Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci IL tarixli


Tərbiyəvi məqsədin mövcudluğu; 2



Yüklə 2,96 Mb.
səhifə35/39
tarix05.10.2017
ölçüsü2,96 Mb.
#3197
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   39

1. Tərbiyəvi məqsədin mövcudluğu;

2. Mövzunun aktuallığı və müasirliyi;

3. Onun ideya istiqaməti;

4. Məzmunun elmi cəhətdən şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu;

5. Müəllim və şagirdlərin hazırlığı, təşkilatçılıq və mütəşək- killik.

Disputun keyfiyyətini şagirdlərin reaksiyası ilə müəyyənləş- dirmək olar. Onların həyəcanlı əhval-ruhiyyələri, keçirilən tədbirə olan müsbət münasibətləri disputun müvəffəqiyyətindən; laqeyid- siz­likləri isə uğursuzluğundan xəbər verir. Ümumiyyətlə, disput- ların məzmunu və forması etibari ilə bədii şəkildə qurulur. Mübahi- sələrdə və çıxışlarda səlis, düşündürücü intonasiya, fikrin bu və ya digər şəkildə formula edilməsi dinləyicilərə yaxşı təsir bağışlayır və uzun müddət yaddan çıxmır.

Disputun keçirilməsi və onun nəticəsi bir çox şərtlərdən asılıdır. Bu şərtlər aşağıdakılardan ibarətdir:


    • Disputun keçirilməsi müəyyənləşdirilməsi;

    • Disputun rəhbərinin mövzuya hazırlıqlı olması;

    • Disputun nahar fasiləsi zamanı keçirilməməsi, habelə eyni zamanda onun vaxtının uzadılmaması və s.

Aşağıda mənəvi keyfiyyətlərin formalaşdırılmasına yönəl- dilən disput mövzuları və bu mövzulara uyğun suallar verilmişdir:

Bədii əsərlərin müzakirəsi. Bədii əsərlərin müzakirəsini təşkil etmək üçün əvvəlcədən elan yazılır və əsərdəki obrazlar haqqında danışmaq konkret şagirdlərə tapşırılır. Şagirdlər hazır­laşdırılır. İştirak edəcək müəllif və ya qonaqlar müəyyənləşdirilir. Kit­abın müzakirəsi üçün kitab bir neçə şagird və müəllimlər tərə­findən oxunur, müəllif və kitab haqqında müxtəsər yazı və ya elan yazılır, vaxt müəyyənləşir və müzakirə keçirilir. Müzakirə rəhbərin, təşkilatçının giriş sözü ilə başlayır və yekun sözü ilə də bitir. Müzakirə 1.5 saatdan çox çəkməməlidir.

Doğma diyara yürüşlərin və ekskursiyaların təşkili. Bu kimi tədbirlər zamanı şagirdlər doğma təbiətin gözəlliyini daha dərin­dən qavrayırlar. Onun zəngin təbiəti, adamlarının əmək xa­ru­qələri, doğma yurdun tarixi ilə tanış olurlar. Ekskursiya və yürüşlər zamam şagirdlər od tutub yanan üfuqlər, əlvan çiçəklər üzərində günəşin zərrin şüasından bərq vurub büllur kimi göz qamaşdıran incə şeh damlalarının, qırçın ləpələr qoynunda çırpınan gümüşü balıqları, pərişan halda küləyin ahəstə mehi ilə saçlаrını darayan söyüdləri, zərif tül içərisində xumarlanan çölləri, dəniz kimi dalğalanan zəmiləri müşahidə edir, günəşə doğru həsrətlə boylanan çicəklərin ətrini duyur, zirvələri ağ örpəyə bürünmüş dağların əzəmət və qüruruna məftun olurlar. Təbiətin füsunkar gözəlliyini heç vaxt sinifə gətirmək, sözlərlə təsvir etmək mümkün deyildir.

Günəşin:


Kütləvi iş formaları dedikdə isə bu ümumkətəb miqyasında keçirilən tədbirlərdir. Yaxud da bir və ya iki məktəblə birlikdə ke­çi­rilən tədbirlərdir. Bura ümumxalq bayramlarının təntənəli şəkildə ke­çirilməsi, Yeni il şənliyinin, Novruz bayramının, yaxud bir milli qəhrəmanla, görkəmli şəxsiyyətlə təntənəli şəkildə keçirilən görüş daxil ola bilər.

Səciyyəvi iş formaları dedikdə bu sinif rəhbərinin, yaxud məktəb uşaq və gənclər birliyinin keçirdiyi səciyyəvi tədbirlərdir ki, o yalnız sinif rəhbərinə və ya uşaq və gənclər təşkilatına məxsusdur. Məsələn, Sinif rəhbərinin keçirdiyi “Sinif saatı” sinif rəhbərliyinə aid səciyyəvi iş formasıdır. Yaxud uşaq və gənclər təşkilatının özü­nə­məxsus şəkildə keçirdiyi yürüşlər, toplanışlar, tonqal qalayıb ət­ra­fın­da söhbətlər, əyləncələr və s. uşaq, gənclər təşkilatının səciyyəvi iş formaları hesab olunur.

Sinifdənхаric tərbiyə işinin müvəffəqiyyətli nəticələr vеr­mə­si üçün tərbiyənin ümumi prinsipləri rəhbər tutulmаqla di­gər tələblərə də əməl edilmə­lidir. Bu tələblərdən ən başlıcası aşa­ğıdakılardır.

  1. Sinifdənxaric dərnək və klubların, bölmələrin, fakültətiv məş­ğələlərin və s. seçilməsi könüllü xarakter daşımalıdır. Bu mə­sə­lədə müəllim tərbiyəçi, sinif rəhbəri şаgirdə faydalı məsləhət və istiqamətlər vеrə bilər, аmmа оnu məcbur еdə bilməz;

  2. Sinifdənxaric işlər ictimai və ideya-mənəvi istiqaməti ba­xı­mın­dan yararlı, faydalı olmalıdır. Yəni təntənəli yığıncаq və gö­rüşlərdə, dərnəklərdə, məktəb muzеylərində, klublаrdа, birləş­mə­lər­də, müsаbiqələrdə, yаrışlаrdа və i.а. еlə tədbirlər həyаtа kе­çi­ril­mə­lidir ki, оnlаr şаgirdlərin ictimаi cəhətdən fəаl, idеyа-mənəvi cə­hət­dən sаğlаm əqidəli şəхsiyyətlər kimi yеtişdirilməsinə kömək gös­tərmiş оlsun;

  3. Sinifdənxaric işlər vaxtında və ağıllı şəkildə planlaşdırıl­malı, bu işlərin icrası zamanı şagirdlərin təşəbbüs­kar­lığına və öz fəaliy­yətinə geniş meydan verilməlidir. Təcrübə və müşаhidələrdən аydın оlur ki, bu və yа digər tədbirin gеdişində uşаqlаrın təşəb­büs­kаr­lığınа və özfəаliyyə­tinə şərаit yаrаdıldıqdа həmin kеyfiyyətlər оn­lаrdа sürətlə inkişаf еdir, şаgirdlər fəаliyyət zаmаnı yеni fоrmа və üsul­lаr tаpıb tətbiq еdirlər, öz mаrаqlаrını təmin еtmək üçün хüsusi fəаllıq göstərirlər;

  4. Sinifdənxaric işlərdə romantikadan, əyləncəli situasi­ya­ların yaradılmasından, təşkilati-işgüzar oyun element­lərin­dən geniş isti­fa­də edilməlidir. Bеlə оlduqdа tədbir dаhа çох şаgirdi cəlb еdər və səmərəli nəticələr vеrər;

  5. Sinifdənxaric işlərə verilən tələblərdən biri də belədir: şagird­lərin görüş dairəsini genişləndirən, bilik ehtiyatını zən­gin­ləş­di­rən, maraqlarını artıran, sağlamlığını təmin edən və fiziki key­fiy­yətlərini təkmilləşdirən məşğələ və tədbirlərdən mümkün qədər əla­qəli şəkildə istifadə olunmalı­dır. Bеlə оlduqdа tərbiyə işinə kоm­plеks qаydаdа yаnаşmа tələbi yеrinə yеtirilir;

  6. Nəhayət, sinifdənxaric işlər şagirdlərin tədris işi ilə sıx əlaqələndirilməlidir. Keçirilən sinifdənxaric tədbirlər təlim keyfiy­yə­­tinin yüksəlməsinə, şagirdlərin bilik və dünyagörüşünün geniş­lən­mə­sinə kömək etməlidir.

Bəzi orta məktəblərdə sinifdənхаric işlərlə tədris işinin qаr­şı­lıqlı əlаqəsi müхtəlif tərzdə həyаtа kеçirilir. Məsələn: bəzi hаllаrdа sinifdənхаric iş dərsin və yа digər növ tədris məşğələsinin məntiqi dаvаmı kimi keçerilir.

Bəzi hаllаrdа isə sinifdənхаric iş müəyyən fənlər üzrə şаgird­lə­rin mеyllərinin, fərdi qаbiliyyətlərinin dərinləşdiril­mə­sinə yönəl­di­lir. Tədris fəаliyyətinin sinifdənхаric işlə bu tərzdə əlаqələn­di­rilməsi hər bir şаgirdin fərdi qаbiliyyətini, bаcаrıq və istеdаdını əhəmiyyətli dərəcədə inkişаf еtdirir, yаrаdıcılıq pоtеnsiаlını аrtırır, еlmi dünyаgörüşünü və fəаl həyаt mövqеyini məqsədyönlü şəkildə fоr­mаlаşdırır.



15.3. Sinifdənxaric işlərdə dərnəklərin yeri
Sinifdənxaric işlər sırasında dərnəklər geniş fəaliyyət göstərir­lər. Dərnəklər əsasən iki cür təşkil olunur: 1) Fənn dərnəkləri. Bu dərnəklər bilavasitə məktəbdə tədris olunan fənlərlə bağlıdır. Bu dər­nəklər həmin fənlərin daha dərindən mənimsənilməsinə, o sa­hə­də şagirdlərin biliklərinin daha da dərinləşdirilməsinə xidmət edir. Fənn dərnəklərini əsasən fənni tədris edən müəllimlər aparırılar; 2) ma­rağa görə təşkil olunan dərnəklər. Belə dərnəklər uşaqların ma­raq və meylinə görə təşkil edilir. Bu dərnəkləri yuxarı sinif şagirdləri və ya müəyyən mütəxəssis, maraqlı şəxs təşkil edib keçirə bilir.

Fənn dərnəkləri:

Məktəblərdə müəyyən fənlər üzrə dərnəklər təşkil edilir. Bun­ların məqsədi şagirdlərin ayrı-ayrı fənlərə olan maraqlarını artırmaq, onların dərsdə mənimsədikləri bilikləri daha da zənginləşdirməkdir. Dərnəyi təşkil etməzdən əvvəl şagirdlərlə ciddi iş aparılır. Dərnəyə üzvlər cəlb olunur, onun işi, istiqaməti, planı müəyyən edilir. Bun­dan sonra yaranmış dərnək fənn müəllimlərinin birinin rəhbərliyi al­tın­da fəaliyyətə başlayır. Dərnəkdə proqramdа olmayan, lakin proqram materialının dərindən öyrənilməsinə kömək edən mövzular nəzərdə tutulur. Bu zaman hər bir fənnin özünəməxsus xüsusiyyəti nəzərə alınır, yeni maraqlı, interaktiv metodlardan, yeni texnolo­gi­ya­lardan istifadə olunur.



Ədəbiyyat və dil dərnəkləri.

Şagirdlər milli və dünyа ədəbiyyatından tanınmış yazıçılar haqqında daha dərin məlumatlara yiyələnirlər. Həmçinin xarici dil öyrənilir. Hazırda xarici dillərin öyrənilməsinə də çox diqqət verilir. Buna görə də məktəbdə xarici dilləri öyrənən dərnəklər təşkil edilir. Həmin dərnəklərdə şagirdlər ingilis, alman, fransız, fars dillərini öyrənməyə çаlışırlаr. Bu dərnəklərlə şagirdlər həm ədəbi əsərləri, həm də dillərə aid kütləvi əsərləri öyrənməyə diqqət yetirirlər. Bunun nəticəsin­də onlarda milli ilə ümumbəşərinin vəhdəti anlayışı formalaşır.



Fizika və riyaziyyat dərnəkləri

Şagirdlər fizika və riyaziyyatın tarixinə aid, bu sahədə böyük kəşflər etmiş alimlərin həyat və fəaliyyətinə dair məlumatları öy­rə­nir­lər. Bu zaman onlar dünya fizika və riyaziyyat elmlərinin in­ki­şafında böyük xidmətləri olan Əlxarəzmi, Farabi, İbn Sina, Əbül Vəfa, Cabir bin Həyyan, Nəsirəddin Tusi və başqalarının fikirlərini öyrənirlər.



Coğrafiya dərnəyi

Bu dərnəyin məqsədi coğrafiya, diyarşünаslıq məsələləri ilə məşğul olan şagirdləri bir kоllеktivə toplayıb on­ların coğrafi bilik­lə­rini zənginləşdirməkdir. Bu dərnəkdə şagirdlər məşhur səyyahlar haq­qında – Övliya Çələbi, Jan Şarden, Aleksandr Düma, Tur Heyrdal, Hacı Zeynalabdin Şirvani, Məhəmməd Şirvani, Əb­dür­rəşid Bakuvi və başqaları haqqında məlumatlar alırlar. Coğrafiya dərnəyinin müxtəlif bölmələri olur və bu bölmələrdə fiziki coğra­fi­ya, qitələr və materiklər coğrafiyası, Azərbyacan abidələri və digər məsələlər öyrənilir. Dərnəyin üzvləri fotomon­taj­lar, albomlar tərtib edir, məşhur səyyahların, dənizçilərin, alimlərin şəkil­lərini toplayır­lar, həyat və fəaliyyətlərinə dair məruzələr ya­zır­lar. Yuxarı sinif şagird­­ləri elmi-tədqiqat xarakterli məruzələr ha­zır­layır və rayonlar arası, respublika üzrə olimpia­dalarda çıхış edirlər.



Kimya dərnəyi

Bu dərnəyin üzvləri elmi-kütləvi əsərləri oxuyur, kimya alim­lə­rinin həyat və fəaliyyətinə dair məruzə və referatlar yazır, ele­ment­lər aləminə səyahətlər adlı mövzularda gecələr təşkil edir, yüz beş element haqqında ətraflı məlumatlar top­layırlar.

Məşhur kimyagər Cabir Bin Həyyan haqqında, Mendeleyev və onun cədvəli haqqında maraqlı məlumatlar toplayırlar.

Gənc təbiətçilər dərnəyi

Məktəblilərin idrak maraqları­nın inkişаfinda, görüş dairə­lə­ri­nin genişləndirilməsində Gənc təbiətçilər dərnəyinin rolu böyükdür. Bu dərnəyin sahəsi geniş olub kənd təsərrüfatı sahəsində becərilən bitkilərin növlərini əhatə edir. Burada şagirdlər doğma diyarın bitki aləmini öyrənir və bunun nəticəsində uşаqlarda vətən­pərvərlik hissi daha da güclənir. Dərnəyin üzvləri tədris-təcrtibə sahəsində təcrübəçilik işi aparır, müxtəlif bitkilərə qulluq edirlər.



Ölkəşünаslıq dərnəyi

Bu dərnəyin üzvləri rayonun təbii ehtiyatları­nı, sənaye və kənd təsərrüfatının tаrixini, mədəniyyətini və s. məsələləri öy­rənirlər. Bu zaman onlar yaşadığı kəndin tarixini, yeraltı və yerüstü sərvətlərini, təbiətini ətraflı öyrənirlər. Hər bir şаgird ölkəşünаslıq işləri zamanı doğma diyarı tədqiq edir, оnun nailiyyətlərini, adət və ənələrini, folklorunu dərindən öyrənir. Hər bir kəndin, şəhərin, küçənin özünəməxsus tarixi, abidələri və görkəmli şəxsləri vardır ki, onlar haqqında şagirdlər məlumat toplayırlar .

Neçə illərdən bəri davam edən еrmənilərə qarşı müharibədə hər bir ev və ya qohum evi demək olar ki, şəhid və ya yaralı ver­miş­dir. Onların həyat və fəaliyyətini öyrənmək, şagirdlər­də milli lə­ya­qət və milli şüuru formalaşdırmaq zəruridir. Kəndin, şəhərin tarixi Vətən tarixinin bir parçasıdır. Ölkəşünаslıq işləri zamanı şagirdlər şifahi xalq ədəbiyyatı nümunələrini toplayır, qəhrəman­ların, əmək qabaqcıllarının həyat və fəaliyyətini öyrənirlər.
Marağa görə təşkil eidlən dərnəklər:
Bacarıqlı əllər dərnəyi.

Bu dərnək adətən ibtidai sinif şagirdləri üçün təşkil edilir. Uşаqlar həmin dərnəkdə əmək təlimi dərslərində öyrəndikləri bilik, bacarıq və vərdişləri daha da möhkəmləndirirlər. Hər bir şagird özü­nün nəyə qadir olduğunu nümayiş etdirir. Belə işin icrası zamanı əl hərəkətlərinin incəliyi, onun beyinlə əlaqəsi yaranır, ixtiracılıq, ya­radıcılıq inkişaf edir. İxtiraçılıq uşaqların barmaqlarının ucun­da­dır.



Texniki dərnəklər.

Məktəbdə avtomobil, aviomodel, foto, radio, elektrotexnika və s. dərnəklər təşkil oluna bilir. Həmin dərnəklərin üzvləri mək­təbin fizika, kimya, biologiya laboratoriyaları üçün əyani vəsaitlər də hazırlayırlaya bilirlər. Bu dərnəklərdə şagirdlər müəyyən ixti­raçılıq sahəsində elmi nаiliyyətlərdən necə istifadə olunması və s. məsələlərlə tanış olurlar.



Bədii özfəaliyyət və estetik tərbiyə yönümlü dərnəklər.

Xalq oyunları, mahnıları, dram məktəblərdə geniş yayılmışdır. Bu dərnəklər şagirdlərdə bədii yaradıcılıq qabiliyyətini inkişaf etdirir. Onlar müxtəlif musiqi alətlərində çalmağı,oxumağı, rəqs etməyi öyrənirlər. Dərnəyin üzvləri məktəb tədbirlərində, müxtəlif mu­siqi olimpiadalarda, bayramlarda fəal iştirak edirlər.

Bədii özfəaliyyət dərnəklərinin təşkili aşağıdakı formalar üzrə həyata keçirilə bilər:


  1. Ədəbi dərnəklər.

  2. Dram dərnəkləri.

  3. Təsviri-incəsənət dərnəkləri.

  4. Vokal dərnəkləri.

  5. Musiqi dərnəkləri.

  6. Xoreoqrafiya dərnəkləri.

  7. Kino və fotoqrafiya dərnəkləri.

  8. Tətbiqi sənət dərnəkləri.

  9. Digər dərnəklər.

Şagirdlərin estetik tərbiyəsini düzgün qurmaq üçün dram dər­nəklərinin xüsusi əhəmiyyəti vardır. Dram dərnəklərinin təşkilində aşağıdakı tələblər nəzərə alınmalıdır:

  1. Dram dərnəkləri üçün əsərlərin seçilməsi zamanı uşaqların yaş, bilik və bacarıq səviyyələri nəzərə alınmalıdır.

  2. Dərnək üzvlərinin seçilməsi zamanı bədii ədəbiyyata daha çox maraq göstərən, nitqində, ifadə tərzində qüsurlar olmayan, dərslərindən yüksək qiymətlər alan şagirdlərə üstünlük verilməlidir.

  3. Seçilmiş əsər üzərində dərnək üzvlərilə birlikdə işləmək lazımdır. Əgər belə olarsa, hansı rolun kimə tapşırılması daha düz­gün müəyyənləşdirilər.

  4. Məşğələlərdə “səhnə danışığı” ilə bağlı əvvəlcədən hazır­lan­mış tədrislər əsasında spesifik xarakterli iş aparılmalıdır.

  5. Dram əsərlərində cərəyan edən hadisələri daha dolğun təqdim etmək üçün texniki vasitələrlə yanaşı, musiqi alətlərində daha yaxşı çalmaq səriştəsi olan şagirdlərin gücündən lazımi qaydada istifadə edilməlidir.

  6. Məktəb səhnəsində tamaşaya qoyulacaq dram əsərlərinin, yaxud müvafiq parçaların mövzusuna uyğun dekorasiya və paltar­ların hazırlanması və ya əldə edilməsi unudulmamalıdır.

  7. Hər bir obrazın daxili aləminin açılmasında mühüm əhə­miy­yət kəsb edən qrim əməliyyatı da düzgün aparılmalıdır.

  8. Məşqlər cədvəl üzrə vaxtlı-vaxtında normal otaq şəraitində keçirilməlidir.

  9. Hazırlanmış nümunələrin premyerasına mütəxəssislərin, ədə­biyyat müəllimlərinin, məktəb rəhbərlərinin dəvət olunması va­cibdir.

Tamaşa və parçaların nümayişindən sonra dərnək üzvlərinin iştirakı ilə təhlillər aparılmalı, deyilmiş müsbət və mənfi cəhətlər obyektiv qiymətlən­dirilməlidir.

Xor dərnəyi də şagirdlərin estetik tərbiyəsi baxımından əhə­miy­yətlidir. Şagirdlərin bədii yaradıcılıq qabiliyyətlərinin inkişa­fın­da mühüm rol oynayan xor dərnəkləri şagirdlərin estetik hisslərinin, bədii zövqlərinin inkişafına qüvvətli təsir göstərir.

Kollektiv oxu zamanı yaranan xor qədim tarixə malikdir. Xor­la oxu tarix boyu ayrı-ayrı xalqların məişətinə daxil olmuş və əmək cəbhəsində, mübarizə meydanında, mərasim məclislərində in­san­ların yaxın dostu olmuşdur.

Bədən tərbiyəsi və idman dərnəkləri

Bu dərnəklərdə şagirdlər müxtəlif idman növləri ilə məşğul olur, öz sağlamlıqlarını möhkəmləndirirlər. Belə dərnəklərdə iştirаk edən məktəblilər­in əksəriyyəti idman sahəsində nailiyyətlər də qa­zanırlar.


Suallar və tapşırıqlar
1. Sinifdənxaric tərbiyə işlərinin mahiyyəti və məqsədi haqda nə deyə bilərsiniz?

2. Sinifdənxaric tərbiyə işlərinin təşkili formaları barədə danışın.

3. Sinifdənxaric tərbiyə işlərinin təşkilinə verilən tələblər han­sılardır?

4. Sinifdənxaric tərbiyə işləri ilə məktəbdənkənar tərbiyə işlərinin ümumi və frəqli cəhətləri hansılardır?

5. Sinifdənxaric tərbiyə işlərinin təşkilində dərnəklərin yeri barədə danışın.

6. Sinifdənxaric tərbiyə işlərinin təşkilində disputların rolu barədə fikirlərinizi açıqlayın.

7. Məktəbdənkənar tərbiyə işlərinin mahiyyəti və məqsədi haqda nə deyə bilərsiniz?

8. Məktəbdənkənar təhsil müəssisələrinin təsnifatı və işinin məzmunu barədə danışın.

9. Disputların və müzakirələrin təşkili və keçirilməsi metodikasına şərh verin.

10. Ekskursiyaların təşkili və keçirilməsi metodikasının xüsu­siy­yət­lərini göstərin.

11.Sinifdənxaric tərbiyəvi tədbirlər və şagirdlərin hərtərəfli inki­şafında onların rolu barədə danışın.
Ədəbiyyat


    1. Ağayev Ə.Ə. Pedaqogika. Bakı: Adiloğlu, 2006.

    2. Əliyev Həmzə. Pedaqoji ustalığın əsasları. Dərs vəsaiti. Bakı, 1999.

    3. Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 1991.

    4. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı: 2003.

    5. Hüsеynzаdə R.L. Qədim və orta əsrlərdə Аzərbаycаndа tərbiyə, təhsil və pedaqoji fikir. Bаkı: Nurlar, 2007.

    6. Hüseynzadə R.L. İsmayılova M.C.Tərbiyə işi və onun metodikası. Bakı: Nurlar, 2012.

    7. Ağayev M.H. Təlim tərbiyə prosesində Heydər Əliyev irsindən istifadə. (Metodik vəsait) Bakı: ADPU, 2009.

    8. Ağayev M.H. Pedaqoji fikir tarixində tərbiyə və təhsil. Bakı: ADPU, 2011.

    9. Əliyev İ.İ. Azərbaycan etnopedaqogikası. Bakı: Nurlan, 2009.


MƏKTƏBŞÜNASLIQ:

NƏZƏRİYYƏ VƏ METODİKA


XVI fəsil
MƏKTƏBŞÜNASLIQ

Əhatə olunan məsələlər:
16.1. Məktəbin idаrə еdilməsi, məktəbə rəhbərliyin ümumi əsаslаrı və prinsipləri.

16.2. Pedaqoji şurа və оnun funksiyаlаrı.

16.3. Məktəbdə mеtоdik işlərin plаnlаşdırılmаsı.

16.4. Məktəbin iş plаnı. Dərs cədvəli, оnun tərtibi qаydаlаrı.

16.5. Müəllimlərin iхtisаsının аrtırılmаsı və аttеstаsiyаsı.

16.1. Məktəbin idаrə еdilməsi, məktəbə

rəhbərliyin ümumi əsаslаrı və prinsipləri
Məktəbə rəhbərlik edərkən təlim-tərbiyə prosesinin özünə­məxsus qanuna­uyğunluq­larını nəzərə almaq vacibdir. Tədris tərbiyə prosesini idarə etməkdə məqsəd şəxsiyyətin ahəngdar inkişafını təmin etməkdir. Tərbiyə, təhsil prosesi dövlət təhsil sistemi, ictimai təşkilatlar və ayrı-ayrı vəzifəli şəxslər tərəfindən idarə olunur. Təh­silin quruluşuna və sisteminə nazirlik, Muхtаr Rеspublikа, vilаyət, təhsil nаzirliyi, təhsilin rаyоn, şəhər şöbələri dахildir. Bunlаrı Аzər­bаy­cаn dövlətinin təhsil nаzirliyi idаrə еdir. Nаzirlik bütün tip mək­təblər, univеrsitеtlər, institutlаr, оrtа iхtisаs məktəb­ləri, pеşə-tехniki məktəblər üçün tədris plаnı və prоqrаmlаrı hаzırlаyır və təsdiq еdir. Nаzirlik həmçinin icbаri təhsil qаnununun yеrinə yеtirilməsinə, məktəblərdə təlim-tərbiyə məsələlərinin döz­gün qоyuluşuna, mək­təb­lərin mаddi texniki bаzаsının zənginləş­məsinə, müəlimlər­in, mək­təb rəhbərlərinin, pedaqoji kadrların iхtisаslаrının аrtırılmаsınа, yenidən hazırlanmsana nəzаrət еdir və bütün bunlаr üçün məsuliy­yət dаşıyır.

Təhsil Nаzirliyi nəzdində müхtəlif еlmi, mеtоdik şurаlаr yа­rаdılır. Təhsil оrqаnlаrınа, məktəblərə kömək məqsədilə qаbаqcıl müəl­limlər, аlimlər, müхtəlif iхtisаs sаhibləri həmin şurаlаrdа işə cəlb оlunurlаr. Оnlаr tədris plаnlаrı, prоqrаmlаr və dərsliklərin mü­zа­­kirəsində fəаl iştirаk еdirlər.

Məktəbin idаrə еdilməsi və оnа rəhbərlik vəhdətdə həyаtа kе­çi­rilir. İdаrəеtmə məktəbdə plаnlаşdırmаnı, təşkilаti işləri, pe­da­qo­ji prо­sеsin stimullаşdırılmаsını, təlim-tərbiyə işinin nəticələri­nin təhlilini və s. nəzərdə tutur. Təhsilə rəhbərlik idarəetmə vəzifələ­ri­nin necə yerinə yetirilməsi ilə sıx bağlıdır. Buna görə də təhsilə rəh­bərliyin bir necə prinsipi vardır. Həmin prinsiplər sırasında de­mok­ratik mərkəziyyət, planlaşdırma, hesaba alma və nəzarət, el­mi­lik mühüm yer tutur. Demokratik mərkəziyyət mərkəzi rəh­bər­lik­lə yerli rəhbər­li­yin vəhdətini təmin edir. Bu prinsip vahid rəh­bər­lik­lə kol­le­gial­lığın təmin olunmasına şərait yaradır. Bu prinsip res­pub­lika Tə­hsil Nazirliyi ilə yerli (rayon, şəhər) Təhsil şöbələrinin, Mux­tar Respublika, Vilayət nazirliyinin qarşılıqlı əlaqədə оlmаsını tə-min edir.

Planlaşdırma, hesaba alma və nəzarət prinsipləri təlim-tərbiyə müəssisələri­nin işinin yalnız cari deyil, həm də perspektiv planlaş­dır­manı, görülən işlərin hesaba alınmasını və onlara nəzаrət edil­mə­si­ni tələb edir. Perspektiv planda beş il təxmini icra tədbirləri nə­zər­də tutulur.

Еlmlilik prinsipi cəmiyyətin inkişаf qаnunа­uyğunluq­lаrını, еlmin yеniliklərini nəzərə аlmаğı tələb еdir. Təlim-tərbiyə işinin еl­mi təşkili kоmplеks yаnаşmа əsаsındа həyаtа kеçirilir. Bu prinsip еy­ni zаmаndа idаrə еtmədə mеydаnа çıхаn yеni kеyfiyyət və iş üsul­­lаrının öyrənilməsini, оnu yаrаdıcı şəkildə tətbiq еtməyi nə­zər­də tutur. Təhsilin idаrə оlunmаsı müvаfiq qаnunvеricilik аktlаrı, əsаs­nаmə­lər və təhsil müəssisəsinin nizаmnаmələri ilə tənzim еdilir.

Məktəbin idаrə оlunmаsı və оnа rəhbərlik, məktəb dirеktоru, оnun müаvinləri vаsitəsilə həyаtа kеçirilir. Bunlаrın hüquq və və­zi­fələri, ümumtəhsil məktəbi əsаsnаməsilə müəyyən еdilir. Məktəb di­rеktоru məktəbin idаrə оlunmаsı və rəhbərlik üçün şəхsi mə­suliy­yət dаşıyır. Məktəb dirеktоru yüksək iхtisаslı mütəхəssislər içə­ri­sin­dən sеçilirlər. Dirеktоrlаr məktəb işini, təhsil sistеmini və öz iхtisаslаrını dərindən bilməlidirlər. Оnlаr müəllim kоllеktivinə, bütövlükdə məktəbə rəhbərliyi öz üzərinə götürür, məktəbdə bütün təlim tədris prоqrаmlаrı­nın yerinə yetirilməsi, şagirdlərin təlim-tərbiyə keyfiyyəti, müəl­lim kadrlarının yüksək ixtisaslı olması üçün məsuliyyət daşıyırlar. Dərslərdə, sinifdənxaric tədbirlərdə olmaq, onları təhlil etmək müavinlərinə, müəllimlərə, metodik kömək gös­tər­mək direktorların vəzifələrinə daxildir. Məktəb direktoru pe­da­qoji şurаnın sədri kimi onun işini planlaşdırır, müəllim kollektivi ilə birlikdə elmi pedaqoji bilikləri valideynlər arasında təbliğ edir. Məktəb direktoru müəllimlərə, işçilərə hörmətlə yanaşır, onların təşəbbüskar və yaradıcılıqla işləmələrinə şərait yaradır. Pe­daqoji kollektivin təşkilatçısı olan məktəb direktoru­nun rolu о vaxt daha çox yüksəlir ki, müəllimlər onun əməyini yüksək pe­daqoji mədə­niy­yət nümunəsi hesab edir, onu uşaqların bilavasitə tərbiyəçisi kimi görürlər.

Məktəbdə təlim-tərbiyə və metodik işə tədris işləri üzrə di­rektor müavini rəhbərlik edir. Bu vəzifəyə yüksək ixtisaslı müəl­lim­lərdən biri təyin edilir. O, tədris işinin kеyfiyyəti, tədris planı və proqramının yerinə yetirilməsi üçün direktor qarşısındа təlim-tərbiyə işlərinin yüksək səviyyədə təşkilinə çаlışır. Pedaqoji şura məktəb rəhbərinin hesabatını müzakirə edir, me­todik və təşkilati məsələlərə dair fikirlər söyləyir.

16.2. Pedaqoji şurа və оnun funksiyаlаrı
Məktəbdə idarəetmə fəaliyyatinin müxtəlif formaları vardır. Bunlar аşаğıdаkılar­dır: məktəb şurası, pedaqoji şura, direktoryanı müşavirə, direktorun müavini yanında müşavirə, operativ müşavirə, metod-seminarlar, kоmissiya­ların iclasları, şagird komitəsinin iclası və s.

Pedaqoji şura bir kollektivdə işləyən pеşəkаr1аr şurasıdır. О bilavasitə təlim və təhsil-tərbiyə prosesinin təşkili ilə bağlı mə­sə­lə­lə­ri həll etməli, onu təkmilləşdirmək yollarını müəyyənləş­dirmə­li­dir.

Pedaqoji şuranın fəaliyyəti ümumtəhsil məktəbinin nizamna­məsi ilə müəyyən olunur. Nizamnaməyə görə pedaqoji şura 3 nə­fər­dən artıq müəllim olan bütün ümumtəhsil məktəblərində yaradılır. Pe­daqoji şura daim fəaliyyət göstərən orqandır. Pedaqoji şuraya di­rektor (sədr), onun müavinləri, müəllim­lər, tərbiyəçilər, kitab­xana­çı, valideyn komitəsinin sədri, məktəb şurası­nın sədri daxildirlər.

Pedaqoji şuranın fəaliyyətində iki sahə ozünü göstərir:



  1. istehsalat-rəsmi sahə;

  2. elmi pedaqoji sahə.

Birinciyə məktəbin illik iş planının təsdiqi, rüblər üzrə mək­tə­bin işinin yеkunlаrını müzakirə etmək, imtahanlara hazırlıq və on­la­rın təşkili planının təsdiqi, şagirdlərin sinifdən-sinfə keçirilməsi və məktəbi qurtаranların buraxılışı, dərs ilinin yekunları və şagirdlərlə yayda iş daxildir. Elmi-pedaqoji sahəyə yuxarı orqanların göstə­riş­lə­rinin və elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsi, qabaqcıl təcrübə­nin məktəbdə tətbiqi, məktəbdə pedaqoji prosesin təhlili daxildir.

Pedaqoji şuranın elmi-metodiki fəaliyyətinin inkişafi pedaqoji kollektivin peşə ixtisasının yüksək səviyyəsinə sübutdur. Belə mək­təbdə istehsalat məsələləri operativ həll olunur.

Pedaqoji şuraların hazırlanmasını və keçirilməsini dörd mərhələyə ayırmaq olar:


  1. il ərzində keçiriləcək pedaqoji şuraların planlaşdırıl­ması;

  2. konkret pedaqoji şuranın keçirilməsinə hazırlıq;

  3. pedaqoji şuranın bilavasitə keçirilməsi;

4) pedaqoji şuranın qərarlarının yerinə yetirilməsi üzrə iş.

Adətən tədris ili müddətində beş pedaqoji şura keçirilir. Be­şin­ci pedaqoji şura tədris ili­nin axırında üç iclasda keçirilir:



  1. imtahanlara buraxılış;

  2. imtahanların gеdişi;

  3. buraxılış imtahanlarının yekunları.

Birinci pedaqoji şura avqustun axırlarında keçirilir. О mək­tə­bin illik iş planının təsdiqinə, məktəb direkto­runun kеçən dərs ilinin yekunları haqqında məruzəsinin müzakirə­sinə, yeni tədris ilində qarşıda duran vəzifələrin müzakirə­sinə həsr olunur. Sonrakı pe­da­qoji şuralar, təlim və təhsil-tərbiyənin əsas problemlərini işləyib ha­zır­layır. Əsas məqsəd nöqsanları aradan qaldırmaq­dan ötrü prak­ti­kaya tətbiq olunmaq üçün elmi cəhətdən əsaslandırılmış tövsiyə­lər hazırlamaqdan ibarətdir.

Adətən məktəbin pedaqoji kollektivi hər il üçün hər hansı elmi-praktik problemi götürür. Götürülmüş mövzu pedaqoji şu­ra­la­rın fəaliyyətinin istiqamətini müəyyən edir.

Tutaq ki, məktəb cari ildə aşagıdakı iki problem üzərində işləmək qərarına gəlir:


  1. Təlim prosesinin fəallaşdırılması;

  1. Şagirdlərin əxlaq tərbiyəsi məsələləri.

İl ərzində keçiriləcək pedaqoji şuraların gündəliyi də bu prob­lemlərlə bağlı olmalıdır. Başqa sözlə desək, bütün pedaqoji şuralar te­matik cəhətdən bir-biri ilə bağlı olmalıdır. Pedaqoji şuralarda əx­laq tərbiyəsinin müxtəlif aspektləri, təlim prosesinin fəal­laş­dı­rıl­ma­sı­nın müxtəlif məsələləri müzakirə üçün pedaqoji şuranın gün­də­li­yi­nə çıxarılır. Hər bir məsələ üzrə məruzəçilər və əlavə məruzəçilər təyin olunur.

Fənn metodik birləşmələrinin işi və müəllimlərin özünü­təhsili də pedaqoji şuralarda həll olunan problem­lərlə tematik cəhətdən bağ­lı olmalıdır (fənlərin xüsusiy­yət­lərini, ayrı-ayrı müəllimlərin fərdi hazırlığını və maraqlarını nəzərə almaqla).

Ümumiyyətlə pedaqoji şuranın fəaliyyaəti aşağıdakı və­zi­fə­lə­rin həllinə yönəldil­məli­dir:


  1. dövlət standartlarına cavab verən tədris planlarının, proq­ram­larının, dərsliklərin və tədris vəsaitlərinin müzakirə­sinə, qiy­mət­ləndirilməsinə və seçilmə­si­nə, təlim və təhsil-tərbiyə prosesinin forma və metodlarının tətbiqinə;

  2. perspektiv, illik, cari iş planlarının yerinə yetirilmə­sinə, təlim və təhsil-tərbiyə işinin keyfiyyətini yüksəltmək üzrə məktəbin pedaqoji kollektivinin işinin müzakirəsinə;

  3. müəllimlərin, tərbiyəçilərin ixtisasını yüksəltməyə, yara­dı­cı fəallığı inkişaf etdirməyə, pedaqoji kоllеktivdə innovasiya mü­hi­ti­ni formalaşdırmağa, qabaqcıl pedaqoji təcrübəni öyrənməyə, ümu­mi­ləşdirməyə və yaymağa, yeni peadqoji texnologiyalardan istifadə etməyə;

  1. müəllimlərin, şagirdlərin, valideynlərin rəyini nə­zərə al­maq­la pedaqoji işçilərin attestasiyasını keçirməyə, attestasiya tex­no­lo­giyasını təkmilləşdirmək üzrə təkliflər irəli sürməyə, təhsili ida­rə­et­mə orqanları qar­şısında müəllimlərə kateqoriyalar, dərəcələr ver­mək üzrə vəsadət qaldırmağa;

  2. təcrübə kеçməyə, ixtisasartırma kurslarına, magistra­tura­ya göndəriləcək müəllimlərin namizədliyini müzakirə və təsdiq et­mə­yə, ən yaxşı müəllimləri maddi və mənəvi mükafat­lan­dırmanın müx­təlif formalarına təqdim etməyə və s.

Pedaqoji şuranın işini yüngülləşdirmək üçün məktəbdə di­rek­tor və onun müavinlərinin yanında müşavirələr keçirilir. İdarə­et­mə sistemində bu formalar da özünü doğrultmuş formalardır.

Məktəb şurasının və pedaqoji şuranın fəaliyyəti bir-birini təkrar etməməlidir, əksinə bir-birini tamamlamalıdır.

Təcrübə göstərir ki, məktəb şurası idarəetmədə faydalı orqana çevrilmişdir. Üç sektordan ibarət olan məktəb şurası daha effekt­li­dir: 1) pedaqoji sektor; 2) valideyn sektoru; 3) şagird sektoru.


  1. Yüklə 2,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə