Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə14/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 50 ____________________________ 
həyata  keçirir.  Bundan  əlavə, 
MRP ERP-nin  bir  hissəsidir. 
Malgöndərmə zəncirini idarə edən sistemləri isə 
ERP üzərində 
üstqurumdur. Odur ki, Malgöndərmə  zəncirini  idarə  edən 
sistemləri  həm  daxilolan  logistikanı,  həm  də  çıxan  logistikanı 
tamamilə avtomatlaşdırır. 
 
MALGÖNDƏRMƏ ZƏNCİRİNİ İDARƏ EDƏN 
SİSTEMLƏRİN REALLAŞDIRILMASI 
(
YARADILMASI MƏNASINDA) 
 
PricewaterhouseCoopers 
şirkətinin 
nəşr 
etdiyi
 
Technology Forecast sorğu kitabında göstərilmişdir ki, 2000-ci 
ildə Malgöndərmə zəncirini idarə edən sistemlərnin inkişafında 
lider olan 
i2TECHNOLOGİES  şirkəti  bazara  yeni  RHYTHM 
proqram  paketi  əsasında  genişləndirilmiş 
MRP-sistem 
çıxarmışdır.  Bu  paket  obyektyönümlü  texnologiyalara  və  süni 
intellektə  əsaslanan  malgöndərmə  planları  və  qrafikləri 
tərtibini avtomatlaşdıra bilir. 
MANUGİSTİCS GROUP şirkəti isə 
Malgöndərmə 
zəncirini 
idarə 
edən 
sistemlərdə 
malgöndərmələrin  optimallaşdırılması  sistemlərinin  inkişaf 
etdirilməsi  üzrə  liderdir.  Bu  iki  şirkət 
ERP,  xüsusən  də 
Malgöndərmə  zəncirini  idarə  edən  sistemlərin  istehsalı  üzrə 
lider olaraq qalır. 
 
 
 
 
 
 
 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 51 ____________________________ 
MÜŞTƏRİLƏRLƏ MÜNASİBƏTLƏRİN 
İDARƏ EDİLMƏSİNİN ELEKTRON 
SİSTEMLƏRİNİN İNKİŞAFININ TƏHLİLİ
 
 
Məhsul istehsalçısı və xidmət müəssisələrinin öz alıcıları və 
istehlakçıları  ilə  münasibətləri  baş  problem  olaraq  hər  bir 
şirkətin  gündəlik  işidir.  Elektron  biznes  erasının  başlanması 
səmərəliliyin  yüksəldilməsi,  xərclərin  azaldılması,  müştəri 
bazasının genişləndirilməsi kimi çox mühüm biznes vəzifələrinin 
yerinə  yetirilməsini  ön  plana  keçirmişdir.  Biznesin  virtual 
İnternet mühitinə keçirilməsi belə bir sualla müşayiət olunur ki: 
bu  və  ya  digər  biznes  məsələsinin  İnternet  texnologiyasının 
köməyi ilə həlli hansı iqtisadi faydanı verə bilər?  
Müştərilərlə 
münasibətlərin 
ənənəvi 
idarəetmə 
sistemindən elektron idarəetmə variantına (İnternet bazasında 
fəaliyyət göstərən 
CRM-ə (Customer Realtionship Menegement 
-  müştərilərlə  qarşılıqlı  münasibətlərin  idarə  edilməsi

keçilməsi  də  tamamilə  bu  suala  anoloji  suallar  yaradır.  Yəni: 
açıq  və  geniş  müraciət  mühiti  yaradan müasir kompüter 
texnologiyaları 
malgöndərənlərlə 
sifarişçilər 
arasında 
münasibətlərin  idarə  edilməsi  səmərəliliyini  artıra,  müştəri 
bazasını  genişləndirə,  biznes  iştirakçılarının  hər  cür  qarşılıqlı 
fəaliyyətinin  yeni  formalarını  yarada,  fəaliyyətin  səmərəliliyini 
və rentabelliyini yüksəldə bilərmi? 
Müştərilərlə  qarşılıqlı  münasibətlərin  idarə  edilməsi 
sistemi  malgöndərənlər,  istehsalçılar  və  istehlakçılar  arasında 
alqı-satqı,  marketinq  və  xidmət  göstərilməsi  ilə  bağlı  qarşılıqlı 
münasibətlərlə  birbaşa  və  ya  dolayı  əlaqəli  olan  biznes-
proseslərin  avtomatlaşdırılması, optimallaşdırılması və səmərə-
liliyinin yüksəldilməsinə xidmət edir.  


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 52 ____________________________ 
Müasir  Müştərilərlə  qarşılıqlı  münasibətlərin  idarə 
edilməsi  sistemlərinin  əsas  xüsusiyyəti  münasibətlərin 
fərdiləşdirilməsindən,  daha  doğrusu,  müxtəlif  tələblər  genişliyi 
və  qarşılıqlı  fəaliyyət  göstərən  tərəflərin  xüsusiyyətləri  nəzərə 
alınan  şəraitdə  hər  bir  müştəriyə  fərdi  yanaşma  tətbiqindən 
ibarətdir  ki,  perspektivdə  bu,  şirkətin  biznes  fəaliyyətinin 
ümumi  səmərəliliyinin yüksəldilməsinə  və  satış  həcminin 
artırılmasına gətirib çıxarmalıdır. 
Malgöndərənlərlə 
müştərilər 
arasında 
qarşılıqlı 
münasibətlərin  tam  fəqdiləşdirilməsi  korporativ  və  qlobal 
informasiya  şəbəkələrinin  yaranmasınadək  texniki  səbəblər 
üzündən həyata keçirilə bilməmişdir.  
Məlum təriflərə görə, Müştərilərlə qarşılıqlı münasibətlərin 
idarə  edilməsi  sistemi  -  açıq,  qlobal  İnternet/İntranet  şəbəkə 
mühitində,  müəssisədə  biznes-proseslərin  idarə  edilməsi 
sistemi  çərçivəsində,  fəaliyyət  göstərən  malgöndərənlərlə 
müştərilər arasındakı münasibətlərin idarə edilməsi sistemidir. 
Şirkətin 
biznes-proseslərinin 
ümumi 
strukturunda 
Müştərilərlə  qarşılıqlı  münasibətlərin  idarə  edilməsi
  sisteminin 
yeri  şəkil  1-də  verilmişdir.  Göründüyü kimi, Müştərilərlə 
qarşılıqlı  münasibətlərin  idarə  edilməsi  sistemi  bir  tərəfdən, 
istehlakçılarla  həmsərhəddir,  digər  tərəfdən  də,  şaquli 
idarəetmənin bütün səviyyələri ilə qarşılıqlı fəaliyyətdədir. Yəni 
bu,  əslində,  resursların  planlaşdırılmasının,  malgöndərmələri 
zəncirinin  və  istehsalın  idarə  edilməsinin vahid sistemidir. Bu 
konsepsiyanın  ən  mühüm  cəhəti  odur  ki,  burada  müştərilərlə 
qarşılıqlı  münasibətlərin  səviyyəsi  və  keyfiyyəti  müştərilərin 
bilavasitə özləri tərəfindən qiymətləndirilir. 
 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə