Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə6/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   2   3   4   5   6   7   8   9   ...   205

Dahi filosof şairimiz M.Füzuli  «Səhhət və mərəz» («Sağlamlıq və xəstəlik») 

poemasını məhz  sağlamlıq və təbabətə həsr etmişdir.

13



«Eşqdən canımda bir pinhan mərəz var, ey həkim! 

Xəlqə pinhan dərdim izhar etmə zinhar, ey həkim!

Var bir dərdim ki, çox dərmandan artıqdır mənə, 

Qoy məni dərdimlə,  dərman eyləmə, var, ey həkim!

Çər basıb əl nəbzinə, təşxis qılsan dərdini,

Al əmanət,  qılma hər bidərdə izhar, ey həkim!»



(Məhəmməd 

Füzuli)

«Köksümü yaranda asta köks ötür,

Görüb dağ-düyünü əsmə, amandı.

Orda kin-küdurət varsa kəs, götür,

Təkcə məhəbbəti kəsmə amandı.

Məni ürəyimlə görüşdür, həkim,

Öpüm üz- gözündən,  sözüm bu nə qəm?

Bu qədər dərdimi yüklənib çəkib,

Mən onun dərdini çəkə bilmirəm.

Ürəyin səsi var,  danışacaqdı,

Nələr söyləyəcək o  sinədəftər?

Əlində  su saxla, alışacaqdı,

Yandımı zəhmətin gedəcək hədər.  »

(Rübail, şair, həkim-patofizioloq, professor)

2008-ci ildə Türkiyə həkimi  Əli  Kamal Topaloğlu dünyada həllini gözləyən 

təbabətin  125  cavabsız  sualından  birinin  cavabım  tapmışdır.  O,  müəyyən 

etmişdir ki,  insanın  beynində  fəaliyyət  göstərən  xüsusi  genlər yetkinliklə  bağlı 

olan xəstəliklərin (vaxtından əvvəl və gec cinsiyyət və fizioloji yetişkənliyin baş 

verməsi,  kriptorxizm,  uşaqların  boy  və  inkişafdan  qalması  və  s.)  müalicəsini 

tənzimləyir  və  onların  qarşısım  alır.  Göründüyü  kimi,  genetika  və 

biotexnologiya  elmi  artıq  təbabətin  daha  ciddi  problemlərinin  araşdırılmasına 

inteqrasiya edir və bu areal get-gedə daha da qloballaşır.

İnsan  ömrünün  uzadılması  dünyanın  məşhur bioloqlarının  və  tibb  alim­

lərinin  həmişə  diqqət  mərkəzində  duran  ən  aktual problem  olmuşdur.  A BŞ 

alimlərinin  20  ildən  artıq  bu problem  üzrə  apardıqları fundamental elmi  ax­

tarışlar artıq  öz müsbət həllini tapmışdır.  Onlar ağ siçanlar üzərində gen mü­

həndisliyi üsulu  ilə təcrübə  apararaq sübut etmişlər ki,  sintez etdikləri xüsusi 

enzim  (ferment) yaşlı  siçanları  həm  cavanlaşdırır,  həm  də  onların  cinsi fəa l­

lığını artırır və yenidən bala verirlər. Alimlər həmin  enzimi yaşlı adamlar üzə­

rində  eksperimental olaraq  sınaqdan  keçirmiş,  analoji nəticəyə nail olmuş  və 

sübut etmişlər ki,  bu  üsulla insanın  ömrünü 30 U uzatmaq mümkündür. ABŞ 

alimləri artıq bəyan  etmişlər ki, yaxın  10 U ərzində onların  sintez etdikləri en-

14



zim  dünyanın  bütün  ölkələrində  insanların xidmətində  olacaqdır.  Əlbəttə, ge- 

netiklərin  bu  kəşfini  dövrün  ən  böyük  və  prioritet  probleminin  həlli  kimi 

dəyərləndirmək lazımdır.

 

2011-ci  ildə alimlər arxeoloji  qazıntılar apararkən çox 



qeyri-adi  bir  mənzərə-3-4  metr  uzunluğunda  insan  skeletinin  tapılması  ilə 

qarşılaşmışlar.  Hazırda  onlar  həmin  skeletlərin  tapıldığı  yerlərdə  onların 

parabioz  halında  olan  genlərinin  axtarışı  ilə  məşğuldurlar  və  güman  edirlər  ki, 

buna nail olacaqlar.

Azərbaycanın  tanınmış,  korifey  alimləri  və  onların  xələfləri  də  (H.Zərdabi, 

H.Əliyev,  F.Məlikov,  M.Sadıqov,  Ə.Quliyev,  İ.Mustafayev,  A.Ağabəyli,

A.Qarayev,  M.Musayev,  M.Cəfərov,  M.Axundov,  C.Əliyev,  Z.Verdiyev,

C.Axundov,  R.Səttərzadə,  R.Mehdiyev,  M.Qəniyev,  V.Tutayuk,  K.  Səfərov, 

Ə.Əhmədov, 

Ş.Əhmədova,Y.Səfərov, 

H.Hacryev, 

Ə.Xəlilov,  H.Quliyev,

R.Rüstəmov,  S.Əliyev,  A.Əliyev,  M.Mustafayev,  R.Qədimov,  A.Məmmədov,

T.  Turabov,  E.Qocayev,  F.Şirinov,  M.Fərzəliyev,  N.Şirinov,  Y.  Hacıyev, 

V.Quliyev  və  b.)  ölkəmizdə  təbiətşünaslıq,  bitkiçilik,  fiziologiya,  genetika, 

mikrobiologiya,  biotexnologiya,  parazitologiya,  morfologiya elmlərinin  inkişafi 

üçün  olduqca  böyük  xidmətlər  göstərmiş,  mühüm  elmi-praktiki  əhəmiyyətli 

tədqiqatlar aparmış  və  çox uğurlu  nailiyyətlər qazanmışdır.  Onların  elmi  irsi  bu 

gün  də  genetik,  biotexnoloq,  mikrobioloq,  parazitoloq  alimlərimiz  (Ə.Əsgərov,

U.  Ələkbərov,  Q.Mustafayev,  Z.Qarayev,  S.Məmmədova,  B.Xəlilov,  İ.Cəfərov,

N.Seyidəliyev, 

V.Novruzov, 

R.Nuriyev, 

Z.Hümbətov, 

M.lsmayılov, 

H.Fətəliyev,  A.Hüseynov,  M.Mirsalahov,  F.Şərifov,  F.Qurbanov,  B.Əliyev,

A.Qazıyev,  C.Nəcəfov,  M.Salmanov,  Q.Əzimova,  R.Quliyev,  M.Babayev, 

A.Quliyev,  İ.Eyyubov,  RAllahverdiyev,  İ.Əzimov,  S.Tağıyev,  E.Əliyev, 

R.Səfərov, 

E.Ağayeva, 

A.Ramazanov, 

N.Süleymanov, 

Q.Abdullayev,

T.İsgəndərov, 

RAğabəyli, 

Z.Ələsgərov, 

F.Məmmədov, 

H.Bayramov,

N. Yusifov,  P.Cəfərov,  Ə.Əhmədov,  B.Səfərov,  İ.Məmmədov,  S.Surxayev, 

R.Əliyev,  F.Nəsibov,  N.Əliyev,  E.Vahidov,  V.Qarayev,  R.Bilalov,  R.Eminov, 

F.Qurbanov,  Ə.Məmmədli,  C.Əsgərov,  R.Quliyev,  Z.Həsənov,  V.Qasımov,

O. Mehdiyeva, 

S.Bayramov, 

S.Axundov, 

S.Culfayev, 

M.Hacıyev, 

Q.Dünyamalıyev,  H.Əliyev,  RXəlilova,  O.Məmmədova,  D. Adıgözəlova, 

H.Bayramova,  A.Əliyev,  R.Rzayev,  E.Əliyev,  X.Cəfərov,  Y.Xankişiyev,  S. 

Abbasov,  U.  Turabov və  b.)  tərəfindən çox uğurla davam etdirilir.  Gənclərimiz, 

xüsusilə  ali məktəb  tələbələri  dünya  şöhrətli  korifey  alimlərimizin  elmi  irsini 

davam  etdirməlidir.

 

Əks  təqdirdə  genetika,  epizootologiya,  parazitologiya, 



mikrobiologiya,  virusologiya,  gen  mühəndisliyi  və  biotexnologiya  elminin 

ölkəmizdə  dinamik  inkişafı  ləngiyə  bilər,  bu  sahədə  ciddi  boşluq  və  disbalans 

yaranar  və  Davamlı  İnsan  İnkişafına  neqativ  təsir  göstərər.  Hazırda  biliyə 

əsaslanan  inkişafi  qiymətləndirmək  məqsədilə  BMT-nin  İnkişaf  Proqramı 



(BMTİP)

 

İnsan  İnkişafında  (İİ)  daha  yeni  bir  göstəricinin  -   Texnoloji 



Nailiyyətlər  Əmsalının  (TNƏ)

 

bütün  ölkələrdə  geniş  istifadə  olunmasını  təklif 



etmişdir.  Bu  göstərici  dünya  ölkələrində  bir-birindən  çox  fərqli  olduğu  üçün 

İnsan  inkişafi  (İİ)  TNƏ  ilə  qiymətləndirilir.  TNƏ-hesablanarkən  əsas  yeni 



göstərici kimi ölkədəki elmi ixtiralar,  kəşflər,  onların  xarici  ölkələrdə  istifadə

15


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə