9.2.2
Çirkləndirici faktorların təsnifatı
Fiziki-kimyəvi parametrlərinə görə çirkləndirici faktorlar mexaniki,
fiziki (cnergetik), kimyəvi və bioloji faktorlara bölünür. Çirklənmənin
mexaniki mənbələri atmosferdə inert toz hissəciklərindən, suda və torpaqda
bərk hissəciklərdən və çoxlu mürəkkəb cisimlərdən (əşyalardan) ibarətdir.
Kimyəvi çirkləndirici mənbələrə atmosferə düşən və ətraf təbii mühitin digər
komponentləri ilə qarşılıqlı təsirdə olan qazşəkilli, maye və ağır kimyəvi
elementlər və birləşmələr daxildir. Fiziki (energetik) çirklənmə mənbələrinə
istilik, səs, vibrasiya, ultrasəs, işıq enerjisinin, spektrin görünən infraqırmızı
və ultrabənövşəyi hissəsi, elektromaqnit sahəsi, ionlaşdırıcı şüalanma daxildir.
Bioloji çirklənmə insanın iştirakı ilə və onun özünə və canlı təbiətə zərər
yetirən müxtəlif orqanizm növləri ilə bağlıdır.
Müasir təsəvvür baxammdan, sistemli yanaşmaya əsaslanan (Stad- nitski,
Rodionov, 1988, şəkil 9.1) ən dolğun təsnifat ekoloji sistemin çirklənməsi
təsnifatı sayılır. İnqrcdiyent çirklənmə dedikdə, kəmiyyət və keyfiyyətcə
təbii biogeosenozlara yad olan maddələrin məcmusu başa düşülür.
Parametrik çirklənmə ətraf təbii mühitin keyfiyyət parametrlərinin
dəyişməsidir. Biosenotik çirklənmə canlı orqanizmlərin populya- siyalarınm
tərkib və strukturuna təsirlə əlaqədardır. Stasial-destruksion çirklənmə
təbiətdən istifadə prosesində landşaftın və ekoloji sistemin dəyişməsi sayılır
və təbii sistemin transformasiyasının intensivliyi ilə təyin olunur (şəkil 9.1).
Çirklənmənin təbii mühitdə yayılması 9.2 saylı şəkildə verilir. Şəkildən
göründüyü kimi, çirklənmə, ehtimal ki, yalnız bir istiqamətdə deyil, əks
istiqamətdə də keçə bilər.
1 7 1
Şəkil 9.2. Təbii mühitdə və biotada çirklənmənin yayılması (İzrael, 1984)
Cədvəl 9.2
Çirklənmənin əsas növləri və mənbələri
Çirklənmə növləri
Göstərilən çirklənmə növü üçün xas olan sənaye sahəsi
1
2
Hava
Halogen tərkibli birləşmələr
Kimya, soyuducu
Metal hissəcikləri
Metallurgiya, dağ-mədən
Karbohidrogenlər
İstilik energetikası, nəqliyyat
CO:., SO., NO, NO.
«—»
Torpaq
Aktiv lil
Bioloji təmizləyicinin şəhər stansiyası
Kül, şlak
Energetik, metallurgiya
Metal
Metallurgiya, kimya
Zibil
Məişət-kommunal təsərrüfat, şəhər təsərrüfatı
Plastmas, üzvi maddələr
Kimya
Radioniıklidlər
AES, hərbi
Sellüloz və kağız
Sellüloz-kağız, kommunal-məişət təsərrüfatı
Su
Asılı hissəciklər
Kommunal-məişət təsərrüfatı
Ağır metalların ionları
Dağ-mədən, maşınqayırma
Boyaq- maddəsi, fenollar
Toxuculuq
Asanmənimsənilən və bio- gen
maddələr
Kənd təsərrüfatı, şəhər təsərrüfatı
Liqninlər
Sellüloz-kağız
Mineral du/.lar
Kimya
1 7 3 .
1
2
Neft məhsulları
Neftçıxarma, neft emalı
Üzvi həlledicilər
Kimya
Pestisidlər
Kənd təsərrüfatı
Radioaktiv maddələr
AES, hərbi
Sintetik səthi-aktiv maddələr
Şəhər axınlıları
İstilik
Energetik (AES, İES)
9.2.3.
Texnogenezin nəticələri (təzadları)
Aqroekoloji sistemlər müasir biotexnosferin ayrılmaz tərkib hissəsi olub,
təbii senozlar kimi daima texnogen təzyiq keçirərək, lokal, regional və qlobal
xarakterli müxtəlif çirklənməyə məruz qalır.
Çrklənmənin təsiri nəticəsində aqroekosistemin məhsuldarlığı aşağı
düşür.
Cədvəl 9.3
Zərərli tullantıların mənbəyindən olan məsafədən asılı olaraq
kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının aşağı düşməsi
(Balatski, 1979)
Bitkilər
Məsafə, km
2...3
5
Buğda
18,7
9.4
Çovdar
15,2
7,6
Arpa
24,4
12,2
Vələmir
31,1
15,5
Qarğıdalı
25,0
12,5
Kartof
35...47
18...24
Çuğundur
25...62
13...31
Kətan
62,6
31,3
Yonca
33,1
16.6
Lüserna
37,8
18,9
İki il (37 həftə) müddətində çirklənmiş yemlə yemləndirilən sağılan
inəklər, yuyulmuş (təmiz) yem qəbul edən inəklərlə müqayisədə orta hesabla
19,8% az süd vermişdir. Çirklənmiş yemdən istifadə etdikdə iribuynuzlu
mal-qaranın kütlə artımında 19,4-37,5% azalma müşahidə olunmuşdur.
9.4
və 9.5 saylı şəkillərdə texnogen təsir - ətraf mühit-bitki-heyvan-
insan sisteminin istiqaməti və qarşılıqlı əlaqə xüsusiyyətlərinin sxemi
verilmişdir.
Aqroekosistemlərdə əsas yeri produsentlər (avtotrof həlqə) tutub
becərilən bitkilərin geniş toplumundan ibarətdir. Məhz bu həlqədə bila-
174