Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə2/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 6 ____________________________ 
 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 7 ____________________________ 
 
 
GİRİŞ 
 
İnformasiya  sistemi  dedikdə,  qərarın  hazırlanması  və 
qəbulu  ilə  bağlı  olan  informasiya  proseslərini  və  idarəetmə 
servisini  həyata  keçirən  aparat  və  proqram  vasitələrinin, 
həmçinin informasiya resurslsrının əlaqəli məcmusundan ibarət 
texniki sistem başa düşülür. 
İnformasiya sistemlərinin  işlənib  hazırlanması  və 
tətbiqindən  əsas  məqsəd  şirkətin  idarə  edilməsi üçün müasir 
informasiya infrastrukturunun yaradılmasıdır. Şirkət 3 səviyyədə 
idarə edilir: strateji, taktiki və operativ. 
Strateji 
idarəetmə 
səviyyəsində 
informasiya 
sistemlərinin  vəzifəsi  şirkət  rəhbərliyini  uzunmüddətli  inkişaf 
meyli,  ən  yaxşı  texnologiya,  ən  yaxşı  məhsul,  ən  yaxşı 
idarəetmə  metodları  barədə  olan  informasiya  ilə  təmin 
etməkdən ibarətdir ki, bu da şirkətin uzaq perspektivdə rəqabət 
qabiliyyətini  qoruyub  saxlamağa  imkan  verən  strategiyanın 
hazırlanmasında istifadə edilir. 
Taktiki 
idarəetmə 
səviyyəsində 
informasiya 
sistemlərinin  vəzifəsi  şirkətdəki  orta  və  yüksək  idarəetmə 
həlqələrinin  mütəxəssislərini  maksimum  cəld  və  keyfiyyətli 
informasiya  ilə  təmin  etməkdən  ibarətdir  ki,  bu  da  ən  yaxşı 
qərar qəbulu üçündür. 
Operativ  idarəetmə  səviyyəsində  informasiya 
sistemlərinin  vəzifəsi  ilkin  informasiyanın  daxil  edilməsi, 
işlənməsi və lazımi sənədlərin təqdim edilməsi ilə bağlı, çoxqat 
təkrar  edilən  bezdirici  işlərin  cəld  və  keyfiyyətli  icrasını  təmin 
etməkdən ibarətdir. 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 8 ____________________________ 
Qərar  qəbulu  dedikdə,  mövcud  informasiya  əsasında 
mümkün  həll  variantlarının  ən  yaxşısının  seçilməsi  nəzərdə 
tutulur.  Qərar  qəbulu  həmişə  risklə  bağlı  olur.  Lazımi 
informasiya  cəld  və  keyfiyyətli  hazırlandıqda  risklər  minimum 
olur. İnformasiya sistemlərinin əsas funksiyalarından biri məhz 
bununla bağlıdır. 
 
İQTİSADİ İNFORMATİKA VƏ BİZNES PROSESLƏRİ 
 
İnformasiya  texnologiyaları  müəssisənin  əsas  fəaliyyət 
prosesinə necə daxil olur?  
Müəssisənin 
mənfəətinin 
artmasında, 
rəqabət 
qabiliyyətinin  qorunmasında  informasiya  texnologiyaları  necə 
iştirak edir?  
İstehlak 
dəyərinin 
artmasında 
informasiya 
texnologiyalarının rolu nədən ibarətdir? 
Bu suallara cavab vermək üçün 20-ci əsrin 90-cı illərində 
Harvard  biznes  məktəbində  dəyərin  yaradılması  (və  ya 
artırılması)  zənciri  konsepsiyası  işlənib  hazırlanmışdır. 
Konsepsiya  müəllifi  Maykl  Porter  göstərdi  ki,  şirkətin  rəqabət 
qabiliyyətli  olması  çoxsaylı  əsas  və  köməkçi  proseslərin 
optimallaşdırılması  yolu  ilə  mümkündür.  Bu  proseslərin 
optimallaşdırılması  isə  zəngin,  aktual  və  keyfiyyətli 
informasiyadan,  başqa  sözlə,  optimal  fəaliyyət  göstərən 
informasiya sistemlərindən birbaşa asılıdır. 
Biznes-proses  dedikdə,  girişi  resurs  sərfindən,  çıxışı  isə 
istehlak dəyərindən ibarət olan müxtəlif növ fəaliyyətlər zənciri 
nəzərdə tutulur. Bu tərif qara qutu səviyyəsini ifadə etdiyindən, 
səmərəli  deyil.  Çünki,  sözügedən  zəncirin  optimallaşdırılması 
üçün  onun  hansı  həlqələrdən  ibarət  olması  və  zəif  həlqələrin 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 9 ____________________________ 
necə  möhkəmləndirilməsi  barədə  informasiyaya  malik  olmaq 
lazımdır.  
Bu baxımdan, biznes-proses – vahid natural və ya dəyər 
kriterisi  ilə  xarakterizə  olunan  nəticəyə  gətirən  bircins  işlər 
ardıcıllığıdır. Biznes-prosesə aid iş biznes-proses addımı adlanır. 
Biznes-prosesin  modelləşdirilməsi  iqtisadi  informatikanın 
əsas metodudur. 
 
          
Maykl  Yucin  Porter  (ingiliscə  Michael  Eugene  Porter) 
1947-ci  ildə  anadan  olmuşdur.  Amerika  iqtisadçısı,  Harvard 
biznes 
məktəbinin 
professoru, 
iqtisdadi 
rəqabət, 
ümumdünya  bazar  rəqabəti  və  ölkələr  və  regionlar  arası 
rəqabət sahəsində sayılan mütəxəssisdir. Ölkələrin rəqabətdə 
üstünlük nəzəriyyəsini işləyib hazırlamışdır.  
   
 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 10 ____________________________ 
İNFORMASİYA TEXNOLOGİYALARI VƏ 
FUNKSİONAL ALTSİSTEMLƏR 
 
İnformasiya 
texnologiyaları 
dedikdə, 
informasiya 
proseslərinin  reallaşmasını  təmin  edən  infrastruktur  nəzərdə 
tutulur. İnformasiya texnologiyalarını informasiyanın ötürüldüyü 
rabitə  kanalları,  informasiyanın  yığılması,  saxlanması,  emalı 
(işlənməsi, təhlili) və təqdim edlməsi prosedurlarını idarə edən 
proqramlar  və  həmin  proqramların  icrasını  təmin  edən 
kompüter  və  digər  aparat  vasitələri  formalaşdırır.  İnformasiya 
texnoloji  səviyyədə  verilən  kimi  iştirak  etdiyindən,  verilən 
informasiya  texnologiyasının  təşkiledicisi  sayılır.  İnformasiya 
proseslərinin  reallaşmasında  iştirak  edən  proqramlaşdırma 
dilləri,  informasiyanın  ötürülməsini  reallaşdıran  protokollar, 
verilənlərin  saxlanması  və  ötürülməsi  modelləri  və  s.  kimi 
instrumentlər  də  informasiya  texnologiyalarına  aid  edilir. 
Beləliklə,  informasiya  texnologiyalarının  infrastrukturu  bir 
tərəfdən,  aparat-proqram  mühiti  və  telekommunikasiyadan 
ibarətdirsə, digər tərəfdən də, informasiya proseslərinin həyata 
keçirilməsi  instrumentariyasından  ibarətdir.  Verilənlər  isə 
infrastrukturun nüvəsini təşkil edir. 
İnformasiya  texnologiyası  adətən  standart  texnoloji 
platformaya, məsələn, ORACLE verilən bazası ilə işləyən HP UX 
serverlərində reallaşdırılmış UNİX platformasına əsaslanır.  
 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə