Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə3/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 11 ____________________________ 
 
Ken Tompson (ingiliscə Kenneth Thompson) 1943-cü ildə 
anadan  olmuşdur.  Kompüter  elminin  pioneri  sayılır,  C 
proqramlaşdırma  dilinin  və  UNIX  əməliyyat  sisteminin 
yaradıcısıdır.   
 
Funksional  altsistemlər  və  əlavələr  dedikdə,  seçilmiş 
informasiya texnologiyası əsasında konkret funksional oblastda 
qərar  qəbulu  və  ya  sənəd  hazırlanması  məqsədi  ilə 
informasiyanın  təhlili  və  emalını  təmin  edən  ixtisaslaşdırılmış 
proqramlar  nəzərdə  tutulur.  Müasir  korporativ  informasiya 
sistemlərində  istehsalat,  maliyyə,  mühasibat  uçotu,  marketinq 
və  satış,  həmçinin  kadr  funksional  altsistemləri  fərqləndirilir. 
Funksional  altsistemin  əsas  predmeti  daxil  olan  informasiyanı 
təhlil  edib  sənəd  hazırlamaqdan  ibarətdir.  Bu  baxımdan, 
funksional  altsistemlər  korporativ  informasiya  sistemlərinin 
intellektual  təməlini  təşkil  edir  və  interaktiv  xarakter  daşıyır, 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 12 ____________________________ 
yəni,  mütəxəssislə  dialoq  rejimində  işləyir.  Buna  görə  də 
funksional altsistemlərin 
səmərəliliyi 
mütəxəssislərin 
fəaliyyətindən əhəmiyyətli dərəcədə asılı olur. 
 
 
Denis  Makalisteyr  Ritçi  (ingiliscə  Dennis  Macalistair 
Ritchie) 1941-ci  ildə  anadan  olmuşdur.  Kompüter 
mütəxəssisi,  BCPL,  B,  C  proqramlaşdırma  dillərinin 
yaradıcılarından  biri,  FORTTRAN  proqramlaşdırma  dili  üçün 
ALTRAN  genişlənməsinin  yaradıçısı,  Multics  və  UNIX 
əməliyyat sistemlərinin yaradılmasında iştirakçı.
 
 
Bəzən  informasiya  texnologiyası  dedikdə,  müəssisənin 
“kompüter infrastrukturu”  göz  önünə  gətirilir.  Lakin  iqtisadi 
informatika baxımından, önəmli olan verilən bazasıdır. 
Verilən bazası – müəyyən qaydalara uyğun təşkil edilmiş 
və kompüter yaddaşında saxlanaraq istifadəçi tələbini ödəmək 
üçün  istifadə  edilən  verilənlər  məcmusudur.  Verilən  bazası  – 
veriləni informasiyaya çevirən xüsusi mühitdir. 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 13 ____________________________ 
İnformasiya  texnologiyası  informasiya  proseslərini  təmin 
edərkən  işin  məzmunu  arxa  plana  keçir.  Bu,  informasiyanın 
saxlanmasından,  qəbulundan  və  ötürülməsindən  ibarət  sırf 
texnoloji zəncirdir. Yəni, informasiya texnologiyası dedikdə, bir 
ucu  istifadəçiyə  açılan  informasiya  emaledici  kanal  nəzərdə 
tutulur. 
İnformasiya  texnologiyasından  fərqli  olaraq  funksional 
altsistemlər  dəqiq  ixtisaslaşmaya  malikdir.  Məsələn,  kadr 
altsistemi,  satış  uçotunu  apara  bilməz.  Buna  baxmayaraq, 
bütün  funksional  altsistemlərin  ümumi  və  daimi  vəzifəsi  də 
vardır  ki,  bu  da  qərar  qəbulu  üçün  informsiya  şəffaflığı 
yaratmaqdan,  yəni,  şöbələrdə  vəziyyət  barədə  maksimum 
dəqiq  və  cəld  informasiya  təqdimatını  təmin  etməkdən 
ibarətdir. 
 İnformasiya  texnologiyası  və  funksional  altsistemlər  bir-
biri üçün mövcudluq şərtidir. Belə ki, informasiya texnologiyası 
yoxdursa,  funksional  altsistem  mövcud  ola  bilməz,  funksional 
altsistem  yoxdursa,  informasiya  texnologiyası  mənasızdır.  Hal-
hazırda  çalışırlar  ki,  funksional  altsistemlər  informasiya 
texnologiyasının  konkret  platformasından  asılı  olmasın.  Lakin 
praktiki olaraq asılılığı tam aradan qaldırmaq mümkün deyildir. 
 
İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ EDİLMƏSİ 
 
İnformasiya  sistemlərilərinin  idarə  edilməsi  dedikdə, 
informasiya  texnologiyaları,  funksional  altsistemlər  və  onlarla 
əlaqədar  mütəxəssislər  arasında  optimal  qarşılıqlı  fəaliyyət 
yaradan  və  həmçinin onların  inkişafını  təmin  edən  komponent 
nəzərdə  tutulur.  Korporativ  informasiya  sistemlərinin  idarə 
edilməsi aşağıdakı funksiyaların icrasına yönəldilir: 

 
İşçi heyətin idarə edilməsi; 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 14 ____________________________ 

 
İstifadəçilərin idarə edilməsi; 

 
İnkişafın idarə edilməsi; 

 
Operativ idarəetmə; 

 
Keyfiyyətin idarə edilməsi; 

 
Maliyyənin idarə edilməsi; 

 
Təhlükəsizliyin idarə edilməsi. 
Hal-hazırda  təsərrüfat  qərarlarının  hazırlanması  və 
qəbulunda  informasiya  sistemləri  daim  istifadə  olunur. 
Bunlardan:  ümumi  təyinatlı  Reuters,  Bloomberg  sistemlərini, 
axtarış təyinatlı Yahoo!, Alta Vista, Google, Pambler və Яndex 
sistemlərini misal göstərmək olar. 
İnformasiya  sistemi  adətən  müəyyən  gerçək  idarəetmə 
sisteminin 3 tərkib hissəsindən: 
1) İdarəetmə subyekti; 
2) İnformasiya sistemi; 
3) İdarəetmə obyekti 
biri  olduğundan,  informasiya  sistemlərinin  idarə  edilməsi, 
əslində, mahiyyətcə idarəetmə sisteminə informasiya sistemləri 
xidmətinin  idarə  edilməsidir.  Odur  ki,  “Müasir  informasiya 
sistemlərinin  idarə  edilməsi”  kursunun  predmeti  informasiya 
sistemləri xidməti fəaliyyətinin predmeti ilə üst-üstə düşür. 
 
 
 
 
 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə