Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə63/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   59   60   61   62   63   64   65   66   ...   216

1

 

2

 

3

 

4

 

5

 

6

 

 

 



 

Bitkiçi

 

lik

 

Şum ->

 

Siderasiya, 



səpin 

dövriyyəsi

 

Adaptiv

 

(mülayim

 

a.e.s.)

 

Müla

 

yim

 

yüksək

 

Yüksək

 

Hey

 

vandar

 

lıq

 

^Şum^Mal- 



qara—>

 

Çəmən

 

>

 

Aqroekosiste-min  adaptiv 



strukturunun 

təmin 

olunması, 

bioloji 

müxtəliniyin 

qorunub 

saxlanılması

 

 



Kom

 

pleks

 

<-Şum->Mal-

 

qara->

 

>əpin dövriyyəsi, əeyinin 

tam utiliza »iyası, bioloji 

netodun tətbiqi

 

Aqroekosistemlərdə bəzi proseslər təbii sistemlərdəki kimi getmir. Belə 



ki,  təbii  ekosistemlərdə  suyun  infıltrasiyası  (süzülməsi)  yüksək  olub,  səth 

sularını xeyli azaldır və torpağın eroziya prosesinin inkişafını zəiflədir. Təbii 

şəraitdə bitki örtüyü bütün il boyu eroziyanın qarşısını alır. 

Təbii  ekosistemlərdə  üzvi  kalloidlər  yüksək  miqdarda  olur,  bu  da 

torpağın  ion  mübadiləsini  və  su  saxlama  qabiliyyətini  artırır. 

Aqroekosistemlərdə uzun müddət torpağın becərilməsi, həmçinin suvarılması 

nəticəsində  maddələrin  oksidləşməsi  və  dağılması  ilə  əlaqədar  torpaqda 

kalloidlərin itməsi baş verir. Üzvi maddələrin oksidləşməsi ilə paralel olaraq 

həm  də  intensiv  minerallaşma  gedir,  bu  da  üzvi  maddələrin  mütəhərrik 

hissəsinin xeyli itirilməsinə gətirib çıxarır. Aqroekosistemlərdə oksidləşmə və 

minerallaşma  prosesləri  bitki  örtüyünün  sıxlığının  azalması  və  torpağın 

temperaturunun artması nəticəsində güclənir. 

Biogen elementlərin dövran tsikli təbii ekosistemlərdə aqroekosi- stemə 

nisbətən  daha  qapalı  gedir,  çünki  burada  onların  böyük  hissəsi  məhsulla 

çıxarılır.  Aqroekosistemlərdə  torpaqdan  qaz  halında  olan  azotun  itkisi  təbii 

ekosistemlərlə  müqayisədə  xeyli  yüksəkdir,  bu,  denitrifi-  kasiya 

mikroorqanizmlərin yüksək aktivliyi nəticəsində baş verir. 

Təbii  ekosistemlərdə  bitkinin  qida  elementlərini  udma  qabiliyyəti, 

torpaqda  onların  mənimsənilmə  formalarının  əmələgəlmə  sürətindən 

yüksəkdir.  Təbii  ekosistemlərin  bitkiləri  daha  çox  müxtəlif  kök  sisteminə 

malikdir,  bu,  onun  torpaq  profilindən  tam  istifadəsinə  imkan  yaradır. 

Aqroekosistemlərdə  aqrotexnika,  həm  rütubətdən  istifadə  effektliyini  aşağı 

salır,  həm  də  yuyulma  prosesi  nəticəsində  qida  maddələrinin  torpağın  kök 

sistemi  yerləşən  qatından  da  kənara  aparılması  təhlükəsi  yaranır.  Təbii 

ekosistemlər  üç  əsas  həyattəminedici  funksiya  daşıyır  (yer,  vasitə,  şərait). 

Onlardan  fərqli  olaraq  aqroekosistemlərdə  qida,  yem,  dərman  və  xammal 

resursunun  ilkin  mənbəyi  kimi  mümkün  maksimum  miqdarda  məhsul  əldə 

etmək formalaşır, yəni aqroekosistemin funksiya 



159 


sı, əsasən, həyat vasitəsi kimi məhdudlaşır. Bunun əsas səbəbi resurstu- tumlu 

və təbiəti dağıdıcı aqroekosistemlərin üstünlük təşkil etməsidir. 

Aqroekosistemin  elmə  əsaslanmış  təşkili  yerli  landşafta  və  bütövlükdə 

ərazinin  təsərrüfat  istifadəsinə  adekvat  (tam  uyğun),  səmərəli  təbii  və 

təbii-təsərrüfat infrastrukturunun yaradılmasını nəzərdə tutur. 

Aqrolandşaftın  təşkili  təbii  komplekslərin  konturlarına  yaxın  olmalıdır, 

bu,  aqrolandşaftın  optimallaşdırılması  ilə  yerinə  yetirilir.  Lakin  bu,  ekoloji 

əsaslanmış  aqroekosistemin  yalnız  görünən  hissəsidir.  Landşaft  -  ekoloji 

tarazlığı  saxlayan  kütlə  və  enerji  mübadiləsinin  «daxili»  prosesləri  daha 

mürəkkəbdir. 



8.2.

 

TƏBİİ VƏ AQROEKOSİSTEMLƏRİN 

MÜQAYİSƏLİ XARAKTERİSTİKASI 

Məlumdur ki, yer atmosferinin yuxarı qatının 1 sm^-a hər dəqiqə 2 kalori 

Günəş enerjisi düşür, bu günəş sabiti və ya konstantı adlanır. İşıq enerjisinin 

bitkilər tərəfindən istifadə olunması  nisbətən çox deyildir. Günəş spektrinin 

yalnız  FAR  (dalğasının  uzunluğu  380-710  nm,  günəş  radiasiyasının 

21-46%-ni  təşkil  edən  fotosintetik  aktiv  radiasiya)  adlanan  kiçik  hissəsi 

fotosintez  prosesində  iştirak  edir.  Təbii  və  aqroekosistemlər  fəaliyyət 

xüsusiyyətlərinə görə aşağıdakı fərqli xüsusiyyətlərə malikdir. 



1.

 

Müxtəlif  istiqamətli  seçmə.  Təbii  ekosistemlər  üçün  təbii  seçmə 

xarakterikdir,  bu  onların  əsaslı  xassəsi  -  davamlılığa  yönəldir,  qruplaşanm 

davamsız, həyata qabil olmayn orqanizm formalarını sıradan çıxarır. 

Aqroekosistemlər  insan  tərəfindən  yaradılır  və  saxlanılır.  Burada 

seçmənin 

başlıca 

istiqaməti 

süni 

üsul 


olub, 

məqsəd 


kənd 

təsərrüfatı^bitkilərinin məhsuldarlığını yüksəltməkdir. 

İnsan  tərəfindən  mədəniləşdirilmiş  bitki  və  heyvan  növləri  süni  seçmə 

hesabına «təkamül» keçirir və insanın köməyi olmadan onlar vəhşi növlərlə 

rəqabətə girmək qabiliyyətinə malik deyildir. 

2.

 

Təbii  ekosistemlərdə  fitosenozun  ekoloji  tərkibinin  müxtəlifliyi 

ayrı-ayrı  illərdə  hava  şəraitinin  tərəddüdü  zamanı  onun  davamlığını  təmin 

edir.  Bir  neçə  bitki  növünün  məhv  olması  digər  növlərin  məhsuldarlığının 

yüksəlməsinə şərait yaradır. Bunun nəticəsində ayrı-ayrı illərdə ekosistemdə 

fitosenoz  bütvölüklə  məhsulun  müəyyən  səviyyədə  saxlanma  qabiliyyətinə 

malik  olur.  Tarla  bitkilərinin  aqrosenozu  isə  monodomi-  nant,  çox  vaxt  isə 

eyniçeşidli qruplaşma kimi təzahür olunur. Əlverişsiz faktorların aqrosenozun 

bütün  bitkilərinə  təsiri  eyni  cür  olur.  Əsas  bitkinin  böyümə  və  inkişafının 

sıxılması (zəifləməsi) digər bitkilərin sürətlə inkişafı ilə kompensasiya oluna 

bilməz. 


160 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə