Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci IL tarixli



Yüklə 2,96 Mb.
səhifə32/39
tarix05.10.2017
ölçüsü2,96 Mb.
#3197
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

Altıncı addım ondan ibarətdir ki, təklif olunmuş yollardan hansı problemin həllinə daha çox köməklik edir. Bununla belə, daha yaxşı olar ki, bir-birinizdən soruşasınız: “Problem aradan götürül­dü­mü?”, “Problem həll oldumu?”, “Siz bizim etdiklərimizdən razısı­nız­mı?” və s.
Suallar və tapşırıqlar


  1. Ailənin pedaqoji-psixoloji əsasları hansılardır?

  2. Ailənin hansı funksiyaları vardır?

  3. Ailəni səciyyələndirən xüsusiyyətlər hansılardır?

  4. Ailənin prinsipləri hansılardır?

  5. Ailə tərbiyəsinin ümumi prinsiplərini sadalayın.

  6. Valideyn davranışının göstəriciləri hansılardır?

  7. Ailədə düzgün olmayan tərbiyənin əsas tipləri hansılardır?

  8. Valideyn-övlad münasibətlərinin pedaqoji əsaslarına nələr daxildir?

  9. Məktəblə ailənin birgə işinin məzmunu və təşkili formaları.

  10. Hansı ailə tiplərini tanıyırsınız?

  11. Valideynlərlə yeniyetmələr arasında meydana çıxan zid- diyyətlərin aradan qaldırılması yollarını əsaslandırın.

  12. Məktəblə ailənin əlaqə metodları.

  13. Valideyn-övlad münasibətlərinin xüsusiyyətləri

  14. Ailə tərbiyəsinin pedaqoji prinsipləri


Ədəbiyyat


  1. Muradxanov M.Ə. Məktəblilərin ailədə tərbiyəsi. Bakı: Maarif, 1972.

  2. Muradxanov M.Ə. Uşaqların tərbiyəsində ailə mühüm ocaqdır. Bakı, 1961.

  3. Məmmədov Q.K. Məktəb, müəllim və ailə. Bakı, 1962.

  4. Əhmədov H.M. Uşaqların tərbiyəsində valideynlərin şəxsi nümunəsi. Bakı, 1962.

  5. Axundov S. Ailədə uşaqların intizam tərbiyəsi. Bakı, 1967.

  6. İlyasov M. İ. Şagirdlərin peşə seçməyə hazırlanması. Bakı: Elm, 2010.




  1. Quliyev S.M., Quliyeva M.A. Şərq mütəfəkkirlərinin əsərlərin­də ailədə övlad tərbiyəsi. Bakı: ADPU, 2008.

  2. Quliyev S.M. Məktəblilərin mənəvi tərbiyəsində ailə, məktəb və ictimaiyyətin birgə fəaliyyəti. Bakı, 1982.

  3. Həsənli S.Q. Ailə tərbiyəsində etnopedaqoji materiallardan isti­fadənin imkanları. Naxçıvan: İdeya nəşriyyat evi, 2011.

  4. Qədirov Ə.Ə. Yaş psixologiyası. Bakı: Maarif, 2002.

  5. Fətəliyev X. Ailədə mili tərbiyə. Bakı, 1996.

  6. Makarenko A.S.Valideynlər üçün kitab. Bakı, 1964.

  7. Азаров Ю.П. Семейная педагогика. М., 1985.


XIII fəsil
ŞAGİRD ÖZÜNÜİDARƏ ORQANLARI

Əhatə olunan məsələlər:
13.1. Şagird özünüidarə orqanları və onların təşkili metodikası.

13.2. Özünüidarə orqanlarının komissiyaları.

13.3. Sinif rəhbəri, məktəb uşaq və gənclər təşkilatı.
13.1. Şagird özünüidarə orqanları və onların

təşkili metodikası
Müasir məktəbdə kollektiv özünüidarəni həyata keçirmədən yeni nəslin təlim-tərbiyəsi sahəsində müvəffəqiyyət əldə etmək çətindir. Buna görə də şagird özünüidarəsinin təşkili məktəbin əsas vəzifələrindən biri olmalıdır.

Özünüidarəyə daxildir: işin planlaşdırılması, təşkili, nəzarət və hesabaalma.

Məktəbdə şagird özünüidarəsini həyata keçirmək üçün şagird komitələri yaradılmalıdır. Onlar məktəbdə özünüidarənin təşkilinin əsas və ən səmərəli yollarından biridir. Şagird komitələri ayrı-ayrı komis­siyaların işini özündə birləşdirir. Həmin komissiyaların rəh­bərliyi isə özünüidarə orqanları kimi fəaliyyət göstərir.

Şagird özünüidarəsinin təşkili sahəsində məktəblərdə bir sıra mü­vəffəqiyyətli nəticələr əldə olunsa da, bəzi məktəblərdə özünü­ida­rəetmə prinsipini praktik şəkildə lazımınca həyata keçiril­mir.

Bəzən şagird özünüidarə orqanları heç də bütün fəaliyyətinin bütün sahələrini əhatə etmir. Halbuki, şagird şəxsiyyətini hərtərəfli və ahəngdar inkişaf etdirmək vəzifəsini, tərbiyəyə kompleks yanaş­ma prinsipini həyata keçirmək məktəb rəhbərlərindən şagirdləri fəa­liy­yətin bütün növlərinə cəlb etmələrini tələb edir.

Şagird özünüidarəsini necə təşkil etmək olar? Bu məqsədlə si­nif rəhbəri şagirdlərin maraqlarını ətraflı öyrənməlidir. Bu zaman o, şagirdləri öyrənmə yollarından istifadə etməlidir. Bunun üçün mü­şa­hidə, müsahibə, anket sorğusu, şagirdin yaradıcı fəaliyyətinin öy­rə­­nil­məsi və s. kimi metodlardan istifadə etmək daha məqsədəuy­ğun­dur.

13.2. Özünüidarə orqanlarının komissiyaları
Şagirdlərin maraqlarını öyrəndikdən sonra müəllim onları ko­misiyalar şəklində qruplara bölə bilər. Komissiyalar aşağıdakı kimi təşkil edilə bilər:

1. Təlim komissiyası (əqli tərbiyə sahəsində);

2. Təşkilatçılıq komissiyası (təşkilati işlər sahədə);

3. Bacarıqlı əllər komissiyası (əmək tərbiyəsi sahəsində);

4. Maraqlı işlər və incəsənət komissiyası (əxlaq və estetik tərbiyəsi sahəsində);

5. İdmançılar komissiyası (fiziki tərbiyə üzrə);

6. Nəzarətçilər komissiyası (intizam tərbiyəsi üzrə).

Hər bir komissiyaya maraqlarından asılı olaraq müxtəlif sayda şagirdlər üzv ola bilər. Həmin şagirdlər öz aralarında komissiyaya rəh­bər seçirlər. Rəhbər seçkisi zamanı müəllim sosiometriya üsu­lun­­dan istifadə edərək həmin qrupun faktik liderini müəyyən edib, rəh­bər seçməlidir.

Sonra sinif rəhbəri hər bir qrupun rəhbəri ilə həmin komis- si-ya­nın iş planını tərtib edir. Planın aylıq hazırlanması daha məqsə- də­­uyğundur. İş planı tərtib edilərkən həmin qrupa daxil olan şa- gird­­lərin bilik səviyyəsi, həyat təcrübəsi və yaş xüsusiyyətləri nə­zə­rə alınmalıdır.

Planda nəzərdə tutulan tədbirlərin kim tərəfindən icra edil- mə­sini müəyyənləşdirmək də xüsusi əhəmiyyət kəsb edir. Qrup üzv­lərinin hər biri ayrı-ayrılıqda hansı işləri görmələrini özləri üçün tam dərk etməlidirlər.

Sinif rəhbəri plan tutulmasında ilk vaxtlarda şagirdlərə kö- mək etməlidir. Onlar özləri plan tutmağı öyrəndikdən sonra bu işə sinif rəhbərinin nəzarət etməsi kifayətdir. Odur ki, sinif rəhbəri şa­gird­lərə işi planlaşdırmağı öyrətməlidir.

Tədbirlər planı hazırlanarkən sinif rəhbəri hər bir qrupun han­sı işlər görməsi ilə əlaqədar qrup üzvləri ilə söhbətlər keçirməlidir. Sinif rəhbəri tədbirlər planında müəyyən düzəlişlər aparmalıdır.

Qrupların işləri elə təşkil edilməlidir ki, hər bir qrupun üzvləri müxtəlif günlərdə fəaliyyət göstərsin, tədbirlərdə sinif şagird­lə­ri­nin hamısı iştirak edə bilsin. Təcrübə göstərir ki, qrup fəaliyyətini gün­lər üzrə aşağıdakı kimi planlaşdırmaq faydalıdır:

I günlər sinif iclaslarının keçirilməsi məqsədəuyğundur. İclas sinif kollektivinin ali orqanıdır. Orada qrupların həftəlik fəaliyyə­tinə yekun vurulur, növbəti həftə ərzində onun vəzifələri və iş planı təhlil edilir.

I-III-V günlər təlim qrupuna daxil olan şagirdlər dərsdən (bə­zən də tədbirdən) aşağı qiymət alan şagirdlərlə məşğul olurlar. On­la­ra dərslərini, ev tapşırıqlarını yerinə yetirməkdə kömək edirlər. Eyni zamanda bu qrupa daxil olan şagirdlər müxtəlif müzakirələr təşkil edirlər.

II günlər təbliğatçılar qrupunun işi təşkil olunur. Onlar həftə ərzində ölkəmizin və respublikamızın siyasi həyatında baş verən hadisələr haqqında şagirdlərə məlumat verir, siyasi mövzularda müzakirələr təşkil edir, divar qəzetləri və bülletenlər hazırlayırlar.

III günlər idman qrupuna daxil olan şagirdlər müxtəlif idman oyunları keçirirlər.

IV günlər bacarıqlı əllər qrupu şagirdlərin müxtəlif ictimai-faydalı fəaliyyətini təşkil edir.

V günlər isə maraqlı işlər qrupu fəaliyyət göstərərək müx- təlif mövzulu tədbirlər (gəzintilər, ekskursiyalar, teatr və kinolara baxış) təşkil edirlər. Bütün bu tədbirlər şagirdlərin təlim fəaliyyəti ilə əlaqələndirilərsə daha faydalı olar.

Şagird özünüidarəsində planlaşdırma işin ancaq başlan­ğıcıdır. Şagird özünüidarəsinin təşkili daha çətin məsələdir. Hər bir tədbirin planauyğun, məzmunlu keçirilməsi üçün qrup üzvlərindən bir və ya iki nəfər həmin işin təşkilatçısı təyin olunur.

Şagirdlərin fəaliyyəti, öz ictimai vəzifələrini necə yerinə yetir­mələrinə nəzarət edilməsi, onların fəaliyyətinin qiymətlən­dirilməsi nə­zarət qrupunun funksiyasına daxildir. Bu qrupun üzvləri nəzarət ilə yanaşı, keçirilən tədbirlərin uçotunu aparır, həmin tədbirin gedi­şin­də fəal və passiv şagirdlərin adlarını qeyd edirlər. Şagird kol­lek­tivi şagirdlər üçün qaydalarda irəli sürülən tədbirlərə əməl et­mə­li­dirlər. Onların bu tələbləri necə yerinə yetirmələri üzərində sosial nəzarət xüsusilə vacibdir. Nəzarətçilər qrupu bu istiqamətdə müəy­yən əhəmiyyətə malikdir. Onlar şagirdlərin bu tələbləri necə yerinə ye­tirmələrinə nəzarət edir, yeri gəldikdə, təşkilat saatında bu məsə­lələr haqqında məlumat verirlər.

Şagirdlərə tapşırıqların verilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də tapşırıq veriləcək şagird müəllim tərəfindən hərtərəfli öyrənilməlidir. İş elə qurulmalıdır ki, tapşırıqlar şagirdlərin ictimai fəallıqlarının artmasına şərait yaratsın. Bəzən elə olur ki, şagirdə ve­ri­lən tapşırıq onun gücünə müvafiq olmur. Belə hallarda o, tap­şı­rıq­dan yayınmağa çalışır. Dərsdə şagird özünüidarəsinin həyata ke­çi­rilməsi böyük təlim və tərbiyə əhəmiyyətinə malikdir. Bu şa­gird­lərin ictimai və idraki fəallığının artmasına səbəb olur, təlim-tərbiyə prosesinin keyfiyyətini yüksəldir.


13.3. Sinif rəhbəri, məktəb uşaq və gənclər təşkilatı
Məktəblərdə şagirdlərə məxsus olan mövcud üç mühüm təş- kilatın-gənclər təşkilatının, Uşaqlar birliyi təşkilatının və şagird ko- mitəsinin hər birinin ayrı-ayrı siniflərdə öz kiçik təşkilatları, nü- mayəndələri olur və fəaliyyət göstərir.

Belə ki, yuxarı siniflərdə, gənclər təşkilatının müəyyən nü- ma­yəndəsi, V-VIII siniflərdə Uşaq birliyi təşkilatının nüma­yən­də­ləri, V-XI siniflərdə isə sinif nümayəndəsi olur. Məktəbdə aparıcı rəh­bər şagird təşkilatı; IX-XI siniflərdə gənclər təşkilatı, V-VIII si­nif­lərdə isə Uşaqlar birliyi təşkilatlarıdır.

Bu üç mühüm şagird təşkilatları məktəbin müdiriyyəti, sinif rəh­bərləri və fənn müəllimlərinin bilavasitə rəhbərliyi altında öz­lə­rinin aidiyyəti olduğu ayrı-ayrı siniflərdə şagirdlərin əqli, əxlaqi, es­tetik və fiziki tərbiyəsini, idman oyunlarını, ictimai-faydalı işlərini, fəal istirahətini səmərəli təşkil edir və həmçinin şagirdlər üçün nü­mu­nəvi qaydalara, mədəni davranış və məktəbin daxili intizam qay­da­ları və rejiminə necə əməl edilməsinə düzgün nəzarətin apa­rıl­ma­sını təşkil edir. Bu işlərdə sinif nümayəndəsinin rolu daha bö­yük­dür. Sinif nümayəndəsi sinif rəhbərinin bilavasitə rəhbərliyi ilə ke­çi­rilən sinif iclasında uşaqların açıq səs verməsi və razılığı əsasında yaxşı təşkilatçılıq qabiliyyəti olan əlaçı, mədəni və işgüzar, fəal şagirdlərdən seçilir.

O, sinif rəhbərinin bilavasitə rəhbərliyi və göstərişləri ilə sinifdə möhkəm qayda-qanun və intizam yaradır, sinifdə müəyyən cədvəl üzrə şagirdlərin müntəzəm növbətçiliyini və təmizlik işlərini təşkil edir və ona nəzarət edir, sinifdənkənar təlim-tərbiyə işlərinin təşkili və keçirilməsində sinif rəhbərinə və məktəbin başqa şagird təşkilatlarına yaxından kömək göstərir.

Qabaqcıl sinif rəhbərləri sinifdə təlim-tərbiyə işlərini daha yüksək səviyyədə təşkil etmək məqsədilə Uşaqlar birliyi təşkilatının (V-VIII siniflərdə), yaxud gənclər təşkilatının nümayəndəsi (IX-XI siniflərdə), sinif nümayəndəsi və sinif divar qəzetinin redaktorun- dan ibarət tərkibdə bir üçlük yaradır və həm də müəyyən vaxtlarda bu üçlüyü-bu üç nəfər rəhbər, təşkilatçı şagirdi öz yanına xüsusi dəvət edib, onlarla bir yerdə, onların bilavasitə fəal iştirakı ilə sinfin sinifdənkənar cari, həftəlik, aylıq, rüblük və s. təlim-tərbiyə işlərini planlaşdırır, keçiriləcək hər hansı yeni bir tədbirin mövzusunu, planını, təşkili məsələlərini və bu işlər üçün məsul şəxsləri və s. müzakirə edib aydın müəyyənləşdirir.

Sinif şagird təşkilatının tərbiyə işlərinin səviyyəsi və müvəf- fəqiyyəti məktəb şagird təşkilatlarının işinin necə təşkili ilə sıx əla­qədardır və ondan xeyli dərəcədə asılı vəziyyətdə olur. Lakin bu tə­sir ilə yanaşı, yenə hər bir sinif rəhbəri öz sinfində vahid, möhkəm və işgüzar kollektivin təşkil olunmasına və sinifdəki şagird təş­ki­lat­la­­rı üzvlərinin tərbiyə vəzifələri istiqamətində məqsədyönlü, plan­lı, mün­tə­zəm fəal mübarizə aparmasına ciddi cəhd göstər­mə­li­dir. İlk növ­bədə, o, tədris ilinin əvvəlində sinif nümayəndəsini seçir, onun fəal iştirakı ilə sinifdə həftənin hər bir günündə növbətçilik edəcək şa­girdləri müəyyən edib, növbətçiliyin normal aparılmasını təşkil edir.

Bununla bərabər, o, sinfin rəhbər şagird təşkilatlarının razılı­ğı və iştirakı ilə sinfin sanitariya komissiyasını, divar qəzetinin redak­si­ya heyətini müəyyənləşdirib təyin edir, ictimai-kütləvi tədbirləri təşkil etmək üçün xüsusi bir nəfər rəhbər, ictimai-faydalı işləri təşkil etmək üçün başqa bir rəhbər, səlahiyyətli təşkilatçı seçir.

Bundan sonra, sinif rəhbəri ayrı-ayrı sahələrə təhkim edilmiş hər bir rəhbər şagirdin vəzifəsini və işinin məzmununu açıqlayıb on­lara aydın başa salır və öyrədir. Sonra da hər bir rəhbər seçilmiş şagirdə öz vəzifəsi və işini daha ləyaqətlə düzgün aparılması üçün gündəlik xüsusi qayğı və köməklik göstərir və hər bir rəhbərin vaxtaşırı sinif iclaslarında şagird kollektivi qarşısında məsuliyyətlə konkret hesabat verməsini təşkil edir.

Məktəb islahatı sənədlərində göstərilir ki, gənc nəslin tərbi- yəsi işinin təşkilinə kompleks qaydada yanaşılsın, məktəbli uşaq- ların ideya-siyasi, əxlaqi, əmək, estetik və fiziki tərbiyəsinin bir-biri ilə sıx əlaqədar şəkildə həyata keçirilməsinə xüsusi fikir verilsin və diqqət artırılsın. Bu prinsip məktəbin tərbiyə işində sinif rəhbəri və müəllimlərin şagird təşkilatları ilə düzgün qarşılıqlı əlaqəli işləməsi zəruriyyətini yaradır. Məktəbli uşaq və gənclərin ideya-siyasi və əxlaq tərbiyəsini məktəbin və sinfin şagird təşkilatlarının fəal işti­rakı vasitəsilə daha maraqlı, rəngarəng formada və müvəf­fəqiyyətli şəkildə həyata keçirmək mümkündür. Çünki hər bir sinifdə tərbiyə işlərini yüksək səviyyədə, keyfiyyətli təşkil edib həyata keçirmək, müəllimlərlə bərabər, həm də Uşaqlar Birliyi təşkilatları ilə gənclər təşkilatının mühüm vəzifəsidir.

O, sinif rəhbəri, həm də sinifdəki Uşaqlar Birliyi və gənclər təşkilatlarının fəalları ilə birlikdə sinif şagirdlərinin “Şagirdlər üçün qaydalar”a necə riayət etməsi işinə göz qoyur, sinfin ictimai təş­ki­lat rəhbərlərinin qaydalara düzgün icra etmələrinə xüsusi fikir ver­mə­­sini və bu məsələ üzərində müntəzəm nəzarət etməsini təşkil edir.

Nümunəvi qaydalara ciddi riayət etməyən, onları tez-tez ye­rinə yetirməyən, intizamsızlıq edən uşaqlarla fərdi tərbiyəvi söhbət edib, onlara yenidən təsir göstərir və şagirdləri məktəbin daxili inti­zam qaydalarını düzgün gözləməyə və yerinə yetirməyə təhrik edir, istiqamətləndirir.

Gənclər təşkilatının tədris ocağındakı qurumu və şagird ko­mi­təsi özünüidarə prinsiplərinə əsasən fəaliyyət göstərir. Odur ki, sinif fəallarının məktəb özünüidarə orqanlarında təmsil olunması sinif rəhbərlərinin diqqətindən yayınmamalıdır. Şagird komitəsi və Gənc­­lər təşkilatı əlahiddə orqan deyildir. Bu təşkilatın fəalları, rəh­bər­ləri, üzvləri başqa tədris müəssisələrindən deyil, məktəbdəki şa­gird­lərdən, ayrı-ayrı siniflərdən təşkil olunur. Hansı sinfin şagirdi da­ha çox təşkilatçılıq qabiliyyətinə malikdirsə, o, diqqət mərkəzində da­yanır və fəaliyyətə cəlb edilir.



Müəllimlər rəhbərlik etdikləri siniflərdə belə təşkilatçıların sa­yı­nın artması qayğısına qalmalıdır. Bundan başqa, gənclər təşkila- tın­da, əsasən, yuxarı sinif şagirdləri təmsil olunurlar. Kiçik yaşlı məktəblilər orta məktəb yaşı dövründən uşaq birliyi təşkilatının üz­vü­dürlər. Sinif şagird kollektivinin təşkili və tərbiyəsində gənclər təşkilatı sinif rəhbərinin yaxın köməkçisi rolunu oynayır. Eyni za­man­da gənclər təşkilatının qarşısında duran başlıca vəzifələrin hə­yata keçirilməsində sinif rəhbəri bu təşkilata öz köməyini gös­tə­rir. Müəllimlər rəhbərlik etdikləri X-XI siniflərdə gənclər təşkilatına üzv olmasına nail olur, hər bir məktəbliyə ictimai vəzifə verir, tapşı­rılan işə onlarda cavabdehlik hissi formalaşdırırlar.

Gənclər təşkilatı sinif rəhbərləri tərəfindən daimi, gündəlik kö­mək aldıqda öz fəaliyyətini səmərəli şəkildə qurur. Şagirdlərin tər­biyəsində sinif rəhbəri və gənclər təşkilatının qarşılıqlı əlaqəsi aşağıda göstərilən bir sıra cəhətlərlə şərtlənir:

1) Gənclər təşkilatı X-XI siniflərin rəhbərlərini öz yığın- caqlarına dəvət edir. Həmin yığıncaqlarda bir çox məsələlərin mü­za­kirəsi keçirilir. Buraya təşkilatın qarşısında duran vəzifələr, işin məzmunu, fəaliyyətin daha da təkmilləşdirilməsi perspektivləri: he­sa­batı, hesabat seçkisi, şagirdlərin təlim və tərbiyəsi, intizamı ilə bağlı məsələlər və s. daxildir.

2) Konkret şagirdlərin tərbiyəsi və intizamı ilə əlaqədar mə- sələnin müzakirəsi keçirilir;

3) Bu və ya digər ümuməktəb tədbirinin hazırlanıb həyata ke­çirilməsini təmin edir;

4) Məktəblilərin asudə vaxtını və tərbiyəsini təşkil edir;

5) Şagirdlərin məktəbdənkənar tədbirlərini keçirir;

6) Ümumməktəb özünüidarə orqanlarının yaradılması ilə əla­qədar söhbət etmək, məsləhətləşmək məqsədi ilə sinif rəhbər- lərinə müraciət edir və s.

Sinif rəhbərləri:

1) sinif şagird kollektivinin təşkili;

2) bu və ya digər sinif tədbirinin hazırlanmasına kömək gös­tərmək;

3) sinif özünüidarə orqanlarına seçkilərdə;

4) şagird kollektivinin ictimai fəallıq qabiliyyətini yüksəltmək və s. məsələlərlə bağlı gənclər təşkilatına müraciət edirlər.
Suallar və tapşırıqlar


  1. Özünüidarəyə nələr daxildir?

  2. Şagird özünüidarəsini necə təşkil etmək olar?

  3. Sinif rəhbərinin məktəb, uşaq və gənclər təşkilatları ilə apardığı işin məzmunu nədən ibarətdir?

  4. Şagirdlərin tərbiyəsində sinif rəhbəri və gənclər təşkilatının qarşılıqlı əlaqəsi hansı amillərlə şərtlənir?

  5. Sinif rəhbəri hansı məsələlərlə bağlı gənclər təşkilatına müraciət edir?

  6. Məktəb Uşaqlar birliyi və Gənclər təşkilatının birgə fəaliyyəti.

  7. Şagird özünüidarənin tərbiyəvi tədbirləri.

  8. Məktəbdə Uşaqlar birliyi və Gənclər təşkilatının işinin məz­munu.

  9. Şagird özünüidarə orqanlarının məktəblilərin tərbiyəsində möv­qeyi və rolu.


Ədəbiyyat


    1. Ağayev Ə.Ə. Pedaqogika. Bakı: Adiloğlu, 2006.

    2. Əliyev P.B., Əhmədov H.H.Təhsil müəssisələrində tərbiyə işinin təşkili. Bakı, 2006.

    3. Hüseynzadə R.L., M.C.İsmayılova. Tərbiyə işi və onun metodikası. Dərs vəsaiti. Bakı: ADPU, 2012.

    4. Musayev İ.V. Müəllimin və sinif rəhbərinin peşə fəaliyyətinin xüsusiyyətləri. Bakı,1996.

    5. Qaralov Z.İ. Tərbiyə: prinsiplər, məzmun, metodika. (3 cilddə). Bakı: Pedaqogika, 2003.


XIV fəsil
KOLLEKTİV VƏ KOLLEKTİVDƏ

ŞƏXSİYYƏTİN TƏRBİYƏSİ

Əhatə olunan məsələlər
14.1.Kollektivin xüsusiyyətləri və əlamətləri.

14.2. Şagird kollektivinin xüsusiyyətləri.

14.3. Kollektivin mərhələlər üzrə formalaşması texnologiyası.

14.4. Şəxsiyyət və kollektiv arasında münasibətlərin inkişaf modelləri.

14.5. Şagird kollektivində şəxsiyyətin tərbiyəsi.

14.1. Kollektivin xüsusiyyətləri və əlamətləri
Kollektiv sözü latın sözü olub, “kollektivus” sözündən gö­tü­rülmüşdür. Kollektiv mütəşəkkil şəkildə yüksək səviyyədə təşkil olunmuş insan qrupudur.

Kollektiv real məkan və zamanda mövcud olan, ictimai-fay­dalı məqsədlər ətrafında birləşən, həmin məqsədlərə nail olmaq üçün eyni (yaxud bir-biri ilə əlaqədar olan müxtəlif) istehsal pro­se­sində fəaliyyət göstərən, özünüidarə orqanlarına (müvəkkillərə rəh­bərlik və tabelik elementlərinə) malik olan, üzvlər arasında qar­şı­lıq­lı məsuliyyətli münasibətləri bərqərar edən, fəaliyyət məqsədlərini genişləndirib başqa kollektivlərlə üzvi əlaqə saxlayan və cəmiyyətin özəyini təşkil edən mütəşəkkil sosial qrupun yüksək formasıdır.

Kollektiv dedikdə, bir sıra mühüm əlamətləri ilə fərqlənən şa­gird­lər birliyi başa düşülür. Kollektiv - ictimai-faydalı məqsədlər ətrafında birləşən, özünüidarə orqanlarına malik olan, mütəşəkkil, sosial qrup formasıdır.

Kollektiv çox mühüm xüsusiyyətləri ilə fərqlənir. Bunlar kol­lek­tivdaxili psixoloji mühiti, kollektivin üzvləri arasındakı mü-na­sibətləri əks etdirən xarakteristikalardır. Bu xarakteristikalar­dan biri kollektivin birliyi və mütəşəkkilliyidir.

Yaxşı təşkil olunmuş kollektivdə qarşılıqlı kömək, qarşılıqlı mə­suliyyət, xeyirxahlıq, sağlam tənqid, özünütənqid və yarış özünü gös­tərir. Belə kollektivlərdə münasibətlər sistemi ictimai və şəxsi mə­nafelərin ağlabatan səviyyədə əlaqələndirilməsi ilə müəyyən olunur.

Kollektivin möhkəmliyi məhəbbət, dostluq və yoldaşlıq kimi nəcib insani hisslərin tərbiyəsi ilə təmin olunur. A.S.Makarenko kol­lektivdə ənənələrin olmasını kollektivin inkişafıının səciyyəvi əla­məti hesab edir və ənənələri ictimai yapışqan adlandırırdı.

Yüksək həmrəylik hissinin formalaşması şagirdi kollektivin ümumi işində daha fəal şəkildə iştirak etməyə, kollektiv qarşısında öz məsuliyyətini dərk etməyə yönəldir.

Bu sistem şəraitində kollektivin hər bir üzvi öz mənafeyini aydın və inamla ifadə edir.
Şagird kollektivinin xüsusiyyətləri:



14.2. Şagird kollektivinin xüsusiyyətləri
Şagird kollektivi şagirdlərin sosial və ali orqanıdır. Çünki o, ümumi sosial əhəmiyyəti olan məqsəd və fəaliyyət birliyi ilə bir­ləşmişdir. Onun ümumi seçkili orqanları vardır.

Şagird kollektivi bir sistem kimi daha mürəkkəb birlikdir, çünki o, uşaq (yeniyetmə və gənclər) və müəllim kollektivini birlə­ş­dirən tərbiyəvi kollektivin üzvi hissəsidir.

Şagird kollektivi nisbi müstəqil sistemdir, çünki bu sistemə özü­­nütənzimləmə, özünütəşkiletmə, özünüidarəetmə prosesləri aiddir.

Şagird kollektivi dinamik sistemdir, çünki kollektivin inkişafı şagirdlərin daxili aləmində, cəmiyyətin həyatında, kollektivi əhatə edən mühitdə baş verən dəyişikliklərlə bağlıdır.
Şagird kollektivinin əlamətləri:




Ümumi sosial əhəmiyyəti olan məqsəd qoymaq. Hər bir qrupun məqsədləri vardır. Kollektivin məqsədi ictimai məqsədlərə uyğun gəldiyindən cəmiyyət və dövlət onu müdafiə edir, çünki o, dövlətin konstitusiyasına və qanunlarına zidd deyildir.

Qarşıya qoyulmuş məqsədə çatmaq üçün birgə fəaliyyət. İnsanlar kollektivlərdə ona görə birləşirlər ki, birgə səylərlə müəyyən məqsədlərə tez nail olsunlar. Bunun üçün kollektivin hər bir üzvü birgə fəaliyyətdə fəal iştirak etməli, onun nəticələri üçün yüksək şəxsi məsuliyyəti ilə fərqlənməlidir.

Kollektivin üzvləri arasında məsuliyyətli asılılıq müna­si­bətləri. Bu münasibətlər təkcə məqsəd və fəaliyyət birliyini deyil, həm də bu məqsəd və fəaliyyətlə əlaqədar olaraq yaranan hiss və duyğuları, təəssüratları, fikir birliyini əks etdirir.

Ümumi seçkili rəhbər orqanların yaradılması. Kollektivdə demokratik münasibətlər yaranır. Kollektivin idarə orqanları bir- başa və açıq seçki yolu ilə onun ən nüfuzlu üzvlərindən formalaşır.
14.3. Kollektivin mərhələlər üzrə formalaşması texnologiyası
Kollektivin mərhələlər üzrə formalaşması texnologiyası A.S.Ma­karenkonun təlimində öz əksini tapmışdır. O, kollektivin hə­yat qanununu yaratmışdır: hərəkət kollektivin yaşaması forması, da­yan­maq isə onun dağılması formasıdır. O, kollektivin inkişaf prin­siplərini müəyyən etmişdir:

1) aşkarlıq; 2) məsuliyyət; 3) perspektiv xətlər; 4) parelel təsir.

Kollektiv olmaq üçün qrup bir neçə çətin keyfiyyət dəyişikliyi yolunu keçməlidir. A.S. Makarenko bu yolun bir neçə mərhələsini müəyyən etmişdir:



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə