Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil


olunmasından  gələn  gəlir,  yüksək  ixtisaslı  kadrların  sayı,  təbiət  və  texniki



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə7/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   2   3   4   5   6   7   8   9   10   ...   205

olunmasından  gələn  gəlir,  yüksək  ixtisaslı  kadrların  sayı,  təbiət  və  texniki 

elmlər  (biologiya,  aqrar, fizika,  riyaziyyat,  kimya,  IKT,  astronomiya,  aviasiya 

və s.)  üzrə tələbələrin  sayının  humanitar (hüquq,  iqtisadiyyat, filologiya,  tarix 

və s.) elmlər üzrə tələbələrin sayma olan nisbəti nəzərə almır.

 

Respublikamızda 



da TNƏ-nin  inkişafı  üçün  xüsusi  dövlət qayğısı göstərilir.  Lakin  real  bir faktdır 

ki,  son  illər respublikamızın  ali  məktəblərinə  qəbul  olunan gənclərimizin böyük 

əksəriyyəti  humanitar  fakültələrə  daxil  olurlar.  Beləliklə  də  ölkədə  humanitar 

sahənin kadrlan ilə təbiətşünaslıq və texniki ixtisaslı kadrların arasında disbalans 

yaranır,  bu  da  öz  növbəsində  TNƏ-nin  dinamik  artımına  neqativ  təsir göstərir. 

Bunu  nəzərə  alaraq  təbiət  elmləri,  o  cümlədən  baytarlıq  təbabəti,  gen 

mühəndisliyi  və biotexnologiya üzrə yüksək ixtisaslı kadrların və gənc alimlərin 

hazırlanması  gündəmdə  duran  prioritet  sayılmalı,  alimlər  nəsli  arasında  boşluq 

yaranmasına  yol  verilməməli,  onun  qarşısı  alınmalı  və  TNƏ-na  görə  ölkəmiz 

öndə  gedən  (lider)  ölkələrə  yaxınlaşmalıdır.  Gənclərimizdə  isə təbiət elmlərinə, 

o cümlədən baytarlıq təbabəti  elmlərinə, xüsusən baytarlıq təbabəti genetikası və 

biotexnologiya  kimi  olduqca  maraqlı  və  perspektivli  elm  sahələrinə  böyük 

maraq  yaranmalıdır.  F.Engels  yazmışdır:  «Nəzəri  təfəkkür  yalnız  qabiliyyət 

şəklində  olan  anadangəlmə  bir xassədir.  Bu  qabiliyyət  inkişaf etdirilməlidir, 

bundan  ötrü isə hələ indiyədək bütün əvvəlki fəlsəfəni öyrənməkdən başqa heç 

bir vasitə yoxdur».  Tanınmış Azərbaycan filossofu professor Ağayar Şükürov 

da analoji fikirlər söyləmişdir:  «Elmin yüksəkliyində durmaq istəyən bir millət 

fəlsəfi  təfəkkürsüz  keçinə,  inkişaf edə  bilməz».

 

Bütün  islam  dünyasımn  dini 



lideri  və  onun  banisi,  tarixi  şəxsiyyət Həzrəti  (s.ə.s)  Məhəmməd Peyğəmbərin 

elmə,  alimə  verdiyi  böyük  və  qiymətli  kəlamlar  gənclərimiz  üçün  ömək 

olmalıdır:  «60  il  ibadəti  dinləməkdənsə,  2  saat  alimə  qulaq  asmaq yaxşıdır», 

«Alimin  qələminin mürəkkəbi, şəhidin qanından qiymətlidir».

«Alimdir gözümdə ən əziz insan!

Elmlə hünərlə!  -  başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

Rütbələr içində  seçilir biri,

Hamıdan ucadır alimin yeri!»



(Nizami Gəncəvi)

Azərbaycanda materialist təbiətşünaslığın əsasım qoymuş tarixi şəxsiyyət və 

bütün  elmlərin  mahir  bilicisi  H.Zərdabinin  ən  başlıca  arzusu  ölkəmizdə  bütün 

elmləri  hərtərəfli  və  sürətlə  inkişaf  etdirmək  olmuş  və  çox  böyük  bir  müdrik 

kəlam  söyləmişdir:  «Damcı-damcı  ilə yaramız sağalası yara  deyil,  sel vaxtıdır, 

elm  gərək  sel  kimi  axsın  ki,  hər  istəyən  ondan  içib  doya  bilsin.  Bizim 

zəmanəmizdə  elmsiz  qalan  millətin  mürur  ilə  pu ç  olmağı  məlumdur  və 

aşkardır».

 

Fəlsəfə  (yunanca  «filosofiya»-hikməti  sevirəm)  elminin  əsas 



məğzini,  qayəsini  məhz  biliyi,  elmi  idrakı,  təfəkkürü,  intellektuallığı,  qlobal, 

bəşəri əhəmiyyətli axtarışları aparmaq və s. təşkil edir.



16


«Loğman eyləməkçün dərdlərə çarə 

İstədi hər güldən bir şəfa dərə.

Çiçəklər ağladı loğman öləndə 

Şehdir qurumayıb göz yaşı hələ».



(Rübail)

Hazırda  planetimizdə  baş  verən  və  gündən-günə  arealı  genişlənən  qlobal 

ekoloji  anomaliya  və  kataklizmlər  insan  və  heyvanların  genetik  strukturuna 

olduqca böyük  neqativ təsir göstərir,  indiyədək  müşahidə  olunmayan  anomaliya 

və  eybəcərliklər törədir.  Buna misal olaraq 2011-ci ildə  Hindistanda 34 barmağı 

(20  ayaq  və  14  əl  barmağı)  olan  (polidaktliya)  qız  uşağının  və  Çində  2  başlı 

uşaqların  doğulmasını göstərmək  olar.  Həkimlər birincinin  amputasiya olunaraq 

normal  insan  kimi  inkişaf  edəcəyini,  sonuncuların  isə  yaşamasının  qeyri- 

mümkünlüyünü etiraf etmişlər.  Bu cür və  digər anomaliyalar heyvanlar arasında 

da son zamanlar daha çox müşahidə olunur.

Müəlliflər məmnunluqla bildirilər ki, gənclərimizdə elmə, o cümlədən baytarlıq 

təbabəti,  genetika,  gen  mühəndisliyi  və  biotexnologiya  kimi  zəngin,  bəşəri 

əhəmiyyətli  elm  sahəsinə  çox  böyük  maraq  formalaşacaqdır.  Biz  müəlliflər  bu 

dərsliyin  ərsəyə  gəlməsi  üçün  çox  gərgin  əmək  sərf  etmiş,  dünya  və  ölkə 

klassiklərinin,  eləcə  də  müasir elm xadimlərinin  elmi  əsərlərini  araşdırmaqla geniş 

və müfəssəl  elmi məlumatlar toplayaraq dərsliyin zəngin və müasir tələblərə cavab 

verməsinə  səy  göstərməyə  çalışmışıq.  Əsər həm  də  müəlliflərin  çox  sahəli  geniş- 

diapozonlu  elmi  biliklərə  malik  olmasının  və  onlann  məhsuldar,  gərgin  əməyi  və 

keçirdiyi  yuxusuz  gecələrin  ən  qiymətli  məhsuludur.  Müasir  elmi  texniki  tərəqqi 

bütün  elm  sahələrində  olduğu  kimi,  genetika  elminin  də  inkişafi  və  yeni 

perspektivləri  üçün  böyük  zəmin  yaradır.  Hazırda molekulyar  biologiya,  genetika, 

gen  mühəndisliyi,  biotexnologiya  yeni  elmi  aspektlərdə  çox  sürətlə  və  dinamik 

inkişaf  mərhələsinə  başlamışdır.  İndiyədək  biologiya  elminə  məlum  olmayan, 

qaranlıq  qalan  və  öz  müsbət  həllini  gözləyən  prioritet  istiqamətlər  artıq  dünya 

alimlərinin  diqqətini  cəlb  etməyə  və  yeni  elmi  axtarışlar aparmağa vadar etmişdir. 

2010-cu  ildən  başlayaraq  ABŞ  alimləri planetimizin  nəsli  tamamilə  kəsilən  ən 

qədim və nəhəng sürünən  canlısı olan dinazavrlann bərpa olunması üçün  böyük 

hazırlıq işləri aparırlar.

 

Onlar müəyyən etmişlər ki, dinazavrlann son nəsli  Saxalin 



və  Kirili  adalarında məhv  olmuşdur.  Bunu nəzərə  alaraq həmin  ekspedisiya qrupu 

qeyd  olunan  ərazilərdə  dinazavrlann  cəsədlərinin  qalıqlarını  müayinə  edərkən 

onlann  donmuş  (parabioz  halında  olan)  genlərini  aşkar  etmişlər.  Alimlər  hazırda 

əldə  etdikləri  həmin  genlərin  süni  yolla  çoxaldılması,  sonda  isə  fərqli  genlərin 

çarpazlaşdınlması və dinazavrlann bərpa olunması məqsədilə çox geniş diapozonlu 

elmi tədqiqat işləri  apanr.  Həmin ekspedisiya qrupu Rusiya Federasiyası alimlərini 

də  bu  tədqiqatlann  uğurla  həyata  keçirilməsində  iştirak  etmək  üçün  Rusiya 

hökumətinə  müraciət etmiş  və  ümumi  razılıq əldə  edilmişdir.  ABŞ  və  RF  alimləri 

müştərək  elmi  tədqiqat  layihəsinin  apanlmasına  çox  ciddi  hazırlıq  işləri  apanrlar.

17



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə