Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə7/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 26 ____________________________ 
stansiyasında bir-neçə funksional altsistemdən ibarət olan “AB 
(ailə büdcəsi)” paketi yaradır. 
Bu altsistemlərdən ikisi üzərində ətraflı dayanaq: 
1).“Balans” altsistemi. Ailə üzvlərinin gəlirləri və xərcləri, 
həmçinin ailənin verəcəkləri (kreditlər) və alacaqları (debetlər) 
bu  altsistemdə  əks  etdirilir.  Bu  altsistemin  vəzifəsi  həm 
daxilolmalar  və  ödəmələr  üzrə  hesab  əməllərini  icra 
etməkdən,  həm  də  alacaqların  və  verəcəklərin  çatan 
müddətləri barədə xəbər verməkdən ibarətdir. Bundan əlavə, 
bu  altsistem  istifadəçilərin  sifarişi  üzrə  balansın  vəziyyəti 
barədə verilmiş formada hesabat da təqdim edir. 
2).“Bank”  altsistemi.  Bu  altsistem  ailə  üzvlərinə  imkan 
verir  ki,  müxtəlif  banklarda  yerləşdirdikləri  özlərinin  bank 
hesablarındakı  məbləğləri  müvafiq  bankların  informasiya 
sistemlərinə  qoşulmaq  yolu  ilə  idarə  edə  bilsinlər.  Bu 
altsistemdə  avtomatlaşdırılan  proseslərdən  ən  vacibi 

kommunal  xərclərin  ödənilməsi” prosesidir ki, bunun 
nəticəsində qaz, su, elektrik enerjisi, telefon, zibil daşımaları, 
mənzil  haqları  üzrə  ödəmələr  ailənin  bir  və  ya  bir-neçə  bank 
hesabından həyata keçirilir. 
Aydındır  ki,  təqdim  edilən  funksional  altsistemlər  vahid 
informasiya  sistemlərinin  tərkib  hissələri  olaraq  inteqrasiyanın 
bütün  tələblərinə  cavab  verirlər.  Bu  AB  sisteminə  ailənin 
bütün  üzvlərindən  verilənlər  daxil  olmalıdır  və  burada 
cürbəcür variantlar ola bilər.  
Birinci  inteqrasiya  səviyyəsi  –  İnformasiya 
texnologiyaları-birgəlik  (
IT-compatability).  Bu,  ilk  növbədə, 
əməliyyat  sistemlərinin  və  verilənlərin  birgəliyini  nəzərdə 
tutur. Əgər hamı eyni sistemdə, məsələn, 
Windows 2000 MS 
Office-də  işləyirsə,  onda  verilənlərin  mübadiləsi  və  mətnlərlə 
əlaqədar  hər  şey  qaydasındadır.  Əgər  ailə  üzvləri,  bizim 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 27 ____________________________ 
misalda  olduğu  kimi,  müxtəlif  illərdə  buraxılmış 
Windows-
lardan, xüsusən də kimsə 
Apple Macintosh-dan istifadə edirsə, 
bunları bir-birinə qoşmaq problemi ayrıca həll edilməlidir.  
Qızın  dəftərdki  qeydləri  ilə  nə  etməli?  Onun  verilənlərini 
əl ilə daxil etmək lazım gəlir. Belə hallar gerçək şirkətlərdə heç 
də  qeyri-adi  hal  deyil:  əl  ilə  verilən  daxil  etmək  həmişə 
mövcud olur və onu tam aradan qaldırmaq olmaz.  
İkinci  inteqrasiya  səviyyəsi  -  proqram  əlavələrinin 
bir-birinə  qoşulabilənliyi.  Əgər  inteqrasiya  informasiya 
texnologiyaları  səviyyəsində  təmin  edilmişdirsə,  bütün 
istifadəçilər  bir  şəbəkədə  birləşdirildikdə  sual  yarana  bilər  ki, 
müxtəlif sistemlərdə verilənlərin emal nəticələri inteqrasiyedici 
sistem  tərəfindən  dərk  edilirmi.  Məsələn, ana 
Excel-də,  oğul 
Access  və  ya  Word-də  işləyirsə,  ata  ayın  axırına  qalıqlar 
barədə  məlumat  almaq  üçün  müxtəlif  proqram  əlavələrinə 
müraciət  etməlidir.  Aydındır  ki,  vahid  sistem  daxilində  bunu 
etmək  çətin  deyildir. Ola  bilər ki,  oğul  öz maliyyə  fəaliyyətini 
idarə  etmək  üçün  xüsusi  paket  yazsın.  Bunu  ata  da  istəyir. 
Lakin ata oğula verilənlərin hazırlanması və AB sisteminə daxil 
edilməsi  üçün  əvvəlcədən  müəyyən  standart  təklif  edir. 
Prinsipcə, ailənin hər bir üzvü özünün informasiya sistemləri ilə 
işləyə  bilər.  Lakin  bu  halda  daxil  edilən  verilənlər 
inteqrasiyaedici  AB  sisteminə  aydın  (başa  düşülən)  şəkildə 
olmalıdır.  
Üçüncü  inteqrasiya  səviyyəsi  –  biznesin  idarə 
edilməsinin  inteqrasiyası.  Bu  səviyyədə  bütün  sistemlər 
birləşdirilmişdir  və  həm  informasiya  texnologiyaları,  həm  də 
proqram  əlavələri  üzrə  əla  qoşulmalar  mövcuddur.  Bu  halda 
ata  ailənin  maliyyələşdirilməsi  barədə  qərar  qəbulunu  AB 
sisteminin  özü  tərəfindən  təqdim  edilən  AB  istifadəçilərinin 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 28 ____________________________ 
hamısının  hesabatları  üzrə  informasiya  əsasında  həyata 
keçirəcəkdir. 
Şirkətin  müxtəlif  bölmələrində  və  ya  müxtəlif  iyerarxiya 
səviyyələrində  işləyən  müasir  informasiya  sistemlərinin  real 
inteqrasiyası problemi baxdığımız bu misala nisbətən, əlbəttə, 
müqayisə  edilməz  dərəcədə  mürəkkəbdir.  Yuxarıda  qeyd 
etdiyimiz  kimi,  ayrı-ayrı  funksional  modulların  inteqrasiya 
edilməsi üçün 
EAI-sistemlərindən istifadə edilir. EAI-sisteminin 
fəaliyyət  məqsədi  aşağı  səviyyədə  icra  edilən  çoxsaylı 
interfeys  əməliyyatlarının  avtomatlaşdırılması  hesabına 
müxtəlif 
proqram 
əlavələrinin 
inteqrasiyasını 
sadələşdirməkdən  ibarətdir.  Bu  avtomatlaşdırma 
EAI-
sisteminə  quraşdırılmış  konnektor  (adapter)  vasitəsilə  həyata 
keçirilir. Konnektor  veriləni  bir  proqram  əlavəsindən  qəbul 
edir,  lazımdırsa  “tərcümə”  edib  digər  proqram  əlavəsinə 
ötürür. Bu konnektorlar (adapterlər), mahiyyətcə, 
EAI-sistem-
ləri  tərəfindən  təqdim  edilən  proqram  əlavələrinin 
interfeysləridir.  
Bundan  əlavə, 
EAI-sistemləri  şirkətdə  yeni  qurulmuş 
sistemlərlə  artıq  mövcud  olan  sistemləri  də  iyerarxiyanın  
bütün  səviyyələrində  inteqrasiya  edə  bilir.  Bunun  nəticəsində 
çoxdan  işlədilən  və  çox  faydalı  sistemlər  də  fəal  vəziyyətdə 
mövcud  olur.  Yəni  onların  əvəz  edilməsi  xeyli  təxirə 
salınmaqla  daha  münasib  vaxta  keçirilə  bilir.  Bu  halda 
EAI-
sistemin  tətbiqi  və  istismar  xərclərini  köhnə  sistemi  əvəz 
edəcək  yeni  sistemin xərcləri  ilə  müqayisə etmək lazım  gəlir. 
Yəni hansı ucuzdursa, o seçilir. 
EAI-sistemlər həm də heç bir 
birgəliyi olmayan sistemlər arasında informasiya mübadiləsinə 
imkan  verir.  Sözügedən  sistemlər  arasında  informasiya 
mübadiləsi  adətən  əl  ilə  həyata  keçirilir. 
EAI-sistemləri  bu 
əməliyyatı avtomatlaşdırmağa imkan verir. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə