hamibliyin anomal nəticəsinə səbəb olur.
1996-cı ildə Rusiya Federasiyasının Dövlət səhiyyə-epidemioloji
nəzarəti «videodispley terminallara, fərdi elektron-hesablama maşınlarına
(FFHM) və işin təşkilinə gigiyena tələbatı»nda FEHM-da yaşlılar üçün
fasiləsiz iş müddəti 2 saat, 5-6 yaşlı uşaqlar üçün 10 dəq., az yaşlı məktəblilər
üçün 15 dəq., 5-7-ci siniflər üçün 20 dəq., 8-9-cu sinillər üçün isə 25 dəq,
müəyyən edilmişdir. Yuxarı siniflər üçün birinci dərsdə .^0 dəq., ikinci dərsdə
15 dəq. iş vaxtı tövsiyə olunur. Minimum fasilə 15 dəq. olmalıdır. 10-11-ci
siniflər üçün FEHM-dən istifadə həftədə 2 dərs, qalan siniflər üçün isə həftədə
1 dərsdən artıq olmamalıdır.
Stolun hündürlüyü 680-dən 800 mm-ə qədər nizamlanmalıdır, bu
mümkün olmasa, stolun hündürlüyü 725 mm təşkil edib ayaqaltısı olmalıdır.
İstifadəçinin kreslosu mütləq qalxıb-çevrilən olmaqla, yuxarıya və yanlara
nizamlanmalıdır. İş yeri ekranın yanında sənədlər qoyulmaq üçün pyuputlə
təchiz olunmalıdır.
İstifadəçinin gözü ilə monitorun ekranı arasındakı məsafə 50 sm-dən az
olmamalı, optimal 60-70 sm təşkil etməlidir. Bir nəfər yaşlı istifadəçi üçün
sahə 6 m--dən az, həcm isə 20 m^-dən az olmamalıdır.
Ümumi işıqlandırma mənbəyi kimi lyuminessent lampalarından (LB)
istifadə olunması məsləhət görülür. Pəncərədən düşən təbii işıq yandan yaxşı
olar ki, sol tərəfdən düşsün.
Elektromaqnit təhlükəsizliyi Mərkəzi (Moskva) aşağıdakı tədbirləri
hazırlamışdır.
1.
Ekranın aşağı səviyyəsi gözlərin səviyyəsindən 20 sm-dən aşağıda,
ekranın yuxarı kənarının səviyyəsi isə alın hündürlüyündə olmalıdır.
2.
Klaviaturun hündürlüyü elə nizamlanmalıdır ki, istifadəçinin
barmaqları horizontal vəziyyətdə olsun.
3.
Kreslonun söykənəcəyi istifadəçinin kürəyinə dayaq olmalıdır.
4.
Omba ilə onurğa arasında bucaq 90® olmalıdır.
5.
Otaqda rütubətliyi yüksəltmək lazımdır; çiçək dibçəklərini, akvariumu
kompüterdən 1,5 m radiusunda yerləşdirməlidir; optimal rütubət- liyin 21®C
temperaturda 60% olması məsləhətdir.
6.
Yaşlı istifadəçinin monitor ekranı arxasında iş vaxtının tam uzunluğu
(adi monitor qoruyucu ekranla) 8 saatlıq iş günündə 4 saat olmalıdır.
7.
Hər iş saatının sonunda 5 dəqiqəlik, 2 saatdan sonra 15 dəqiqəlik fasilə
etməli, monitoru söndürüb iş yerini tərk etməlidir.
FEHM-di>iş üzrə Amerika tövsiyələrindən aşağıdakıları qeyd edək:
1.
Ekran təxminən göz səviyyəsindən 20® aşağı olmalıdır.
2.
Açıq fonda tünd hərflər daha asan oxunur.
3.
Hər 10 dəqiqə 5-10 saniyə ekrandan kənara nəzər salmalıdır.
402
mobil rabitənin bazası (mənbəyi) yarada bilər. 1996-cı ildə Moskvada belə
baza stansiyaları 100-dən artıq olmuşdur.
Kompüterlər geniş spektrdə elektromaqnit şüalanması yaradır: rentgen,
ultrabənövşəyi, yüksəktezlikli (10-300 MQs), aşağitezlikli (5 Qs- 300 kQs) və
elektrostatik sahə.
İstifadəçi üçün başlıca təhlükə monitorun diapazonunda 20 Qs-300 MQs
tezlikli elektromaqnit şüalanması və ekrandakı statik elektrik yükü sayılır.
Elektromaqnit şüalanması bütün istiqamətlərdə yayılır və yalnız istifadəçiyə
deyil, həm də ətrafdakılara (monitordan 5 m aralıda olan) təsir göstərir.
Yaxşı konstruksiyah kompüter süzgəci (əgər yerlə əlaqələndirilirsə)
elektrostatik sahəni xeyli azalda bilər.
Personal kompüterlərinin işi havanın aeroion tərkibini pisləşdirir (yüngül
aeroionlar azalır, ağır aeroionların sayı çoxalır). İşin başlanğıcından 2 saat
sonra əmələ gələn baş ağrısı çox vaxt yüngül aerozolun çatışmazlığı ilə
bağlıdır. Yoxlama aparılan kompüter otaqlarının 95%-dən çoxunda yüngül
aeroionların çatışmazlığı müşahidə olunmuşdur.
Kompüterdən istifadə zamanı insan aktiv seyirçi yükünə malik olur: o,
displeydə şəklə baxır, konkret məlumatlar alır, simvolları, qrafikləri, tekstləri
oxuyur və yerinə yetirdiyi iş üzrə qərar qəbul etmək üçün daima məşğuldur.
Kompüter arxasında əyləşən şəxsin gözləri iş günü ərzində 15-20 min dəfə
fokus axtarmalıdır.
Ekranın parıltı titrəyişi, simvolun görünüşünün yaxşı olmaması, işıq
ləkələrinin və təhrillərin olması, aydınlıqlı (parlaqhqlı) kontrasthğın optimal
qarşılıqlı nisbətindəki problemlər istifadəçinin gözlərində və beynində ciddi
problemlər yaradır, bu isə seyrçi diskomfortuna, gözlərin sancmasına, 60-
85'/o istifadəçinin görmə qabiliyyətinin pisləşməsinə səbəb olur.
Kompüter istifadəçiləri üçün sağlamlıqlarında bir sıra subyektiv
şikayətlər səciyyəvidir. Bura gözlərin sancması, baş ağrısı, yüksək əsəbilik,
yorğunluq, yaddaş pozğunluğu, yuxunun pozulması, saçın tökülməsi, dərinin
quruluğu və qızarması, ekzema və allergiya, düzgün oturmamaqla əlaqədar
qarında və beldə ağrı, işçi yerinin konfiqurasiyasının düzgün olmamasından
(yerləşməməsindən) irəli gələn bilək və barmaqlarda ağrılar daxildir.
Ümumiləşdirilmiş məlumatlara əsasən monitorinq arxasında sutkada 2
saatdan 4 saata qədər işləyənlərdə mərkəzi sinir sistemində funksional
pozuntular, kontrol qruplarla müqayisədə 4,6 dəfə tez-tez; ürək- damar sistemi
xəstəlikləri 2 dəfə tez-tez; yuxarı tənəffüs (nəfəs) yollarının xəstəlikləri 1,9
dəfə tez-tez; dayaq-hərəkət aparatında xəstəliklər isə 3,1 dəfə tez-tez baş verir.
Kompüterdə iş vaxtının uzadılması istifadəçilər arasında sağlam və xəstələrin
sayını kəskin artırır. Müəyyən edilmişdir ki, monitorların elektromaqnit
şüalanması təsirinin tez-tez olması
401