bantoxmağı, qarabaşaq və s. göstərmək olar. Bu bitkilərin köməyi ilə
toksikantlan torpaqdan çıxarmaq olar. Üzvi maddələrin verilməsi, əhə-
ngləmə, torpağın kipliyini azaltmaq yolu ilə çox toksik birləşmələri az toksik
birləşmələrə çevirmək mümkündür.
Qeyd edildiyi kimi, mineral və üzvi gübrələr, kimyəvi meliorantlar, bitki
mühafizəsi üçün preparatlar, retardantlar və digər kimyəvi vasitələr
aqroekosistemin, sonra isə kənd təsərrüfatı məhsullarının keyfiyyətinə təsir
göstərir. Onlar ciddi şəkildə elmi əsaslarla aparılmalıdır. Klassik rus
aqrokimyaçısı D.N.Pryanişnikov qeyd edirdi ki, izafi kimyəvi gübrələrlə
aqronomiya elminin çatışmayan cəhətini təkmilləşdirmək olmaz.
Bitkilərin tələbatından, torpaqda qida elementlərinin miqdarından,
həmçinin planlaşdırılan məhsuldarlıqdan asılı olaraq gübrələrin dozasına,
verilmə üsuluna, vaxtına və formasına ciddi riayət olunmalıdır.
Tullantıların ənənəvi istifadəsi, onların 20 km-dən uzaqdan gətirilməsi
iqtisadi baxımdan özünü doğrultmur. Peyinin yalnız yaxın məsafədəki tarlaya
verilməsi ərazinin çirklənməsinə səbəb olur. Bu öz növbəsində arzuolunmaz
inqrediyentlərin kənd təsərrüfatı bitkilərində izafi toplanması təhlükəsi
yaradır.
İri heyvandarlıq kompleksləri peyin saxlama anbarları, peyin kütləsinin
zərərsizləşdirmə məntəqələri və üzvi gübrə hazırlayan sexlərlə təmin
olunmalıdır. 1 ha ərazidə mal-qara yükünün (sayının) normasına riayət
edilməli; 1 ha sahəyə verilən peyin şirəsi ildə 50 m-'-u keçməməlidir.
Ekoloji təhlükəsiz məhsulun yetişdirilməsində çirkab sularından gübrə
kimi və suvarmada istifadə edilməsi də müəyyən əhəmiyyət daşıyır. Çirkab
sularının tərkibində çoxlu miqdarda qida maddələri olur. Bununla yanaşı,
onların bitkiçilik obyektlərində çökdürülməsi nəticəsində, tərkibindəki bəzi
komponentlər insan üçün təhlükə ola bilər. Torpağın və kənd təsərrüfatı
bitkilərinin toksiki maddələrlə çirklənməməsi üçün çirkab suları suvarmada
istifadədən qabaq mexaniki və bioloji təmizlənmədən keçməlidir. Çirkab
sularının ümumi minerallaşma dərəcəsini 1,5...2 q/l-ə, ümumi azotun
miqdarını 150...300 mq/l-ə endirmək üçün tərkibinə aqrokimyəvi və gigiyena
tələblərinə uyğun təmiz su qatılmalıdır.
24.8. BİOTEXNOLOGİYANIN NAİLİYYƏTLƏRİNDƏN
İSTİFADƏ
Ekoloji təhlükəsiz məhsul əldə etmək üçün texnologiyanın yeni
istiqamətlərindən mikrobioloji gübrələrdən istifadəni, məişət tullantılarının
sənayedə yenidən işlənməsini (emalı), heyvandarlıq tullantılarının kom-
poslaşdırılmasmın sənaye texnologiyasını - peyin milçəklərindən istifadə
edərək mal-qara ifrazatının (ekskrementlərinin) hazırlanma texnologiy-
501
nizmlər, xüsusilə də, mikrobiota müəyyən rol oynayır. Toksikantlar torpağa
düşdükdə onların sonrakı taleyi torpağın özünütəmizləmə qabiliyyətini təyin
edən mikrob senozlarının aktivliyindən asılıdır.
Pestisidlərin çevrilməsi yüksək humuslu, əlverişli mühit reaksiyalı,
yüksək bioloji aktivliyə malik, müəyyən strukturlu mikrob senozunun və
mikrob müxtəlifliyi ilə səciyyələnən qaratorpaqlarda daha intensiv gedir.
Qaratorpaqlar torpağa daxil olan toksikantların təsirinə qarşı müqavimət
göstərmək qabiliyyətinə malikdir. Beləliklə, torpaqda humu- sun miqdarını
saxlamaq və artırmaq, torpağın turşuluğunu optimallaş- dırmaq, rütubətli
torpağın qurudulması və kipliyinin azaldılması ekoloji təhlükəsiz kənd
təsərrüfatı bitkilərinin becərilməsi üçün mühüm şərtdir.
24.7.2.
Toksikantların neqativ təsirinin aşağı salınması üsulları
Ayrı-ayrı regionlarda yüksək dərəcədə çirklənmiş torpaqlar bir çox
illərdir ki, həmişəlik kənd təsərrüfatı dövriyyəsindən çıxmışdır. Lakin uzun
illərdən bəri alimlərin apardığı tədqiqatlar təsərrüfata çirklənmiş torpaqların
rekultivasiyasını tam və ya qismən təmin edən kifayət qədər inanılmış
tövsiyələr hazırlannuşlar. Bura kimyəvi, flziki-kimyəvi, bioloji meliorasiya və
xüsusi aqrotexniki tədbirlər daxildir.
Əhəng materiallarından, kalium gübrələrindən və başqa kimyəvi
vasitələrdən meliorant kimi istifadə olunması aşağıdakı nəticələr əldə etməyə
imkan yaradır:
—
mühit reaksiyasını (torpağın pH-nı) ağır metallar, radioaktiv
elementlər və digər toksikantların mütəhərrik birləşmələri kənd təsərrüfatı
bitkiləri üçün əlverişsiz və ya az əlverişli olan formaya keçdiyi səviyyəyə
çatdırmalı;
—
torpaq məhlulunda antaqonist elementlərin (məs., kalium, fosfor,
kalsium və s.) yüksək konsentrasiyasmı yaratmaqla, toksik elementlərin
becərilən bitkilərə daxil olmasını azaltmaq;
—
kimyəvi reaksiyalar nəticəsində torpaq məhlulunda toksik
birləşmələri az təhlükəli formaya keçirmək.
Fiziki-kimyəvi meliorasiya müxtəlif meliorantların toksiki elementləri
adsorbsiya edərək (udaraq), onları səthində və ya kristallik çərçivədə
saxlamaqla toksikantların kənd təsərrüfatı bitkilərinə daxil olmasının qarşısını
almaq qabiliyyətinə əsaslanır. Belə melionatlara aktivləşdiril- miş kömür,
seolitlər, montmorillonitlər, vermikulitlər və s. aiddir. İonit- lərdən istifadə
edərək, onların təsirilə qeyri-toksik elementlərin (maddələrin) toksik
elementlərlə müadilə olunması prosesini fiziki-kimyəvi meliorasiyaya misal
göstərmək olar.
Bioloji rekultivasiyanın bir neçə istiqaməti müəyyən edilmişdir.
Onlardan bitkinin yetişdirilməsini göstərmək olar. Buna misal olaraq ço-
500