qoyundan  quzu,  toyuqdan  cücə,  bal  arısından  yalnız  bal  arısının  və  s. 

törəməsinin  səbəblərini  yalnız  genetika  elmi  araşdırır  və  aşkarlayır.  Genlərin 

ciddi  nəzarəti  olmadan  canlı  aləmin  ayn-ayrı  fərdlərinin  orqanizmdə  heç  bir 

fizioloji,  biokimyəvi,  metabolik,  çoxalma və  s.  proses  icra oluna bilməz.  Lakin 

bütün  proseslər,  o  cümlədən  ontogenez  yalnız  ətraf  mühitlə  dialektik  vəhdət 

fomasmda baş  verə  bilər.  Dünya şöhrətli,  dahi  filosoflar K.Marks və  F.Engelsin 



«Alman  ideologiyası»,

 

F.Engelsin  «Təbiətin  dialektikası»



 

adlı  klassik 

əsərlərində  qeyd  edilmişdir  ki,  «tarixin  salnaməsi təbii əsaslardan  və  insanın 

təbiətə  təsirindən  yaranan  dəyişikliklərdən  başlayır,  hər  bir  iqtisadi-sosioloji 

təhlillə  müəyyən  edilir».

 

K.Marks  yazır  ki,  «təbiət  çox  səxavətli  olmaqla 



insanın  əlindən  uşaq  kimi  tutub  aparır,  onun  şəxsi  inkişafını  təmin  edir». 

Təbiətlə  orqanizmlərin  dialektik  vəhdəti  klassik  alman  fəlsəfəsinin  baniləri 

Hegel  və  Feyerbax  tərəfindən  də  əsaslı  təhlil  olunmuş  və  konsepsiyalarında 

özünün  müfəssəl  əksini  tapmışdır.  Ümumiyyətlə,  genetika  elminin  bütün 

prioritet  aspektləri  fəlsəfənin,  dialektik  materializmin  mövcud  qanunları  və 

qanunauyğunluqlarına uyğun  olmaqla onlarla qınlmaz vəhdət təşkil  edir,  fəlsəfi 

müstəvi  çərçivəsində  öyrənilir  və  təhlil  olunur.  Genetika,  immunogenetika, 

ekoloji  genetika,  genetik  bioetika və  molekulyar genetikanın  qlobal problemləri 

məhz  fəlsəfənin  «Əksililiklərin  vəhdəti  və  mübarizəsi»,  «İnkarı  inkar», 

«Kəmiyyət  dəyişikliklərinin  keyfiyyət  dəyişikliklərinə  keçməsi»

 

və  s.  qanunları 



və  müvafiq  kateqoriyaları  baxımından  və  onlann  bazisində  öyrəinlir.  Bu 

baxımdan  baytarlıq  təbabəti  genetikası,  ümumilikdə  isə  genetika  fəlsəfə  ilə 

olduqca  böyük  dialektik  vəhdət  təşkil  edir.  Çünki  bu  elmlərin  əsas  məqsədi, 

məhz 


canlı 

materiyanın  öyrənilməsi  və  populyasiyalann  irsiyyətinin, 

mövcudluğun davam etdirilməsindən ibarətdir.

Genetikanın  üsullarının  tətbiqi  sayəsində  molekulyar  biologiyanın  sonuncu 

mütərəqqi  elm sahələri-gen  mühəndisliyi

 

və biotexnologiya



 

çox dinamik sürətlə 

inkişaf 

etməyə 


başlamışdır. 

Molekulyar 

genetikanın, 

sitologiyanın, 

mikrobiologiyanın,  virusologiyanın,  biokimyanın,  biofizikanın,  elektronikanın 

və  s.  elmlərin  inkişaf  etməsi  sayəsində  biotexnologiya  daha  sürətlə  inkişaf 

etməyə  başladı.  Planetimizdə  əhalinin sürətlə artması və bununla da təbii  ehtiyat 

mənbələrinin  tədricən  azalması  xammal,  kənd  təsərrüfatı  və  xalq  təsərrüfatı 

məhsulları  emal  edən müəssisələrin iş  şəraitinin yenidən qurulmasını  tələb edir. 

Biotexnoloji  proseslər  dedikdə  istehsalda kompleks  proseslər,  biokatalizatorlar, 

həmçinin  müxtəlif  bioloji  sistem  (bitki,  heyvan,  toxuma  hüceyrələri  və  s.)

9



məhsullarının  sintezi  və  tətbiqi  başa  düşülür.  Hazırda  çoxlu  miqdarda  qiymətli 

tibbi,  baytarlıq  təbabəti  preparatları  və  bioloji  aktiv  maddələr  biotexnoloji 

yollarla  alınır. 

Mikrobioloji  fermentasiya  proseslərində  istifadə  olunan 

qurğularda  (fermentyorlarda)  xüsusi  seçilmiş  qıdalı  mühitlərdə  mikroorqanizm- 

lərdən  zülal,  dərman  preparatları,  vitaminlər,  fermentlər,  biopreparatlar  və  s. 

istehsal  olunur.  Müasir  biotexnologiya  digər  elmlərdən  fərqli  olaraq  elmə  XIX 

əsrin  ortalarında  daxil  olmuşdur.  Molekulyar  biologiyanın,  genetikanın, 

sitologiyanın,  mikrobiologiyanın,  virusologil yanın,  biokimyamn,  biofizikanm, 

elektronikanın  və  s.  elmlərin  inkişaf  etməsi  sayəsində  biotexnologiya  daha 

sürətlə  inkişaf etməyə  başladı.  Biotexnologiya-bakteriya, maya göbələkləri, bitki 

və  heyvan  hüceyrələri  kulturası  və  onların  metabolik-biosintetik  imkanlarından 

istifadə  etməyə  yönəldilən  elm  sahəsidir.  1978-ci  ildə  yaradılan  Avropa 

Biotexnologiya 

Federasiyasının 

qətnaməsində 

qeyd 

edildiyi 



kimi, 

biotexnologiya  -   mikrobiologiya,  biokimya,  genetika,  molekulyar biologiya və 

kimyəvi  texnologiya  sahələrinə  mənsub  elm  və  metodların  tədbiqinə 

əsaslanaraq,  hüceyrə  səviyyəsində  insanlara  gərəkli  məhsul  maddələrinin 

alınmasına xidmət edir.  Dünyada ərzaq qıtlığı, zülal çatışmazlığı bəşəriyyət üçün 

böyük  təhlükə  sayılır.  Sübut  olunmuşdur  ki,  biotexnoloji  yolla bu problemi  70- 

80% ödəmək olar.  Hazırda mikroorqanızmlənn sintez etdiyi  məhsullar:  zülallar, 

amin  turşuları,  yağlar, 

antibiotiklər,  vitaminlər,  fermentlər,  vaksinlər, 

immunoqlobulinlər,  interferon,  diaqnostik  preparatlar,  toksinlər,  polısaxarıdlər 

və  digər  fizioloji  aktiv  maddələr  müxtəlif  biotexnoloji  proseslər  vasitəsilə 

sənayedə istehsal edilir.

Genetik  müayinə  və  analizlərin  aparılması  üçün  əsasən  tədqiqat  obyekti 

kimi  DNT  və  RNT-nin  molekullanndan  istifadə  edilir.  Çünki  genetik  -   irsi 

informasiyanın  saxlanmasım,  ötürülməsini  və  realizə  olunmasını  yalnız  onlar 

təmin  edir.  Orqanizmlərin xəstəliklərə həssaslığı  və  davamlılığı  da məhz həmin 

amillər  tərəfindən  icra  olunur.  Təbabətin  və  baytarldıq  təbabətinin  ən  aktual 

problemləri  (xəstəliklərin  genetik  statusu,  bioloji  preparatlar  və  s.)  də  hazırda 

genetik səviyyədə icra olunur. Tibb və baytarlıq təbabəti həkimi öz fəaliyyətində 

genetika  elminə,  ontogenezin  normal  inkişafı  istiqamətinə  üstünlük  verməli  və 

genetik  analizlərə  istinad  etməlidir.  Çünki  bütün  patoloji  proseslərin  əsasında 

hüceyrədə  gedən  genetik  dəyişiklik  və  pozulmalar  durur  və  onlar  genlərin 

mutagenezi  və  modifikasiyası  nəticəsində  baş  verir.  Bilikli  və  səriştəli  həkim 

olmaq  üçün  genetik  analizləri,  dəyişiklikləri  müfəssəl  və  ətraflı  öyrənmək  və 

onları mütləq nəzərə almaq lazımdır.

 

ÜST-nın (Ümumdünya Səhiyyə Təşkilatı) 



baş  direktoru  doktor  Marqaret  Çanın

 

qiymətli  kəlamı  dediklərimizi  bir  daha 



təsdiqləyir:  «Sağlamlıq

 

-  xəstəlik və fiziki defektlərin olmaması  ilə  yanaşı, həm 



də  tam  fiziki,  süni  və  sosial  xoşbəxtlik  deməkdir.  Əhalisi  sağlam  olan  ölkə 

yaxşı  inkişaf etmiş  ölkə  deməkdir».

 

İnsanın  sağlamlığının  başlıca  prioriteti  isə 



ekoloji  cəhətdən  təmiz,  saf heyvan  və  bitki  mənşəli  yeyinti  məhsulları  sayılır. 

Təmiz və keyfiyyətli heyvandarhq və quşçuluq məhsullarının (ət, süd, yumurta, 

balıq,  onların  müxtəlif  çeşidli  məhsulları)  insan  üçün  zərərsiz  olması  isə 

bilavasitə  baytarlıq  təbabəti həkimlərinin

 

səlahiyyət  müstəvisi  çərçivəsindədir.



10


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə